ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   2   3   4   5   6   7   8   9   ...   157

dövranə dəyər. 
 
Son illər ictimai-siyasi həyatımızda vüsətli canlanma, oyanış əmələ 
gəlmişdir. Totalitar rejim məhv olandan sonra cəmiyyət silkələnib qəflət 
yuxusundan oyanmışdır. Bir-birinin ardınca getdikcə böyüyərək və şiddətlənərək 
sahilə çırpılan dəniz dalğalarıtək ictimai dəyişikliklər də dərinləşir, quvvətlənir. 
Sakit havada qırçın ləpələr sahili yalayanda dəniz şəffaf və təmiz olur. Təlatümə 
gəldikdə isə dibində nə varsa üzə çıxır. Bu baxımdan ictimai-siyasi dəyişikliklər 
təlatümü çox xəzinələri üzə çıxarmış, məlum təkzibolunmaz görünən tarixi 
həqiqətləri saf - çürük etməyə məcbur etmişdir. 
Milli özunüdərklə bərabər keçmişə yeni nöqteyi - nəzərdən yanaşılır. 
Hadisələrə, şəxsiyyətlərə kəskin sinfi münasibət öz yerini daha geniş mənalı insani 
munasibətə verir. Bu da məlum hadisələrin   gizli   qatlarını   araşdırıb yeni 
həqiqtləri aşkara çıxarır. 
Hər bir xalq özünün tarixi abidələri, şəxsiyyətləri ilə fəxr edir. Bunlar 
millətin, xalqın qədimliyindən və qəhəmanlığından soraq verir, hələ yer üzündə elə 
bir xalq, millət yoxdur ki, onun heç olmasa yaxın keçmişdə belə fəaliyyət göstərən 
tarixi şəxsiyyəti olmasın. 
Azərbaycan xalqının tarixi keçmişi və tarixi şəxsiyyətləri bir çox 
yüzilliklərdən məlumdur. Fəxrlə demək olar ki, tarixi şəxsiyyətlərdə onun bəxti 
gətirib. Xususilə alimlərimiz, qəhrəmanlarımız, ədib və şairlərimiz qibtə ediləcək 
dərəcədə varımızdır. Başqa millətin, xalqın tarixi şəxsiyyətini özününküləşdirmək 
üçün heç kəsin qapısına getməmişik və heç bir millətin oğlunu öz adımıza çıxmaq 
iddiasında da deyilik. 
Hələ qədimdən Azərbaycanda elə nəsillər, qəbilələr olub ki, onlar mərdliyi, 
qoçaqlığı, döyüşkənliyi ilə təkcə özümüzdə yox, bütün Şərqdə, Avropada 
tanınıblar. Naxçıvanda Şahtaxtinskilər, Kəngərlilər, Bakıda Bakıxanovlar, Qazaxda 
Qayıbov, Şıxlinski və Vəkilovlar, Borçalıda Yadigarovlar, Şəkidə Çələbilər, 
Gəncədə Cavadxanlar, Ziyadxanovlar və Rəfibəyovlar, Qarabağda Qacarlar
Cavanşirlər və Mehmandarovlar, Lənkəranda Talışinskilər və başqaları el qeyrəti 
çəkən, ana torpağın üstünü təhlükə alanda birləşib ayağa qalxan, onun hər qarışı 
uğrunda canlarından keçən oğullar yetiriblər. 
Tarixi sənədlər şahidlik edir ki, bu nəsillərin övladlarının əksəriyətindən 
görkəmli sərkərdələr, generallar da yetişmişdir. 
  
“Ot kökü üstə bitər” - deyib ulularımız. O ağacın ki, kökü ana torpağın dərin 
qatlarına işləyir, qərinələrlə, əsrlərlə yaşayır, zamanın bütün tufanlarına sinə 
gərərək insanlara xeyir verir: qoca palıd kimi, xan çinar kimi. Belə ağaclar həm 
yaşayır, həm də ətrafındakılara həyan olur. Ayrı-ayrı nəsillərin yetişdirdiyi 
görkəmli, xeyirxah adamlar da belədir. Əslində bu şəxsyyətlər xalqın, millətin bel 
sütununu təşkil edir, hansı xalq, hansı millət onlara etinasız yanaşırsa, o xalqın 
gələcəyi qaranlıqdır. Vaxtilə Puşkin nahaqdan yazmırdı ki, öz ata - babalarının 
şöhrəti ilə fəxr etmək nəinki olar, həm də lazımdır. Onların şöhrətinə hörmət 
etməmək ayıbdır və qorxaqlıqdır. Təəssüf ki, uzun illər boyu biz bunu 
anlamamışıq. Suyunu içdiyimiz bulağın gözünə daş basmışıq. Az qala Füzuli, 
Nəsimi, Xətai yaradıcılığından da sosializm, realizm tələb etmişik. Yeni sovet 


dövrünün çərçivəsinə sığmayanlarımızın - hansı əsrdə yaşamasından asılı 
olmayaraq üstündən qara xətt çəkmişik. Beləliklə də özümüz özümüzü 
kökümüzdən ayırmışıq. Nə yaxşı olub ki, bu köklər ana torpağın dərin qatlarına 
işlədiyindən onları tamam üzə bilməmişik. Özümüzü tanımaq istəyiriksə, gəlin o 
köklərə yenidən həyat verək, gözünü bağladığımız bulaqları təmizləyək. 
Keçmişimizə laqed olmayaq. Laqeydlik vaxtından əvvəl ölüm deməkdir. 
Keçmişini bilməyən, bu günündə də düzgün istiqamət götürə bilməz. O, həm də 
gələcəyindən məhrum olur. 
Görkəmli nəsillərimiz barəsində məclislərdə iftixarla danışıb, yazmağa 
gələndə əksəriyyətimiz susmuşuq. Kim də cəsarət eləyib yazıbsa nəşrinə icazə 
verilməyib. Əlyazmaları illərlə nəşriyyatların sandığında “mühafizə” edilib. Axırda 
da özümüzə qaytarılıb ki, musavat generalı olub, bəy, xan oğludu, kağız qıtlığıdı, 
maddi imkan yoxdu və s. ağılagəlməyən şübhələr, bəhanələr, qarayaxmalar ortaya 
atılıb. 
Görkəmli mütəffəkkirimiz Abbasqulu ağa Bakıxanov necə də sərrast deyib: 
“Gözlü adam o adamdır ki, özünü görə bilsin”. 
Oxucum! Üzünə açılan bu kitabda yaxşı, sağlam nəsillərin timsalında 
Azərbaycanımızın, xalqımızın özünü görəcəksən. Elə buradaca sevimli şairimiz 
Hüseyn Arifin də bir bəndini oxu, gərəyin olar: 
 
İnsandan insana söz də yadigar, 
Həqiqi nə varsa, qulaqda qalsın. 
Sevimli övladlar, şirin balalar, 
Öz kökü üstündə qalxıb, ucalsın. 
 
20 dekabr 1998-ci il. 
 
 
GENERAL NAXÇIVANSKİ 
QARDAŞLARI 
 
Mən Azərbaycan torpağını, özünün 
 böyük şanlı qəhrəmanlıq ənənələri olan 
torpağını sevirəm. Mən öz qanı ilə 
Azərbaycanın çoxəsrlik tarixinə yeni     
qəhrəmanlıq dastanları yazan oğulların     
adı ilə fəxr edirəm. 
 
Səməd VURĞUN 
  
Rusların Zaqafqaziyanı işğalından sonra Naxçıvanski soyadını qəbul edən 
Kəngərlilər nəsli Azərbaycanın hərb tarixinə beş general bəxş edib. Ehsan xan, 
Kəlbalı xan, İsmayıl xan, Hüseyn xan və Cəmşid xan Naxçıvanskilər bu nüfuzlu 
nəslin yetirmələridir. Azərbaycan Demokratik Respublikasının fəaliyyəti illərində 
/1918-20-ci illərdə/ isə Milli Ordumuzda çoxsaylı Kəngərli zabiti xidmət etmişdir: 


Şərur və Naxçıvan qəzasının general-qubernator köməkçisi rotmistr Bəhram xan 
Naxçıvanski, podpolkovnik Ehsan xan və Davud xan Naxçıvanski qardaşları, 
ştabs-rotmistr Murad xan Naxçıvanski, Suleyman ağa Kəngərli və başqaları 
ordumuzun təməl daşını qoyanlardan olmuşlar. 
  
Naxçıvanskilər Azərbaycan hərb tarixində Qacarlardan sonra ən çox general 
yetişdirən nəsildir. Onlar təkcə sayına görə deyil, həm də qabiliyyət və bacarığına 
görə çox məşhur olmuşlar. İftixarla qeyd edək ki, köhnə rus ordusunda tam süvari 
generalı rutbəsini alan və “Ağ qartal” kimi ali ordenlə təltif olunan ikinci
4
 
azərbaycanlı hərbçi Hüseyn xan Naxçıvanski idi. 
 
 
Kəlbalı xan Naxçıvanski 
 
Nə Azərbaycan, nə də rus hərb tarixi general-mayor Kəlbalı xan 
Naxçıvanskinin anadan olduğu ili saxlamayıb. Ümid verən arxivlərdə, inqilabdan 
əvvəlki Hərbi tarixi mənbələrdə nə qədər axtardıqsa, onun təvəllüd ilini 
dəqiqləşdirə bilmədik. İnqilabdan əvvəlki ədəbiyyatlarda general Kəlbalı xan 
Naxçıvanskinin bir neçə yerdə səthi də olsa adı çəkilir və hərbi fəaliyyəti qeyd 
olunur. 
Kəlbalı xan Naxçıvanın sonuncu hakimi Ehsan xanın oğludur. Zaqafqaziya 
Rusiya ilə birləşəndən sonra general rütbəsi alan Ehsan xan, 1929-cu il fevralın 10-
da Rusiya ilə İran arasında Turkmənçay Sülh Müqaviləsini imzalayanlardan biri 
olmuşdur. O, burada İrəvan və Naxçıvan xanlığının, Ordubad dairəsinin 
səlahiyyətli nümayəndəsi kimi iştirak etmişdir. 
Hərbi tarixçilər V.Potto, İ.Zinovyev, general V.Zubov, İ.Paskeviç və yazıçı 
A.Qriboyedovun yol qeydlərindən məlum olur ki, Rus - İran müharibəsi zamanı 
Ehsan xan naxçıvanlılardan və ruslardan ibarət olan on min nəfərlik qoşuna 
başçılıq etmişdir. Bu müharibədə ad-san qazanan general Ehsan xan sonralar Krım 
müharibəsində də şücaətlə vuruşmuş, ali Hərbi ordenlərlə təltif olunmuşdur. 
Görkəmli sərkərdə kimi Ehsan xanın adı Kremlin Georgi salonunda qızılı hərflərlə 
yazılmışdır. 
Tarix öz səhifələrində bir maraqlı faktı da saxlayıb: Aleksandr Qriboyedov 
və Abbasqulu ağa Bakıxanov İrana gedəndə Ehsan xanın Xandikindəki evində 
qonaq olmuşlar. Bu barədə A.Qriboyedovun “İrəvan yurüşü” yol qeydlərində 
maraqlı sətirlər var: 
“Sübh tezdən oyanırıq: bərk isti idi. Abbasqulu ağa nəql elədi ki, 
Yelizavetpol döyüşü şair Nizaminin məqbərəsi yanında baş verib. 
Naxçıvandan səkkiz mil aralıda dayanmışıq. Araz kənarından  
Abbasabadın geniş mənzərəsi açılır. Şimal-şərqdən Qarabağ dağlarının, Naxçıvan 
düzənliyinin möcüzəli gözəlliyi açılır. Arazın arxası Yaylandağla və ona oxşar iki 
başqa dağla əhatə olunub. Qərbə doğru baxanda isə Ağrıdağı ucalır. Naxçıvan özü 
isə Qarabağ dağlarının davamı olan düzəngahda yerləşir. 
                                                 
4
 Birinci dəfə “Аğ qаrtаl” аli оrdеni ilə 1888-ci ildə ilk аzərbаycаnlı vitsе-аdmirаl Ibrаhim bəy Аllаhvеrdibəy оğlu Аslаnbəyоv /1822-1900/, 
1915-ci ildə isə gеnеrаl  Səmədbəy Меhmаndаrоv  təltif оlunmuşdur - /müəl./ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə