Şəhərlər və regionlar: Uşaqlara
qarşı
seksual
zorakılığa
son
qoyulması haqqında Pakt
Avropa
Şurasının
"BEŞDƏN
BİRİ"
kampaniyasına Yerli və regional hakimiyyət
orqanları konqressinin töhfəsi
14 sentyabr 2012-ci ildə Konqressin Bürosu tərəfindən təsdiqlənib
Tərtibat: Avropa Şurasının Yerli və regional hakimiyyət orqanları
konqressi
Nəşr: Fevral 2013-cü il
Azeri
Mündəricat
Paktın təqdimatı __________________________________ 6
Söhbət nədən gedir? ___________________________ 6
Bu fəaliyyətlərə yerli və regional hakimiyyət
orqanlarının cəlb olunması nə üçün zəruridir? _______ 6
Konqrees nə təklif edir? ________________________ 7
Avropa Şurasının Konqressi yerli və regional
hakimiyyət orqanlarının nələri etməsini istəyir? _____ 8
Konqressin şəhər və regionlarının uşaqlara qarşı
seksual zorakılığa son qoyulması haqqında Paktı
nədir? ______________________________________ 8
Paktın imzalanması nələri əhatə edir? _____________ 9
Əsas tərəfdaşlar kimlərdir? ______________________ 9
Dörd əsas fəaliyyət istiqamətləri hansılardır? _________ 10
Dörd prinsip: qabaqlama ______________________ 10
Dörd prinsip: müdafiə ________________________ 17
Dörd prinsip: təqib ___________________________ 19
Dörd prinsip: iştirakçılıq ______________________ 20
Regional səviyyədə hansı konkret addımlar atıla bilər?20
Pakt praktikada necə işləyəcək? ___________________ 20
İnternetdə “Paktın platformasında” qeydiyyat ______ 20
Yerli və regional hakimiyyət orqanları üçün fəaliyyətlərin
siyahısı ________________________________________ 21
Qabaqlama _________________________________ 21
Müdafiə ___________________________________ 22
Sənədlər və istinad üçün saytlar ____________________ 24
6
Paktın təqdimatı
Söhbət nədən gedir?
Mövcud məlumatlara əsasən,
Avropada təxminən beş uşaqdan biri
uşaqlara qarşı zorakılığın ən pis formalarından biri olan seksual
zorakılığın qurbanına çevrilir. Seksual zorakılıq müxtəlif formalar ala
bilər ki, buraya insest, pornoqrafiya, fahişəlik, insan alveri,
korrupsiya, İnternet vasitəsilə təqibetmə, seksual istismar və nalayiq
seksual hərəkətlər daxildir. Bütün bunlar uşaqların psixi və fiziki
sağlamlığına ciddi ziyan yetirə bilər və həqiqətən yetirir. Nalayiq
seksyal hərəkətlərin nəticələri uşaqlar böyüdükdən sonra da onları
təqib edir – bunları yaşamış şəxslər çox zaman bütün bunları
daxillərində gizlənən üzüntü və ağrı kimi təsvir edirlər.
2010-cu ildə Avropa Şurası uşaqlara qarşı seksual zorakılığın aradan
qaldırılması üçün kampaniyaya başladı. "BEŞDƏN BİRİ" adlı bu
kampaniya bu problemin miqyasını əks etdirir və
Uşaqların seksual
istismardan və nalayiq seksual hərəkətlərdən müdafiəsi haqqında
Avropa Şurası Konvensiyasının
(bundan
sonra
“Lansarote
Konvensiyası” adlandırılacaq) imzalanmasına, ratifikasiyasına və
yerinə yetirilməsinə; habelə uşaqların, onların ailələrinin,
qəyyumlarının və bütövlükdə cəmiyyətin uşaqlara qarşı seksual
zorakılığın və nalayiq hərəkətlərin qarşısını almaq və onları belə
hallardan müdafiə etmək üçün məlumatlandırılmasına və lazımi
vasitələrlə təmin edilməsinə və beləliklə bu halların miqyası barədə
məlumatlılığın artırılmasına yönəlib.
Bu fəaliyyətlərə yerli və regional hakimiyyət
orqanlarının cəlb olunması nə üçün zəruridir?
Yerli və regional hakimiyyət orqanları ərazilərində yaşayan uşaqların
və gənclərin təhlükəsizliyinin və rifahının təmin və təşviq edilməsinə
görə cavabdehlik daşıyırlar və bu sahədə öz tərəfdaşları ilə, məsələn,
üçüncü sektorla, ictimai təşkilatlarla və özəl təşkilatlarla birgə
çalışmalıdırlar. Onlar dörd əsas fəaliyyət istiqamətlərini – qabaqlama,
müdafiə, təqib və iştirakçılıq prinsiplərini nəzərdə tutan yanaşmanı
7
qəbul etməlidirlər. Uşaqlara qarşı seksual zorakılıq halları ilə və
nalayiq seksual hərəkətlərlə qarşılaşan Avropanın şəhər və
regionlarının
vəzifəsi
bu
problem
barədə
məlumatlılığın
artırılmasından, yerlərdə yuxarıdakı dörd yanaşmaya əsaslanan
fəaliyyət planlarının və stretagiyalarının hazırlanmasından və həyata
keçirilməsindən, habelə xidmətlərin yaxşılaşdırılmasına vəsait
qoyulmasından ibarətdir. Bütün xidmətlər və fəaliyyətlər həyata
keçirilərkən uşaqların hüquqlarına hörmət edilməli, uşaqların üstün
maraqları önə çəkilməli, uşaqların dinlənilməsinə şərait yaradılmalıdır
ki, yerlərdə seksual zorakılığın və nalayiq seksual hərəkətlərin
dayandırılmasına, habelə bu cür hərəkətləri törədənlərin məsuliyyətə
cəlb olunmasına yönələn, uşaqlar və onların ailələri üçün zəruri olan
tədbirlər görülsün.
Konqress nə təklif edir?
Yerli və regional səviyyələrdə "BEŞDƏN BİRİ" kampaniyasının
aspektlərini əhatə etmək üçün Avropa Şurasının Yerli və regional
hakimiyyət orqanları konqressi aşağıdakı konkret məqsədləri qarşıya
qoyan Strateji Fəaliyyət Planı qəbul edib:
1.
Konqressin üzvləri, yerli və regional hakimiyyət orqanları, yerli
və regional hakimiyyət orqanlarının assosiasiyaları və digər
tərəfdaşlar arasında bu kampaniyanın məqsədləri barədə
məlumatlılığın artırılması;
2.
uşaqları zorakılığın hər cür formalarından müdafiə etmək üçün
struktur və mexanimlər yaradılarkən Avropa Şurasının hüquq
standartlarından və sənədlərindən (Lansarote Konvensiyasından
və Uşaqların maraqlarını nəzərə alan ədalət mühakiməsinin
rəhbər prinsiplərindən) istifadənin təşviq edilməsi;
3.
uşaqlara qarşı seksual zorakılığın qarşısının alınmasına yönələn
kampaniyalara başlanılmasında və bu sahədə məlumatlılığı
artıran vasitələrin hazırlanmasında, xüsusən uşaqlarla seksual
zorakılıq barəsində uşaq psixikasına uyğun formada söhbət
etməkdə valideynlərə və qəyyumlara yardım edən və bu sahədə
onların məlumatlılığını artıran kampaniya materiallarının ("Alt
paltarına dair qayda") yayılmasında və mənimsənilməsində yerli
və regional hakimiyyət orqanlarına yardəm göstərilməsi;
8
4.
uşaqlar barəsində seksual zorakılığa qarşı mübarizə sahəsində
çoxtərəfli yanaşmanın təşviq edilməsi və koordinasiya olunan
çoxsahəli
strukturların,
proseslərin
və
mexanizmlərin
hazırlanmasına yerli və regional hakimiyyət orqanlarının
həvəsləndirilməsi;
5.
şəhər və regionların uşaqların maraqlarına daha çox
uyğunlaşdırılmasına, habelə seksual zorakılığın olmadığı
təhlükəsiz icmaların formalaşmasında uşaqların və gənclərin real
iştirakına imkan yaradılmasına yönələn mədəni ənənənin
formalaşdırılması.
Avropa Şurasının Konqressi yerli və regional
hakimiyyət orqanlarının nələri etməsini istəyir?
Yerli səviyyədə fəaliyyətlər, belə görünür ki, məhduddur və 2010-cu
ildə Birləşmiş Krallıqda aparılmış tədqiqat göstərir ki, bu iştirakçı
dövlətdə yerli hakimiyyət orqanlarının dörddə birindən az qismi
uşaqların seksual istismardan müdafiəsinə yönələn strategiyaya
malikdir.
1
Araşdırmalar və mövcud məlumatlar göstərir ki, uşaqlarln
seksual istismarı təkcə Birləşmiş Krallıqda deyil, həm də Avropa
Şurasının üzvü olan 47 dövlətin hər birinin bütün bölgələrində baş
verir, hərçənd ki, məlumatların toplanması metodları bu qənaətin
təsdiqi üçün heç də bütün hallarda yetərli səviyyədə olmur.
Buna görə də Konqressin məqsədi "BEŞDƏN BİRİ" kampaniyasını
təşviq etməkdən və yerli və regional hakimiyyət orqanlarının
Lansarote Konvensiyası barəsində məlumatlılığının səviyyəsini
artırmaqdan ibarətdir ki, bu da uşaqların maraqlarını nəzərə alan,
uşaqların müdafiəsinə və cəmiyyətdə seksual zorakılığın qarşısının
alınmasına yönələn yerli və regional xidmətlərin təşəkkül tapmasına
şərait yaratmış olacaq.
Bunları nəzərə alaraq Avropa Şurasının Konqressi bütün şəhər və
regionları Konqressin şəhər və regionlarının uşaqlara qarşı
1
Bax: "What’s going on to safeguard children and young people from sexual
exploitation?" Jago et al, October 2011.
9
seksual zorakılığa son qoyulması haqqında Paktını imzalamaqla
"BEŞDƏN BİRİ" kampaniyasında iştirak etməyə çağırır.
Konqressin şəhər və regionlarının uşaqlara qarşı
seksual zorakılığa son qoyulması haqqında Paktı
nədir?
Yuxarıda qeyd edilən bütün dörd istiqamət üzrə fəaliyyətlərin həyata
keçirilməsi nəinki arzuediləndir, həm də zəruridir. Konqress kifayət
qədər məhdud həcmdə ictimai maliyyləşdirmə tələb edən, bəzi
hallarda isə ümumiyyətlə maliyyə tələb etməyən fəaliyyət növlərindən
tutmuş konkret strategiyaların işlənib hazırlanması və müvafiq
strukturların yaradılması zərurəti ilə əlaqədar olaraq əhəmiyyətli vəsait
qoyuluşu tələb edən digər fəaliyyət növlərinə qədər mümkün
fəaliyyətlərin siyahısını tərtib edib. Məsrəflər nə qədər olursa-osun,
uşaqlara qarşı seksual zorakılığın və nalayiq seksual hərəkətlərin
dayandırılmasına yönələn fəaliyyətlər həmişə "rentabelli" olacaq,
çünki bu vəsaitlər insan hüquqlarına hörmət edilməsinə əsaslanan
sağlam cəmiyyətə qoyulan vəsaitlərdir.
Konqressin yekun məqsədi uşaqlar barəsində seksual zorakılığa qarşı
mübarizə üzrə koordinasiyalı çoxsahəli strukturların, proseslərin və
mexanizmlərin hazırlanmasına mümkün qədər çoxlu sayda yerli və
regional şuraları və parlamentləri cəlb etmək olsa da, birinci
mərhələdə şəhərlər və regionlar "BEŞDƏN BİRİ" kampaniyasına öz
töhfələrini tədricən verə bilərlər, məsələn, ilkin mərhələdə fəaliyyətə
daha sadə səviyyədən, misal üçün öz İnternet saytlarında
əlaqələndiricilər
(linklər)
yerləşdirməklə
kampaniya
barədə
məlumatlar yaymaqdan başlaya bilərlər.
Konqress 47 üzv dövlətlərin hamısının yerli və regional hakimiyyət
orqanlarını bu Paktı imzalamağa və bizim təqdim etdiyimiz
fəaliyyətlər siyahısında sadalanan fəaliyyətlərdən ən azı birini həyata
keçirməyə başlamağa və koordinasiyalı çoxsahəli strukturların,
proseslərin və mexanizmlərin hazırlanmasını özünün yekun məqsədi
kimi qəbul etməklə uşaqlar barəsində seksual zorakılığa və nalayiq
seksual hərəkətlərə qarşı mübarizədə irəliləyişə nail olmağa çağırır.
10
Paktın imzalanması nələri əhatə edir?
Paktın iştirakçısı olacaq şəhərlər və regionlar bu broşürdə sadalanan
fəaliyyətlərin mümkün qədər çox qismini, yaxud Konqressin
məqsədinə nail olunmasına kömək edəcək hər hansı digər fəaliyyətləri
həyata keçirməklə Konqressin məqsədini gerçəkləşdirməyi, yəni
uşaqlara qarşı zorakılıq və nalayiq seksual hərəkətlər edilməsi
problemi barədə məlumatlılıq səviyyəsinin artırılması və bu problemin
aradan qaldırılması üçün zəruri olan strukturları yaratmağı öhdələrinə
götürəcəklər.
Əsas tərəfdaşlar kimlərdir?
Avropa Şurası 47 üzv dövlətdə hökumətlər tərəfindən təyin olunan
koordinasiya strukturları şəbəkəsi yaradıb və bu strukturlar yerli
hakimiyyət orqanlarına məsləhətlər verə və artıq bu kampaniya
çərçivəsində aktiv çalışan çoxsaylı QHT-lərlə və vətəndaş cəmiyyəti
qrupları ilə səylərini birləşdirməkdə onlara kömək edə bilərlər. Bir
neçə üzv dövlətdə
milli kampaniya qrupları
yaradılıb ki, onlar bu
kampaniya çərçivəsində işləri koordinasiya və icra edirlər və yerli və
regional səviyyədə öz tövsiyələrini verə bilərlər. Həmçinin
bələdiyyələr və regionlar öz ölkələrində müvafiq nazirliklərlə əlaqələr
yarada bilərlər.
Avropa Şurasının Parlament Assambleyası uşaqlar barəsində seksual
zorakılığa qarşı mübarizə sahəsində milli, Avropa və beynəlxalq
səviyyədə parlamentlərin fəaliyyətlərinin koordinasıyası məqsədi ilə
Əlaqələr üçün parlament üzvləri şəbəkəsi
yaradıb. Hazırda 49 üzvü
olan Şəbəkə qanunverici və siyasi təşəbbüslər sahəsində bütün üzv
dövlətlərdə tətbiq edilən ən yaxşı təcrübələrin mübadiləsinə yardım
göstərir.
Dörd əsas fəaliyyət istiqamətləri hansılardır?
Yerli və regional hakimiyyət orqanlarının yekun məqsədi uşaqların
istismarının qarşısını almaqdan ibarət olmalıdır. Bunun üçün onlar
uşaqların və gənclərin müdafiə və himayə ilə təmin edilməsinə və eyni
zamanda zorakılıq aktlarını törədənlərin məhkəmə qaydasında təqib
11
olunmasına ictimai sektordakı təsistatların daha çox cəlb olunması
üçün hansı addımların atılmalı olduğu barədə qərarlar qəbul
etməlidirlər. Yerli və regional hakimiyyət orqanları nalayiq
hərəkətlərin qarşısının alınması, zərərçəkənlərin müdafiə edilməsi,
zorakılıq aktlarını törədənlərin məhkəmə qaydasında təqib olunması,
habelə bütün bu proseslərdə uşaqların tam iştirakının təmin
olunmasına yönələn dörd prinsipə: qabaqlama, müdafiə, təqib və
iştriakçılıq prinsiplərinə əsaslanan yanaşmanı rəhbər tutumalıdırlar.
Bu bölmədə siz həyata keçirilməsi zəruri olan fəaliyyətlər barədə
məlumatlarla, habelə onların nə üçün zəruri olduğuna dair
informasiyalarla tanış olacaqsınız.
Dörd prinsip: qabaqlama
Bir sıra qabaqlayıcı tədbirlər var ki, onlar uşaqlara qarşı seksual
istismarın və nalayiq seksual hərəkətlərin qarşısının alınmasına
yardım üçün yerli və regional səviyyələrdə həyata keçirilə bilər.
Məlumatlılığın artırılması
Yerli və regional hakimiyyət orqanları uşaqlara qarşı nalayiq seksual
hərəkətlərin və seksual zorakılıqların qarşısının alınmasına yönələn,
uşaqların, uşaqlarla işləyən mütəxəssislərin, ailələrin, qəyyumların və
bütövlükdə ictimaiyyətin məlumatlılığının artırılması məqsədini
daşıyan proqramlar və siyasət hazırlaya bilərlər. Məlumatlılığın
artırılması cəmiyyətdə dəyişikliklər baş verməsinə və qabaqlayıcı
tədbirlərin cəmiyyət tərəfindən dəstəklənməsinə kömək edə bilər.
12
Qabaqlayıcı proqramlar və strategiyalar xidmətlərin səmərəli və
təhlükəsiz şəkildə həyata keçirilməsi üçün bütün maraqlı tərəflərin
yetərli və yüksək keyfiyyətli peşə
hazırlığına malik olmasını təmin
etməlidir.
Maraqlı
tərəflərə
uşaqlarla müntəzəm təmasda olan
bütün şəxslər, məsələn, sosial
xidmət
işçiləri,
səhiyyə
mütəxəssisləri,
müəllimlər
(məktəbəqədər təhsildən tutumuş
orta
təhsilə
qədər
bütün
səviyyələrdə), polis əməkdaşları,
habelə mədəniyyət, istirahət və
idman
komplekslərində,
kilsələrdə,
gənclər
üçün
mərkəzlərdə çalışanlar, hüquq-
mühafizə
orqanlarının
əməkdaşları və s. daxildir.
Nəzərə alsaq ki, risk altında olan
uşaqların
ilkin
mərhələdəcə
müəyyənləşdirilməsi
istənilən
strategiyanın
tərkib
hissəsi
olmalıdır, uşaqlara qarşı seksual istismar və nalayiq seksual hərəkətlər
barəsində zəruri biliklər mümkün qədər geniş yayılmalı və seksual
zorakılığa dəlalət edən əlamətləri, məsələn, uşağın davranışındakı
dəyişiklikləri necə aşkar etmək barədə məlumatlılıq artırılmalıdır.
Valideynlər, ailələr və qəyyumlar həmçinin uşaqlara qarşı seksual
istismarın və nalayiq seksual hərəkətlərin əlamətlərini necə aşkara
çıxarmağı, by zaman hansı hərəkətləri etməyin tələb olunduğunu
öyrənməli və onların uşaqlar və ailələr üçün doğuracağı nəticələri
bilməlidirlər.
Fəaliyyətlərə dair təkliflər
Şəhərin və regionun saytında
Avropa Şurasının "BEŞDƏN
BİRİ" kampaniyasının saytı ilə
əlaqələndirici (link) yerləşdirmək
Məktəblərdə və gənclər üçün
mərkəzlərdə uşaqlar və personal
üçün məlumatlandırıcı məşğələlər
təşkil etmək
İnformasiyaların və rəhbər
prinsiplərin yer aldığı bülletenləri
və vərəqələri yaymaq
Yerli və regional mütəxəssislərə
təlimlər keçmək
Mütəxəssislər və ictimaiyyət üçün
müzakirələr və seminarlar təşkil
etmək
Bu problemlərə diqqəti cəlb etmək
üçün "Avropada yerli demokratiya
həftəsi"ndən istifadə etmək
QHT-lərlə, media ilə və özəl
sektorla əməkdaşlıq etmək
13
Həmçinin qabaqlayıcı tədbirlərə, məsələn, İnternet saytlarının
monitorinqinin aparılmasına dair təlimlər keçilməli və uşaqların
özlərini müdafiə etmələrinə
köməklik göstərilməlidir, misal
üçün
İnternetdəki
zərərli
informasiyaları
necə
müəyyənləşdirməyi,
yaxud
tanışları olmayan, amma onlara
dostluqlarını təklif edən (onları
"şirnikləndirən")
şəxslərlə
yolverilməz
təmaslardan
çəkinməyi uşaqlara öyrətmək
lazımdır. Bu cür hazırlıq
valideynlərə
də
şamil
olunmalıdır, onlara İnternet
saytlarının monitorinqini necə
aparmağı və İnternetə girişə
necə nəzarət etməyi öyrətmək
lazımdır; həmçinin uşaqlara
İnternetlə bağlı risklər və
təhlükələr barədə məlumat
verilməlidir.
Uşaqlar,
valideynlər, müəllimlər və
ailələr
üçün
İnternetdə
təhlükəsizliyin təmin edilməsi
vasitələri QHT-lərlə və ya
digər təşkilatlarla əməkdaşlıq
şəraitində
hazırlana
bilər,
yaxud da artıq mövcud olan
məlumatlandırma
vasitələrindən istifadə oluna
bilər.
Məlumatlandırıcı tədbirlər həmçinin geniş ictimaiyyətə ünvanlanmalı
və ictimaiyyət bu hal barəsində və görülə biləcək qabaqlayıcı tədbirlər
haqqında məlumat almalıdır. Şəhərlərin və regionların saytlarında
Avropa Şurasının "BEŞDƏN BİRİ" kampaniyasının saytı ilə
əlaqələndiricinin (linkin) yerləşdirilməsi buna nail olmağın bir
Fəaliyyətlərə dair təkliflər
Uşaqlara yardım edilməsinə
yönələn bir sıra milli və Avropa
telefon xətlərinin fəaliyyətini təmin
etmək
Şəhərin və ya regionun saytında
operativ yardım və məsləhət üçün
əlaqələndirici (link) yerləşdirmək
Faydalı telefon nömrələrinin və
ünvanların olduğu kiçik və istifadə
üçün rahat olan yaddaş kartlarını
hazırlamaq və bütün məktəblilərə
paylamaq
Hər bir ailə üçün maqnitlə
soyuducunun qapısına yapışdırılan,
faydalı telefon nömrələrinin və
ünvanların olduğu siyahı
hazırlamaq
Uşaqların tez-tez olduğu yerlərdə
yardım üçün onların haraya
müraciət etməli olduqlarını
göstərən plakatlar yerləşdirmək
Uşaqlar üçün nəzərdə tutulan
maarifləndirici materialları
məktəblərdə və gənclər üçün
klublarda yaymaq
İnternetdə təhlkəsiz davranış
barədə bülletenlər və ya vərəqələr
yaymaq
İnternetdə baş verən qanunsuz
fəaliyyətlər barədə xəbər
verilməsinə şərait yaratmaq
14
yoludur. Həmçinin milli və Avropa səviyyəsində "qaynar xətlərin"
yaradılması və telefon vasitəsilə yardım göstərilməsi təşviq edilə bilər.
Məlumatlandırıcı və maarifləndirici materiallar
Avropa Şurası uşaqlara qarşı seksual zorakılıq və nalayiq seksual
hərəkətlər barəsində məlumatlılığı artırmaq və kampaniyanın
ismarıclarını çatdırmaq üçün materiallar hazırlayıb. Materiallar
uşaqlar üçün işləyən və uşaqlarla birgə çalışan rəhbər şəxslər, təşviqat
qrupları və mütəxəssislər tərəfindən istifadə edilmək üçün hazırlanıb.
Valideynlərin və uşaqların seksual zorakılığın qarşısını almalarına və
belə hallar barədə xəbər vermələrinə yardım üçün Avropanın 36 dilinə
tərcümə olunmuş konkret məlumatlandırıcı materiallar hazırlanıb
(
www.underwearrule.org
). Yerli və regional hakimiyyət orqanları
"BEŞDƏN BİRİ" kampaniyasının materiallarını çap etməli və
məktəblərdə, uşaq bağçalarında və çoxsaylı uşaqların olduğu digər
müəssisələrdə (gənclər üçün klublarda, gənclər assosiasiyalarında,
məsələn, bələdçilərin, skautların birliklərində və s.) geniş şəkildə
yaymalıdırlar. (Əlaqə:
1in5@coe.int
).
Uşaqların maarifləndirilməsi
Uşaqlara qarşı nalayiq seksual hərəkətlər və seksual zorakılıq
haqqında, o cümlədən müxtəlif zorakılıq növləri və riskli situasiyalar
barəsində məlumatlandırılmaqla uşaqlar seksual istismardan və
nalayiq seksual hərəkətlərdən qorunmaq üçün məlumatlı, təhlükəsiz
və düşüncəli seçim etmələrinə imkan yaradan bilik və vərdişlər əldə
edə bilərlər ki, bu da onların sağlam və pozitiv münasibətlər
qurmasına şərait yaratmış olar.
Müəyyən yaş qrupuna ünvanlanan, uşaqların konkret tələbatlarını və
qavrayış xüsusiyyətlərini, o cümlədən müxtəlif mədəniyyətlərin
xüsusiyyətlərini nəzərə alan və uşaqlar üçün anlaşıqlı dildə təqdim
edilən maarifləndirici effektiv materiallar həm ibtidai, həm də orta
təhsil səviyyələrində istifadə edilməlidir. Bu yolla uşaqlar seksual
zorakılığın nə demək olduğu və belə halların necə aşkar edilməli
olduğu barədə məlumat əldə etmiş olurlar ki, nəticədə təhlükəsiz
vərdişlərin təşviqi vasitəsilə bu cür halların qarşısının alınmasına
köməklik
göstərilmiş olur. Həmçinin yeni kommunikasiya
texnologiyaları haqqında və İnternetdən istifadə ilə bağlı risklər
15
barədə məlumatlar, habelə İnternetdə baş verən qanunsuz fəaliyyətlər
barəsində necə xəbər vermək haqqında infomasiyalar maarifləndirici
məlumatlar sırasına daxil edilməlidir.
İstənilən maarifləndirici və məlumatlandırıcı kampaniya məsləhət və
yardım üçün haraya müraciət etmək barədə informasiyaları, məsələn,
konkret hədəf qrupuna xidmət edən telefon xətləri və ya yardım
telefonları barədə, konkret olaraq milli və Avropa telefon nomrələri
haqqında məlumatları özündə ehtiva etməlidir, özü də bu telefionlar
adi iş saatları hesab olunmayan vaxtlarda da işləməldiir ki, uşaqlar
kimə müraciət etməli olduqlarını bilsinlər. Kiçik və istifadə üçün rahat
olan yaddaş kartları, üzərində faydalı telefon nömrələrinin və
ünvanların əks olunduğu açar brelokları və ya mobil telefon çexolları
bütün məktəblilərə paylanıla bilər, bunlar məktəblilərin öz
çantalarında rahat gəzdirə biləcəyi vasitələrdir. Yerli və regional
hakimiyyət orqanları maqnitlə soyuducunun qapısına yapışdırılan,
yuxarıdakı informasiyaları əks etdirən siyahı hazırlaya bilərlər ki, hər
bir ailədə hər bir uşaq onları asanlıqla görə bilsin. Yerli və regional
hakimiyyət orqanları məlumatların və yardımın əlçatan olmasını,
asanlıqla görülə bilən yerdə olmasını, habelə uşaqların asanlıqla
yardım və məsləhət ala bilməsi üçün şəhərin və ya regionun saytında
əlaqələndiricinin (linkin) yerləşdirilməsini təmin etməlidirlər. Haraya
getmək və kimə müraciət etmək barədə məlumatlar uşaqların tez-tez
olduğu yerlərdə – məktəblərdə, oyun qruplarında, gənclər üçün
mərkəzlərdə, sağlamlıq mərkəzlərində, ictimai kitabxanalarda, təcili
və
təxirəsalınmaz
yardım
xidmətlərində,
cinsi
sağlamlıq
klinikalarında, yerli hakimiyyət orqanlarının saytlarında, kilsələrdə və
s. məkanlarda yerləşdirilməlidir.
Qabaqlayıcı fəaliyyətlərdə tərəfdaşlar
Lansarote Konvensiyası hakimiyyət orqanlarını uşaq hüquqlarının
təşviqi və müdafiəsi üçün müstəqil təsisatlar yaratmağa həvəsləndirir.
O, həmçinin uşaqlara qarşı seksual istismar və nalayiq seksual
hərəkətlər barəsində ictimaiyyətin məlumatlandırılması üçün şəxsin və
ya orqanın, məsələn, uşaq ombudsmanının, uşaq vəkilinin və ya uşaq
hüquqları üzrə müvəkkilin təyin olunmasını nəzərdə tutur. Belə
orqanlar yerli və (və ya) regional səviyyələrdə yaradıla bilər.
16
Beynəlxalq, Avropa, milli, regional və yerli səviyyələrdə bir çox
təşkilatlar və assosiasiyalar uşaqlar barəsində seksual istismara və
nalayiq seksual hərəkətlərə qarşı aktiv fəaliyyət göstərirlər. Onların
çoxu məlumatlılığı artıran və informasiya xarakterli sənədlər və
materiallar hazırlayıblar ki, bunları da geniş şəkildə yaymaq olar.
Yerli və regional hakimiyyət orqanlarının milli assosiasiyaları və
hakimiyyət orqanlarının özləri bu materialların geniş şəkildə
yayılmasını təmin etmək üçün bu təşkilatlarla birgə işləməlidirlər.
Uşaqlar barəsində seksual istismarın və nalayiq seksual hərəkətlərin
gizli cinayət olduğu məlumdur, belə ki, bu əməllərin qurbanı olan
uşaq onlar barəsində danışmaqda olduca çətinlik çəkir. Bu durum,
habelə məlumatların toplanmasının standartlaşdırılmış və müqayisəli
metodlarının olmaması o deməkdir ki, bu problemin miqyasının aydın
mənzərəsini yaratmaq çətindir. Yerli və regional hakimiyyət
orqanlarının bu sahədə vəziyyətin müşahidəsi və qiymətləndirilməsi
üçün məlumatların toplanması
mexanizmlərini
yaratmaları
önəmlidir. Toplanmış məlumatlar
sayəsində hakimiyyət orqanları öz
regionlarında uşaqlara qarşı seksual
istismarın risklərini, miqyasını və
xarakterini qiymətləndirə və bu
məlumatların əsasında problemə
reaksiya verə bilərlər.
Vətəndaş cəmiyyəti təşkilatları,
eləcə də özəl sektor, xüsusən
informasiya və kommunikasiya
texnologiyaları sektoru və media
uşaqlara qarşı seksual istismarın
qarşısının alınmasına və uşaqların
müdafiəsinə yönələn proqram və
layihələr çərçivəsində yerli və
regional hakimiyyət orqanları ilə işləyə bilərlər. Regional səviyyədə
əməkdaşlıq şəhərlərin hüdudlarını aşan cinayətkar fəaliyyətlə,
məsələn, uşaq alveri ilə məşğul olan şəxslərin müəyyən edilməsində
səmərəli ola bilər.
Fəaliyyətlərə dair təkliflər
Uşaqlara qarşı seksual istismar
və nalayiq seksual hərəkətlər
barəsində ictimaiyyətin
məlumatlandırılması üçün yerli
və ya regional səviyyədə hər
hansı şəxsi və ya orqanı təyin
etmək
Siyasət və fəaliyyətlərin
məlumatlı şəkildə təşkil
edilməsi üçün yerlərdə konkret
vəziyyət barədə informasiya
toplamaqdan ötrü vətəndaş
cəmiyyəti ilə işləmək
Media ilə əməkdaşlıq etmək
Şəhərlərin hüdudlarını aşan
əməkdaşlığı həyata keçirmək
17
Dörd prinsip: müdafiə
İdarəetmə orqanları arasında seksual istismarın və nalayiq seksual
hərəkətlərin qurbanı olan uşaqlarla ən sıx təmasda olan orqanlar
qismində yerli və regional hakimiyyət orqanları uşaqlara himayə
fəaliyyətlərinin bütün iştriakçılarını birləşdirən strukturları daha
effektiv surətdə yarada və uşaqlar
üçün
maksimum
dəstək
və
müdafiəni təmin edə bilərlər. Onlar
təkcə
azyaşlı
qurbanların
tələbatlarını təmin etmək vəzifəsini
deyil, həm də bütövlükdə ailənin
strukturunu
və
cəmiyyətin
maraqlarını nəzərə almaq vəzifəsini
daşıyırlar.
Yerli
və
regional
hakimiyyət
orqanları
uşaqlar
barəsində seksual zorakılığa qarşı
mübarizə
sahəsində
çoxtərəfli
yanaşmanı
təşviq
etməli
və
koordinasiya
olunan
çoxsahəli
strukturları,
prosesləri
və
mexanizmləri
hazırlamalıdırlar.
Fəaliyyətlərə dair təkliflər
Qurumlararası və çoxsahəli
yanaşmaya əsaslanan,
uşaqların mənafelərinə
uyğunlaşdırılan müəssisələr
yaratmaq
Yerli və regional səviyyələrdə
məlumatlandırma öhdəliyini
tətbiq etmək
Milli və Avropa səviyyəsində
uşaqlara yardım üzrə telefon
nömrələrini və ya İnternet
ünvanlarını geniş şəkildə
yaymaq
Uşaqlarla işləyən bütün
mütəxəssislər üçün seksual
zorakılıq və ya nalayiq
seksual hərəkətlər barəsində
məlumat verməyə dair aydın
rəhbər prinsiplər qəbul etmək
18
Çoxsahəli mərkəzlər
Şəhərlər və regionlar qurumlararası əməkdaşlıq strategiyasına
əsaslanan kompleks və inteqrasiyalı yanaşma qəbul etməli və aydın
funskiya və vəzifələr daşıyan ixtisaslaşmış və konkret təyinatlı
orqanlar yaratmalıdırlar, bu orqanlar uşaqların müdafiəsində, onların
firavanlığının və rifah halının yaxşılaşdırılmasında iştriak edən bütün
yerli xidmətləri birləşdirməlidir. Uşaqların müdafiəsinə yönələn yerli
strategiyalar elə hazırlanmalıdır ki, konkret yerli prosedurlar və
sistemlər əhatə edilmiş olsun.
Bir çox Avropa ölkələrində uşaqlar barəsində nalayiq seksual
hərəkətlərə qarşı mübarizə vəzifəsi bir çox orqanların üzərinə qoyulur
ki, onlar da belə halları araşdırmağa borcludurlar. Uşaqlarla dəfələrlə
müsahibələr aparılır ki, bu da onların qurban hissini təkrarən
yaşamalarına gətirib çıxarır, bu isə onlar üçün öncə baş vermiş nalayiq
seksual hərəkətlərdən daha zərərli ola bilər. Lansarote Konvensiyası
qurumlararası çoxsahəli kompleks mərkəzlərin yaradılmasını təşviq
edir, burada uşaqlara qarşı nalayiq seksual hərəkətlərin araşdırılması
ilə məşğul olan bütün mütəxəssislər (uşaqlar üçün sosial təminat və
tibb xidmətlərinin işçiləri, hüquq-mühafizə və məhkəmə orqanlarının
əməkdaşları və s.) seksual zorakılığın qurbanı olan uşaqların sonrakı
psixoloji təzyiqlərə məruz qalmaması üçün vahid bir məkanda birgə
çalışa bilərlər (uşaqların mənafelərinə uyğunlaşdırılan müəssisələr
konsepsiyası). Uşaqların müraciət etməsi üçün yerlərin olması
önəmlidir, elə yerlər ki, burada onlar etimad mühitində özləri barədə
sərbəst və konfidensial şəkildə danışa bilsinlər və özlərini
təhlükəsizlikdə hiss etsinlər. Bu mərkəzlər elə təşkil olunmalıdır ki,
məhkəmə araşdırmasının məqsədləri üçün uşaqlarla müsahibələr
aparmaq və onları tibbi müayinədən keçirmək mümkün olsun,
uşaqların durumu hərtərəfli qiymətləndirilsin və onlar müvafiq
mütəxəssislər tərəfindən bütün lazımi terapiya xidmətləri ilə təmin
edilsinlər, onların dəfələrlə müsahibələrə məruz qalması və qurban
hissini təkrarən yaşaması baş verməsin.
Şübhələr barəsində xəbər vermək məcburi öhdəlik olsaydı və
konfidensiallıq qaydalarını pozmamaq və ya uşağın etimadını
itirməmək şərti ilə bu öhdəliyə riayət edilsəydi, daha çox uşağı
müdafiə etmək olardı. Uşaqlarla işləyən bütün mütəxəssislər üçün
19
rəhbər prinsiplər hazırlanmalıdır, bu prinsiplər mütəxəssislərin öz
naraqhatlıqları barədə müvafiq qruruma hansı qaydada məlumat
verməsini nəzərdə tutmalı, bu məlumatdan sonra isə yerli və regional
hakimiyyət orqanları nalayiq seksual hərəkətlərlə bağlı şübhələrin
əsaslı
olub-olmadığını
müəyyənləşdrimək
üçün
təhqiqat
aparmalıdırlar. Maraqlı tərəflər də uşaqların müdafiəsi və uşaq
hüquqları haqqında, habelə uşağın üstün maraqlarının önə
çəkilməsinin vacibliyi barəsində məlumatlandırılmalıdırlar.
Milli səviyyədə telefon və ya İnternet vasitəsilə yardım xətləri
yoxdursa, onları yaratmaq lazımdır ki, uşaqlar bu xətlərdən sərbəst
istifadə edə və anonim qalmaqla məsləhətlər ala bilsinlər.
Müdafiə fəaliyyətlərində tərəfdaşlar
QHT-lər və digər vətəndaş cəmiyyəti təşkilatları, xüsusən də
qurbanlara yardım göstərilməsi ilə məşğul olan təşkilatlar mühüm
tərəfdaşlardır.
Dörd prinsip: təqib
Lansarote Konvensiyasında bir sıra əməllər cinayət hesab olunur və
onların hansı qaydada araşdırılması və təqsirkarların hansı qaydada
məsuliyyətə cəlb olunması əsasən milli cinayət qanunvericilyiində
təsbit edilməli olan məsələlər olsa da, yerli və regional hakimiyyət
orqanları bu sahədə önəmli rol oynayırlar. Bu mərhələdə, o cümlədən
istintaq və məhkəmə araşdırması zamanı atılan bütün addımlarda
uşağın üstün maraqları, hüquqları və əlverişsiz durumu ilk növbədə
nəzərə alınmalıdır.
Qurbanlara yardım göstərilməsi
Hakimiyyət orqanları həm ayrıca, həm də QHT-lərlə əməkdaşlıq
şəraitində müəyyən tədbirlərin görülməsini, məsələn, məhkəmə
araşdırması zamanı pulsuz hüquqi yardım göstərilməsini; uşağın
valideynlərinə və bacı-qardaşlarına məsləhətlər verilməsini; habelə
uşağa terapiya yardımı göstərilməsini təmin etməlidirlər.
20
Hüquqpozanların təqib olunması
Yerli və regional hakimiyyət orqanları konkret olaraq hüquq
pozuntularının təkrarlanmasına yol verməmək üçün uşaqlara müvafiq
dəstək xidmətləri göstərilməsini təmin etməlidirlər. Onlar həmçinin
hüquqpozanların da öz hüquqları barəsində və onlar üçün mövcud
olan xidmətlər haqqında məlumatlandırılmasını təmin etməlidirlər.
Dörd prinsip: iştirakçılıq
Avropa Şurası hesab edir ki, dinlənilmək hüququ və rəyinə ciddi
yanaşılması hüququ hər bir uşağın və gəncin insan ləyaqəti və sağlam
inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Yaşları və yetkinlik
səviyyələri nəzərə alınmaqla uşaqların və gənclərin rəyləri
dinlənilməli və nəzərə alınmalıdır ki, onlara aid bütün məsələlərdə
onların üstün maraqlarının ilk növbədə nəzərə alınması hüququ və
zorakılıqdan, sui-istifadə hallarından, etinasızlıqdan və pis rəftardan
müdafiə edilmək hüququ səmərəli şəkildə təmin edilmiş olsun.
2
Yerli
və regional hakimiyyət orqanları atdıqları bütün addımlarda bu
pirinsipi rəhbər tutmalıdırlar.
Regional səviyyədə hansı konkret adımlar atıla
bilər?
Lansarote Konvensiyasında nəzərdə tutulmuş bir çox tədbirlərin
cinayət və mülki qanunvericilik aktlarında öz əksini tapması bir qayda
olaraq dövlətin səlahiyyətinə aid məsələ olsa da, uşaqların müdafiəsi
sahəsində bəzi mühüm məsələlər, məsələn, məişət, sosial və tibb
xidmətlərinin tənzimlənməsi və təşkili, habelə uşaqların seksual
istismara və nalayiq seksual hərəkətlərə məruz qalmasının qarşısının
alınması və belə hallardan müdafiəsi sahəsində konkret tədbirlərin
görülməsi və strukturların yaradılması regionların səlahiyyətinə aid
edilə bilər. Regional hakimiyyət orqanları və parlamentlər Lansarote
Konvensiyasının müddəalarının yerinə yetirilməsi üçün onlar
tərəfindən hansı qanunverici və inzibati tədbirlərin görülməli
olduğunu təhlil etməlidirlər.
2
"Yaşı 18-dən az olan uşaqların və gənclərin iştirakçılığı haqqında" Nazirlər
Komitəsinin üzv dövlətlərə CM/Rec(2012)2 saylı tövsiyəsi.
21
Pakt praktikada necə işləyəcək?
Yerli və regional seçkilərdə seçilmiş nümayəndələr Paktın
müddəalarını həm öz həmkarlarının, həm də öz şəhər və regionlarında
uşaqların sağlamlığı, rifahı və təhlükəsizliyinə görə cavabdeh olan
idarələrin diqqətinə çatdırmağa dəvət olunurlar ki, onlar Paktda təklif
olunan təşəbbüslərin həyata keçirilməsi üçün kampaniya apara
bilsinlər.
İnternetdə "Paktın platformasında" qeydiyyat
Yerli və regional orqanların seçkili nümayəndələri Konqressin
İnternetdə yerləşdirdiyi "Paktın platformasında" qeydiyyata alına
bilərlər (
www.coe.int/congress-pact
). Paktın müddəalarının yerinə
yetirilməsində maraqlı olan, yaxud da artıq təşəbbüslərə başlamış olan
şəhərlər və regionlar da qeydiyyatdan keçməyə dəvət olunurlar.
Bu platformada hər kəs yeni təşəbbüslər və strukturlar barəsində, eləcə
də artıq mövcud olan tədbirlər haqqında məlumatlar təqdim etmək və
hər dəfə yeni fəaliyyətlər həyata keçirilən zaman yenidən platformaya
qayıtmaq imkanına malik olacaq. Bu məlumatlar yerli və regional
səviyyələrdə "BEŞDƏN BİRİ" kampaniyasının gedişatındakı
irəliləyişləri qiymətləndirmək üçün istifadə olunacaq.
Yerli və regional hakimiyyət orqanları üçün
fəaliyyətlərin siyahısı
Qabaqlama
Şəhərin və regionun saytında Avropa Şurasının "BEŞDƏN
BİRİ" kampaniyası ilə əlaqələndiricdi (link) yerləşdirmək
Uşaqlara gündəlik qulluq mərkəzlərində, məktəblərdə və
gənclər üçün mərkəzlərdə uşaqlar və personal üçün
məlumatlandırıcı məşğələlər təşkil etmək
İnformasiyaların və rəhbər prinsiplərin yer aldığı bülletenləri
və vərəqələri yaymaq
Yerli və regional mütəxəssislərə təlimlər keçmək
22
Mütəxəssislər və ictimaiyyət üçün müzakirələr və seminarlar
təşkil etmək
Bu problemlərə diqqəti cəlb etmək üçün "Avropada yerli
demokratiya həftəsi"ndən istifadə etmək
QHT-lərlə, media ilə və özəl sektorla əməkdaşlıq etmək
Uşaqlara qarşı seksual istismar və nalayiq seksual hərəkətlər
barəsində ictimaiyyətin məlumatlandırılması üçün yerli və ya
regional səviyyədə hər hansı şəxsi və ya orqanı təyin etmək
Siyasət və fəaliyyətlərin məlumatlı şəkildə təşkil edilməsi
üçün yerlərdə konkret vəziyyət barədə informasiya
toplamaqdan ötrü vətəndaş cəmiyyəti ilə işləmək
Şəhərlərin hüdudlarını aşan əməkdaşlığı həyata keçirmək
Milli və Avropa səviyyəsində uşaqlara telefonla yardım
göstərilməsinə şərait yaratmaq
Şəhərin və ya regionun saytında operativ yardım və məsləhət
üçün əlaqələndirici (link) yerləşdirmək
Faydalı telefon nömrələrinin və ünvanların olduğu kiçik və
istifadə üçün rahat olan yaddaş kartlarını hazırlamaq və bütün
məktəblilərə paylamaq
Hər bir ailə üçün maqnitlə soyuducunun qapısına yapışdırılan,
faydalı telefon nömrələrinin və ünvanların olduğu siyahı
hazırlamaq
Uşaqların tez-tez olduğu yerlərdə yardım üçün onların haraya
müraciət etməli olduqlarını göstərən plakatlar yerləşdirmək
Uşaqlar üçün nəzərdə tutulan maarifləndirici materialları
məktəblərdə və gənclər üçün klublarda yaymaq
İnternetdə təhlükəsiz davranış barədə bülletenlər və ya
vərəqələr yaymaq
İnternetdə baş verən qanunsuz fəaliyyətlər barədə xəbər
verilməsinə şərait yaratmaq
Müdafiə
Qurumlararası və çoxsahəli yanaşmaya əsaslanan, uşaqların
mənafelərinə uyğunlaşdırılan müəssisələr yaratmaq
Yerli və regional səviyyələrdə məlumatlandırma öhdəliyini
tətbiq etmək
23
Uşaqlarla işləyən mütəxəssislər üçün seksual zorakılıq və ya
nalayiq seksual hərəkətlər barəsində məlumat verməyə dair
aydın rəhbər prinsiplər qəbul etmək
24
Sənədlər və istinad üçün saytlar
ONE in FIVE, the Council of Europe campaign to stop sexual
violence against children
Council of Europe Convention on the Protection of Children
against Sexual Exploitation and Sexual Abuse
Council of Europe Strategy for the Rights of the Child 2012-
2015
Council of Europe Convention on Action against Trafficking
in Human Beings
Convention on Cybercrime
European Convention on the Exercise of Children's Rights
Guidelines of the Committee of Ministers of the Council of
Europe on child friendly justice
Recommendation on the Participation of children and young
people under the age of 18
Discover children’s rights!
Raise your hand against smacking!
Wild Web Woo
Dostları ilə paylaş: |