Səltənət Zülfüqarova



Yüklə 26,74 Kb.
Pdf görüntüsü
tarix26.10.2017
ölçüsü26,74 Kb.
#6644


 

 

 



 

 

 



 

 

 



 

H

H

Ə

Ə

Y

Y

A

A

T

T

 

 

Q

Q

Ə

Ə

D

D

Ə

Ə

R

R

 

 

V

V

A

A

C

C

İ

İ

B

B

,

,

 

 

Ə

Ə

H

H

Ə

Ə

M

M

İ

İ

Y

Y

Y

Y

Ə

Ə

T

T

L

L

İ

İ 

 

 

 

 

 

 

 



Səltənət Zülfüqarova 

 

 



 

 

 



 

 

 



 

 

 



 

«HERBA FLORA» JURNALI |MAY 2011 

«VİBABY» (VERY İMPORTANT BABY) 

WWW.VIB.AZ 


 

 

Adi səslənsə də, ana südünün möcuzəsi bütün dünyaya məlumdur. Pediatrlar, sağlam 

uşaq qidası üzrə mütəxəssislər, körpələrin sağlamlığının keçiyində duran beynəlxalq təşkilatlar 

(La Leche League, UNĐCEF, WABA, Avstraliya Ana Südü Assosasiyası, Dünya Səhiyyə 

Təşkilatı və sair) körpələrin ilk 2 ilinə qədər əlavə qida ilə bərabər  ana südü ilə qidalanmasını 

tövsiyyə edir.  Qeyd etmək lazımdır ki, əmizdirmə və sağlam qida üzrə ixtisaslaşan həkimlər ilk 

6 ayı körpələrə yalnız ana südü vermək, əlavə qida və mayelərdən çəkinməyi məsləhət görürlər.  

 

Ana südünün vacibliyi xüsusən vaxtından öncə doğulan körpələrə daha çox vurğulanır. 



Böyük Britaniyada Milli Səhiyyə Xidməti tərəfindən keçirilən tətqiqat göstərir ki, vaxtından öncə 

doğulan körpələr süni qidaya çox həssas olduqlarından doğulduqda yalnız ana südü ilə 

qidalansaydılar yalnız  Britaniyada  ildə 100 belə körpənin həyatını xilas etmək olardı. 

 

Bütün digər saysız faydaları ilə yanaşı ana südü həmişə təmiz, lazımi hərarətdə və 



körpənin sağlamlığı üçün təhlükəsizdir. Analar üçün əmizdirmənin müvəffəqiyyətli 

başlanğıcının iki asan yolu var: Əmizdirməyə doğuşdan mümkün qədər dərhal sonra başlamaq 

və tez-tez əmizdirmək. 

 

Adətən analar əsassız olaraq, süd ehtiyatlarının az olduğundan narahatdırlar. Doğuşdan 

dərhal sonra artıq ananın döşlərində körpəsinə kifayət edə biləcək qədər südə bənzər maye-

maloziya mövcud olur. Qeyd etmək istəyirəm ki, bütün qadınlar, ciddi sağlamlıq problemləri 

(hormonal natarazlıq, döş xəstəlikləri və sair kimi fəsadlar)  müşahidə olunmazsa kifayət qədər 

ana südü istehsal etmək imkanındadırlar. “Bütün qadınlar” dedikdə, bütün ana olan qadınlarla 

yanaşı, ömründə heç vaxt hamilə olmayan qadınlar da ana südü ifraz edə bilərlər.  

 

Dünya mütəxəssisləri bu halın fenomenal deyil,fakt olmasını dəfələrlə övladlığa körpə 



götürən qadınların həmin övladları üçün süd istehsal etmək bacarıqları nümunəsində sübuta 

yetirmişdirlər. 

 

Sözsüz ki,bu proses bir qədər səbr və bacarıqlı mütəxəssis ilə birgə iş əsnasında meydana gələ 



bilər. La Leche League Beynəlxalq Təşkilatının süd ehtiyatlarının azlığından şikayət edən 

ə

mizdirən analar üçün tövsiyyəsinə nəzər salaq: 



 

 

24 saatda ən azı 10 dəfə əmizdirmək; 

 

körpəyə qida rejimi və döşdə məhdud vaxt tətbiq etməmək; 

 

döşləri növbə ilə körpəyə təklif etmək; 

 

gecə əmizdirmələrinin sayını artırmaq; 

 

döşləri massaj etmək; 

 

körpə ilə daha çox bədən-bədənə kontaktda olmaq; 

 

körpəyə əlavə qida və maye verməmək. 




 

Ana tez-tez körpəsini əmizdirərkən, ona toxunarkən və hətta əmizdirmə haqqında 



düşünərkən ananın beyni daha çox süd istehsal etmək siqnalları alır. Bunu nəzərə alaraq, 

UNĐCEF və Böyük Britaniyanın Baby Friendly Đnitiative Təşkilatı birgə belə bir düstur 

hazırlamışdır: 

  

ÇOX ƏMĐZDĐRMƏ = ÇOX SĐQNAL = ÇOX SÜD 

  

Yuxarıda götərilən südün fiziki artırılma üsullarından əlavə olaraq, setifikatlaşdırılmış 



laktasiya məsləhərçiləri Diana Vest (Diana West) və Liza Marasko (Lisa Marasco) əmizdirmədən 

dərhal əvvəl isti kompreslərin qoyulmasını və döşlərin sağılmasını tövsiyyə edir.  Müəlliflər 

həmçinin əmizdirən analara qidalarına kokos, badam, küncüd tumları, papaya, düyü, kahı, 

şampinion göbələyi, qabaq tumları, noxud, yulaf, günəbaxan tumlarını əlavə etməyi məsləhət 

görürlər. Hilari Cəkobson (Hilary Jacobson) isə “Mother Food For Breastfeeding Mothers” adlı 

kitabında kök, çuğundur və çuğundur yarpaqları, tünd yaşıl rəngli göyərtilər, çiy 

(qızardılmamış və duzsuz) qoz-fındıq, sarımsaq, təzə zəncəfil kimi tərəvəzləri laktogenetik 

(südgətirən) tərkibə malik olduğunu vurğulayır. Müəllif həmçinin bir sıra otların süd ehtiyatına 

müsbət təsiri  haqqında da məlumat verir. Anada verilən otlara qarşı alergiyanı və hamiləlik 

amilini mütləq nəzərə alaraq, yonca, zəncirotu yarpağı, yulaf samanından hazırlanmış 

çaylardan istifadə etməyi tövsiyə edir. 

 

Diana Vest və Liza Marasko həmçinin “Making More Milk” adlı kitablarında laktogene-



tik otların və bitkilərin geniş siyahısı ilə oxucuları tanış edirlər. Bu siyahıda cirə, zirə, keşniş və 

şüyüd toxumları, güldəfnə, mayaotu, gülxətmi, gicitkan, moruq yarpaqları mühüm yer tuturlar. 

Unutmayın, məsləhət görülən ot və bitkilərdən istifadə etmək qərarına gəlsəniz mütləq bu 

sahədə biliyi və bacarığı olan mütəxəssislərlə məsləhətləşin. 

 

Son söz olaraq, analara tövsiyyə edirəm ki, əmizdirmə məsələlərinə müsbət emosiyalarla 



və süd ehtiyatlarına qarşı optimizm ilə yanaşsınlar. Qəlb rahat olduqda beyin də rahat olur. 

Beyinin rahat olduqda isə ana  bol süd istehsal edir. 



 

 

Müəllif: Səltənət Zülfüqarova 

Əmizdirmə məsləhətçisi 

«VİBaby» layihəsinin rəhbəri. 

«Herba Flora» jurnalı, May  2011 

Yüklə 26,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə