Şək İnsanın təsərrüfat fəaliyyətinin yayılması



Yüklə 315,87 Kb.
səhifə1/4
tarix29.10.2017
ölçüsü315,87 Kb.
#7509
  1   2   3   4

Giriş
Məskunlaşmanın şəhər formalarının və şəhər həyat tərzinin yaranması və yaayımasına bəşəriyyətin ümumi tarixi inkişaf prosesi konstekstində baxmaq lazımdır. Kənd təsərrüfatının yayılması oturaq həyata, daimi yaşayış yerlərinin meydana gəlməsinə, ilk dövlətlərin yaranmasına gətirdi (şək. 1). Ilk iri yaşayış yerləri 5 min ildən çox əvvəl nisbətən sex məskunlaşmış kənd təsərrüfatı rayonlarında – Mesopotamiyada və Nilçayı boyunca daha sonra isə Hinda boyunca (Qərbi Hindistan) və Xuanxedə (Şimali Çin) yaranmışdır.







Şək.1. İnsanın təsərrüfat fəaliyyətinin yayılması

Şək.2. İlk sivilizasiyaların meydana gəlməsi

Artıq e.ə. I minillikdə qədim dövlətlərin nisbətən iri şəhərlərində əhalinin sayı 100-250 min və daha çox idi.

Şəhərlər orta əsrlər cəmiyyətinin həyatına ciddi təsir göstərdi, istehsalat və nəqliyyatın inkişafına, pul-münasibətlərinin yayılmasına, dövlətlərin möhkəmlənməsinə səbəb oldu. XV əsrdə Avropada ən böyük şəhərlər – Paris (275 min nəfər), Milan və Brüqqe (125 min), Praqa (95 min), Novqorod (50 min), London, (45 min), İstanbul (91 min), Pskov (35 min), Moskva (30 min) idi.

Şəhərlərin gur inkişafı ancaq Avropa sənayesinin sürətli inkişafı ilə əlaqədar olaraq və onun nəticəsi olaraq başladı. XVIII və XIX əsrlərin sərhəddində dünyanın ən iri şəhərləri London (365 min), Paris (550 min), Moskva – 1812-ci ildə (251 min), Peterburq – (300 min) əhalisi var idi.

XXI əsrin başlanğıcında Yer üzünd 6,1 mld. əhali var onlarda 3 mld. Çoxu şəhərlərdədir. Mütəxəssislərin fikrincə planetin əhalisi 2030-cu illərdə daha 2 mld. Artacaq (şək.3.).



Şək.3. XX əsrdə planetdə əhalinin yayılması

Bəşəriyyətin qlobal tarixi inkişaf prosesi mədəni həyatın cəmləndiyi şəhərlərin yaranmasının çiçəklənməsi və tənəzzül etməsi ilə sıx bağlıdır. Sivilizasiya termininin özü bir çox dillərdə şəhər, şəhərli, vətəndaş və s. anlayışı ilə bağlıdır.


Mövzu 1.
Şəhərsalma nəzəriyyəsinin və praktikasının obyekti və predmeti.

Şəhər anlayışı. Yaşayış məntəqələrinin təsnifatı. Urbanizasiya fenomeni ümumdünya – tarixi proses kimi

Təyini: Şəhər – müxtəlif sosial-iqtisadi funksiyaları, qeyri-aqrar fəaliyyət sahələrində məşğul olan yüksək sıxlıqlı əhalisi olan nisbətən iri məskunlaşmış yeridir.

Yaşayış yerlərinin klassifikasiyası:

əhalisinə görə:

- kiçik - 50 min qədər əhali



  • orta – 50-100 min

  • böyük – 100-250 min

  • iri – 250-500

  • çox iri – 500 mindən çox

xalq təsərrüfatı profilinə görə:

  • sənaye

  • kurort

  • nəqliyyat

  • elmi

  • çox profilli

inzibati əhəmiyyətinə görə:

  • paytaxt

  • respublika subyektləri mərkəzləri

  • yerli mərkəzlər

Eləcə də, təbii-iqlim amilinə, yaranma tarixinə inkişaf sürətinə və s. görə də klassifikasiyalar mövcuddur.

Təyini: Urbanizasiya – şəhər həyat tərzinin yayılması ilə müşayət olunan, şəhərlərində əhalinin məkan konsentrasiyası (cəmlənməsi) prosesi

Urbanizasiya müşayət olunur:



  • iqtisadi və elmi potensialın artması ilə;

  • cəmiyyətin professional (ixtisas) strukturunun dəyişməsi ilə;

  • cəmiyyətin tələblərinin artması ilə;

  • böyük məkanlarının mənimsənilməsi ilə;

  • ekoloji problemlərin və b. artması ilə

Şək.4.
Urbanizasiya prosesinin mahiyyəti -- əhalinin yerdəyişməsi və onların məskunlaşma mərkəzlərində cəmlənməsi (şək.4). Urbanizasiya üçün kənd əhalisinin şəhərə axması və kənd ətrafından kiçik yaxın şəhərlərdən böyük şəhərlərə əhalinin artan rəqsi hərəkəti (iş yerlərinə, mədəni-məişət ehtiyatlarına və b. görə) xarakterikdir.

Miqrasiyanın 2 növünü ayırırlar:


  1. rəqsi (gedib-qayıdan) miqrasiya - əhalinin şəhər kənarından şəhərə və geri yerdəyişməsi (iş yerlərinə və təhsilə)

  2. geri dönüşsüz miqrasiya -- əhalinin daha iri yaşayış məntəqələrinə köçməsi. Bu proses müxtəlif ailələr üçün fərqli zaman müddətində ola bilər və bir neçə nəsildə baş verə bilər.

Dar mənada urbanizasiya prosesi – şəhərlərin əhalisinin sayının mexaniki artması, əhalinin bir mərkəzə cəmlənməsidir. Urbanizasiyanın əks prosesi dezurbanizasiyadır (dekonsentrasiya).

Geniş mənada urbanizasiya prosesi – həyat tərzinin dəyişmə prosesi, insanın şəhər həyat tərzinə uyğunlaşdırılmalıdır. Şəhər həyat tərzi anlayışı özündə insan həyatının və cəmiyyət həyatının bir çox tərəflərini birləşdirir və burada prinsipial və əsas olanı məşğuliyyət xarakteridir (şəhərli üçün – qeyri-aqrar fəaliyyət sahələridir).

Aldadıcı urbanizasiya - əhalinin həyat tərzini dəyişdirmədən, bir yerə konsentrasiyası.

Şəhər həyat tərzi şəhərdən kənarda da yayıla bilər. Bu proseslə suburbanizasiya prosesi əlaqəlidir.



Təyini: Suburbanizasiya – sıx məskunlaşmış şəhər mərkəzlərinin sıxlığının azaldılması prosesi və şəhərlilərin iri şəhərin şəhərətrafına köçürülməsi (şək. 5.).

Şək.5.


Həmçinin, mövsüm suburbanizasıyası anlayışı da vardır – bu şəhərlilərin şəhər kənarına yay köçü ilə bağlı prosesdir. Şəhər kənarında yaşayan şəhərlilər isə suburbanist adlanır.

Suburbanizasiyanın yaranma səbəbləri –nəhəng şəhərlərdə yaşayışın diskomfort şəraiti, nəqliyyat sistemlərinin inkişafı, avtomobilləşmə səviyyəsinin və əhali hərəkəti səviyyəsinin artması.


1920-30-cu illərdə sovet məkanında sovet şəhərsalmaçılarının arasında mübahisə yarandı: “kapitalist şəhərinin” tənqidi və yeni tipli cəmiyyətin qurulması fonunda baş verirdi.

Bu zaman gələcək sos. şəhərinin 2 konsepsiyası formalaşırdı:



  1. Urbanizm: məskunlaşma sistemi 30-170-min əhalisi olan şəhərlərdən ibarətdir, bu şəhərlərdən hər biri iri sənaye müəssisəsinin əsasında formalaşır.

  2. Dezurbanizm: şəhər anlayışı yox olur, məskunlaşma sistemi bütöv şəbəkəşəkilli strukturlardan ibarət olur, şəhər və kənd arasındakı sərhəd yox olur (xətti şəhərlərin konsepsiyası şək. 6,7).

Şək.6. Maqnitoqorun layihəsi.

“Dezurbanist” xətti məskunlaşma nümunəsi. 1929-1930-cu illər

Şək.7. N.Milyutin, paralel strukturlu xətti-kəmər şəhəri. 1930-cu illər



Mövzu 2.

Şəhərsalma fəaliyyəti.

Şəhərsalma nəzəriyyəsinin predmeti. Şəhərsalma ierarxiyası.
Təyini: Şəhərsalma – yaşayış yerlərinin və məskunlaşma sisteminin formalaşması üzrə çoxtərəfli və kompleks fəaliyyətidir.

Təyini: Şəhərsalma fəaliyyəti– şəhərlər və başqa məskənlər daxil olmaqla ərazilərin inkişafı üzrə fəaliyyətdir və ərazilərin planlaşdırılması, şəhərsalma zonalaşdırılması, emarlıq-tikinti layihələndirilməsi, tikinti, kapital təmir, kapital tikinti obyektlərinin rekonstruksiyası şəklində həyata keçirilir.

Daha ümumi desək: Şəhərsalma fəaliyyəti - daşınılmaz obyektlərin dəyişdirilməsinə istiqamətlənmiş fəaliyyətdir.



Şəhərsalma layihələndirilməsi - cəmiyyətin həyatfəaliyyətinin maddi-məkan mühitinin təşkilinə isitqamətlənməsidir.

Şəhərsalma layihələndirilməsinin obyekti – şəhərsalma sistemidir (məskunlaşma sistemi, şəhər, yaşayış və ya sənaye rayonu, məhəllə).



Təyini: Şəhərsalma sistemi - məkanda təşkil olunmuş və qarşılıqlı əlaqədə olan maddi elemntlərin -- müxtəlif ərazi səviyyələrində cəmiyyətin həyat fəaliyyəti mühitini formalaşdıran texniki cəhətdən mənimsənilmiş ərazilərin, binaların, qurğuların, təbii komponentlərlə birgə yolların və mühəndis qurğularının cəmidir.

Şəhərsalma layihələndirilməsinin prinsipial fərqləri:

  1. Layihələndirilmə obyektinin böyük miqyası.

  2. Şəhərsalma obyektləri hər zaman təbiət kompleksi elementlərini daxil edir.

  3. Şəhərsalma obyekti – dəyişən sistemdir (şəhərsalma sistemi daima təkamüldədir və bitmiş bir inşaat obyekti kimi baxıla bilməz).

Layihə - şəhərsalma fəaliyyəti - nəzəri əsasların həcmcə böyük bölmələrini daxil edir bu onu elmi-praktiki fəaliyyətlə yaxınlaşdırır. Şəhərsalma tədqiqatı tətbiqi xarakter daşıyır və layihə həllərinin qəbul edilməsinə istiqamətlənmişdir.

Şəhərsalma tədqiqatının obyektləri - şəhərlər və qəsəbələr, yaşayış və ictimai komplekslər, sənaye rayonları və istirahət zonası, eləcə də geniş ərazi sistemləri və rayonlardır. Bütün bu obyektlər elementlərin dəqiq yerləşdirilməsi və onların arasında möhkəm ərazi əlaqələrinin formalaşdırılması ilə xarakterizə olunur.

Şəhərsalma ierarxiyası

Dövlətin ərazisi – regionun ərazisi – Azərbaycan Respublikasının subyekti (vilayət muxtar respublika) – bələdiyyə rayonu (inzibati) – şəhər – şəhərin bir hissəsi (planlaşdırma rayonu, məhəllə qrupları) – mikrorayon, məhəllə -- torpaq sahəsi.


Mövzu 3.
Məskunlaşma sistemi və ərazi planlaşdırılması.

Məskunlaşma sistemlərinin təkamülü.

Məskunlaşmanın əsas tipləri və formaları.
Təyini: Məskunlaşma – insanların məskunlaşma prosesini və formalaşma nəticələrini müəyyən edir və cəmiyyətin təşkilinin maddi-məkan formasını ifadə edir. Bu terminin geniş anlamı (mənası) bütün miqyas səviyyələrində şəhərsalma fəaliyyətinin bütün aspektlərini (sahələrini) əhatə edir: ölkənin vahid məskunlaşma sisteminin, regional və yerli məskunlaşma sistemlərinin, şəhərlərin və qəsəbələrin formalaşmasını.

Ilk məskənlər 12-13 min il əvvəl meydana gəlmişdi və çox vaxt kənd təsərrüfatı xarakteri daşıyırdı. Onların inkişaf prosesi ekstensiv idi, yəni əhalinin artmasına görə həyata keçirdi, eramızdan 3 min il əvvəl ilk şəhərlər meydana gəldi. Qədim dünyanın tanınmış şəhərləri: Vavilon – 80 min nəfər, Afina – 300 min nəfər, Roma – 1 mln. nəfər. Şəhərin hər biri məskunlaşma arealının mərkəzidir (mərkəz-şəhərin siyasi və təsərrüfat təsirinin yayılma zonası).

Avropada feodal dövründə şəhərlər feodal qəsrini əhatə edən qəsəbələrin böyüməsi ilə, sənaye müəssisələrinin yanında və ya ticarət yarmarkasının əsasında formalaşırdı. Avropa üçün özününidarəetmə sistemi ilə “azad şəhərlərin” yaranması xarakterikdir.

Avropada kapitalizmin inkişaf dövrü iri şəhərlərin – sənaye mərkəzlərinin sürətli inkişafı ilə əlaqədardır. XIX əsrdə onlardan ən iriləri – London, Paris şəhərləridir. XIX əsrin sənaye inqilabı, bir qayda olaraq, çıxarma və emaledici sənayenin bazasında yüksək urbanizələşmiş ərazilərin meydana gəlməsinə səbəb oldu (şək. 8.9.). XIX-XX əsrlərin sərhəddində Avropada əhalisi 1 mln-dan çox olan 12 şəhər var idi.



Şək.8. Qərbi avropanın dəmiryollarının və sənaye rayonlarının sxemi, XIX əsrin sonu



Şək.9. Rur vilayəti, Almaniya, XIX əsrin sonu



Məskunlaşma sisteminin inkişafı (Rusiya misalında)
Rusiyanın avropa hissəsində II-IX əsrlərdə - ocaq məskunlaşma sistemi (məsk. Sist. Mənb.) yarandı.

  • II-V əsrlərdə məskunlaşma iri şəhərlər (çəpərə alınmış məskənlər) şəklində təqdim olunur ki, onların ətrafında kənd təsərrüfat yerləri olurdu (şək.10).

Şək.10.


  • VI-IX əsrlərdə əhatəsində olan əraziləri özünə tabe etməyə çalışan knyaz hakimiyyətində olan şəhər-mərkəzlər seçilməyə başlayır (şək.11).

Şək.11.


  • IX-XII əsrlərdə xətti məskunlaşma sistemi formalaşır. Erkən feodal mərhələsində xətti və ya su-kommunikasiya məskulaşma sistemi yaranmağa başladı.

Şək.12.


  • XII-XV əsrlərdə halqavari (müdafiə-strateji) məskunlaşma sistemi formalaşır.

Feodal parçalanması dövründə sərbəst knyaz dövlətrləri meydana gəlir. Halqavari sistemlərin mərkəzləri – Novqorod, Suzdal, Moskva və başqaları (şək. 13).

Şək.13.


  • XV-XIX əsrlərdə ulduzvari məskunlaşma sistemi formalaşır. Tədricən əsas mərkəzdən radial nəqliyyat istiqamətlərində məskunlaşma sisteminin karkası yaranır. (əvvəl Moskva, XVIII əsrin əvvəl. – Sankt-Peterburq, eləcə də Kiyev və Kazan). Qərbi Sibirdə məskunlaşma mərkəzləri Tümen, Tobolsk, Tomsk şəhərləri olur (şək.14).

Şək.14.


XIX əsrin sonunda məskunlaşma sistemi mürəkkəb xarakter balır. Müxtəlif formalar bir-birilə uyğunlaşır: ulduzvari fromadan, kənarlarda hələ də saxlanılmış ocaq məskunlaşma sistemin qədər.

Məskunlaşmanın vacib xarakteristikası onun fromasıdır. Məskunlaşmanın iki formasını ayırırlar:



Muxtar - qonşu məskənlərdən böyük uzaqlıq şəraitində və onlar arasında funksional və nəqliyyat əlaqələrinin zəif inkişafı şəraitində yaranır;

Qrup - qonşu məskənlər arasında əhalinin əmək, məişət və istirahəti sahəsində möhkəm əlaqələrin fromalaşması şəraitində yaranır.

Məskunlaşmanın iki növ vardır: şəhər və kənd.

Şəhər daxilində iki məskunlaşma tipi ayrılır:

Bir yerə cəmlənmiş və ya konsentrik (əhalinin böyük və iri şəhərlərdə cəmlənməsi);

Ayrılmış və ya dispers (əhalinin çox hissəsi çox sayda kiçik və orta şəhərlərdə yerləşir);

Spesifik müxtəliflik – mobil məskunlaşma.

Kənd məskunlaşmasının iki növünü ayırırlar:

Iri kənd yaşayış məntəqələri;

Kiçik məskənlər.
Mövzu 4
Ərazi planlaşdırılması (rayon planlaşdırılması).

Ərazi planlaşdırılmasının obyekti və predmeti.

Əsas ideyalar və konsepsiyalar, şəhərsalma futurologiyası. Layihələndirilmə nümunələri və reallaşmalar.
Artıq XIX əsrdə sürətli şəhərsalma fəallığı fonunda iri ərazilərinə və məskunlaşma sistemlərinin planlaşdırılmasına ehtiyac yarandı. Iri əraziləri əhatə edən və xaraktercə ərazi planlaşdırılmasına (rayon planlaşdırılmasına) yaxın ilk layihələr – Çikaqonun şəhərətrafı zonasının inkişaf layihəsi və Vena və Budapeştin meşəpark zonasının planlaşdırılması layihəsi oldu.

Bir çox müəlliflər cəmiyyətin həyat fəaliyyətinin mühitinin formalaşması üzrə təkliflərində və konsepsiyalarında məskunlaşma yerlərinin qarşlıqlı əlaqəli sistemlər şəklində formalaşdırmağı təklif edirdilər.

XIX əsrin sonunda ispan Soria-i-Mata iki şəhəri birləşdirən xətti strukturlu sxem təklif etdi. (şək.18). E.Hovard “şəhər-bağ” konsepsiyasında nəqliyyat kommunikasiyaları ilə əlaqələndirilən şəhər-bağlardan bir assosiasiya formalaşdırmaq təklif edirdi (şək. 17). R.Unvik 1907-ci ildə şəhər-bağ ideyasını Hempsted şəhərinin (London ətrafı) tikintisində tətbiq etməyə qərara gəlir.

XX əsrin başlanğıcında iri şəhərlərdə əhalisi sıxlığının çox olması probleminin həlli məqsədilə onun ətrafında şəhər-peyklərin tikintisi ideyası meydana gəlir (şək. 19).









Şək.17. E.Hovard, şəhər-bağ qrupu, 1898-ci il.

Şək.18. A.Soria-i-Mata, Madridin xətti strukturu, 1884-cü il.

Şək.19.R.Uitten, Şəhər-Peyklər sistemi, 1923-cü il

XX əsrin I rübündə tədricən məskunlaşma ilə məşğul olan yeni sərbəst layihə fənni -- ərazi planlaşdırılması (sov. Məkanında rayon planlaşdırılması) formalaşır.



Təyini: Ərazi planlaşdırılması - ərazilərin inkişaf planlaşdırılmasıdır, o cümlədən funksional zonaların müəyyənləşdirilməsi, dövlət və bələdiyyə ehtiyacları üçün kapital tikinti obyektlərinin planlaşdırılmış yerləşdirilmə zonalarının, ərazi istifadəsinin zonalarının xüsusi şərtlərlə planlaşdırılmasıdır.

  • Sovet məkanında bütöv rayon planlaşdırılması üzrə ilk iş Abşeron yarımadasının baş planının həlli idi (1924).

  • 20-30-cu illərdə planlı iqtisadiyyat şəraitində ölkənin məskunlaşma sisteminin inkişaf yollarının axtarışı aparılırdı. Urbanizm və dezurbanizm ideyaları meydana gəlirdi. Yeni şəhərlər layihələndirilir və tikilirdi, yeni sənaye rayonları formalaşırdı.

  • 1930-cu illərdə uralın bir sıra rayonlarının, Sibirin, Donetskin və Krivorojskinin rayon planlaşdırılması layihələri işlənilmişdi.

  • 1940-50-ci illərdə Avropanın çox iri aqlomerasiyalarının planlaşdırılma layihələri yerinə yetirilirdi. (şək. 20, 21). P.Aberkrombinin rəhbərliyi ilə işlənilmiş “Böyük Londonun” layihəsi geniş tanınmışdır, burada inkişaf edən, meqapolisin və ətraf ərazilərin və məskənlərin maraqları uyğunlaşdırılmışdı. (şək. 22).

Şək.20.Kopenhagenin inkişaf layihəsi, 1947.



Şək.21.Stokholmun planlaşdırma layihəsi, 1950.



Şək.22. “Böyük Londonun” inkişaf layihəsi, Aberkrombi, 1950-ci illər.






  • 60-cı illərdə elmi-texniki inqilabla və artan şəhərsalma fəallığı ilə bağlı olaraq dünyada nəzəri və konseptual axtarışların həmçinin ərazi planlaşdırılması sahəsində layihə fəaliyyətinin qruplaşması müşahidə olunur (şək. 23, 24, 25).

1962-cı ildə Yaponiyada Tokio şəhərinin inkişaf layihəsi üzrə konkurs keçirilir (şək. 23). K.Tanqenin rəhbərliyi ilə memarlar qrupu metabolizm ideyasını – şəhərin ətraf mühitlə təbii mübadiləsini irəli sürür.

Şək.23. Tokionun inkişaf layihəsi, 1962




Şək.24.Metabolik şəhər, K.Kurokava, 1965




Şək.25. “Ekumenopolisin layihəsi”, 2100-cü ilin proqnozu, K.Doksiadis, 1968.
1960-cı illərdə gələcək məskunlaşma ilə əlaqədar olaraq futuralist ideyaların sıçrayışı baş verir. Giqant (nəhəng) strukturlar (şək. 26, 27, 29) və piramidalar (şək. 28,30), dənizdə və sualtı məskənlər (şək. 31,33), mobil (sürətlə hərəkət edən) yaşayış yerləşgələri (şək. 32) addımlayan şəhərlər (şək. 34) və s.







Şək.26. İ.Fridman, Paris üzərində struktur, 1956.

д

Şək.27. J.-K.Bernar, total şəhər

Şək.28. “Arkiqrem”, Plug in city” şəhəri (şəhərdə tıxac)












Şək.29. A.İsozaki, “Klaster” (salxım) layihəsi, 1960-cı illər

Şək.30. Məkan şəhəri variantı, Meymon.

Şək.31. C.Celikom, Su üzərində şəhər












Şək.32. Dinamik yaşayış strukturunun layihəsi. “Himmelblau” qrupu.

Şək.33.Aqrosean - Siti

Şək.34. “Arkiqrem”, “Hərəkət edən şəhər”

-1960-70-cı illərdə ABŞ, Fransa, İngiltərə, Almaniya və b. ölkələrin yaranmış məskunlaşma sisteminin inkişafı üzrə bir sıra layihə təklifləri işlənilmişdir (Şək.35-36).


Şək.35. Lionun inkişaf sxemi, Fransa.



Şək.36. “Redrozun” məskunlaşma sistemi, Liverpul-Mançester konurbasiyasının fraqmenti, BöyükBritaniya



Şək.37. “Solent” məskunlaşma sistemi. BöyükBritaniya


Hal-hazırda ərazi planlaşdırılması kompleks layihə-elmi fənn kimi inkişaf edir. ərazi planlaşdırılması dövlətin (regionun, ərazinin) inkişaf strategiyasının ayrılmaz hissəsidir.

Regional məskunlaşma (ərazi planlaşdırılması) layihə fənni -məskunlaşmanın strateji məsələlərini həll edir o şəhərsalma elminin çərçivəsində və başqa bilik sahələri ilə kəsişərək inkişaf edir.

Şəhərsalma getdikcə daha fəal şəkildə qarışıq sahələrlə: iqtisadiyyat, coğrafiya, ekologiya, idarəetmə nəzəriyyəsi, siyasət, sosialogiya, mühəndis fənləri və başqaları ilə qarşılıqlı əlaqəyə girir.


Mövzu 5
Yüklə 315,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə