Şəhər: (rayon) Bakı şəhəri Suraxanı rayonu Məktəb



Yüklə 40,72 Kb.
tarix23.10.2017
ölçüsü40,72 Kb.
#6381

Şəhər: (rayon) Bakı şəhəri Suraxanı rayonu

Məktəb: Səməd Abdullayev adına 290 №li tam orta məktəb(0124776851)

Sinif: 3 c

Fənn: Həyat bilgisi

Müəllif: Məmmədova Fazilə İsa qızı

Layihənin təsviri:

Fəal təlim metodlarının əsas mənbələrindən biri şagirdləri məntiqi düşünməyə yönəltmək, axtarışlar aparmağa həvəsləndirmək, onların idrak fəallığını gücləndirməkdir. Şagirdlər layihədə iştirak edərkən, tədqiqatlar apararkən Həyat bilgisi dərsinə maraq artır, sağlamlığımızın həyatımızda əsas rol oynadığını bilir. Təhlükəli təbiət hadisələri ,texnogen qəzalar baş verərsə və ekstremal vəziyyətlərdə özünümühafizə qaydalarını öyrənir.Özünəmühafizə qaydalarını bilməklə həyatlarını və sağlamlıqlarını qoruyur ,yardıma ehtiyacı olan başqa insanlara da kömək edə biləcəyini öyrənir. Anlayırlar ki, insanlara ciddi ziyan vura biləcək böyük fövqəladə hadisələrin qarşısını almaq olar. Bu da onlarda real həyatda müstəqil düşünmək, sərbəst nəticə çıxartmaq bacarığını, əməkdaşlıq, yaradıcılıq qabiliyyətinin inkişafına imkan yaradır.

Layihənin adı: Təhlükəli təbiət hadisələri

Məzmun xətti: Sağlamlıq və təhlükəsizlik

Standart: 4.3.1.Fövqəladə halları səciyyəvi xüsusiyyətlərinə görə izah edir

4.3.2.Qəzalardan mühafizə vasitələrindən istifadə qaydalarını şərh edir;

4.3.3.Yerli şəraitə uyğun süni yaradılmış ekstremal vəziyyətlərdə (əleyhqaz,yanğınsöndürmə balonu) özünümühafizə bacarıqları nümayiş etdirir.

Fənlərarası inteqrasiya: Ana dili 2.2.4. Riyaziyyat 5.2.1.,İnformatika,Fiziki tərbiyə1.1.1..,1.2.4.

Məqsəd :

1.Təbii fövqəladə halların səciyyəvi xüsusiyyətlərini izah edir;

2.Texnogen qəzaların səciyyəvi xüsusiyyətlərini izah edir;

3.Ekstremal vəziyyətlərdə özünümühafizə qaydalarını izah edir.

Dərsin tipi:İnduktiv

İş formaları:

Kollektivlə iş ,kiçik qruplarla iş

İş üsulları:

Beyin həmləsi , Müzakirə, Müsahibə, Anlayışın çıxarılması, BİBO , Venn diaqramı.

Resurslar:

İş vərəqləri :Respirator,şəkillər,plakatlar ,dərslik

Təməl suallar:

1.Təbii xarekterli fövqəladə hadisələr hansıdır?

2.Texnogen xarekterli fövqəladə hallar hansılardır?

Tematik sual: Qəzalardan mühafizə vasitələri hansılardır?

Məzmunlu suallar: 1.Təbii xarekterli fövqəladə halları hansı xüsusiyyətlərinə görə qruplaşdırmaq olar?

2.Qəza baş verərsə, biz özümüzü necə qoruya bilərik?

Dərsin gedişi:

Şagirdlərin fikrini manitora yönəldirəm.Təbiət hadisələrinə aid şəkillər nümayiş etdirilir.

M_Şəkillərdə hansı hadisələr təsvir edilmişdir?

Şagirdlərin cavabları alınır .(təbiət hadisələri)

M-Təbiət hadisələri normadan artıq olarsa nə baş verər?

09289312bf56696910949b9801f9b174 images[19]

Şagirdlərlə müzakirələr aparılır.

Nəticə: Hər bir təbiət hadisəsində normanın pozulması həyatın məhv olmasına gətirib çıxarar. Bu cür təhlükəli təbiət hadisələri- Fövqəladə hadisələr adlanır.http://kulis.lent.az/upload/images/news/2015/july/16/big/b2c4544b5e150c636bf496a8426d191a.jpg

Sözün də su kimi lətafəti var,

Hər sözü az emək daha xoş olar

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir su da. N.Gəncəvi

картинки по запросу kosmosda təbii hadisələr

  • Kosmosda

  • Yerin dərin qatlarında картинки по запросу kosmosda təbii hadisələr

  • Üst qatlarında картинки по запросу qasırğa

  • Havada

  • Suda картинки по запросу kosmosda təbii hadisələr

Baş verən təbii hadisələr normadan artıq olarsa fəlakətə çevrilər.

Tədqiqat sualı:

Həyat üçün nə təhlükə yaradır.

1.Təbii xarekterli fövqəladə hadisələr hansılardır?

2.Texnogen xarekterli fövqəladə hallar hansılardır?

3.Qəzalardan mühafizə vasitələri hansılardır?

Tədqiqatın aparılması üçün BİBÖ üsulundan istifadə edirəm.

İnformasiya müzakirəsi:

Şagirdlərin fikrini yenidən manitora yönəldirəm.Təbii xarekterli fövqəladə hadisələr haqqında şagirdlərin fikirləri dinlənilir.



Texnogen qəzaların səciyyəvi xüsusiyyətləri haqqında şagirdlərin fikirləri dinlənilir.

___Təbii xarekterli fövqəladə hallar və texnogen qəzalar zamanı hansı davranış qaydalarına əməl etməliyik?



Şagirdlərin fikirləri dinlənilir.

Növbəti slaydlar üzərində ekstremal vəziyyətlərdə özünümühafizə qaydaları şagirdlər tərəfindən izah edilir , fikir mübadiləsi aparılır.



Dərslik üzərində iş:

Dərsliyin 37-ci səhifəsindəki mətn oxunur.

Tətbiqetmə:Dərsliyin 37-ci səhifəsindəki sual cavablandırılır.

İnformasiya mübadiləsi:

Hər qrupa iş vərəqələri təqdim olunur.

GÖY QRUPU YER QRUPU HAVA QRUPU SU QRUPU



Qruplar işləri təqdim edirlər.Bir- birinin işinə münasibət bildirir,təklif və əlavələr edirlər.

Qrup işləri qiymətləndirilir.

BİBÖ üsulu üzərində iş davam etdirilir.Təbii xarekterli fövqəladə hallar haqqında öyrəndikləri qeyd olunur.

NƏTİCƏ VƏ ÜMUMİLƏŞDİRMƏ:

M-Biz bu gün hansı mövzunu öyrəndik?

Ş- Biz bu gün Təhlükəli təbiət hadisələri- fövqəladə hadisələr ,onların növləri, bu hadisələr zamanı davranış qaydalarını öyrəndik.Qəzalardan mühafizə vasitələri ilə tanış olduq.

M-Təbii xarekterli fövqəladə hadisələri onları yaradan proseslərə görə necə qruplaşdırmaq olar?

Ş-Kosmasda;Yerin dərin qatlarında; Üst qatlarında; Havada; Suda;baş verən proseslerlə bağlı olan təbii fəlakətlər kimi qruplaşdıra bilərik.

M-Fövqəladə hadisələr zamanı hansı davranış qaydalarına əməl etməliyik?

Sagirdlərin verdikləri cavablar ümumiləşdirilib “Sağlamlığımızı Qoruyaq” adlı təlimat hazirlanır və sinif otağından asılır.

  • Zəlzələ zamanı qorxmadan təhlükəsiz yerdə dayanmaq lazımdır.

  • Çölə qaçmayın içəri daha təhlükəsizdir.

  • Qapı tağının stolun ,çarpayının altında daldalanın.

  • Sobadan,pəncərədən və balkondan kənarda dayanın.

  • Liftdən istifadə etməyin.

  • Torpaq sürüşməsinin qarşısını almaq almaq üçün çoxlu ağac əkmək lazımdır.

  • Çay kənarına bənd vurulsa ,sel ziyan vurmaz.

  • Tufan zamanı,ildırım vurmasından qorunmaq üçün radionu,televizoru söndürün.Metal əşyalardan kənarda dayanın.

  • Tozun və zəhərli maddələrin təsirindən qorunmaq üçün respirator və əleyhqazdan istifadə etmək lazimdır.



NƏTİCƏ:

Müəllim: Biz bu gün fövqəladə hadisələr,onların növləri,bu hadisələr zamanı davranış qaydalarını öyrəndik.Qəzalardan mühafizə vasitələri ilə tanış olduq.Öyrəndik.....

  • Fövqəladə hadisələr həyatımız üçün təhlükə yaradır.

  • Təbii hadisələr baş verərkən davranış qaydalarına əməl etməliyik.

  • Texnogen hadisələrin baş verməməsi üçün hər birimiz diqqətli və məsuliyyətli olmalıyıq.

  • Qəzalar baş verərkən mühafizə vasitələrindən istifadə etməliyik.

Ev tapşırığı: Səh.46-47

Esse:Yaşadığımız ərazidə müşahidə olunan təbiət hadisələri
Yüklə 40,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə