Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu



Yüklə 426,59 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix01.09.2018
ölçüsü426,59 Kb.
#66198
  1   2   3   4   5   6   7   8


ʺSənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqındaʺ Haaqa Müqaviləsinin 

Cenevrə Aktına qoşulmaq barəsində 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU  

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

Azərbaycan  Respublikası  ʺSənaye  nümunələrinin  beynəlxalq  qeydiyyatı 

haqqındaʺ Haaqa Müqaviləsinin 1999‐cu il 2 iyul tarixli Cenevrə Aktına qoşulsun. 

İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 22 iyun 20l0‐cu il

 № 1052‐IIIQ 

Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsinin 

CENEVRƏ AKTI 

2 iyul 1999-cu il 

GİRİŞ MÜDDƏALARI 

Maddə 1 


İxtisar edilmiş ifadələr 

Bu Aktın məqsədləri üçün: 

(i)  ʺHaaqa  Müqaviləsiʺ  ‐ bundan  sonra  adı  dəyişdirilərək  ʺSənaye  nümunələrinin 

beynəlxalq  qeydiyyatı  haqqında  Haaqa  Müqaviləsiʺ  adlandırılacaq  ʺSənaye  nümunələrinin 

beynəlxalq depoziti haqqında Haaqa Müqaviləsiʺni ifadə edir; 



(ii) ʺbu Aktʺ ‐ bu Aktla rəsmiləşdirilmiş Haaqa Müqaviləsini ifadə edir; 

(iii) ʺTəlimatʺ ‐ bu Akta aid Təlimatı ifadə edir; 

(iv) ʺmüəyyən edilmişʺ ‐ Təlimatda müəyyən edilmiş mənasını ifadə edir; 

(v) ʺParis Konvensiyasıʺ ‐ 1883‐cü il martın 20‐də Parisdə imzalanmış, yenidən baxılmış 

və  düzəlişlər  edilmiş  Sənaye  mülkiyyətinin  mühafizəsinə  dair  Paris  Konvensiyasını  ifadə 

edir; 


(vi)  ʺbeynəlxalq  qeydiyyatʺ  ‐ sənaye  nümunəsinin  bu  Akta  uyğun  həyata  keçirilən 

beynəlxalq qeydiyyatmı ifadə edir; 

(vii) ʺbeynəlxalq iddia sənədiʺ ‐ beynəlxalq qeydiyyat üçün iddia sənədini ifadə edir; 

(viii)  ʺʺbeynəlxalq  reyestrʺ  ‐ beynəlxalq  qeydiyyatlara  dair  məlumatların  hansı 

daşıyıcılar  üzərində  saxlanmasından  asılı  olmayaraq,  bu  Aktla  və  ya  Təlimatla  qeydiyyatı 

tələb olunan və ya icazə verilən, Beynəlxalq büro tərəfindən aparılan rəsmi toplusunu ifadə 

edir; 

(ix) ʺşəxsʺ ‐ fiziki və ya hüquqi şəxsi ifadə edir; 



(x) ʺiddiaçıʺ ‐ adından beynəlxalq iddia sənədi verilən şəxsi ifadə edir; 

(xi) ʺsahibʺ ‐ Beynəlxalq reyestrdə adına beynəlxalq qeydiyyat aparılan şəxsi ifadə edir; 

(xii) ʺhökumətlərarası təşkilatʺ ‐ maddə 27 (1) (ii)‐yə əsasən bu Aktın iştirakçısı olmaq 

hüququ olan hökumətlərarası təşkilatı ifadə edir; 

(xiii)  ʺRazılığa gələn Tərəfʺ  ‐ bu  Aktın  iştirakçısı  olan  istənilən  dövləti  və  ya 

hökumətlərarası təşkilatı ifadə edir; 

(xiv)  ʺiddiaçının  Razılığa gələn Tərəfiʺ  ‐ Razılığa gələn Tərəfləri  və  ya  iddiaçının 

Razılığa gələn Tərəfə  dair  3‐cü  maddədə  göstərilən  şərtlərdən  heç  olmasa  birini  təmin 

etməklə beynəlxalq iddia sənədi vermək hüququ olan Razılığa gələn Tərəflərdən birini ifadə 

edir;  3‐cü  maddəyə  uyğun  olaraq,  iddiaçının  beynəlxalq  iddia  sənədini  vermək  hüququna 

malik  ola  bilən  iki  və  ya  daha  çox  Razılığa gələn Tərəfi  olduğu  halda,  ʺiddiaçının  Razılığa 

gələn Tərəfiʺ  ‐ iddiaçının  beynəlxalq  iddia  sənədində  göstərdiyi  Razılığa gələn Tərəfi  ifadə 

edir; 

(xv) ʺRazılığa gələn Tərəfin ərazisiʺ ‐ Razılığa gələn Tərəf dövlət olduqda, bu dövlətin 



ərazisini  ifadə  edir,  əgər  Razılığa gələn Tərəf  hökumətlərarası  təşkilatdırsa,  onda  bu 

hökumətlərarası təşkilatı təsis edən müqavilənin tətbiq olunduğu ərazini ifadə edir; 

(xvi)  ʺİdarəʺ  ‐ Razılığa gələn Tərəfin  öz  ərazisində  sənaye  nümunələrini  qorumağı 

həvalə etdiyi orqanı ifadə edir; 

(xvii) ʺekspertiza aparan İdarəʺ ‐ sənaye nümunəsinin heç olmasa yenilik şərtini təmin 

edib‐etməməsini  müəyyən  etmək məqsədilə, sənaye  nümunəsini  mühafizə  etmək  üçün 

idarəyə verilən iddia sənədinin ex officio ekspertizasını aparan İdarə deməkdir; 



(xviii)  ʺgöstərişʺ  ‐ beynəlxalq  qeydiyyatın  Razılığa gələn  müəyyən Tərəfdə  qüvvədə 

olması  üçün  verilən vəsatət  deməkdir;  bu,  həmçinin  həmin  vəsatət  barədə  Beynəlxalq 

reyestrdə qeydlərin aparılması deməkdir; 

(xix) ʺgöstərilən Razılığa gələn Tərəfʺ və ʺgöstərilən İdarəʺ ‐ müvafiq olaraq, göstərişin 

şamil edildiyi Razılığa gələn Tərəf və Razılığa gələn Tərəfin İdarəsi deməkdir; 

(xx)  ʺ1934‐cü  il  Aktıʺ  ‐ Haaqa  Müqaviləsinin  1934‐cü  il  iyunun  2‐də  Londonda 

imzalanmış Aktını ifadə edir; 

(xxi)  ʺ1960‐cı  il  Aktıʺ  ‐ Haaqa  Müqaviləsinin  1960‐cı  il  noyabrın  28‐də  Haaqada 

imzalanmış Aktını ifadə edir; 

(xxii) ʺ1961‐ci il Tamamlayıcı Aktıʺ ‐ 1934‐cü il Aktına əlavə olaraq 1961‐ci il noyabrın 

18‐də Monakoda imzalanmış Aktı ifadə edir; 

(xxiii) ʺ1967‐ci il Tamamlayıcı Aktıʺ ‐ düzəlişlər nəzərə alınmaqla, 1967‐ci il iyulun 14‐

də Stokholmda imzalanmış, Haaqa Müqaviləsinə əlavələr edən Aktı ifadə edir; 

(xxiv) ʺİttifaqʺ ‐ 1925‐ci il 6 noyabr tarixli Haaqa Müqaviləsi ilə təsis edilən, 1934‐cü və 

1960‐cı  il  Aktları  ilə,  1961‐ci  il  Tamamlayıcı  Aktı  ilə,  1967‐ci  ildə  Əlavə  edilən  Aktla  və  bu 

Aktla qüvvədə saxlanılan Haaqa İttifaqını ifadə edir; 

(xxv)  ʺAssambleyaʺ  ‐ maddə  21  (1)  (a)‐da  göstərilən  Assambleyanı  və  ya  bu 

Assambleyanı əvəz edən istənilən orqanı ifadə edir; 

(xxvi) ʺTəşkilatʺ ‐ Ümumdünya Əqli Mülkiyyət Təşkilatını ifadə edir; 

(xxvii) ʺBaş direktorʺ ‐ Təşkilatın Baş direktorunu ifadə edir; 

(xxviii) ʺBeynəlxalq büroʺ ‐ Təşkilatın Beynəlxalq Bürosunu ifadə edir; 

(xxix) ʺtəsdiqnaməʺ ‐ həmçinin qəbuletmə və ya bəyənmə barədə sənədi ifadə edir. 

Maddə 2 

Razılığa gələn Tərəflərin qanunvericiliyi ilə və bir sıra beynəlxalq müqavilələrlə verilən digər 

mühafizə növlərinin tətbiqolunma imkanı 

(1)  [Razılığa gələn Tərəflərin  qanunvericiliyi  və  bir  sıra  beynəlxalq  müqavilələr]  Bu  Aktın 

müddəaları  Razılığa gələn Tərəfin  qanunvericiliyi  ilə  verilə  bilən hər  hansı  daha  güclü 

mühafizənin  tətbiqinə  xələl gətirmir.  Onlar  həmçinin  müəllif  hüququna  dair  beynəlxalq 

müqavilələrə və konvensiyalara uyğun olaraq incəsənət əsərləri və tətbiqi sənət əsərləri üçün 

verilən  mühafizəyə,  habelə  Ümumdünya  Ticarət Təşkilatını  təsis  edən  Sazişə  əlavə  edilmiş 

ʺƏqli  mülkiyyət  hüquqlarının  ticarət  aspektləri  haqqındaʺ  Sazişə  uyğun  olaraq  sənaye 

nümunələrinə verilən mühafizəyə xələl gətirmir. 

(2)  [Paris  Konvensiyasına  əməl  etmək  öhdəliyi]  Razılığa gələn hər  bir  Tərəf sənaye 

nümunələrinə dair Paris Konvensiyasının müddəalarına əməl etməklə bağlı öhdəlik götürür. 




Yüklə 426,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə