1 Tədiyə balansının metodoloji tərtibatı ilə bağlı
http://cbar.az/assets/1186/final_metod.pdf
səhifəsinə
müraciət edilə bilər.
2015-ci ilin yanvar-sentyabr ayları üçün Azərbaycan Respublikasının
T Ə D İ Y Ə B A L A N S I
1
2015-ci ilin yanvar-sentyabr aylarında xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru
üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olmuşdur.
Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu
sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə
mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların və xidmətlərin idxalını əks
etdirir. 2015-ci ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə yaranmış ümumi
müsbət saldo 7.3 mlrd. $ olmuşdur.
2015-ci ilin yanvar-sentyabr aylarında tədiyə balansının əsas göstəriciləri
Mln. $
Cari əməliyyatlar
240.5
Xarici ticarət balansı
5302.5
Xidmətlər balansı
-3433.8
İlkin gəlirlər balansı
-1795.8
-İnvestisiya gəlirlərinin repatriasiyası
-1586.5
Təkrar gəlirlər balansı
Kapital hesabı
167.6
-3.4
Maliyyə hesabı
Xalis maliyyə aktivləri
o cümlədən:
-xaricə yönəldilmiş birbaşa investisiyalar
-portfel investisiyaları
-digər investisiyalar
Xalis maliyyə öhdəlikləri
o cümlədən:
- Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar
-6578.3
9731.2
2623.6
-107.9
7215.5
3152.9
5737.9
- cəlb olunmuş investisiyaların repatriasiyası
- neft bonusu
-2514.5
2.0
- portfel investisiyaları
751.1
- digər investisiyalar
-823.6
Balanslaşdırıcı maddələr
Ölkənin ehtiyat aktivlərinin dəyişməsi
-2800.0
-9141.2
Qeyd: Tədiyə balansı hesablamalarında neftin faktiki orta qiyməti 51$ (ötən ilin 9 ayında 102$) olmuşdur.
2
Cari əməliyyatlar hesabı
2015-ci ilin yanvar-sentyabr aylarında cari əməliyyatlar hesabında 240.5 mln. $
məbləğində profisit yaranmış, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti
5442.3 mln.$ məbləğində olmuşdur. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru
üzrə cari hesabın 5201.7 mln. $ məbləğində kəsirini tam örtmüşdür.
Ml
n.$
Xarici ticarət balansı
Xarici ticarət dövriyyəsi 19.3 mlrd. $ təşkil etmiş və xarici ticarət balansı 5.3 mlrd. $
məbləğində müsbət saldo ilə nəticələnmişdir.
2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dünyanın 155-dək dövləti ilə
ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 9.8%-i MDB üzvü olan dövlətlərin, 90.2%-i
isə digər xarici dövlətlərin payına düşür. Dövlətimizin Türkiyə, İtaliya, Birləşmiş Krallıq,
2014-cü il, 9 ay
2015-ci il, 9 ay
9293
241
16208
5303
-4706
-3434
-2406
-1796
197
168
Cari hesabın saldosu
Xarici ticarət balansının saldosu
Xidmətlər balansının saldosu
İlkin gəlirlərin saldosu
Təkrar gəlirlərin saldosu
3
Almaniya, Rusiya, ABŞ, Yaponiya, Fransa, İsrail və Çin ilə daha intensiv ticarət əlaqələri
olmuşdur. (Ümumi ticarətdə bu ölkələrin payı 67.1% təşkil etmişdir).
2015-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət üzrə əsas tərəf müqabilləri
(Mln. $)
Əmtəə dövriyyəsi
İxrac
İdxal
Saldo
Türkiyə
İtaliya
B.Krallıq
Almaniya
Rusiya Federasiyası
ABŞ
Yaponiya
Fransa
İsrail
Çin
Başqaları
2243
2145
1675
1526
1455
1392
792
727
581
452
6356
1154
1799
1415
1042
303
747
370
578
565
43
4307
1089
346
260
484
1152
645
422
149
16
409
2049
+65
+1453
+1155
+558
-849
+102
-52
+429
+549
-366
+2258
Cəmi
19344
12323
7021
+5302
O cümlədən:
MDB dövlətləri
1892
391
1501
-1110
Digər dövlətlər
17452
11932
5520
+6412
Əmtəə ixracı. Hesabat dövründə əmtəə ixracı 12.3 mlrd.$ təşkil etmişdir. İxrac
olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 90.9% olmuşdur.
Xarici dövlətlərə 10.3 mlrd.$ neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft
məhsullarının 788.4 mln.$-ı neft emalı məhsullarının, 9.5 mlrd. $-ı isə xam neftin
ixracının payına düşür.
2015-ci ilin yanvar-sentyabr aylarında ölkənin qeyri neft-qaz ixracı 1116.5 mln.$
təşkil etmişdir.
İxracın strukturu
2014-cü il, 9 ay
2015-ci il, 9 ay
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
İxrac - cəmi
22932.0
100.0
12323.3
100.0
o cümlədən:
1.Yanacaq-xammal məhsulları 22067.8
96.3
11500.0
93.4
- neft-qaz məhsulları
21752.1
94.9
11206.8
91.0
- digər xammal
315.7
1.4
293.2
2.4
2.Maşınqayırma məhsulları
215.2
0.9
275.1
2.2
3.İstehlak malları
628.8
2.7
533.5
4.3
4.Digər mallar
20.2
0.1
14.7
0.1
Əmtəə idxalı. Hesabat dövründə əmtəə idxalı 7.0 mlrd. $ təşkil etmişdir. İstehlak
mallarının idxalının ümumi dəyəri isə 2830.7 mln. $ olmuş, bunun da 838.5 mln. $-ı
ərzaq məhsullarının payına düşür.
4
İdxalın strukturu
2014-cü il, 9 ay
2015-ci il, 9 ay
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
Məbləğ,
mln.$
Xüsusi çəkisi,
%-lə
İdxal-cəmi
6723.6
100.0
7020.8
100.0
cümlədən:
1.İstehlak malları
3056.6
45.5
2830.7
40.3
- ərzaq məhsulları
913.9
13.6
838.5
11.9
- digərləri
2142.7
31.9
1992.2
28.4
2.İnvestisiya yönümlü mallar
715.6
10.6
1365.6
19.5
- beynəlxalq neft-qaz konsorsiumları 706.7
10.5
1360.5
19.4
- digərləri
8.9
0.1
5.1
0.1
3. Digər mallar
2951.4
43.9
2824.5
40.2
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların
və malların xüsusi çəkisi 19.5% təşkil edərək 1365.6 mln. $ olmuşdur. Bunun 99.6%-ni
beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına
idxal edilmiş mallar təşkil edir. Bundan başqa ölkəyə ümumi məbləği 2824.5 mln. $ olan
istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da gətirilmişdir.
Xidmətlər balansı
2015-ci ilin yanvar-sentyabr aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi
əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuş və bu xidmətlərin ümumi
həcmi 9.9 mlrd. $ təşkil etmişdir. Bunun 6.7 mlrd. $-ı qeyri-rezidentlər tərəfindən
Azərbaycanın rezidentlərinə, 3.2 mlrd.$ isə Azərbaycan rezidentlərinin xarici ölkələrin
rezidentlərinə göstərilən xidmətlərdir.
Q
arşılıqlı xidmətlər dövriyyəsinin 18.6%-i nəqliyyat xidmətləri üzrə aparılan
əməliyyatların payına düşür. Ümumi dəyəri 1.8 mlrd. $ olan nəqliyyat xidmətlərinin
61.2%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə
əlaqədardır.
Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin
dəyəri 1124.7 mln. $, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri
nəqliyyat xidmətlərinin dəyəri isə 713.9 mln. $ təşkil etmişdir.
Ümumiyyətlə, qarşılıqlı xidmətlərin ölkənin xarici dövlətlər ilə əmtəə və xidmətlər
üzrə ümumi idxal-ixrac dövriyyəsində xüsusi çəkisi 33.8% təşkil etmişdir.
İlkin gəlirlər balansı
Hesabat dövründə gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.7
mlrd. $-a çatmışdır. Bunun 74.4%-ni (2.7 mlrd. $) Azərbaycandan ödənişlər təşkil edir.
Bu məbləğin isə əsas hissəsini (1.7 mlrd.$) beynəlxalq neft-qaz konsorsiumları üzrə
xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində),
qeyri-rezidentlərə ödənilmiş əmək haqları (274.8 mln. $) və xarici kreditlərdən istifadəyə
görə ödənilən faizlər (365.6 mln. $) təşkil edir.
5
Təkrar gəlirlər balansı
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1.7 mlrd.$
məbləğində qiymətləndirilmişdir. Bu məbləğin 55%-ni ölkəyə daxilolmalar təşkil edir.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 96.7%-ni xarici ölkələrdən fiziki şəxslərin
pul baratları, 1.9%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 1.4%-ni isə
digər daxilolmalar təşkil edir.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 167.6 mln. $ təşkil
etmişdir.
Maliyyə hesabı
2
2015-ci ilin yanvar-sentyabr aylarında xalis maliyyə aktivlərimiz 9.7 mlrd.$
artmışdır. Bu göstərici əsasən xaricə yönəldilmiş birbaşa investisiyalar (2623.6 mln.$),
portfel investisiyaları (-107.9mln.$) və digər investisiyalar (7215.5 mln.$) hesabına
formalaşmışdır. Hesabat dövründə xalis maliyyə öhdəliklərimiz isə 3.2 mlrd.$ təşkil
etmişdir ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (3223.4 mln.$),
portfel investisiyaları (751.1mln.$), digər investisiyalar (-823.6 mln.$) və neft bonusu
(2.0 mln.$) hesabına formalaşmışdır.
2015-ci ilin yanvar-sentyabr ayları üzrə xalis maliyyə aktivləri və öhdəlikləri
Mln.
$
Aktivlər
Öhdəliklər
Birbaşa investisiyalar
- neft–qaz sektoru
- digər sektorlar
Portfel investisiyaları
Digər investisiyalar
- ticarət kreditləri və avanslar
- kreditlər və ssudalar
- depozitlər və nağd valyuta
Neft bonusu
2623.6
1424.4
1199.2
-107.9
7215.5
2509.7
78.9
4626.9
3223.4
2566.4
657.0
751.1
-823.6
83.6
-71.4
-835.8
2.0
C Ə M İ
9731.2
3152.9
2 Beynəlxalq Valyuta Fondunun tədiyə balansı üzrə yeni (6-cı nəşr) Təlimatının tələblərinə uyğun olaraq tədiyə
balansının strukturunda kapital və maliyyə hesabı Aktivlər/Öhdəliklər prinsipi üzrə təsnifləşdirilmişdir. Bununla
əlaqədar olaraq cədvəl göstəriciləri yeni strukturda verilmişdir.
Birbaşa investisiyalar
Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi
məbləği 5.7 mlrd. $ olmuşdur. Bu investisiyaların strukturunda neft-qaz sektorunun
xüsusi çəkisi 88.2% təşkil etmişdir.
Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların
ümumi məbləği 678.0 mln. $ olmuşdur.
6
Kreditlər və digər investisiyalar
Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 78.9 mln.$
artmış, xalis maliyyə öhdəlikləri isə 71.4 mln.$ azalmışdır.
Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 4.6 mlrd.$ artmış, xalis
maliyyə öhdəlikləri isə 835.8 mln.$ azalmışdır.
Ehtiyat aktivləri
Hesabat dövründə ölkənin ehtiyat aktivləri 9141 mln. $ məbləğində azalmışdır.
Dostları ilə paylaş: |