ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə1/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
  1   2   3   4   5   6   7   8   9   ...   154


ŞƏMİSTAN NƏZİRLİ

GENERAL ƏLİ AĞA 

ŞIXLİNSKİ VƏ 

SİLAHDAŞLARI

HƏRB TARİXİNDƏN

ARAŞDIRMALAR

Bakı – 2012




Elmi məsləhətçi: 

Mehman Süleymanov

 

 

 

hərb elmləri doktoru, polkovnik

Şəmistan NƏZİRLİ

“GENERAL ƏLİ AĞA ŞIXLİNSKİ VƏ SİLAHDAŞLARI”

Hərb  tarixi  və  generallarımız  haqqında  silsilə  əsərlər  müəllifi, 

tədqiqatçı-jurnalist Şəmistan Nəzirlinin adı Azər baycan oxucularına yaxşı 

məlumdur. Onun “Güllələnmiş Azərbaycan generalları”, “Azərbaycanın 

ilk  hərbi  təyyarəçisi  Fərrux  ağa  Qayıbov”,  “İyirminci  ildə  Qarabağ 

döyüşləri”,  “General  Yadigarov  qardaşları”,  “Cümhuriyyət  generalları” 

və başqa əsərləri tarixi sənədlər əsasında yazılıb.

Şəmistan Nəzirli oxucuların görüşünə yeni bir əsərlə gəlib. İllərlə həyat 

və fəaliyyətini öyrəndiyi böyük sərkərdə Əli ağa Şıxlinskinin hərbiçi nəsli 

haqqında kitabını oxuculara təqdim edir. Əsərdə generalın həyat yoldaşı 

ilk azərbaycanlı hərbi şəfqət bacısı Nigar xanım, artilleriya generalı Səməd 

bəy Mehmandarov, ilk admiral İbrahim bəy Aslanbəyov, unudulmuş to-

poqraf-general  İbrahim  ağa  Vəkilov  və  süvari  generalı  Yaqub  Quliyev 

haqqında tədqiqatları da oxuculara təqdim olunur.

© Ş.Nəzirli



Şəmistan Nəzirli

3

Hər fərdin bioqrafiyası olduğu kimi, hər nəslin də özünə məxsus bi-



oqrafiyası  var.  Bu  bioqrafiyalar  müxtəlif  şəraitdən,  müxtəlif  tarixi 

dövrlərdən  keçdiyi  üçün  müxtəlifdir.  İnsanların  taleyi  olduğu  kimi, 

nəsillərin də taleyi var. Bu taleləri sonradan pisləmək, yaxud dəyişdirmək 

olmaz. Onların üstündən xətt də çəkmək olmaz. Onları necə varsa, eləcə 

də qəbul etmək lazımdır. Əgər sonradan gələnlər özlərindən əvvəlkiləri 

inkar etsələr, onu yoxa çıxartmağa çalışsalar, tarixin mərhələlərində bir 

boşluq əmələ gələr.

İsmayıl ŞIXLI

xalq yazıçısı

Bizim  keçmişdə  də  ordu  yaratmaq  sahəsində  böyük  ənənələrimiz 

olub. Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən 

gənc vətənpərvər ola bilməz.

Heydər ƏLİYEV

General İsmayıl bəy Qutqaşınlı, Cəfərqulu ağa Bakıxanov, Əli ağa 

Şıxlinski,  Səməd  bəy  Mehmandarov,  İbrahim  ağa  Vəkilov…  eh,  nə 

qədər! Adları itənlərimiz, şöhrəti unudulanlarımız haqqında kim danı-

şacaq? Nə vaxt danışacaq, nə vaxt yazacaq? Balaca xalqıq, böyük hərb 

tariximiz var…

Bütün yazıçıları bir yerə yığın, hərb tariximizdən yazın. Bu bizim 

qürur hissimizdi, onu əlimizdən almaq olmaz.

Xalq şairi Nəriman HƏSƏNZADƏ

“Nabat xalanın çörəyi” povesti,

1986-cı il, səh.138


General Əli ağa Şıxlinski və silahdaşları

4

HƏRB TARİXİNƏ HƏSR  



OLUNMUŞ ÖMÜR

Mən  Şəmistan  Nəzirlini  qiyabi  olaraq  çoxdan  tanıyırdım. 

Onun adına ilk dəfə Çita şəhərində hərbi xidmətdə olarkən rast 

gəlmişdim. Həmin vaxt vətəndən uzaq olmağıma baxmayaraq 

çalışırdım  ki,  əlaqələrimi  itirməyim  və  mənim  yanıma  gələn 

dost-tanışlarım  həmişə  mənə  Azərbaycan  dilində  xalqımızın 

tarixinə və mədəniyyətinə aid kitab və jurnallar gətirərdilər. Çi-

tadakı xidmətim zamanı Azərbaycandan aldığım kitabların ara-

sında  “Azərbaycan  generalları”  kitabını  da  gördüm.  Bu  kitab 

mənim üçün son dərəcə böyük maraq kəsb etdi. Doğrusunu de-

yim ki, mən ilk dəfə Azərbaycan xalqının bu qədər general öv-

ladlarına malik olması barədə məlumatla bu kitabla rastlaşdım. 

Təbii  olaraq  kitabın  müəllifinin  kim  olduğu  ilə  maraqlandım. 

Həmin  kitabın  müəllifi,  bildiyiniz  kimi,  hazırda  Müdafiə 

Nazirliyində  Hərbi-Elmi  Mərkəzin  baş  elmi  işçisi,  polkovnik-

leytenant Şəmistan Nəzirlidir. 

Keçən əsrin doxsanıncı illərində Azərbaycanda məlum pro-

seslər başlayanda mən də könüllü olaraq vətənimə döndüm və 

xidmətimi Azərbaycanda davam etdirməyi qərara aldım. Mənə 

Müdafiə  Nazirliyinin  rəhbərliyi  tərəfindən  yeni  qurulan  ordu 

üçün hərbi nizamnamələrin hazırlanması, Azərbaycan hərb tari-

xinin araşdırılması və onun yeni ordunun şəxsi heyətinə çatdırıl-

ması kimi vəzifələr həvalə olundu. Hərbi nizamnamələrin hazır-

lanması işi elə bir xüsusi çətinlik təşkil etməsə də, Azərbaycanın 

hərb  tarixinin  araşdırılması  vəzifəsi  bu  işi  bilən  mütəxəssislər 

olmadan mümkün deyildi. Yadımdadır ki, biz Elmlər Akademi-

yasına  müraciət  etdik.  Təbii  olaraq  orada  belə  mütəxəssislərin 

olmadığı cavabı ilə rastlaşdıq. Mənə təklif olundu ki, Şəmistan 




Şəmistan Nəzirli

5

Nəzirlini  bu  işə  cəlb  edək.  Mən  onunla  tanış  deyildim. Ancaq 



adını eşidəndə xatırladım ki, bu adam mənim hələ Çita şəhərində 

əsərini sevə-sevə oxuduğum “Azərbaycan generalları” kitabının 

müəllifidir. Ona da sevindim ki, indi onunla tanış olmaq imka-

nım olacaqdı.

Bu hadisə 1992-ci ilin isti yay günlərində olmuşdu. Şəmistan 

Nəzirlini  biz  evdə  tapa  bilmədik.  O,  Mərdəkandakı  istirahət 

evlərindən  birində  öz  yaradıcılığı  ilə  məşğul  idi.  İstefada  olan 

polkovnik Mustafa Məhərrəmovla bərabər onun yanına getdik. 

Tanış olduqdan sonra gəlişimizin məqsədini açıqladıq. Şəmistan 

əvvəlcə razı olmadı. Bildirdi ki, geniş yaradıcılıq planları var və 

işləri çoxdur. Biz söylədik ki, məqsədimiz elə onun yaradıcılıq 

fəaliyyətinə  qayğı  və  şərait  yaratmaq,  üzə  çıxardıqlarını  ordu-

nun  şəxsi  heyətinə  çatdırmaqdır.  Bir  xeyli  söhbət  etdik,  fikir-

lərimizi bölüşdük. İlk görüşümüz zamanı Şəmistan müsbət ca-

vab  verməsə  də  mən  şübhə  etmirdim  ki,  bizim  təklifimizə  o 

biganə qalmayacaqdır. Çünki ömrünü əcdadlarımızın hərb tari-

xinə həsr etmiş bir insan həmin tarixi həsrətlə gözləyən Milli Or-

dudan kənarda qala bilməzdi. Qalmadı da. Biz bunun üçün də 

ona  minnətdar  olmalıyıq.  Onu  da  yaxşı  bilirdik  ki,  Şəmistan 

Nəzirlinin həyatının hər anı bizim üçün qiymətli olan tariximi-

zin bağlı qalmış səhifələrinin açılmasıdır. Ona görə onun səmərəli 

fəaliyyəti üçün mümkün olan şəraiti yaratmağa çalışırdıq. Qısa 

müddət ərzində o çox məhsuldar işlədi. “Qoridən gələn qatar”, 

“Cümhuriyyət generalları”, “Qacarlar”, “Tam artilleriya generalı 

Səməd  bəy  Mehmandarov”,  “Yaddaşlarda  yaşayan  Vurğun”, 

“Arxivlərin sirri açılır”, “Topoqraf-general İbrahim ağa Vəkilov”, 

“Qarxunlu Əşrəf bəy”, “General Yadigarov qardaşları”, “Güllə-

lə nmiş Azərbaycan  generalları”  və  s.  kimi  kitabları  yazıb  nəşr 

etdirdi.

1999-cu ildə müdafiə naziri Gürcüstanda səfərdə olarkən qar-

şılıqlı  fəaliyyət  barədə  müəyyən  razılaşmalar  əldə  edilmişdi. 

Həmin razılaşmanın nəticəsi kimi Şəmistan Nəzirli bir müddət 

Gürcüstan arxivlərində araşdırmalar apardı və bu araşdırmala-



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə