Səlahəddin Xəlilov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
  1   2   3   4   5   6   7   8   9   ...   43


 

Səlahəddin Xəlilov 
 
 
 
 
 
AZƏRBAYCANDA ELM  
VƏ ONUN TƏŞKİLATİ 
FORMALARI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2010 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 2 -
 
 
 
 
 
 
Xəlilov S.S. 
Azərbaycanda elm və onun aktual problemləri. – 
Bakı, “Oskar”, 2010 – 184 səh. 
 
 
 
Kitabda  müasir  mərhələdə  Azərbaycanda  vahid 
elm və təhsil siyasətinin həyata keçirilməsi,  fundamental 
və  tətbiqi  elmlərin  spesifik  təşkilati  strukturu  və  bu  sa-
hədə aparılmalı olan optimal islahatın mümkün variant-
ları nəzərdən keçirilir. 
Elm  adamları  və  elmin  təşkilati  məsələləri    ilə  
maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
 
 
 
 
© Xəlilov S, 2010
 


Ön söz 
 
 
- 3 -
İ
ndi  dünya  mədəniyyət  dün-
yasıdır, intellektual dünyadır, elmi-
texniki tərəqqi dünyasıdır. 
Heydər ƏLİYEV 
 
 
Ön söz 
 
Ölkəmizdə ictimai-siyasi həyatın, iqtisadiyya-
tın, maddi və mənəvi mədəniyyətin bütün sahələrin-
də  böyük  quruculuq  işləri  gedir.  Bir  tərəfdən,  yeni 
ictimai-iqtisadi  münasibətlərə  keçid,  digər  tərəfdən, 
milli özünüdərk və özünütəsdiq istiqamətində gedən 
bu  böyük  proses  elm  və  təhsil  sahələrindən  də  yan 
keçməmişdir.  Lakin  bu  proseslər  fərəhli  olmaqla 
bərabər,  həm  də  çox  ağır  proseslərdir.  Çünki  neçə 
onilliklər  ərzində  formalaşmış  sistemlərin  dağıdılıb 
yenidən  qurulması  bəzən  böyük  maddi  itkilər  və 
mənəvi-psixoloji  sarsıntılarla  müşayiət  olunur.  Bə-
zən  də  bu  proseslər  qeyri-peşəkar  səviyyədə  aparıl-
dığından, əlavə çətinliklər və itkilər yaradır. Xüsusi-
lə müstəqilliyin ilk illərində, dövlətin sükanı naşı əl-
lərdə  olduğu  vaxtlarda,  yeniləşmə,  yenidənqurma 
prosesləri  “hələ  dağıdaq,  sonra  qurarıq”  mövqeyin-
dən həyata keçirilmiş, neçə onilliklər ərzində böyük 
zəhmət  və  səylər  nəticəsində  qazanılmış  qabaqcıl 
mövqelər  əldən  verilmiş,  yenidən  –  sıfırdan  başla-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 4 -
maq xətti əsas götürülmüşdür.  Lakin  elm quruculu-
ğu sahəsində dünya praktikasını nəzərə almadan  nə 
isə tamamilə yeni bir şey  yaratmaq ağlabatan deyil. 
Biz öz ölkəmizin real imkanlarından çıxış etməliyik.  
Şübhəsiz ki, kiçik ölkələrdə böyük elm sistemi 
qurmaq real deyil. Ona görə də, bu ölkələrdə aparı-
lan  lokal  elmi  tədqiqatlar  beynəlxalq  miqyaslı  bö-
yük elmi tədqiqat zəncirinin bir parçası olur. Başqa 
sözlə desək, kiçik ölkələrdə fundamental elmlə məş-
ğul olmağın yeganə yolu  böyük elm mərkəzləri ilə 
rabitə qurmaq, bir növ onların əlavəsinə çevrilmək-
dir.  
Əslində  heç  böyük  ölkələrdə  də  tam  müstəqil 
elm  sistemləri  mümkün  deyil.  Ona  görə  də,  böyük 
ölkələrdə  ancaq  nisbi  müstəqil  elmi  fəaliyyət  sis-
temləri  mövcuddur  ki,  onlar  da  öz  aralarında  birlə-
şərək  planetar  miqyaslı  böyük  elm  sistemini  yara-
dırlar. 
Bu gün Azərbaycanda elmin inkişafı ilə bağlı 
qarşımızda  duran  ən  mühüm  vəzifələr  optimal  təş-
kilati  formaların  tapılması,  prioritet  elmi-texniki  is-
tiqamətlərin  müəyyənləşdirilməsi  və  məqsədyönlü 
islahat  işlərinin  aparılması,  yerli  elmi  tədqiqatların 
dünya elminə inteqrasiyası, elmin rentabelliyi, habe-
lə  elmin  maliyyələşdirilməsinin  daha  səmərəli  for-
malarından  istifadə  olunmasıdır.  Əlbəttə,  əgər  hər 
hansı  bir  ölkənin  o  dərəcədə  böyük  iqtisadi  imkan-
ları  olsaydı  ki,  “elm  üçün  elm”  prinsipi  ilə  işləyən 


Ön söz 
 
 
- 5 -
elmi-tədqiqat  mərkəzləri  yaratsın  və  onları  ən 
müasir  avadanlıqlarla  təchiz  etsin,  bu,  dünya  elmi-
nin  inkişafına  böyük  töhfə  olardı.  Amma  bizə  elə 
gəlir  ki,  ilk  növbədə  ölkəmizin  real  imkanları  və 
ehtiyacları nəzərə alınmalıdır. 
Bunun  üçün  isə  ilk  növbədə  elmin  təşkilati 
strukturuna yenidən baxılmalı, bu sahədə optimal is-
lahatlar  həyata  keçirilməlidir.  Lakin  islahata  müna-
sibətlər  də  fərqlidir.  Bəziləri  öz  daxilindəki  konser-
vativ ruhdan və Şərq ətalətindən yaxa qurtara bilmə-
yərək,  Akademiyada hər  hansı ciddi islahatın  aparıl-
masına qarşı çıxmaq, onu elə indiki formatda da sax-
lamaq  uğrunda  “mübarizəyə”  qalxışır;  bu  “mübari-
zənin” metodları isə məlum şablonlardan, şantaj psi-
xologiyasından başqa bir şey deyil: “Ay aman, kimsə 
Akademiyanı  dağıtmaq  istəyirmiş...”  Bəziləri  bir 
addım  da  irəli  gedərək  hər  cür  ciddi  islahat  təşəb-
büslərini  təkcə  “Akademiyanı  dağıtmaq”  kimi  deyil, 
bütövlükdə  Azərbaycan  elminə,  hətta  ümumiyyətlə 
elmə  qarşı  çıxış  kimi  dəyərləndirirlər.  Əlbəttə,  dü-
şünmək olardı ki, elmlə onun sadəcə təşkilati quruluş 
formalarından  biri  olan  Akademiyanı  qarışıq  salan 
belə  şəxslərin  elmi  səviyyələri  yəqin  çox  aşağıdır. 
Yox-yox,  onlar  elmlər  doktoru,  bəlkə  hansı  isə  bir 
institutun  direktoru,  bəlkə  hətta  akademiklərdir.  La-
kin  biz  titulları  və  ya  dar  ixtisas  biliklərini  nəzərdə 
tutmuruq. Bu şəxslər heç şübhəsiz, öz dar ixtisas sa-
hələrində  çox  böyük  alimlərdir.  Lakin  hansı  isə  bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə