ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   11   12   13   14   15   16   17   18   ...   157

Əgər çox arvad almaq, “arvad düşkünü” olmaqdırsa, onda rus imperatoru II 
Yekaterinanın nə oyunlardan çıxdığı hamıya yaxşı məlumdur. (Bax: 
"Departament favaritov" kitabı, Moskva SP. "KPA"-nın nəşri, 1990-cı il). 
Amma yenə rus yazıçıları, tarixçiləri onun xalq qarşısında əvəzsiz xidmətlərindən 
cild-cild əsərlər yazıblar. Eyiblərinin üstündən isə çox vaxt sükutla keçiblər. Nətta 
II Yekaterina dövrünü “qızıl əsr” adlandırırlar. 
Bəri başdan deyim ki, şahzadə Əbdülsəmid Bəhmən Mirzə Abbas Mirzə 
oğlu Qacar II Ekaterina kimi heç bir əxlaqsız hərəkətə yol verməyib. Şahzadənin 
qanuni olaraq evləndiyi on altı arvaddan altmış üç övladı olub. Onların otuz biri 
oğlan, otuz ikisi qız idi. 
Bəs tarixi həqiqət necədir, şahzadə Bəhmən Mirzə kimdir? O, 1811-ci il 
oktyabrın otuz birinda İranda anadan olub. Milliyyətcə azərbaycanlıdır. İran şahı 
Fətəli şahın nəvəsi, şahzadə Abbas Mirzənin dördüncü oğludur. Qacarlar 
sülaləsinin üçüncü hökmdarı Məhəmməd şahın isə qardaşıdır. Uzun müddət 
Təbrizin general-qubernatoru və Cənubi Azərbaycanın hakimi olmuşdur. 
Azərbaycan tarixşünaslırında Bəhmən Mirzə Qacar “Şükürnameyi-
şahanşahi” (“Padşaha minnətdarlıq”) adlı əsəri ilə tanınır. Çox təəssüf ki, bu 
qiymətli əsər indiyədək əlyazma halındadır. Tədqiqatçı Vəli Hüseynzadənin 
verdiyi məlumata görə, Bəhmən Mirzə “Təzkireyi Məhəmmədşahi”(1832), eləcədə 
Şimali Amerika, Fransa, İngiltərə, İtaliya, İran, Türkiyə və Çin haqqında qısa 
coğrafi tarixi, etnoqrafik məlumat kitablarının müəllifidir. Yeri gəlmişkən
Azərbaycan tarixçilərindən yalnız Əli Hüseynzadə onun əsərləri barədə sanballı 
fikirlər söyləmişdir. 
“Padşaha minnətdarlıq” əsərini Bəhmən Mirzə 1871 -ci ildə Şuşa şəhərində 
fars dilində yazmışdır. Onda müəllifin altmış yaşı vardı. O, əsərdə Çingiz xandan 
Ağa Məhəmməd şah Qacara qədər altı əsrlik bir dövrdən, həmçinin Qafqazın 
tarixşünaslığı haqqında geniş məlumat verir. Müəllif əsəri saray arxivində saxlanan 
faktlar əsasında yazıb. 
Bəs necə olub ki, o tay Azərbaycanımızda yüksək vəzifə tutan və böyük 
mənsəb sahibi olan şahzadə Bəhmən Mirzə Qacar rus təəbəliyini qəbul edib? 
Bu barədə 1902-ci ildə çap olunmuş “Rus imperatorunun coğrafiya 
cəmiyyəti Qafqaz şöbəsinin xəbərləri” məcmuəsinin on beşinci cildliyinin birinci 
nömrəsində ətraflı məlumat var. Onu kiçik ixtisarla oxuculara təqdim edirəm. 
“Bəhmən Mirzə ötən yüzilliyin qırxıncı illərində Azərbaycan əyalətinin 
hakimi olmuşdur. Orada o, enerjili və Avropa mədəniyyətinə meylli bir hakim kimi 
tanınmışdır. Elə buna görə də dövrünün böyük vəziri, fanatik-molla Hacı Mirzə 
Ağasının
11
 nifrətinə və təqiblərinə məruz qalmışdır. Bu vəzir xəstə və zəif 
xarakterli Məhəmməd şahın müəllimi və tərbiyəçisi kimi ona bəslədiyi hədsiz 
etibarın sayəsində otuz il ərzində İranda despocasına, özbaşına hökmranlıq 
etmişdir... 
                                                 
11
 
HАCI МIRZƏ АĞАSI - milliyyətcə Irəvаn еrmənisidir. Fətəli şаh Qаcаrdаn  sоnrа hаkimiyyət bаşınа kеçmiş Мəhəmməd   
şаhın dövründə - 1834-1848-ci illərdə sədr-əzəm - bаş nаzir idi. Hаcı Аğаsı Irаn tаriхində ən qəddаr, ən müstəbid dövlət 
bаşçılаrındаn оlmuşdur. Böyük Аzərbаycаn şаiri Мirzə Şəfi Ваzеh bir nеçə şеrində оnun qəddаrlığını tənqid еtmişdir: 
 


O vaxtlar Avropa mədəniyyətinə meyl göstərənlərin hamısı təqib edilirdi: bu 
təqiblərdən şahın doğma qardaşı, Azərbaycanın hakimi şahzadə Bəhmən Mirzə də 
yayına bilməmişdir. Onun bütün təşəbbüsləri, təklifləri rədd edilirdi, buna görə də 
1847-ci ildə şəxsən şahla görüşməkdən ötrü Tehrana yollanmağa məcbur olmuşdu. 
Amma Hacı Mirzə Ağasının fitnə-fəsadı və böhtanları nəticəsində şah öz qardaşını 
səmimi qarşılamamış və Bəhmən Mirzə onunla anlaşa bilməmişdir. Fanatik 
qocanın hər hansı bir yolla rəğbətini qazanmaq məqsədilə Bəhmən Mirzə ona 
həddiyyə olaraq 50000 holland çervonu bağışlamışdır. Lakin Hacı Mirzə Ağasi, 
şahzadənin dediyinə görə, həmin pulu qəbul etsə də, ona münasibətini zərrə qədər 
dəyişməmiş, əksinə, şahı inandırmışdır ki, qardaşı onun həyatına qəsd eləmək və 
taxt-taca sahib olmaq niyyətindədir. Bununla da bədbəxt şahzadənin taleyi həll 
edilmişdir. Lakin o cəlladlara səxavətlə bəxşişlər vermək  
 
Əvvəl seçilməzdi heç birimizdən, 
İndisə sinəsi nişanla dolub!.. 
 
Sərf eylə quvvəni dövlətə sən gəl, 
Xeyir verməmisən ona heç zamam
Axı mən neyləyim; vəzir, vəkillər 
Əksərən olurlar ən böyük nadan. 
 
  
hesabına evdən qaça bilmiş və rus missiyasında
12
 sığınacaq taparaq müdafiə 
olunmuşdur. Ölkədəki mövcud ənənəyə görə, rus elçisi müdafiədən imtina edə 
bilməzdi. Odur ki, Bəhmən Mirzə etibarlı mühafizəkarlarla Tiflisə göndərilmiş
sonra isə imperator I Nikolayın iradəsinə rəğmən Şuşa şəhərində yerləşmişdir. Rus 
elçisinin tərəfkəşliyi nəticəsində Bəhmən Mirzə çox güman ki, özü ilə bütün 
əmlakını və babası Fətəli Şahın, eləcə də atası Naib-ül Sultanın /Şahzadə Abbas 
Mirzənin - Ş.N./ arxivlərindən götürdüyü qiymətli tarixi materialları öyrənməyə 
başlamış, onların əsasında da Qafqaz diyarının tarixşünaslığını tərtib etmişdir. O, 
əsərində farsların və türklərin hökmran olduğu dövrlə rusların hakimlik etdiyi 
dövrdə bu diyarın vəziyyətini müqayisə etmək məqsədini güdürdü. 
Müəllif ön sözdə yazır ki, “bu tarixdə keçmiş hakimlərin bu diyarın 
sakinlərinə necə azğın münasibət bəslədikləri, onların əmlakını talan etdikləri, 
arvad və uşaqlarını əsir aparmaları, şəhər və kəndlərini dağıtmaları qələmə 
alınmışdır. Daha sonra bu diyarın qüdrətli rus hakimiyyəti dövründəki vəziyyəti 
təsvir olunmuşdur. Bütün bunları mən o məqsədlə bu tarixşünaslıq əsərinə daxil 
etmişəm ki, diyarın sakinləri keçilməz dar xarabalıqlarında, sıx meşələrdə, 
məhrumiyyət içərisində, əsarətdə yaşayan babalarının məişəti ilə əyani tanış 
olsunlar, hazırkı firavanlıqlarını düzgün qiymətləndirə bilsinlər. 
  
Həqiqətən də, Çingiz xan dövründən XIX əsrin əvvəllərinə qədər Qafqazda 
baş verən hadisələrin bütün təfərruatı ilə tanış olduqca tarixi keçmişin məşəqqətləri 
                                                 
12
 Мissiyа - diplоmаtik nümаyəndəlik mənаsındа - müəl. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə