Şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur



Yüklə 33,28 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü33,28 Kb.
#42509


Laçın

Laçın — Azərbaycan Respublikasında  rayon. İnzibati mərkəzi  Laçın şəhəridir. Laçın 

rayonu 18 may  1992-ci ildə Ermənistan  Respublikası  tərəfindən  işğal olunub. Rayonda bir 

şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.

Azərbaycanın   cənub-qərbində,   dağlıq   ərazidə   yerləşir.   Şimaldan   Kəlbəcər,   şərqdən 

Xocalı,   Şuşa   və   Xocavənd,   cənubdan   Qubadlı   rayonu   ilə,   qərbdən   isə   Ermənistanla 

həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi 

dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.Mündəricat  



Təbiəti

Səthi   dağlıqdır   və   şimal   hissəsi   Qarabağ   silsiləsinin   cənub-qərb   yamacında,   şimalı 

Mıxtökən silsiləsinin cənub-çərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür 

nöqtəsi Qızılboğaz  dağıdır (3594m).  Çayları Həkəri və  onun qollarıdır. Əsasən  çimli,  dağ-

çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ0qara torpaqlara malikdir. Bitki örtüyü kollu və 

seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp 

çəmənliklərindən ibarətdir. Heyvanat aləminə qayakeçisi, çölsiçanı, cüyür, çöldonuzu, sincab, 

süleysin və s. aiddirlər. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim 

üstündür. Orta temp-r yanvarda -10°C-dən 0°C-yədək, iyulda 10-22°C-dir. İllik yağıntı 600-900 

mm-dir.   Rayonun   cəmi   torpaq   sahəsi   166488   hektardır.   Ondan   da   75781   hektarı   kənd 

təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeridir.

Əhalisi

Laçın rayonunun əhalisi 27 yanvar-4 fevral 1999-cu il siyahıya almasına əsasən 63.162 

nəfərdir   (58.058   nəfəri   azərbaycanlılar,   5.073   nəfəri   kürdlər   və   31   nəfəri   digər   millətlərin 

nümayədələri olmaqla), 1 yanvar 2007-ci il tarixində rayonun əhalisi artaraq 69.982 nəfərə, 

Laçın   şəhərinin   əhalisi   isə   11519   nəfərə   çatmışdır.   Əhalinin   sıxlığı   1   yanvar,   2008-ci   ilin 

məlumatları əsasında hər kvadrat km-ə 36 nəfər, hər sakinə 18 kvadrat km sahə düşürdü.



Tarixi

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II 

minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə 

müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı 

yarandı.   Bu   knyazlıq   eləcə   də   indiki   Laçın   bölgəsini   əhatə   edirdi.   Ona   görə   də   Dağlıq 

Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, 

toponimlər   əmələ   gəlməyə   başladı.   Buna   misal   olaraq   indiki   Laçın   ərazisindəki   Xaçınyalı 

kəndini,   Bozlu   kənd   ərazisindəki   Xaçın   yalı,   Xaçın   daşı   adları   ilə   adlanan   yer   adlarını 

göstərmək olar.

Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri 

Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı.




1828-ci   il   Rusiya-İran   müharibələrindən   sonra   bağlanan   Türkmənçay   müqaviləsinə 

əsasən,  bölgə  Şimali  Azərbaycanın   tərkibində  Rusiyaya  qatılıb.  Rusiyanın  himayəsi  altında 

Cənubi   Qafqaza   Osmanlı   dövlətindən   və   İrandan   ermənilərin   kütləvi   şəkildə   köçürülüb 

məskunlaşdırılmasına   başlandı.   Ancaq   Laçın   bölgəsinə   ermənilərin   məskunlaşdırılması 

mümkün olmadı.

Azərbaycanda   xanlıqlar   ləğv   edildikdən   sonra,   Laçın   bölgəsi   1829-cu   ildən   yeni 

yaradılan Qarabağ əyalətinə qatılıb, 1861-ci ildən isə indiki Laçın yaradılan Zəngəzur qəzasına 

qatılır.


1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı 

erməni   dəstələrinin   törətdiyi   qırğınlar   nəticəsində   təxminən   yarım   milyon   müsəlman   həlak 

olmuşdur.

Azərbaycan   Xalq   Cümhuriyyəti   yaradıldıqdan   sonra   da   Qarabağı   və   Zəngəzuru 

mənimsəmək   üçün   ermənilərin   ərazi   iddiaları   nəticəsində   kütləvi   qırğınlarla   davam   edir. 

Erməni   komandanı   Andronik   nə   yolla   olursa-olsun   öz   silahlı   qüvvələri   ilə   bərabər   Gorus, 

Laçın,   Şuşa   istiqamətindən   Qarabağa   daxil   olmaq,   oranın   erməni   əhalisini   Azərbaycan 

hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu 

məqsədlə   Andronik   bir   neçə   minlik   ordu   ilə   Zabux   kəndini   keçərək   Laçın   istiqamətində 

irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, 

Qarabağın   general   qubernatoru   Xosrov   bəy   Sultanovun   qardaşı   Sultan   bəy   Sultanov,   öz 

partizan  dəstəsi  ilə Laçın-Zabux yolundakı bir dərədə  pusqu quraraq  Andronikin qoşununu 

mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı 

general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan 

tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.

Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədir. Andranik 

Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal 

etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün 

Zəngəzura   qoşun   hissələrinin   göndərir.   Dığ   istiqamətində   aparılan   döyüşlərdə   Sultan   bəy 

Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstəlləri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun 

hissələrinin uğuru ilə başlasa da Dığı əldə saxlamaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu 

hissələri tərəfindən işğal olundu.

1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının 

birgə iclasının qəbul etdiyi qərarı Zəngəzur bölgəsini 2 yerə bölündü və nəticədə Zəngəzur 

qəzasının 6.742 kv. verstlik ərazisindən [4] 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan 

SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi.

Artıq   bu   dövrdə   Zəngəzur   vilayətinin   Azərbaycanda   qalan   hissəsində   də   hansısa   bir 

inzibati idarə mərkəzi  yaradılması  zərurəti meydana  gəlib. Və beləliklə, Laçın və Abdallar 

kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alnır. Rayonun adını seçərkən 

yerli relyefi və əhalinin xarakterini nəzərə alan yazıçı Tağı Şahbazi Simurq təşəbbüs göstərərək 

rayonun adını Laçın elan etib. 1930-cu ildə Laçına rayon statusu verilib. Azərbaycanın qərb 

torpaqlarına   sahib   çıxaraq   bu   torpaqlar   üzərində   özlərinə   dövlət   quran   ermənilər   artıq 

Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı 

Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan 

götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir 

inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 

1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz 

hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.



erməni işğalı

264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 

yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 

1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

Rayonun   65507   nəfər   əhalisi   Azərbaycanın   59   şəhər   və   rayonlarına,   "Taxta-körpü" 

qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

Görkəmli şəxsləri

Sarı Aşıq — XVII əsrdə yaşamış məşhur bayatı ustası, aşıq.

Paşa bəy Sultanov — müdrik kəlamlar ustadı, Hacısamlı nahiyəsinin bəyi.

Sultan bəy Sultanov — Xalq qəhrəmanı.

Xosrov bəy Sultanov — Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ 

General Qubernatoru, həkim.

İskəndər   bəy   Sultanov   —   daşnaksütyun   və   erməni   terrorizminə   qarşı   mübarizənin   fəal 

iştirakçısı.

Aşıq Abbas — hikmətli söz ustası, Paşa bəy və Sultan bəy Sultanovların yaxın məsləhətçisi, 

aşıq.


Qara   Murtuza   bəy   —   XVIII   əsr   Pənahəli   xan   Sarıcalı-Cavanşirin   sərkərdəsi,   Qarabağın 

Hacısamlı nahiyəsinin bəyi.

Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov — Azərbaycan Demokratik Respublikası dövründə 

Nazirlər Şurasının sədri, Nəsib bəy Yusifbəylinin II hökumət kabinəsində Maarif və Dini-etiqad 

naziri, 1920-ci ildə Azərbaycan SSR Xalq Maarif Komisarının müdiri.

Qorxmaz Abış oğlu Eyvazov — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli 

Qərəmanı.

Ələsgər Xanlar oğlu Novruzov — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli 

Qəhrəmanı.

Oqtay Güləli oğlu Güləliyev — Qarabağ müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli 

Qəhrəmanı.

Fazil   Umud   oğlu   Mehdiyev   —   Qarabağ   müharibəsinin   fəal   iştirakçısı,   Azərbaycanın   Milli 

Qəhrəmanı.

Kamil   Baladə   oğlu  Nəsibov   —   Qarabağ  müharibəsinin   fəal   iştirakçısı,   Azərbaycanın  Milli 

Qəhrəmanı.

İsrafil   Şahverdi   oğlu   Şahverdiyev   —   Qarabağ   müharibəsinin   fəal   iştirakçısı,   Azərbaycanın 

Milli Qəhrəmanı.

Əvəz Həşim oğlu Verdiyev — Qvardiya baş leytenantı, Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya 

Müharibəsinin iştirakçısı.

Tofiq Surxay oğlu Şahsuvarov — Geologiya və Minerologiya elmlər doktoru, professor.

Məhəmməd Fərman oğlu Mehdiyev — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi.

Knyaz Şiraslan oğlu Məmmədov — Fizika-riyaziyyat elmlər doktoru, professor.

Ziyadxan İsrafil oğlu Nəbibəyli — professor, elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin 

üzvi.



Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Laçın   rayonda   1   ədəd   avtovağzal,   82   avtobus   dayanacağı,   2130   km   uzunluğunda 

avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 

15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 

ədəd   yanacaq   doldurma   stansiyası,   2636   km   uzunluğunda   elektrik   hava   xətləri,   498   km 

uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd 

televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.

Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, 

palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada 

"Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.



Yüklə 33,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə