Şəhid balalara



Yüklə 5,98 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü5,98 Kb.
#38236

background image
Şəhid balalara 

 

Dərdimi necə deyim, vallah deyə bilmirəm, 

Mən necə üsyan edim yerə-göyə bilmirəm. 

Başıma  qara  salıb, qara geyə bilmirəm, 

Bu şəhid balaların ölən çağı deyildi.  

Ağlatdılar daşı da, torpağı da, ay Allah, 

Sındırdılar bir körpə budağı da, ay Allah. 

Bağlı qaldı neçə bəy otağı da, ay Allah, 

Bu şəhid balaların ölən çağı deyildi.  

Bir gəlinin əlindən getməmişdi hənası, 

Bir gülləyə dağıldı ömür dünyası. 

Indi analar tutur oğul yası, qız yası, 

Bu şəhid balaların ölən çağı deyildi.  

Bu, zamanın hökmümü, inana bilmirəm mən, 

Bu dərdlərin önündə yenə əyilmirəm mən. 

Sənə təsəlli üçün sözüm çatmır ey Vətən, 

Bu şəhid balaların ölən çağı deyildi.  

Dayanmışam kədərlə məzarların önündə, 

Dönür göz yaşlarına göydə duman da, çən də. 

Dünya mənə dar gəlir elimin dar günündə, 

Bu şəhid balaların ölən çağı deyildi.  

Dayanmışam, gözümdə iki damla yaş mənim, 

Içimdə haray salan tufan mənim, qış mənim. 

O güllələr dəyəydi bu sinəmə kaş mənim, -  

Bu şəhid balaların ölən çağı deyildi.  

Hələ çoxlu fidanın boy atası vaxtıdır, 

Quşların körpələri oyadası vaxtıdır. 

Çox ananın kam  alıb, toy tutası  vaxtıdır, 

Bu şəhid balaların ölən çağı deyildi.  

 

Mədinə G. Şəhid balalara : şeir // Ədəbiyyat qəzeti. - 2005. – 20 yanvar.  



 

Yüklə 5,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə