Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
  1   2   3   4   5   6   7   8   9   ...   28


 
 
Səlahəddin Xəlilov 
 
 
 
 
 
Cavid 
fəlsəfəsi
 
(2-ci kitab: klassik Şərq və müasirlik) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Nurlar” nəşriyyatı 
 
Bakı – 2009 


 
 
 
 
 
 
 
 
Xəlilov S.S. 
         Cavid fəlsəfəsi (2-ci kitab: klassik Şərq və müasirlik). 
Bakı, “Nurlar” nəşriyyatı, 2009. – 128 s. 
 
 
Kitab Şərq dünyasının bir sıra klassik və müasir nümayən-
dələrinin  ideya  və  təlimləri  kontekstində  Hüseyn  Cavidin  fəl-
səfəsinə  yeni  bir  baxışdır.  Cavid  öz  yaradıcılığında  Fəridəddin 
Əttar, İbn Ərəbi kimi görkəmli sufi mütəfəkkirlərinin ənənələrini 
yaşatmaqla  yanaşı,  Cəmaləddin  Əfqani,  Cübran  Xəlil  Cübran, 
Məhəmməd İqbal  kimi  dövrünün  mütərəqqi  düşüncəli  şəxsiyyət-
lərini də narahat edən ümumbəşəri problemlərə bədii təfəkkürün 
işığında baxmağa çalışmış, eyni zamanda, Mirzə Ələkbər Sabir, 
Cəfər  Cabbarlı  kimi  milli-mənəvi  dəyərləri  qoruyub  saxlamağa 
və inkişaf etdirməyə xidmət etmişdir. 
Müəllifin  Cavidin  fəlsəfi  baxışlarının  tədqiqinə  yönəlmiş 
bu ikinci kitabı cavidşünaslar, fəlsəfə tədqiqatçıları, tələbələr və 
geniş oxucu  kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
  
ISBN  
 
© S.Xəlilov, 2009


 
- 3 - 
 
 
 
 
 
 
Ön söz 
 
1982-ci  ildə  Cavidin  100  illik  yubileyi  bütün  ölkə 
miqyasında  təntənəli  surətdə  qeyd  olundu.  Cavidin  belə 
geniş  planda  anılması  ictimai  həyatın  ritmində,  mədəniy-
yətimizin  ab-havasında  da  özünü  göstərirdi.  Cavidin  ruhu 
bizimlə idi. Və biz də özümüzü bu aurada Cavidlə bərabər 
hiss  edirdik.  O  vaxt  Azərbaycan  KP  MK-nın  birinci  katibi 
Heydər  Əliyevin  səyləri  ilə  Cavidin  nəşinin  uzaq  Sibirdən 
vətənə qaytarılması bu ab-havanı xüsusilə gücləndirmişdi.  
Baza təhsilimə görə fizik olmağıma baxmayaraq, ədə-
biyyatla  müntəzəm  surətdə  maraqlanan  bir  şəxs  kimi,  mən 
də bu yubiley dalğalarında gələn ab-havaya biganə qala bil-
mədim  və  oxuyub  təsirləndiyim  «İblis»  əsəri  haqqında  bir 
esse  yazdım.  Sonrakı  illərdə  «İblis»  əsəri  haqqında  ədəbi 
tənqiddə  mövcud  olan  tamamilə  fərqli,  bəzən  hətta  bir-
birinə  zidd  fikirlərlə  tanış  oldum  və  bu  məsələyə  aydınlıq 
gətirmək  üçün  ona  fəlsəfi  müstəvidə  yanaşmaq  qərarına 
gəldim.  Çünki  ədəbi  mübahisələrin  çoxu  əslində  əsərin 
ideyası  ilə,  müəllifin  çıxış  etdiyi  fəlsəfi  platforma  ilə 
əlaqədar  idi.  Bəzən  mübahisələr  Cavidin  «İblis»  pyesinin 


 
- 4 - 
hüdudlarından kənara çıxır və bütövlükdə fəlsəfi və ədəbi-
bədii fikir tarixində Xeyir və Şər, Allah-İnsan-İblis münasi-
bətlərinin aydınlaşdırılması ətrafında gedirdi.  
«“İblis”də  fəlsəfi  motivlər»  adlandırdığım  bu  əsər 
«Yazıçı»  nəşriyyatında  1988-ci  ilin  planına  daxil  edildi.  
Lakin elə həmin illərdə Mərkəzdən gələn Yenidənqurma və 
aşkarlıq  xətti  məndə  əsərə  yenidən  qayıtmaq  ehtiyacı  ya-
ratdı:  «Ola  bilsin  ki,  tədqiqatımda  və  mövqeyimdə  mark-
sizm fəlsəfəsinin təsiri vardır», – fikrilə kitabı nəşriyyatdan 
geri  götürdüm  (o  vaxt  artıq  kitab  nəşrə  tam  hazır  idi  – 
görkəmli tənqidçi Yaşar Qarayev kitabı redaktə etmiş və ön 
söz yazmışdı) və üzərində yenidən işləmək qərarına gəldim. 
Lakin  illər  ötdü,  doktorluq  dissertasiyasının  müdafiəsi  və 
daha sonra təhsil quruculuğu sahəsindəki işlərimlə əlaqədar 
olaraq  mən  bu  əsərə  qayıtmağa  vaxt  tapmadım.  Nəhayət, 
1996-cı  ildə  heç  bir  dəyişiklik  olmadan  onu  «Qanun»  nəş-
riyyatında  çap  etdirdim.  Lakin  Cavidin  fəlsəfi  baxışlarını 
tədqiq etmək mənim gələcək planlarım sırasına daxil oldu-
ğundan, əsərin adını «Cavid fəlsəfəsi – I kitab» qoydum. O 
hadisədən  yenə  illər  keçməsinə  baxmayaraq,  ikinci  kitab 
üzərində  işləyə  bilmədim.  2001-ci  ildə  çox  vaxt  tamamilə 
fərqli tərəflər kimi qarşı-qarşıya qoyulan Cavid və Cabbarlı 
yaradıcılığı arasında ümumi cəhətlərin araşdırılmasına həsr 
etdiyim «Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti» adlı ki-
tabımı tamamlayıb nəşr etdirdim. Lakin bu, Cavid fəlsəfəsi-
nə dair ikinci kitab deyildi. Sonralar mən Cavid yaradıcılı-
ğına Fəridəddin Əttarın, İbn Ərəbinin, Cübran Xəlil Cübra-


 
- 5 - 
nın  və  Şərq  dünyasının  digər  görkəmli  filosoflarının  ideya 
və  təlimləri  kontekstində  bir  daha  qayıtdım  və  nəhayət, 
Cavid fəlsəfəsinə dair ikinci kitabı hazırlamaq qərarına gəl-
dim. Lakin bu, bizim Cavid yaradıcılığının fəlsəfi məzmunu 
barədə tədqiqatımızda ancaq növbəti mərhələdir və nə vaxt-
sa 3-cü kitabın da hazırlanacağına ümid edirəm.  


 
- 6 - 
 
 
 
 
 
Cavid yaradıcılığı və milli fəlsəfi fikir 
 
Hüseyn  Cavid  yaradıcılığının  ideya  istiqamətini  və 
fəlsəfi qayəsini düzgün dəyərləndirə bilmək üçün öncə döv-
rün  siyasi,  sosial-mədəni  mənzərəsini  nəzərdən  keçirmək, 
daha sonra  isə  həmin  dövrün  dəyərləndirilməsi  üçün  Azər-
baycanda  neçə  əsrlərdən  bəri  davam  edən  və  az-çox  dərə-
cədə şüurlarda iz qoymuş fəlsəfi fikir ənənələrini  yada sal-
maq tələb olunur.       
Təsəvvüf  fəlsəfəsinə  görə  insanın  kamilləşmə  yolu 
heç də kəsilməz proses olmayıb, bir sıra hal və məqamlarla 
pillələnir. Düzdür, müxtəlif təlimlərdə pillələrin  sayı fərqli 
göstərilir, amma əsas olan budur ki, kamillik yolu çoxpilləli 
və diskret olduğundan, onu birnəfəsə qət etmək istəyi sadə-
lövhlükdür.  Hansı  isə  mənəvi  qata  yüksəldikdən  sonra  bir 
müddət  burada  lövbər  salıb  qərarlaşmaq  lazım  gəlir.  Növ-
bəti qata yüksəlişin uğurlu olması əvvəlki qatda nə dərəcə-
də möhkəm  qərarlaşmaqdan asılıdır. Hansı isə  kənar  amil-
lərin təsiri, aşağıların cazibəsi ilə sürüşüb düşəndə lap dibə 
yuvarlanmamaq üçün. Və nə qədər ki, zirvə qət edilməmiş-
dir, sürüşmək təhlükəsi həmişə qalır. Zirvədə isə xarici təsir 
sıfıra  enir,  ona  görə  yox  ki,  aşağıların  cazibəsi  daha  təsir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə