ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.

səhifə10/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   157

hərbi-dəniz ensiklopediyalarının heç birində admiral Aslanbəyov haqda bu cür 
məlumatlar yoxdur. Görünür, Rusiyanın hərbi dəniz donanması tədqiqatçılarına 
belə görkəmli bir sərkərdəni özününkülşədirmək sərfəli olub. Niyə də olmayaydı?!. 
Axı, vitseadmiral Aslanbəyov həm də hərbi donanma tarixində görkəmli alim kimi 
tanınıb! (Bu barədə bir qədər sonra). 
Bəzi mənbələrdə, xüsusilə sovet dövründə nəşr olunan əsərlərdə 
Aslanbəyovun təvəllüdü 1820-ci il göstərilir. Fikrimizcə, bu da səhvdir. Çünki 
1917-ci il inqilabından əvvəl nəşr olunan mənbələrdə admiral İbrahim bəy 
Allahverdi bəy oğlu Aslanbəyovun 1822-ci il sentyabrın 10-da Bakıda anadan 
olduğu göstərilir. Üç il Peterburqdakı dənizçilik məktəbində tərbiyə alan İbrahim 
bəy 1837-ci ildə oranı adı Qırmızı lövhə”yə yazılmaqla bitirmişdir. Baltik 
dənizində “Aleksandr Nevski” və “Prozerqin” hərbi freqatlarında üzən miçman 
Aslanbəyov iki il “İmperator I Pyotr” sürətli hərbi gəmisində Daqerord 
yaxınlığında keçirilən təlimlərdə iştirak etmişdir. 
1842-ci ildə Dənizçilik Məktəbinin zabitlər sinfini bitirən İbrahim bəy Qara 
Dəniz Donanmasının hərbi nəzarət gəmilərində üzmüş, Qara dənizin şərq 
sahillərində baş verən toqquşmalarda iştirak etmişdir. 
“Elbrus” hərbi gəmisinə komandirlik edən leytenant Aslanbəyov 1854-cü 
ildə düşmənin ticarət “gəmilərini darmadağın etmək üçün dörd dəfə (30 iyun, 
7iyul, 3 və 6 avqust) dənizə çıxmış, avqust ayında isə desant gəmisinin döyüşən 
batareyasına komandirlik etmişdir. Bu xidmətinə görə ona kapitan-leytenant 
rütbəsi verilmişdir. Həmin il sentyabrın 13-dən müharibənin axırına kimi 
Sevastopol qarnizonunda olmuş, avqustun 27-də sonuncu hücumu dəf edərkən 
kontuziya almışdır. Şərq müharibəsindən sonra Nikolayev limanında 36-cı 
donanma ekipajına komandirlik etmişdir. 
Aslanbəyov 1860-61 ci illərdə “Sokol” pərli korvet gəmisinin komandiri 
kimi Aralıq dənizində üzmüş və həmin gəmini Kronştadta gətirmişdir. 1863-cü ildə 
həmin korvetlə Nikolayev şəhərinə qayıdan İbrahim bəy, iki ildən sonra 
“Retvizan” gəmisinə komandir təyin edilmişdir. Bir müddət məşhur vitse admiral 
Q.İ.Butakovun zirehli eskadrasında qərargah rəisi olmuşdur. 
Aslanbəyov 1869-72-ci illərdə dəfələrlə müxtəlif ümumdövlət əhəmiyyətli 
məsələləri öyrənmək üçün toplanmış komitələrə sədr təyin edilmişdir. Estoniyaya 
ezam olunan İbrahim bəy gəmiçilik məktəblərinin yaradılması və ticarət 
gəmilərinin düzəldilməsi üçün yaranan komitənin üzvü olmuşdur. 
1878-ci il yanvarın 1-də kontr-admiral rütbəsi ilə təltif olunanda İbrahim bəy 
Aslanbəyov səkkizinci donanma ekipajının rəisi idi. 
Onun bioqrafiyası həm admiral kimi, həm də hərbi dəniz tarixçisi kimi çox 
zəngindir. Əgər başqa hərbçinin ömür yolu ilə müqayisə etməli olsaq, ancaq 
general Əliağa Şıxlinskinin artilleriya tarixindəki xidmətləri ona bərabər ola bilər. 
Ona görə ki, azərbaycanlı generallardan hərb elmi ilə məşğul olan ancaq Əliağa 
Şıxlinski idi. Fərq bircə ondan ibarətdir ki, Əliağa Şıxlinskinin elmi və hərbi 
fəaliyyəti Azərbaycanla daha çox bağlı olmuşdur. Admiral Aslanbəyovun elmi 
tədqiqatları isə rus hərb elmində geniş istifadə olunsa da, bu günə qədər bizə gəlib 
çatmamışdır. Daha doğrusu, özümüzdə nə tədqiq olunmuşdur, nə də təbliğ... 


1872-ci ildə I Pyotrun anadan olmasının iki yüz illiyi böyük bayram şənliyi 
kimi keçirilirdi. Bu münasibətlə ümum-rus texniki sərgisində iştirak etmək və 
imperatorun kiçik avarlı gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik etmək 
həmyerlimiz Aslanbəyova etibar olunmuşdu. 
1879-1882-ci illərdə İbrahim bəy gəmi heyəti ilə dövr-aləm səyahətinə 
çıxmışdır. O, Sakit Okeanda dəmir zirehli hərb və buxar yelkənli iti gedən 
gəmilərdən ibarət hərbi heyətə / “Minin”, “Knyaz Pojarski”, “Hersoq 
Edinburqski”, “Asiya” və “Afrika”/ rəhbərlik etmişdir. Aslanbəyov okeanda 
sürətlə hərəkət edən kreyserlərin və “uçan eskadriliya”nın orduda tətbiq 
edilməsinin təşəbbüskarıdır. O, məşhur admiral A.A.Popovun xahişi ilə sonuncu 
layihədə nəzərə almaq məqsədilə tələb və qüsurların siyahısını tərtib etmişdir. 
Admiral İbrahim bəy Aslanbəyov Sakit Okean adalarında üzmüş, hətta 
Polineziyanın xırda adalarını da dolanmışdır. Onun şəxsi işində saxlanan rəy və 
xatirələrdən, xususilə dənizçiliyə aid inqilabdan əvvəlki ədəbiyyatdan məlum olur 
ki, Aslanbəyov öz heyəti və ümumiyyətlə, tabeliyində olanlar arasında yuksək 
hörmətə malik olmuşdur. İllərin soldurduğu sənəddə ad-familiyasını oxuya 
bilmədiyimiz bir kontr-admiral yazır ki, Aslanbəyov xarici ölkələrdə də yaxşı 
tanınırdı.O, gəmi heyətində ruh yüksəkliyi yaratmağı məharətlə bacarırdı. Hətta 
kiçik rütbəlilərin də şəxsi təşəbbüsünü həmişə qiymətləndirirdi. Açıq ürəkliyi və 
qətiyyəti ilə fərqlənirdi. Aslanbəyovun gəmi ilə səfərləri haqqında çoxlu lətifələr
eləcə də özünün danışdığı Şərq əhvalatları hələdə məşhurdur. Bu, onun məşhur 
şəxsiyyət kimi nə qədər sevildiyini bir daha göstərir. 
1854-cü ildə kontr-admiral İbrahim bəy Aslanbəyov Baltik Donanmasının 
kiçik flaqmanı təyin olunur. Üç il sonra /1887/ sentyabrın 22-də hərbi-dəniz 
Donanmasındakı misilsiz xidmətlərinə görə ona vitse-admiral rütbəsi verilir. Bu ali 
rütbədən sonra Baltik Donanması üzrə flaqman vəzifəsinə təyin olunan 
Aslanbəyov 1900-cü ilin dekabrın 7-də Peterburqda vəfat edir. 
Ömrünün əlli ildən çoxunu hərbi Dəniz donanmasında nümunəvi xidmətdə 
keçirən admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və xarici ölkələrin yüksək 
ordenləri ilə təltif olunmuşdur. Həmyerlimizin xidmətləri Serbiyanın “Takova” 
/1879/, Rusiyanın “Müqəddəs Vladimir” /1854/, birinci dərəcəli “Müqəddəs 
Stanislav” /1881/, birinci dərəcəli “Müqəddəs Anna” /1883/, “Ağ qartal” /1888/, 
Yaponiyanın “Günəşin doğması” /1882/, Havay dövlətinin ikinci dərəcəli 
“Kalakua” /1882/ ordenlərinə layiq görülmüşdür. 
1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak edən 
admiral Aslanbəyova hədiyyə olaraq qılınc verilmiş və birillik məvacibi həcmində 
pul mükafatı ayrılmışdır. 
  
Hələ sağlığında - 1882-ci ilda nəşr olunmuş “Dəniz xəritəsi nəql edir” 
kitabının 28-ci və 253-cü səhifələrində həmyerlimiz haqqında verilmiş qısa 
bioqrafik göstərici çox böyük əhəmiyyət kəsb edir. Əsaslı mənbələrdən topladığı 
faktları müəllif ilk dəfə oxucuya təqdim edir: 
“Aslanbəyov yarımadası, Oxot dənizi, Saxalin adası, 1882-ci ildə ekipaj 
kliper təsvir edilib. Sakit Okean komandanı, eskadrilya kontr-admiralı İbrahim bəy 
Allahverdi bəy oğlu Aslanbəyovun soyadı ila adlandırılıb. Soyadları xəritə 
üzərində hərf səhvilə yazılıb.” 



Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   157


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə