ŞƏMİstan nəZİRLİ



Yüklə 146,2 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü146,2 Kb.
#32068


ŞƏMİSTAN NƏZİRLİ 

 

 



 

 

 



 

 

 



 

KRIM 

DƏFTƏRİ 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı 

Şirvannəşr  

2005 

  



Beynəlxalq Qızıl Priz laureatı (Madrid, 2004) 

Şirvannəşr, 36 (750), 2005  

Naşir Qəşəm İsabəyli 

  

 



 

 

Redaktoru 



Anar İsabəyli 

 

 



 

 

 



 

 

Şəmistan Nəzirli 

Krım dəftəri. Bakı, Şirvannəşr, 2004 

32 səh. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

© Ş. Nəzirli, 2005. 

 

 

 



 

Ünvan: Bakı - Az 1021, Badamdar şos. 77.  

Tel: 492-92-27, 492-93-72, 434-70-94, (850) 316-23- 40. 

  



Müəllifdən 

 

Valideynə yaxşılıq edib, onlara məhəbbətlə baxan 



hər bir övlada Allah əvəzində qəbul olunmuş bir ziyarətin 

mükafatını əta edəcəkdir. 

 

Məhəmməd Peyğəmbər (ə. s.) 



 

Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində ötən 

illərdə əzizlərim haqqında yazdığım «Krım dəftəri» tarixi oçerkimi həyəcanla 

yenidən oxudum. Otuz il əvvəl atamın qəbri ilə görüşdüyüm həsrət dolu hisslərim 

mənə istər-istəməz dahi Uilyam Şekspirin: «Öz kökünə xor baxan bir varlıq öz-

özünü uçuruma atmış olur. Canlı gövdədən kəsilmiş budaqlar ancaq çırpı kimi 

yandırılmağa layiqdir» kəlamını xatırlatdı. 

Faşizm üzərində qələbənin qazanılmasında atam Əmiraslanın, əmilərim Şəmmətin, 

Kərimin, Mənsurun və dayım Əhmədin də payı olduğuna görə oçerkə əl gəzdirib 

çapa hazırladım. Istədim ki, cavankən od-alov içində cəbhədə həlak olan 

doğmalarımdan gələcək nəslimə yadigar qalsın. Elə düşünürəm ki, bu gün mənim 

onları xatırlamağımla oğul həsrətilə dünyasını dəyişən nənəm Səyalının, babam 

Qara Omarın ruhu qarşısında qismən də olsa öz borcumu yerinə yetirmiş oluram. 

İnsan hafizəsi elədir ki, illər keçdikcə müəyyən hadisə və şəxsiyyətləri unuda bilir. 

Axı, heç kəs bu dünyaya əbədi yaşamaq üçün gəlməyib. «Bizdən sonra nə 

qalacaq» sualına əziz şairimiz Səməd Vurğun çox doğru olaraq: - Yalnız yaradılan 

və yazılan! - hökmünü vermişdir. 

Müdrik peyğəmbərimiz Məhəmməd (ə. s.) buyurmuşdur ki, ataya itaət - Allaha 

itaətdir. 

Mən də əziz atam və əmilərim haqqında bu cüzi hörmət və ehtiramı övlad borcu 

kimi gələcək nəsillərə ərməğan edirəm. 

  



Krım dəftəri 

Hər barədə qəhrəman Sevastopol yaxşıdır. Dünva da o şəhərin tayı-bərabəri 

yoxdur. Oranın hər yeri bir yenilməz qaladır. 

Xalqyazıçısı Əbülhəsənin «Dostluq qalası» romanından 

 

1976-cı ilin oktyabr ayında Simferopolda həmyerlilərimizin döyüş şücaətindən 



çəkəcəyimiz epizodlar haqqında Krım vilayət televiziya komitəsinin sədri Yakob 

Stepanoviç Şerbaçenko ilə müəyyən planlar tutduq. 

- Valeri 

Kotinev 


döyüş yerlərini yaxşı tanıyır, - dedi, - bizdə hərbi 

vətənpərvərlik tərbiyəsi redaksiyasının redaktorudur. Budur, özü də gəldi, tanış 

olun. Nə çətinliyiniz olsa... 

Yakob Stepanoviç, heç bir çətinliyi olmayacaq, - deyə gülərüzlü, sarışın 



oğlan məni döyüş yerlərilə tanış etməyi məmnuniyyətlə boynuna götürdü - 

azərbaycanlılar bizim torpağın hər qarışı uğrunda mərdliklə vuruşublar. Yaxşı olar 

ki, axtarışlarımıza qəhrəman Sevastopoldan başlayaq. 



Müharibənin ilk aylarında şəhəri yarımdairə şəklində mühasirəyə alan faşistlər 

mərd sovet dənizçilərinin şücaətlərini gördükdə onları «dəniz pişiyi» 

adlandırmışdılar. Qəhrəman şəhər iki yüz əlli gün özünü müdafiə edərək düşmənin 

300 min əsgər və zabitini sıradan çıxarmışdı. 

Sovet ordusu Kerçə doğru irəliləyən 200 minlik 17-ci faşist ordusunu və rumın 

diviziyalarını qəhrəmanlıqla vuruşaraq geriyə qovdu. Faşistlər Krımı nəyin 

bahasına olursa-olsun ələ keçirmək istəyirdilər. Düşmənin Kerç boğazından 

keçməsi ölkənin cənubunu, doğma Qafqazı və Yaxın Şərq ölkələrini təhlükə 

altında qoyurdu. Geriyə qovulan faşist ordusu Sevastopol rayonunda özünə 

möhkəm müdafiə mövqeyi yaratdı. Feldmarşal fon Manşteyn Hitlerə göndərdiyi 

məlumatda yazırdı ki, biz Sevastopolun altı kilometrliyində Sapun dağı deyilən 

yerdə elə bir müdafiə mövqeyi yaratmışıq 

  

ki,  Qızıl Ordu on il də hücum etsə, şəhəri bizdən ala bilməyəcək. 1944-cü il martın 



7-də 51-ci ordu və Əlahiddə Primorsk ordusu 

Balaklavadan Saxarnaya Qolovka deyilən yerə qədər on beş kilometrlik cəbhə xətti 

boyunca hücuma keçdi. Sapun dağı və Bezımyannı təpəsi ətrafında gərgin döyüşlər 

oldu. Düşmən Sapun dağın- 

dan bir addım belə geri çəkilmək istəmirdi. Sovet əsgərləri havadan, sudan və 

qurudan düşməni atəşə tutaraq əfsanəvi qəhrəmanlıq göstərir, azğın düşmənin 

murdar ayağını əsrarəngiz Krım 

torpağından kəsmək üçün «qana-qan» deyə ölümlə əlbəyaxa olurdular. 

Feldmarşal fon Manşteynin bu «nikbin» gümanı iki gündə puça çıxdı. 1944-cü il 

mayın 9-da Sevastopol üzərində qırmızı bayraq dalğalanırdı. 

Sevastopol və Sapun dağından qaçan faşist orduları yaxınlıqdakı Xersones 

burnunda özlərinə yeni müdafiə mövqeyi tutdular. Sovet ordusu burada da düşmən 

səflərini dağıtdı. İki gündə Xersones burnunda düşmənin iyirmi beş min əsgərini 

əsir alıb, çoxlu texnikasını ələ keçirdi. 1944-cü il mayın 12-də Qara dənizin əsas 

bazası olan Sevastopol düşməndən tamamilə təmizləndi. 

Məşhur Sapun dağı Simferopoldan Sevastopola gələn şose yolunun üstündədir. 

Qəhrəman şəhər dağla qövs şəklində əhatə olunub. «Sapun» türk sözüdür. «Sabun» 

deməkdir. Sabun kimi sürüşkən olan bu dağda indi möhtəşəm bir abidə - «7 may 

1944-cü il, Sapun dağına hücum» dioramı ucaldılıb. Burada mərdliklə döyüşüb, 

həlak olan qəhrəmanların adı mərmər sütunlara həkk olunub. Tən ortada əbədi 

məşəl yanır, insanın qəlbinə, ruhuna işləyən musiqi hər beş dəqiqədən bir səslənir. 

Bu musiqi parçası məşhur «Sevastopol qəhrəmanlarına» mahnısından götürülüb. 

Hər gün qəhrəmanlıq abidəsini ziyarətə gələn yüzlərlə adam bu musiqini dinləyir, 

Böyük Vətən müharibəsində həlak olanların xatirəsini gül-çiçəklə yad edirlər. 

Sapun dağının şərq yamacındakı əzəmətli abidə isə Azərbaycan 

zəhmətkeşləri tərəfindən 77-ci atıcı diviziyasının əsgər və zabitlərinin 

qəhrəmanlığı şərəfinə ucaldılıb. Serqo Orconikidzenin adını 

daşıyan 77-ci Qırmızı Bayraq və Suvorov ordenli Simferopol atıcı 

diviziyası 1920-ci ildə respublikamızda təşkil olunub. 

  




1944-cü il aprelin 30-da Simferopolu azad etdiyi üçün diviziya «Simferopol 

diviziyası» fəxri adını alıb. Diviziya 51-ci ordunun tərkibində Sapun dağının və 

Sevastopolun düşmənlərdən təmizlənməsində göstərdiyi əsgəri şücaətinə görə 

ikinci dərəcəli Suvorov ordeni ilə təltif olunub. Bu diviziyanın döyüşçüsünü, ilk 

dəfə Sapun dağına bayraq sancanlardan birini, həmyerlimiz, göyçaylı Əbdüləziz 

Qurbanovu sevastopollular hörmətlə xatırlayırlar. 

Füsunkar Krım torpağı uğrunda Böyük Vətən müharibəsi illərində vuruşlarda 

igidlik və qəhrəmanlıq göstərən 350 əsgər və zabit Sovet ittifaqı Qəhrəmanı kimi 

yüksək ada layiq görüldü. Onların arasında Azərbaycan xalqının əziz övladları - 

Şəmsulla Əliyev, Səməd Abdullayev, Əlif Piriyev, Mehdi Quliyev və Bəkir 

Mustafayev də var idi. 

İndi Sevastopoldakı Qırmızı Bayraq ordenli Qara Dəniz Donanması muzeyində 

həmyerlilərimizin də şücaətini əks etdirən ayrıca stend var. Muzeyin altıncı 

salonunda Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədovun, Mixail Avramenkonun 

misilsiz şücaətindən bəhs olunur. 

 

Burada ümumdünya şöhrəti qazanmış «1854-1855-ci illərdə Sevastopolun müdafiə 



panoramı», Kornilov qalası, Şimal buxtasındakı 4-cü bastionda və əfsanəvi 

Malaxov təpəsindəki abidələr Sevastopolun uzaq və yaxın qəhrəmanlığından söz 

açır. 

Əsrarəngiz Krımla günəşli respublikamızı bir-birilə yüz illik yaşı olan qırılmaz 



dostluq telləri bağlayır. Krımın müdafiəsi uğrunda vuruşan eloğlularımızın 

qəhrəmanlığı ötən əsrdə də silinməz iz qoymuşdur. 

Məşhur şairimiz Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İsgəndər 

bəy 1854-1855-ci il Sevastopol vuruşmalarında qəhrəmanlıq göstərmişlər. İsgəndər 

bəy polkovnik rütbəsinə qədər yüksəlmişdir. Q. B. Zakir ilk dramaturqumuz M. F. 

Axundova yazdığı bir qoşmasında həmyerlilərinin mərdliyini fəxrlə ona bildirir: 

Qoşunda var bizdən yenə dilavər, Biri Nəcəfqulu, biri İsgəndər. Göstərib hər biri 

cəngdə hünər, Lütfi-şahənşahdan kamiran gərək, 

  

Görkəmli tarixçi Əhməd bəy Cavanşir isə həmin müharibədə Qusar polkunun 



tərkibində vuruşarkən göstərdiyi şücaətə görə «Müqəddəs Stanislav» ordenilə təltif 

olunub, ştab-rotmistr rütbəsinə qədər yüksəlmişdir. 

Sapun dağında və müxtəlif kəndlərdə həlak olmuş yüzdən çox həmyerlilərimizin 

ad-familiyasını dəftərçəmə yazdım: 

Nəzərov Teymur. Baş serjant. 319-cu qvardiya-dağ atıcı batalyonundan. 1944-cü il 

mayın 12-də Altıncı təpə uğrunda döyüşlərdə 

həlak olub. 

Ömərov Kərim Omər oğlu. Baş serjant. 197-ci dağ atıcı batalyonundan. 1944-cü il 

mayın 5-də keçmiş Kiçik Muskamya kəndində həlak olub. 

Məsimov Balabəy Əzim oğlu. Sıravi. 1944-cü il mayın 7-də Bezımyannı təpəsi 

uğrunda vuruşmada həlak olub. 

Musayev Məmməd Rəhim oğlu. 1944-cü il mayın 7-də həlak olub. Məzarı Kamarı 

kəndindədir. 



Faşist ordusu qəhrəman şəhərin mədəni abidələrini - Frans Alekseyeviç Rubonun 

çox qiymətli sənət əsəri olan «Sevastopolun müdafiəsi» panoramını, iki min illik 

tarixi olan Xersones şəhərində qalan yeganə muzeyi, Vladimirsk tikililərini 

dağıtmışdı. Şəhərin 6400 evindən yeddi yarıuçurulmuş bina qalmışdı. 

Bu gün abad Sevastopolun məşhur Malaxov təpəsində abidəyə çevrilmiş bir badam 

ağacı var. Bu, qanlı döyüşlərdən şəhərdə salamat qalan yeganə ağacdır. 

Qədim tarixə malik olan Xersones şəhərinin yerində isə faşist mərmisinin 

zərbəsindən yarıuçmuş muzey binası və zəngli sütun qalır. Bu, faşist zərbəsi 

görmüş qədim şəhərin fəryad səsi, haray nidasıdır. 

Qəhrəman Sevastopolda saç-saqqal ağartmış, sinəsini orden və medallar bəzəyən 

veteranlar çoxdur. Onlar indi də həmyerlilərimizin mərdliyindən ağız dolusu 

söhbət açır, hörmət və ehtiramla danışırlar. Keçmiş dənizçi, starşina Lunin Mixail 

Akimoviçlə Sevastopol Veteranlar Komitəsində görüşdüm. O, mənim Bakıdan 

olduğumu biləndə sevinclə dedi: 

- Bilirsinizmi, mənim gözəl bir dostum vardı. O, sizin yerliniz idi. 

1942-ci ildə Potidə dayanmışdıq. Bir gün onu dindirdik, məlum ki, bakılıdır, 

yetimdir. Ehtiyac üzündən gəlib buraya çıxmışdı. 

Onun familiyası Pənahov idi, on-on bir yaşı ancaq olardı. Koman 

  

dirimizin icazəsi ilə onu gəmiyə götürdük. Adı, İlahi, yadımdan necə  oldu çıxdı. - 



Mixail Akimoviç şəhadət barmağını xeyli gicgahında saxlayıb, nə qədər 

fikirləşdisə, Pənahovun adını tapa bilmədi. Mixail Akimoviçlə Veteranlar 

Komitəsindən çıxıb sahilə gəldik. Qoca dənizçi nədən danışırdısa yenə sözü 

Pənahovun üstünə gətirir,  balaca dostunun adını tapa bilmədiyindən qocalığını və 

özünü günahlandırırdı. Hətta deyirdi ki, beş-altı il bundan qabaq sizin və teranlar 

komitəsinə müraciət etdim, heç bir xəbər çıxmadı. Bilirsiniz, Pənahov çox 

tərbiyəli, qoçaq və zirək uşaq idi. Bizimlə döyüşlərdə belə iştirak edərdi. Komandir 

o qədər xətrini çox istəyirdi ki onun üçün hərbi forma tikdirmişdi. Pənahov bizə 

Lenin, Azərbaycan və Oktyabr haqqında şer və mahnılar oxuyardı... 

- ... 


Aha, 

yadıma düşdü. Ağaməmməd, Ağaməmməd Pənahov, 

- deyə müsahibim səsini ucaltdı. - Sevastopolu yenicə almışdıq. 

Bir gün gördüm ki, o, məktub oxuyub ağlayır. 

- Niyə ağlayırsan? - dedim, - heç dənizçi-əsgər də ağlayar? 

O, titrək əlindəki məktubu mənə göstərib: 

- Məktəbli dostum yazıb, - dedi. - Yazır ki, bacın tək qalıb, səni 

gözləyir, yazır ki, artıq bizim kəndə bahar gəlib, həyətinizdəki şaftalı və alma 

ağacları çiçək açıb. Məktəbi buraxıb hara getmisən, 

qayıt gəl... 

Qəhrəman Sevastopol uğrunda rus, ukraynalı, belorus, azərbaycanlı, latış, qırğız və 

başqa millətlərin nümayəndələri çiyin-çiyinə vuruşublar. Şəhər Veteranlar 

Komitəsində və hərbi komissarlıqda 1942-ci il iyunun 29-da Sovet məlumat 

bürosunun bir xəbəri ilə tanış oldum: «Sevastopolun mərd müdafiəçiləri alman-

faşist işğalçılarına qarşı hücuma keçirlər. Rus Ryabov və Drozdu, ukraynalı 

Qorodnenko və Malışenkonu, azərbaycanlı Əliyevi, gürcü Zakaryadzeni bir amal, 




bir məqsəd birləşdirir. Bu müxtəlif millətlərin nümayəndələri indiyədək üç yüz 

faşist əsgər və zabitini məhv ediblər». 

Buradakı Əliyev familiyasına rast gəldikdə otuz dörd il ürəyimdə bir arzu, bir 

nisgil kimi gəzdirdiyim atamı xatırladım. Mənim atamın, əmilərimin də familiyası 

Əliyev idi. «Atanı Krım uddu, oğul», - qulağıma nənəm Səyalının səsi gəldi. Başqa 

heç bir sözün, heç bir səsin bu qədər zəhmlə, dəyanətlə, qəzəblə deyildiyini 

eşitməmişəm. Yaddaşıma bu səs ömürlük həkk olunub. Güclü qasırğada, qızıl dilli 

od-alov içində də olsam bu səsi tanıyar, oduna yanaram. 

  

Valeri Kotinev sənəd üzərində düşüncələrə daldığımı görüb, mənə yaxınlaşdı, əlini 



çiynimə qoyub soruşdu: 

- Yenə igid həmyerlilərin haqqında deyəsən maraqlı bir şey tapmısan? 

Mən nəfəsim qarala-qarala: 

Valeri, dostum, - dedim, qəhər məni boğdu, özümü güclə ələ aldım: - Mənim 



atam da Krımda vuruşub, indiyədək ondan bir xəbər bilmirəm. Burada Əliyev 

familiyasına rast gəldim... 

Valeri bizimlə üzbəüz əyləşən ağsaçlı qadına - Sevastopol Veteranlar Komitəsinin 

sədri Antonina Alekseyevna Sarinaya yaxınlaşıb, Sevastopol uğrunda həlak 

olanların siyahısını istədi.  

Kitabı alıb birgə vərəqlədik. Onun hər bir vərəqi açıldıqca ürəyim şiddətlə 

döyünür, bədənim əsirdi. Qəribədir, mənə elə gəlirdi ki, atamın ad-familiyasına 

yox, özünə rast gələcəyəm, şəxsən özünə! Kitabın iyirmi dördüncü səhifəsi açılır. 

Valerinin barmağı adlar üzərindən sürətlə keçir. 366-cı ad-familiyanı göstərib, 

heyrətlə qışqırır: 

- Budur, Əliyev Əmiraslan Ömər oğlu. 1905-ci il oktyabrın 3-də anadan olub. 

1944-cü il aprelin 28-də həlak olub. Qəbri Kiçik Muskamya kəndindədir. 339-cu 

atıcı diviziyasının 1133-cü atıcı alayında xidmət edib. Bu kənd yaxındadır.- deyə 

Valeri yarısevinc, yarıkədərlə bildirdi.-  

- Gəl elə indi birlikdə gedək. 

- Yox, dostum, - dedim, - atamın görüşünə tək getmək istəyrəm... 

  

Atamla «görüş» 



Atam nə öldürmək, nə də vaxtsız həlak olmaq üçün doğulmuşdu 

 

Maşın qalın meşə yolundan ayrılıb bir döngədə dayandı. Bələdçi mənə əliylə işarə 



elədi ki, düşməlisiniz. 

Tək-tənha qaldım. Bir sürətlə uzaqlaşan avtobusa, bir də ətrafıma baxdım. 

Kimsəsiz çöllük məni kədərli qoynuna aldı. Bir müddət haraya, hansı səmtə 

gedəcəyimi müəyyənləşdirə bilmədim Meşədən əsən sərin payız küləyi məni 

üşütdü, paltomun yaxalığmı qaldırıb ətrafda görünən Baydarı dərəsinin dağlarına 

həsrətlə baxdım. Meşə xışıldadı, sarı kəhrəba rəngli yarpaqlar həzin-həzin torpağa 

qondu. Sevastopolda Aleksandra Sarinanın bloknotuma cızdığı «sxemə» baxıb, o 

tayda, meşənin ətəyində ağaran kəndə tərəf irəlilədim. 




Qəribə idi. Təxminən üç kilometrlik yolda bir nəfərə belə rast gəlmədim ki, nə 

üçün, hara getdiyimi bildirim. Bu böyük dərənin sükutunu 

meşə ətəyində traktorun, bir də mənim ayaq səsim pozurdu. 

... Bu da köhnə Kiçik Muskamya kəndi... Müharibədən sonra bura Rezervnı 

adlanır. Dəfələrlə yuxuma girən atamın məktublarında ara-sıra adı çəkilən, dağ 

döşünə sığınmış balaca bir kənd. Atamın həlak olduğu, əbədiyyətə qovuşduğu 

kənd. 

Kəndə girdim, yenə heç kəs gözə dəymirdi. Əlacsız qalıb kəndin girəcəyindəki 



ikinci evin darvazasını döydüm. 

Koho,  koho xotite? - deyə bir ukraynalı qadın darvazaya yaxınlaşdı. 



- Mənim atam... - dedim, boğazım qurudu, 

 yaş gözümün dərinliklərini yandırdı. - Atam bu kənddə həlak olub, məzarının 

yerini öyrənmək istəyirəm. 

Qadın kəndin içərilərini göstərdi: 

- Oraya gedin, oradan soruşun, mən heç nə bilmirəm, - dedi. 

10 


  

Kəndin mərkəzində üç-dörd nəfər mənə dedi ki, bu tərəflər uğrunda döyüşlərdə 

həlak olanların qəbirlərini qələbənin iyirmi beş 

illiyində qonşu Qonçarnoye kəndinə köçürüb, qardaşlıq qəbri düzəIdiblər. Sonra 

biri kəndin sağındakı meşə yolunu göstərib: 

-  Bu yolla gedəcəksiniz, - dedi - uzaq deyil, beş kilometr ancaq olar. Qalın meşə 

yolu. Tez-tez ətrafıma boylanır, dayanıb nəyisə dinləyir, daşa, ağaca diqqətlə baxıb 

bir iz, bir ad, bir nişanə axtarıram. Mənə elə gəlir ki, atam məni çağırır, atam indicə 

hərbi geyimdə qarşıma çıxacaq. Mən heç bir qəbir axtarmayacağam. Biz birgə, 

deyə-gülə kəndimizə qayıdacağıq. Bir boy-buxunda, bir-birinə oxşar iki nəfər - 

atamla mən kənddə tək yaşayan anamın yanına qayıdacağıq. Təsəvvürümə gətirə 

bilmirəm, görəsən dünyada bundan da böyük səadət olardımı! 

Yamyaşıl bir talaya çatdım. Elə bildim zülmət gecədən sonra nurlu bir səhər açıldı. 

Ara-sıra qan rəngli güllər gördüm, əyilib bir neçəsini qopartdım. Bu yaz gülləri 

görəsən niyə son payıza qalıb?! Yoxsa atam təzədən qaytarıb bu yazı, baharı 

mənə? Yolun qırağındakı bir daşa söykənib, atamın vuruşduğu, can verdiyi bu 

yerlərə 

baxıram.  Daşı sığallayır, ağlayıram.  Bəlkə atam  bu daşın üstünda  oturub, 

tüfənginə söykənib, dincini alıb... Bəlkə elə bu əsrarəngiz təpələrə, meşələrə baxıb, 

bir el bayatısı oxuyub - bütün yorğunluğunu canından çıxartmaq üçün. 

Niyə lalsan, daş, niyə lalsınız, ulu dağlar, niyə atamdan mənə bir xəbər 

vermirsiniz? 

Bağçasız, barsız dağlar, Heyvasız, narsız dağlar. 

11 


  

 

  



Atam sizdəyox oldu, Siz hələ varsız, daglarl 


Bu meşə, bu balaca, əyri-üyrü dərələr, təpələr kəndimizin ətrafındakı yerlərə necə 

də oxşayır. 

Qonçarnoye kəndi. Birbaşa kəndin mərkəzinə getdim. Klubun qabağındakı daş 

bulaqdan su içib, əl-üzümü yudum. Adamlara yaxınlaşıb salam verdikdən sonra: 

- Müharibə illərində həlak olan əsgərlər 

harada dəfn olunub? - deyə soruşdum. 

Yaşlı bir kişi əlini kəndin üst tərəfinə uzatdı: 

- Odur, 


meşənin ətəyində, bir az bəri durun, bax, abidə görünür. Kimin var 

orada, 


oğul? 

-Atam! 


Hər ikimiz xeyli susduq. 

- Mən gedim atama baş çəkim. 

Kişi qolumdan tutub: 

- Yox, oğul, tək yox, birgə gedək, bu qoca babanın ayağı ağır olsa da gərək 

dözəsən, -deyir. 

Yevgeni İvanoviç Zoboyko ilə birgə üzüyuxarı - qardaşlıq qəbiristanına gedirik. 

Yolboyu o, mənə müharibənin bu kənddə törətdiyi dəhşətlərdən, müharibədə 

oğlanlarını itirdiyindən, birinci cahan müharibəsi və inqilab illərində göstərdiyi 

şücaətlərdən söhbət açır. 

Balaca bir arxı keçib, yoxuşu çıxırıq. Nəfəsim təngiyir 

  

ürəyim şiddətlə döyünür. İlk dəfə ən əziz adamın məzarını görəcəyəm.   Hava 



dumanlı və soyuq olsa da məni tər basıb, paltomun  pencəyimin yaxasını açmışam. 

Elə bilirəm kürəyimdə ağır lap ağır bir dağ var. 

Budur, mənim bütün dünyam, otuz dörd il həsrətində olduğum, yolunu gözlədiyim 

bir adamla görüşüm. Amansız müharibə məni bircə dəfə də olsun atamla 

görüşməyə qoymadı. Atam cəbhəyə vola düşəndən iki ay sonra anadan olmuşam. 

İndi mavi rəngli dəmir darvazanı açıb, onun məzarını qucaqlayıram. Tək onun yox, 

Vətən uğrunda Sapun dağında şəhid olmuş 507 cəsur bayraqdarın məzarını. 

Dəhşətə bax, cəmi beş kvadrat metrlik bir sahə 507 nəfərin əbədiyyət və xatirə 

məskəni oiub. Üzümü soyuq qranit abidədən ayıra bilmirəm. 

 

- Özünü 



ələ al, oğul, neyləmək olar, dünyanın işi belədir, - Yevgeni İvanoviç 

mənə təsəlli verir. - Yəqin ki, indi özün ata olmusan. 

Qoca naxışlı müştüyünü çıxarır. Əlləri əsə-əsə səliqəylə bükdüyü papirosu 

müştüyə taxır, bir neçə qullab vurur. 

- Sahilsiz 

dəniz yoxdur, - deyir, - gərək atasız da uşaq olmasın. 

Bu dağı görürsənmi? - Əlini qarşıdakı uca dağa uzadır. - Balaklava dağıdır, bundan 

bir az o yanda məşhur Sapun dağıdır, eşitməmiş olmazsan. Bax orda, bu gözlərimlə 

görmüşəm, qan su yerinə 

axdı. Ordan atamı salamat çıxardı? Mənim Kostyam da orada həlak oldu, burdan-

bura hələ də məzarını tapa bilmirəm. Saşamı isə 

Kursk döyüşləri uddu. İndi qarımla çətir dam altında qalmışıq. Bu gördüyün 

kəndlər düşməndən azad olunandan sonra hospitala 



döndü. Sapun dağında yaralananlar buraya daşınır, müalicə olunurdu. Bizim 

kəndin məktəbi, idarəsi, klubu, hətta bəzi evlər belə 

lazaretə dönmüşdü. Şəfqət bacıları çatışmırdı, kəndin əhalisi onların yarasını 

sarıyır, yemək daşıyırdı. Kim bilir, bəlkə sənin atana bu 

əllərimlə yemək vermişəm, yarasını sarımışam. Onların arasında sizin həmyerlilər 

çox idi. Yadımdadır, əksəriyyətinin də familiyası Məmmədovdu, Əliyevdi. 

Ay oğul, binə qaldı, El köçdü, binə qaldı. Bir də ata görməyin Qiyamət günə qaldı. 

13 


  

Bu yenə də nənəmin səsi idi El YAYlağa  köçəndə yaylaqdan qay;danda nənəm 

oğullu günlərini xatırlayar  yanıb-yaxılar, gözündən bir damcı yaş çıxmadan bu 

bayatını oxuyardı. "Bu bulaq üstə pendir-çörək yedik... Burda arabanın 

boyunduruğu sındı, atan düzəltdi... Burda kəhərimizi oğurladılar, atan tapdı...» Bu 

yerləri gördükcə nənəm atamı xatırlar, hey xatırlardı... Əllinci illərə kimi bu oğul 

xatirəli yerlər yaşatdı nənəmi... 

Atamla «söhbət» 

Ata, vaxtilə sənin həmkəndlilərinlə birgə qurub-yaratmağa başladığın Yuxarı 

Körpülü kəndi indi bilirsənmi necə abad və yaraşıqlı olub? Müharibədən lap azca 

sonra kəndimizə işıq gəldi, nur seli axdı. Vaxtilə sənin gördüyün o quraq güneylər, 

quzeylər əkilib-biçilir. Debet çayından kəndimizə su kəməri çəkilib. 

Kəndimiz tamamilə tanınmaz olub. Hər tərəfi alma, şaftalı, üzüm bağıdır. Geniş və 

laləli çöllərimizdə müharibədə səninlə çiyin-çiyinə vuruşan Əsəd Abdullayev, 

Əhməd Rəhimov, Bayram 

Orucov çalışırlar. Siz bu işıqlı günlər uğrunda vuruşdunuz, lakin bu günləri görmək 

sizə nəsib olmadı. 

Müharibənin ilk günü səninlə birgə silaha sarılan eloğluların çoxusu geri dönmədi. 

Onların yetmişdən çoxunun taleyi də sənin taleyin 

  

sənin bəxtin kimi oldu. Neçə ana «Oğul, oğul» deyə dünyadan köçdü. O vaxtın 



gəlinlərinin qara, qıvrım birçəkləri indi düm ağdır. Onlar indi də gözlərini cəbhəyə 

yola düşdüyünüz Dərə bağı 

yolundan çəkmirlər. İstərdim sən məni öpəydin, oxşayaydın, atıb tutaydın, saçımı 

sığallayıb, boynumu qucaqlayaydın, «can balam» 

d^eyəydin. Bütün uşaqlar kimi, oğullar kimi mənim də hüququm vardı. Amma 

qismət olmadı... 

İstəyirəm ki, işdən yorğun-arğın qayıdanda qaça-qaça qabağına gəlim boynuna 

sarmaşım, sənin tüklü üzünü balaca əllərimlə özümə tərəf çəkib, doyunca həsrətlə 

öpüm. 

Bu gün nənəm Səyalının boxçasından hərbi komissarlığın bir parça kağızı çıxdı. 



Oxudum. Amma necə oxudum, Allah bilir. 

«Oğlunuz qızıl əsgər Əliyev Əmiraslan Ömər oğlu Sosialist Vətənimiz uğrunda 

döyüşlərdə əsgəri anda sadiq qalaraq, qəhrəmanlıq və mərdlik göstərmişdir. O, 

1944-cü il aprelin 28-də qəhrəmanlıqla həlak olmuşdur. Qəbri Krım MSSR 

Balaklava rayonunun Kiçik Muskamya kəndindədir». 



İndi siz dörd qardaşın üç yadigarı qalıb - Adil, Nadir və Şəmistan. Kərim əmim 

Krasnodar vilayətinin Krasnoarmeysk stanitsası uğrunda, Şəmmət Kursk 

döyüşlərində həlak olub. Mansur əmimin taleyindən də heç bir xəbər yoxdur. 

Bunların hamısını mən nənəmin boxçasından çıxan əl boyda kağızdan öyrənib 

bildim. Nə vaxt, kimə yazdırıb, nə vaxt cavab alıb nənəm, hələ də bilən yoxdur. 

Nənəmiz nəvələrini kədərləndirməmək, nisgilli qoymamaq üçünmü gizli saxlayıb 

bu kağızı? Yəqin ki, evimizdə indi buna qara kağız deyirlər. Sevimli şairimiz  

Əhməd Cəmil elə bil bu misraları yazanda nənəmi düşünüb: 

Dünyadan üzüldü nigaranlıqla, Gah qulağı səsdə, gah gözü yolda. Yazıq heç 

bilmədi qəhrəmanlıqla Oğlu həlak olub Sevastopolda! 

  

Heç bilirsənmi sənin yeganə şəklini müharibədən sonra bizə kim verib? Veteran 



həmkəndlimiz  Əmin  Hacıəsgər oğlu Məmmədov. Bilmirəm ona necə təşəkkür 

edim. Minnətdaram  Əmin  dayıya,  yoxsa rnən ömrüm boyu üzünə həsrət 

qalardım. Gözün aydın olsun, doqquz nəvən var. Mənim balaca atam - oğlum 

Əmiraslan bağçaya gedir. Bəzən məndən soruşur: Hamının babası var, bəs mənim 

babam hanı? 

Ata, inan, bu, mənim üçün ağır, ən dəhşətli bir sualdır. Lakin təsəlli də var: Krım 

torpağında bir Əmiraslan uyuyur, Azərbaycanda isə biri yaşayır, böyüyür. 

Müharibənin acığına tək mən yox, atası od-alov burulğanından qayıtmayan 

Möhbəddin, İsgəndər, Psiri, Tariyel və ... hamımız böyüdük, oxuduq, ev-eşik 

sahibi olduq. Analarımız bizi min bir əziyyətlə böyüdüb ərsəyə çatdırdı. Bir birçəyi 

ağ, biri qara anam bizi atalılardan pis böyütmədi. 

  

 bu yeri "sahil" mənasında Yalta adlandırırlar. Hələ antik dövrdə ad orta əsrlərdə 



Calita və yalta  

 kimi təhriflərə də  uğramışdı.Məşhur Nikitin bağı, "Uçan su" şəlaləsi, Voronsov 

sarayı, Qurfuz günəşli, sevimli Yaltanın şöhrət tacıdır. Bir-birindən gözəl, 

mənzərəli  yerlərini  saymaqla, müqayisə etməklə qurtaran deylldir. Bu guşələrin 

hərəsinın oz hüsnü, öz gözəlliyi var.  Dünya ədəbiyyatında,  musiqisində öz dəst-

xətləri olan A.Puşkin, M.Qorki, F.Şalyapin, L. Tolstoy, A.Çexov, M.Tven, 

K.Stanislavski və başqaları zaman-zaman Yaltada olmuş, bu ecazkar torpağı 

tərənnüm etmişlər. 

Krımın uzaq və yaxın kəndlərini, şəhərlərini gəzdikcə çiyin-çiyinə vuruşan mərd 

partizanlarımız haqqında çoxlu maraqlı əhvalatlar eşidirdim. Həmyerlilərimizdən 

Məmməd Əliyev və Mahmud Nəzirovdan o verlərdə az qala dastan danışırlar. 

Jurnalist dostum Valeri Kotinev partizanlar haqqında material toplamaq üçün 

ancaq Yaltaya getməyi məsləhət gördü. Yalta və onun meşələri Böyük Vətən 

müharibəsi illərində əsl partizan məskəni olub. 

Yalta ölkəşünaslıq muzeyinin «Döyüş şöhrəti» salonunda partizan həmyerlilərimiz 

haqqında çoxlu sənədə rast gəldim. Muzeyin elmi işçisi Demyanenko Marqarita 

Nikolayevna dedi ki, müharibə illərində Krımda 30 partizan dəstəsində on bir min 

xalq qisasçısı cəmləşmişdi. 1941-ci ilin noyabrında 

  



rından 1944-cü i| aprelin 16-na kimi Krım partizanlarının 252 hücum əməliyyatı 

olub. Bu hücumlar zamanı onlar düşmənin otuz min əsgər və zabitini öldürmüş, 

dörd minini əsir almış, etmiş doqquz hərbi eşelonunu, iki zirehli qatarını, üç dəmir 

yolu stansiyasını və külli miqdarda hərbi texnikasını məhv etmişlər. Muzevdə bir  

  

Məhəməd Kərim oğlu Əliyevi hər yerdə "Mişa" təxəllüsü ilə 



Şimali Qafqaz cəbhəsində 43-cü atıcı briqadasında top batareyasının komandiri 

olmuş Məmməd Əliyev ağır yaralı ikən əsir alınır. 

Səhhəti bir qədər yaxşılaşdıqdan sonra Məmməd meşələrə qaçaraq Krımın Göygöz 

kəndinə gəlib çıxır. Kəndin sakini, Əbdülkərim adlı Krım tatarı onu bir müddət 

evində saxlayıb müalicə edir. Xeyirxah ev yiyəsi Məmmədi Göygöz kəndindəki 

gizli partizan dəstəsinin üzvü Fatma Səlimova və Gülsüm Əbilova ilə tanış edir. 

Məmməd az vaxtda təşkilatın ən fəal üzvlərindən biri olur, həmyerliləri Sahib 

Hacıyevi, Mahmud Nəzirovu, Əsgərəli Əliyevi, Hüseyn Rzayevi, Naib Nəbiyevi, 

Məmməd Sultanovu və Yunis Məmmədovu təşkilata cəlb edir. 

Məmməd Əliyevin təşkilatçısı və komandiri olduğu "8-ci Azərbaycan partizan 

dəstəsi" 1943-cü ilin sentyabrında Fatma Səlimovanın köməyi ilə Mustafa 

Səlimovun komissar olduğu Cənubi Krım partizan birləşməsinin 7-ci briqadasına 

daxil olur. 

  

 



  

sənəd var. Onu Krım partizanlarının şücaətini öz gözü ilə görən, Krımın faşist 

işğalçılarından azad olunmasında yaxından iştirak edən, iki dəfə Sovet İttifaqı 

Qəhrəmanı, marşal Aleksandr Mixayloviç Vasilyevski hazırlamışdır: 

"Krım partizanları bütün döyüşlərdə Sovet ordusuna fədakarlıq və fəallıqla kömək 

göstərmişlər. 1944-cü ildə Krım əməliyyatı zamanı Sovet partizanlarının bu böyük 

fəaliyyətini nəzərə alaraq mayın 3-də Krım Vilayət Partiya Komitəsinin razılığı ilə 

biz mükafata təqdim olunmaq üçün partizan hərəkatının iştirakçılarından altı 

nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilməsini, on dörd nəfərinin Lenin ordeni, 

bir qrup əsgər və zabitin isə Qırmızı Bayraq ordeni, birinci dərəcəli Vətən 

müharibəsi ordeni ilə təltif olunmasını layiq gördük və bu barədə Dövlət Müdafiə 

Komitəsinə təqdimat verdik". 

Krımın və xüsusilə Yaltanın azğın düşməndən təmizlənməsində partizan 

həmyerlilərimiz də şücaətlə vuruşaraq, mühüm əməliyyatlardan yaxından iştirak 

ediblər. İndi yerli əhali partizan həmyerlilərimizin qəhrəmanlığından həvəslə 

söhbət açır, onları hörmət və ehtiramla xatırlayır. 

  

Dörd qrupdan ibarət olan bu dəstədə yüz yetmiş iki nəfər fəaliyyət göstərmişdir. 



Əksəriyyəti azərbaycanlılardan ibarət olan bu dəstədə rus, ukraynalı, gürcü, tatar, 

çex, slovak, ləzgi və başqa 

millətlərin də nümayəndələri faşistlərə qarşı mərdliklə vuruşaraq otuz əməliyyatda 

düşmənin iki mindən çox əsgər və zabitini öldürmüş çoxlu pulemyotunu, topunu, 

tüfəngini ələ keçirmişdir. 



Sənəddə göstərilir ki, Yalta uğrunda gedən döyüşlərdə öz vəzifəsini namusla yerinə 

yetirən Məmməd Əliyevin dəstəsi tez-tez düşmən qarnizonuna hücum edərək, 

onları ciddi tələfata uğratmışdır. 

19 


  

1944-cü il aprelin 14-də "8-ci Azərbaycan partizan dəstəsi" Yaltanın beş 

kilometrliyindəki Nikitin kəndi uğrunda gedən döyüşdə düşmənin dörd yüz əsgər 

və zabitini əsir almış, iki yüzdən çoxunu məhv etmişdir. 

Yalta ölkəşünaslıq muzeyində Məmməd Əliyevin şəkli və onun haqqında müxtəlif 

sənədlər saxlanılır. Hərbi xasiyyətnamədə göstərilir ki, o, 1912-ci ildə Gəncədə 

anadan olub. 1939-cu ildən partiyanın üzvüdür. Orta təhsili var.  Marqarita 

Nikolayevna daha bir qovluq açdı. Həmin qovluqda Krım uğrunda hitlerçilərə qarşı 

partizan döyüşlərində xüsusilə 

 fərqlənənlərdən biri, qrup komandiri Mahmud Mahmud oğlu Nəzirov haqqında 

sənədlərə rast gəldim. Mahmud Nəzirov 1916-cı ildə Ermənistanın Yuxarı Körpülü 

kəndində anadan olub. 1938-ci ildən partiyanın üzvüdür. Sənədlərdə göstərilir ki, 

müharibədən əvvəl müəllim işləyən Mahmud Nəzirov igid partizan Məmməd 

Əliyevin ən yaxın silahdaşı olub. Onlar 1943-cü ildə Yaltadan Balaklavaya gedən 

üç faşist gəmisini batırmış, Böyük Ozenbaş kəndində yerləşən düşmən 

qarnizonunu məhv etmişdilər. Bu döyüşdə Mahmud Nəzirov qəhrəmanlıqla 

vuruşaraq təkbaşına 18 nəfər faşisti məhv etdiyi üçün komandanlığın təşəkkürünü 

almışdır. 

Qovluqlardan birində gözəl hüsn-xətlə yazılmış "Krım xatirələrim" adlı çox da 

böyük olmayan yazıya rast gəldim. Onu Gəncə dən 1974-cü ildə keçmiş partizan 

Mahmud Nəzirov göndərib.O yazır: "Müharibə başlananda sərhəd şəhəri 

Peremışlda hərbi xidmətdə idim. Baş leytenant rütbəsində pulemyot rotasının 

komandiri vəzifəsində döyüşürdüm. 

İlk dəfə düşmən qarşısına çıxan rotamız güclü döyüşlər apardı. Elə olurdu ki, bir 

gündə dörd-beş dəfə faşistləri San çayının o sahilinə kimi qovurduq. İlk sınaq 

döyüşlərimiz çox uğurlu olurdu. 

20 

  

Bizdən hələ vaxtlardan möhkəm əminlik vardı ki, düşmənə mütləq qalib gələcək. 



Krırn uğrunda gedən döyüşləri daha yaxşı xatırlayıram. Vətənin ağır qünləri idi. 

Faşistlər güclü qüvvə ilə hücuma keçmişdi. Bir dəfə diviziya komandiri məni 

yanına çağırdı. 

Nəzirov, - dedi, - biz belə qərara gəlmişik ki, sizin rotanı məsuliyyətli bir tapşırığa 

göndərək. Rotanız düşmən arxasına keçib Krım meşələrində fəaliyyət göstərən 

«Səkkizinci partizan dəstəsi» ilə birləşməlidir. Faşistlərə arxadan zərbə vurmaq 

lazımdır. Peşəkar zabit olduğunuza görə bu işdə sizin kifayət qədər təcrübəniz və 

cəsarətiniz olduğuna əminəm. 

Səhərisi gecə qaranlığında bizim dəstə cəbhə xəttini düşmənin ağlına gəlməyən 

sıldırım bir qayalıqdan keçdi. Kəşfiyyatçılarımızın yardımı ilə düşmən arxasında 

"Səkkizinci partizan dəstəsi"  ilə birləşib mövqe tutduq. Gecə-gündüz faşistlərə 

zərbə endirib, dinclik vermədik. Bir-birinin dalınca körpüləri, maşınları partlantıq 




 silah anbarlarını yandırıb kül etdik. 

Kerç, Zuyev və Yalta meşələrində iki ildən çox döyüşlər apardıq. Dəstəmizdə 

Krım tatarları ilə yanaşı bizim azərbaycanlıların da sayı çox olduğuna görə onu " 

Səkkizinci Azərbaycan partizan dəstəsı" adlandırdıq. 

Marqarita Nikolayevnanın mənə fəxrlə göstərdiyi təltifat vərəqində həmyerlimiz 

haqqında yazılıb: 

Baş leytenant Mahmud Nəzirovun partizan dəstəsi Göygöz ətrafında güclü 

döyüşlər aparmışdır. Çoxlu sayda faşist əsgər və zabitini məhv edən dəstə düşmən 

texnikasını da ələ keçirə bilmişdir. Hərbi sursatla dolu dörd avtomobil, barj tipli bir 

gəmi ələ keçirmiş, qırx iki nəfər əsgər və zabit əsir alınmışdır. Krım döyüşlərində 

üç dəfə yaralanan baş leytenant Mahmud  Nəzirov Qırmızı  

21 


  

Bayraq və birinci dərəcəli Böyük Vətən müharibəsi ordenləri ilə təltif olunmuşdur. 

(Hazırda doxsan bir yaşlı veteran Mahmud Nəzirov Gəncədə Xanlar küçəsində 

yaşayır.) 

Yalta ölkəşünaslıq muzeyindəki sənədləri araşdırarkən partizan həmyerlilərimiz 

Sərvər Əlişanov, Ismayıl İsgəndərov, Balakərim Məmmədov, Qırmızı Bayraq və 

Suvorov ordenli 382-ci Feodosiya-Brandenburq diviziyası qəzetinin redaktoru 

İsmayıl Davıdov və başqaiarı haqqında maraqlı sənədlərə rast gəldim. 

Əgər siz Yalta ölkəşünaslıq muzeyinə getsəniz, "Odlu illər" salonunda polk 

komandiri Cəlil Bəbir oğlu Nəcəfovun adını fəxrlə oxuyub, yaraşıqlı zabit geyimli 

həmyerlimizlə qarşılaşacaqsınız. Həmyerlimiz, 

podpolkovnik Cəlil Nəcəfov uğrunda mərdliklə vuruşduğu gözəl Yalta şəhərinin 

fəxri vətəndaşıdır. 128-ci Qırmızı Bayraq ordenli Türküstan diviziyasında onun 

komandir olduğu 323-cü qvardiya atıcı polku 1944-cü ilin aprelində Akmonay 

bərzəxində düşmənin müdafiə xəttini yarıb dörd min əsgər və zabitini əsir almış və 

çoxlu hərbi sursat ələ keçirmişdi. Hazırda igid komandirin ailəsi Bakıda yaşayır. 

 

Dost xatirəsi 



Krıma təyyarə ilə yol Simferopolda tamamlanır, ordan da başlayır. Şəhərdən 

vilayətin hər yerinə yollar şaxələnir. Qara dənizin suları ilə dövrələnmiş sahil boyu 

şəhər və kəndləri gəzdikdən sonra Yaltadan Simferopola qayıdıb təyyarəyə bilet 

aldım. Sağollaşmaq üçün dostum Valeri Kotinevə zəng vurdum. 

- İnanmıram bu gün yola düşə biləsən, - deyə həyəcanla bildirdi, - çünki qəhrəman 

həmyerlinlə çiyin-çiyinə vuruşan veteranlardan biri xahiş edib ki, onu səninlə tanış 

edim. Vaxtı itirmədən Veteranlar Komitəsinə gəl, mən də oraya gedirəm. 

22 


  

dirdən döyüş zamanı öz dilində alovlu sözlər eşidərdim. Bir dəfə istirahət vaxtı 

soruşdum: 

- Allahverdiyev, döyüş vaxtı sənin dilindən başa düşmədiyim sözlər eşidirəm. 

Onları bizə də başa sal görək nə deyirsən? 

Dostumun qarabuğdayı sifətinə xoş bir təbəssüm qondu: 




- Hə, - dedi, - mən bəzən qızışanda ana dilimdə «Haydı, əsgərlərim, yeriyin 

düşmən üstünə!» deməkdən özümü sax-laya bilmirərn. Bu sözlər mənim deyil, 

vax-tilə Azərbaycanı istilaçılardan qorumuş milli qəhrəmanımız Koroğlunundur. 

O gün Müseyib mənə Azərbaycan dilin-də iki söz öyrətdi: «Salam» və «oğul». O 

gündən sonra komandir dostumu «oğul» deyə çağırmağa başladım. Görüşümüz 

zamanı bu sözləri eşidəndə təəccübləndi-yinizi hiss etdim. Amma üstünü 

vurmadım. Bax, o vaxtdan, o tufanlı illərdən bu iki kəl-məni hafizəmdə xatirə kimi 

saxlayıram, oğul, deyib müsahibim gülümsünür. Sonra ayağa durub kitab rəfindən 

sarı 

cildli «Volqa çöllərindən Avstriya dağlarına qədər» adlı kitabı gə-tirdi. Vərəqləyib 



126-cı səhifəni tapdı. Orada 119-cu polkun döyüş yolundan bəhs olunurdu. 

«... Dunayın ucsuz-bucaqsız sahillərinə qardan ağ yorğan səril-mişdi. Dan yeri 

ağardıqca, səmadakı qatı duman qərbə doğru çə-kilir, çöllər yavaş-yavaş 

işıqlanırdı. Batalyonun əsgərləri döyüşə hazır durmuşdular. Kapitan Allahverdiyev 

balaca bir dikdirdə uza-nıb qarla örtülü çöllərə baxır, doğma Qarayazını, Kür 

qırağını xa-tırlayırdı. Ceyrançöl düzünü də qar beləcə örtəndə yataqlara gediş-gəliş 

azalır, yollar, cığırlar itirdi. Yalnız xırda təpələrdə ac canavar-lar və azğın küləklər 

ulaşırdı. İndi Dunayın o tayında soyuqdan ula-şan frislər kimi... Onun qəlbi 

müqəddəs Vətənimizə soxulmaq istə-yən düşmənə qarşı acı bir kinlə dolmuşdu... 

Kapitana çayın o tayında düşmənin güclü bir qüvvəsi olduğunu bildirmişdilər. 

Kəşfiyyat dəstəsinin gətirdiyi məlumata görə düşmə Dunayın sahillərini yeni tipli 

tanklarla müdafiə edirdi. Alınan tapşınq 

24 

  

ciddi və məsuiiyyətli idi: necə olursa-olsun çayı o taya keçib Sunlarımıza yol 



açmalı. 

I sur kapitan vzvod və rotaları yoxlayıb əsgərlərin döyüşə hazır Iduqlarına tam 

əmin olduqdan sonra hücum əmri verdi. Sol sahii- 

dən     köməyə     qələn 

Aleksandr Kuznetsovur topçuları düşmənə şid-dətli atəş açdılar. 

Qəfil hücumdan özlə-rini itirən hitlerçilər yed-di kilometr geriyə qo-vuldular. Bu 

vuruşmado kapitan Allahverdiyevin batalyonu beş yüzə qə-dər faşist əsgər və za-

bitini məhv edib, iki yü2 iyirmi nəfərini əsir aldı. İvirmi dörd too, otuz altı 

pulemyot, üç avtomaşm, on araba, səkkiz minaatan, ıki hərbi sur-sat və bir ərzaq 

anbarı qənimət olaraq ələ keçirildi.» 

- Dağlar qartalı üç ay sonra Budapeşt yaxınlığında daha cəsa-rətlə vuruşaraq 

düşmənin 700 əsgər və zabitini əsir aldı. - Yakob Orlov həyəcanla və fəxriə ağır 

gün dostunun qəhrəmanlığından danışır. - Budapeştdə bizim üçün, şəxsən mənim 

üçün böyük bay-ram idi. Burada qollarımı geniş açıb «oğlum»u doğma balam kimi 

sinəmə sıxdım. Müseyib Allahverdiyev SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci 

il 24 mart tarixli fərmanı ilə Sovet ittifaqı Qəhrə-manı kimi şərəfli ada layiq 

görülmüşdü. 

stefada olan polkovnik Yakob Orlov da şərəfli döyüş yolu keçib. O, iki dəfə 

«Qırmızı ulduz», iki dəfə Suvorov və başqa ordenlər, >xlu medallarla təltif edilib. 



Veteran Moldovanın Çadurluq və Ye-nagiyev rayonlarının fəxri vətəndaşıdır. 

Onun dediklərindən: 

Bu yaxınlarda məni Xmelnitski şəhərinə əsgərlərlə görüşə də-etmişdilər. Vaxtilə 

Müseyiblə bu şəhər uğrunda çiyin-çiyinə vu-uşuq. Şəhərin «Döyüş şöhrəti» 

muzeyində «oğlum» haqqın-aynca guşə var. Xmelnitskidəki on beş nömrəli orta 

məktəbin ier dəstələrindən biri Müseyib Allahverdiyevin adını daşıyır. 1 veteranı 

«Sovet Ittifaqı Qəhrəmanı Müseyib Allahverdiyev» 

25 


  

adına dəstənin pionerlərilə birgə çəkdirdiyi şəkilləri bir-bir rnən göstərir. 

- Yakob Matveyeviç, «oğlunuzun» ailəsilə necə, görüşürsünüz-mü? 

- Biz Müseyiblə çox gec əlaqə saxlaya bildik. 1967-ci ildə qə_ fildən ondan bir 

məktub aldım. O, neçə illərdi ki, məni axtardığım yazırdı. Bir xeyli məktublaşdıq. 

Həmişə də bu yaxınlarda görüşmək üçün vədələşirdik, amma imkan olmurdu. Qəfil 

ölüm onun başmın üstünü aldı. Düzü, qəhrəman dostumun ölümünü eşidəndə 

böyük Marksın müdrik kəlamını xatırladırn: «Qəhrəmanlarm ölümü günə-şin 

batmasına bənzəyir». Bir müddət mənə elə gəldi ki, doğrudan da bu füsunkar 

Krımda günəş doğmur. Sonralar oğlu, general-ma-yor Abdulla Allahverdiyevlə 

görüşüm mənə ən yaxşı təsəlli oldu. Oğul ataya necə də oxşayarmış. Qəribə də olsa 

mən indi Abdul-lanı da «oğlum» deyə çağırıram. Sağ olsun, o hər il mənim görü-

şümə gəlir. Havalar xoş olan kimi Abdullanın dəvətilə Qazaxa ge-dib, «böyük 

oğlumun» məzarını ziyarət edəcəyəm. 

Krım-Bakı, oktyabr 1976 

  

HEKAYƏLƏR 



QORXU 

Hamı kimi mənə də uşaqlığımda, gəncliyimdə keçirdiyim hisslər, yaşadığım illər 

çox əzizdir. Nəyi unutsam da anam Güllü Osman qızının, nənəm Səyalı Alı qızının 

mənə elə-dikləri əvəzsiz qayğılarını unuda bilmərəm. Unuda bilmərəm o günü ki, 

üstü naxışlı çanta tikib məktəbə anam məni özü apardı. iki, ya da üç dərs keçəndən 

sonra müəllim bizə evə getməyə icazə verdi. Hamımız haray-həşirlə bayıra atıldıq. 

Məktəb qapısının ağzında dayanıb, məni gözləyən nənəmi görəndə təəccüb etdim. 

«Gözümün nuru, nə uzun çəkdi sə-nin oxumağın» deyib səhər anamın gətirdiyi 

çantanı əlim-dən aldı. 

Böyük Vətən müharibəsinin od-alovunda dörd oğlunu -atam Əmiraslan/, əmim 

Mənsuru, Şəmməti və Kərimi itirən nənəmdə kişi vüqarı, qadın isməti vardı. Bu 

hekayəni son nəfəsində də «Oğul» deyib dünyasını dəyişən nənəmin əziz xatirəsinə 

ərməğan edirəm. 

AL getdi, üz getdi, dərə-təpə düz getdi... 

Daha nənəmin səsi gəlmədi. Mən ehmalca dönüb ona baxdım. 

Nənəm yatmışdı. Onun arıq, ətsiz sinəsi enib qalxırdı. Pəncərədən 

düşən ay işığmda evimizin içində nə vardırsa, hamısı aydın görü- 

nürdü: odu sönmüş sobanm qara silueti, babamın öz əli ilə düzəlt- 

diyi mənim ağac beşiyim, şkafımız, stol və stullar... Yorğanımın üs- 

ündə qıvrılıb yatan qara pişiyimizin xorultusundan başqa evdə heç 




səs yox idi. Həmişə anamla yatdığım köhnə taxta çarpayı boş 

Imışdı. O, miskin bir görkəmdə gecənin həzin, hüznlü sükutunu 

ıləyirdi. Otaq elə işıqlı idi ki, atamın, babamın və əmilərimin di- 

ı asılmış şəkilləri aydınca görünürdü. 

Jənəm sağ qolunu başının altına qoyub şirin yuxuya getmişdi. vımizin dirəyi 

nənəm. Gündüzləri bizə bir parça çörək qazanmaq uçun dəridən-qabıqdan çıxardı. 

vük  ^ müharibəyə gedəndən bir il sonra anamın ölümü nənəmin nü daha da artırdı. 

İki bacım, bir də mən ev işlərində ona nə 

27 

  

qədər kömək etsək də, bu, çörək qazanmaq deyildi. Çörək qazan maq üçün gərək 



bel, yaba, dəryaz götürüb işləyəydin. Bizim əli mizdən ancaq sünbül və pencər 

yığmaq gəlirdi. O vaxtın sünbüic yerə düşmürdü, pencəri də tez dərilirdi. Çünki 

bizim kimi o qədər aclar, atasızlar vardı ki... 

Bir aydan çox idi ki, müharibənin qurtarması xəbəri kəndimizə yayılmışdı. Bu 

xəbər evlərə, insanlara nə qədər şadlıq, sevinc gətirmişdi. Nənəm hər gün bizi 

aldadırdı ki, atanız sabah gələcək Nənəmin sabahları qurtarmaq bilmirdi. 

O, son vaxtlar lap əsəbi olmuşdu. Atamdan söz salanda bəzən eşitməməzliyə vurur, 

cavab da qaytarmırdı. Yadımdadır, bir dəfə mən atamın nə vaxt gələcəyini 

soruşdum. Nənəm titrək əlini irəli uzadıb, «Qaçaq vurulan təpə»nin yamacından 

enən ağ yolu gös-tərib dedi: 

- Nənən sənə qurban, bax o yolu gözlə, atan ordan gələcək. 

Mən qonşulardan yığıb otardığım quzuları hər gün o təpəyə apa- 

rırdım. Təpədə oturub qollarımla dizlərimi qucaqlardım. Tikanlıqlar arasında gah 

görünən, gah da itib-batan bu sonugörünməz yolda əsgər atamı həsrətlə gözlərdim. 

Bəzən boylanıb evimizə tərəf də baxardım. Qapımızda əsgər paltarlı adam 

görməyəndə ata həsrəti balaca ürəyimi əriməz buza döndərərdi. 

Nənəm axşamlar daha çox əsəbi olurdu. Gün batıb qaş qaralan-da o, öz-özünə 

kimisə danlayır, söyür, deyinə-deyinə gəzinirdi. Axşamlar təknədən bir neçə çörək 

götürüb, dəstərxana büküb, pəncərə ağzına qoyurdu. Qalanını gizlədirdi. 

...Gecənin ağır sükutunu qıran ayaq səsləri eşidildi. Gələn adam darvazaya 

yaxınlaşdı, azca duruxub, sonra qapını iki dəfə bərkdən taqqıldatdı. Qorxudan 

başımı yorğanın altına çəkdim. Bir az beləcə nəfəs almadan yorğanın altında 

gizləndim. Qapı yenə iki dəfə bərkdən vurulanda: 

- Nənə, ay nənə, - dedim. 

- Can 

nənə, yat, qalanını səhər danışaram... 



- Nənə, qapımızı döyürlər. 

- Nə? Qapı? 

Nənəm yuxulu gözlərini bir neçə dəfə qırpıb qapıya baxa-bax dinmədi. Yad adam 

qapını üçüncü dəfə vuranda, nənəm durub qa lın şalını başına saldı. Axşamdan 

dəstərxana büküb pəncərə ağz na qoyduğu çörəyi kiməsə verdi. Sonra deyinə-

deyinə qayıdıb yeı 

28 

  



airdi  Ayaq səsləri qapıdah uzaqlaşdı. Bir qədərdən sonra at ! öının tappıltıları və 

kəsik-kəsik kişnərti səsi eşidildi. ayMən nənəmi bərk-bərk qucaqlayıb, gözümü 

qapıya zilləmişdim. nəm saçlarıma əl gəzdirib, alnımdan öpdü. Sakit, zorla eşidilə- 

cək səslə: 

- Yat, 

mənim balam, qorxma, rədd olub getdilər - deyə şikayət- 



iəndi. -' Bunlar hamısı bir qaşıq qanından qorxan tülkülərdir. Gün- 

düzlər meşədə gizlənib, gecələr çörək dilənirlər. 

Nənəm ani olaraq dayanıb, kədərlə köks ötürdü. Yarıqaranlıq otağımıza düşən ay 

işığında onun nurani sifəti mənə daş kimi gö- 

ründü. 

- Kişisiz ev belədi. Əgər evdə başıpapaqlı olsaydı, onlar cürət edib bizə çörəyə 



gələ bilərdimi? Eh, bircə atan gəlib çıxsaydı. Sizi sağ-salamat ona tapşırıb, sonra 

rahatca ölərdim. 

- Nənə, onlar kimdi ki? 

O duruxdu. Dinib-danışmadı. Küsmüş kimi, üzünü yenə pəncərə tərəfə döndərib, 

sualıma cavab vermədi. Biimirəm, onlar kim idi, nəçi idi, hər axşam güc-bəla ilə 

qazandığımız çörəyə ortaq çıxır-dılar. 

Bir dəfə nənəm onlara çörək vermək istəmədi. Həmin adamlar-dan biri pəncərəni 

zərblə vurub, şüşəsini sındırdı. Tüfəngin lüləsini yarıya kimi içəriyə salıb, vəhşi bir 

səslə: 

- Qarı, deyəsən əcəl səni hərləyir - dedi, - barı, yetimlərinə ya- 



zığın gəlsin. Tez ol, çörək ver, yoxsa... 

Nənəm əsə-əsə yerindən durdu... 

Səhər bacılarım məktəbə, mən də quzu otarmağa ac getdik. Çöl- 

ə nə qədər yemlik, quzuqulağı yedimsə də, yenə çörək yadımdan 

'ixmırdı. Onun üçün burnumun ucu göynəyirdi. Toran qovuşanda 

ə gəldirn. Acından ürəyim sıyrılırdı. Özümü təknənin üstünə sal- 

dım, bircə çörək vardı. Baxa-baxa qaldım. Bircə tikə kəsib yeməyə 

əyim gəlmədi. Çörəyə baxdıqca, nənəmin qayğılı çöhrəsi, bacıla- 

arıq, çuxura düşmüş gözləri şirin iştahama acı zəhər qatdı. 

3ilir, nənəm bu çörəyi necətapmışdı... 

?am nənəm bircə qarğıdalı çörəyini dörd yerə böldü. O gecə 

aqda nənəm o üz-bu üzə çevriiirdi. Gah da arxası üstə uzanıb, 

dət hərəkətsiz qalırdı. Mən başa düşürdüm ki, nənəm hir- 

3n yata bilmir. Gecənin lal sükutu ağır bir qurğuşun olub, bizim 

^kmüşdü. Başımda o qədər suallar dolaşırdı ki, qorxumdan 

29 


  

dinə bilmirdim. Nənəm lap bərk narahat idi. Mən bilirdim ki, indicə çörək üçün 

gələcəklər. O, naməlum adamlara verəcəyi cavab haq qında fikirləşirdi. Yenə lüləsi 

qaralan tüfəng boz üzünü göstərəcək Ağır addımlarla evimizə yaxınlaşan adam 

qapımızı iki dəfə taq. qıldatdı, nənəm diksindi, mən daha da bərk-bərk nənəmə 

qısıhb sakit səslə dedim: 

- Nənə, bunların öz evləri yoxdur? 



- Var, 

niyə yoxdu, evə gəlsələr, hökumət onları tutub aparar. Nənəm də 

qorxudan pıçıltı ilə danışırdı. 

- Niyə, ay nənə? 

-Ona görə ki, onlar qaçaqdı. Vətən... Qapı yenə döyüldü. 

Ay bala, vallah, billah, bu axşam bircə tikə də çörəyimiz yoxdu. 



Sonra - ev tikən, evin yıxılsın - deyib, oğlunun qarasınca deyindi. 

- Hələ dedim ki, bu küməni köhnə dam yerində tikdir. Gətirib çı- 

xartdı kəndin lap qırağına ki, yox, ay ana, bura yaxşıdı, meşəyə ya- 

xındı, havası təmiz olar. Eh, anan ölsün, görən hardasan?.. 

Qapı bu dəfə vurulanda nənəm hirslə yorğanı üstündən atıb, ya-şına yaraşmayan 

hərəkətlə qapıya doğru cumdu. Sərt hərəkətlə qara, uzun cəftəni qaldırdı. Qapını 

taybatay açıb qışqırdı: 

- Gəlin, nə varsa aparın, od vurun, bu yetimlərin küməsini yan- 

dırın. Bir parça çörəyini boğazından kəsin. Yoxdu çörək. Yox, birti- 

kə də yoxdu. - Nənəm səsi gəldikcə bağırdı: - Alın, bu da çörək 

təknəsi, bax... 

Nənəm birdən-birə qapı ağzında quruyub qaldı. Zəiflədi, süstləş-di. Taxta təknə 

əlindən düşüb iki yerə bölündü. Taqətsiz halda ay işığında əsən qollarını zorla irəli 

uzadaraq, «Oğul!» deyib atamın boynuna sarıldı. 

ANAM MƏNİM 

JK 


...l^fnam, zəhmətkeş anam. Gözümü açandan onun əllərını ( bar, başına örtdüyü 

şalı qara görmüşəm. Əgər bacarsaydım gənc-liyimi ona bağışlar, qara saçlarımı 

onun ağ birçəklərinə dəyişərdim. Anam nədənsə həmişə qara geyinərdi. Mənə elə 

gəlirdi ki, heç vaxt onun rəngbərəng paltarı, başında ağ yaylığı olmayıb. 

30 

  

nonşumuz Gülşən xala ipək məxmərdən tıkılmış qəşəng, naxışlı 



Itarlar geyərdi. Onu görəndə kədərdən, qəzəbdən əhvalım ta- 

pozulardı. Gülşən xalaya acığım tutardı. Fikirləşərdim, düşü- 

^ərdim ki, anam niyə belə qəşəng paltarlar geyinmir. Axı mənim 

ınam ond'an yaşca cavan idi. 

geyinən qonşularımız Əsmər xala da, Səyalı bibi də al-yaşıl geyindi. Kəndi-mizdə 

qadınların çoxu qara paltarmı cür-bəcür rəngli paltarlarla əvəz etmişdilər. Həmişə 

idarənin yanındakı uca dirəkdən asılmış çantaya oxşar cihazdan «müha-ribə», 

«qoşunlarımız», «cəbhə», «hissə-lərimiz» sözləri əvəzinə indi şən, oynaq musiqi 

sədaları yayılırdı. 

... Bir dəfə, hələ müharibədən qabaq atamın aldığı qırmızı sandıqda anamın qat 

kəsmiş güllü paltarını gördüm. Öz- 

. Müharibə aurtardı. Anam kimi qara 

özümə dedim, yəqin anamın yadından çıxıb, sevincək yerimdən durmaq istəyəndə 

başımın üstündə anamı gördüm. Tez-tələsik so-ruşdum: 

- Ana, bu güllü paltarları qonşularımız kimi sən niyə geyinmir-sən? 

O tutuldu. Yanaqları titrədi. Qaşları sərt bir ifadə ilə yuxarı dar-tıldı. Sanki indicə 

leysan yağış tökəcək qara bulud kimi doluxsun-du. Dinib-danışmadı. Kədərli 



gözləri qəmli-qəmli məchul bir nöqtə-yə dikildi. Qabarlı, titrək əlləri ilə başımı 

sığallamağa başladı. Ya-şarmış gözləri kədərlə, təşvişlə mənə baxdı. Sonra asta, 

ağır ad-dımlarla evimizin baş tərəfində divardan asılmış atamın, əmilə-rimin, 

dayımın şəkilləri önündə gəlib dayandı. Vücudu titrədi, mənə elə gəldi ki, bütün 

kainat da onunla bərabər titrədi. Onun qara paltarı şəkillərin üzünə qara bir pərdə 

kimi çəkilmişdi... 

  

KİTABIN İÇİNDƏKİLƏR 



Müəllifdən  3 

Krım dəftəri   4 

Atamla «görüş»   10 

Atamla «söhbət»   14 

Partizan cığırları ilə  

16 


Dost xatirəsi  

22 


Hekayələr 

Qorxu 27 

Anam mənim  

30 


Şəmistan Əmiraslan oğlu Nəzirli 

Krım   dəftəri Bakı - Şirvannəşr - 2005 

Kompüter icraçısı Həyat Mahmudlu Kompüteryığıcısı Əfsanə Teymurlu 

Cild sexinin müdiri Həmiyyə Heydərova 

Yığıma verilib 21.04.2005. 

Çapa imzalanıb 23.04.2005. 

Formatı 60x84 1/16. 

Fiziki çap vərəqi 2,0. 



Sayı 200. 

Yüklə 146,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə