Səhmdarların Ümumi Yığıncağının müstəsna səlahiyyətinə aşağıdakı məsələlər aiddir



Yüklə 13,35 Kb.
tarix20.09.2018
ölçüsü13,35 Kb.
#69740

Səhmdarların Ümumi Yığıncağının müstəsna səlahiyyətinə aşağıdakı məsələlər aiddir:

  • Bankın Nizamnaməsinin, həmçinin ona əlavə və dəyişikliklərin təsdiq edilməsi;

  • Bankın Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası və Audit Komitəsi haqqında Əsasnamələrin təsdiq edilməsi;

  • Bankın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibinin sayının müəyyən edilməsi, üzvlərinin təyin və azad edilməsi (həmçinin vaxtından əvvəl), onların mükafatlandırılmasının və xərclərinin kompensasiyasının şərtlərinin və qaydasının müəyyən edilməsi;

  • Bankın İnzibatçılarının işə götürülməsi müddətlərinin və şərtlərinin müəyyən edilməsi (müvafiq qaydaları təsdiq etməklə);

  • Müşahidə Şurası üzvlərinin səlahiyyətləri istisna olmaqla, Bankın İnzibatçılarının Bank adından və Bank hesabına öhdəliklər qəbul etmək səlahiyyətlərini və həmin səlahiyyətlərin Bankın digər əməkdaşlarına verilməsi hüququnun hədlərinin müəyyən edilməsi (müvafiq qaydaları təsdiq etməklə);

  • Bank İnzibatçılarının kommersiya maraqlarını açıqlaması haqqında Qaydaların və həmin Qaydalara dəyişiklik və əlavələrin qəbul edilməsi;

  • Bankın törəmə təsərrüfat cəmiyyətlərinin yaradılması və onların fəaliyyətinə xitam verilməsi, o cümlədən təsərrüfat cəmiyyətlərinin müvafiq olaraq Bankın törəmə təsərrüfat cəmiyyətlərinə çevrilməsinə və ya buna xitam verilməsinə gətirib çıxaran onların nizamnamə kapitalında 50 (əlli) faizdən artıq iştirak payının əldə edilməsi və ya özgəninkiləşdirilməsi barədə qərarın qəbul edilməsi;

  • Bankın nizamnamə kapitalının artırılması və azaldılması barədə qərarların qəbul edilməsi, Bank səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi, habelə Bankda mühüm iştirak payının əldə edilməsinə razılığın verilməsi;

  • Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərarın qəbul edilməsi;

  • Bankın yenidən təşkili və ləğvi haqqında qərarın qəbul edilməsi;

  • Azərbaycan Respublikasının qanunvericiliyi və Bankın Nizamnaməsi ilə onun səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Yüklə 13,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə