-
ÜMUMİ MÜDDƏALAR
-
Sənədlərin qəbulu üçün doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və elmi təşkilatın rəhbərinin sədrliyi ilə qəbul komissiyası yaradılır. Qəbul komissiyası kafedra, şöbə, bölmə, laboratoriya rəhbərlərindən, aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən təşkil olunmalıdır.
-
UNEC-də elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan namizədlər qəbul edilirlər.
-
Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir.
-
Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir.
-
SƏNƏDLƏRİN EKSPERTİZASI ÜZRƏ QAYDALAR
Dissertanturaya müraciət edən namizədlərin sənədləri aşağdakı tələblər üzrə ekspertiza olunur:
2.1.Fəlsəfə doktoru proqramı üzrə:
1-ci mərhələ: Namizədin baza və magistratura təhsilinin sənəd verdiyi ixtisasa uygunluğunun müəyyən edilməsi;
2-ci mərhələ: Pedoqoji və ya elmi-pedaqoji stajı olanlara üstünlük verilir (Ən az 1 il təcrübə);
3-cü mərhələ: Beynəlxalq sahə indekslərinə daxil olan elmi jurnallarda nəşr edilən məqalələrə üstünlük verilir.
4-cü mərhələ: Dissertasiya mövzusunun aktuallığı.
2.2.Elmlər doktoru proqramı üzrə:
1-ci mərhələ: Namizədin baza təhsilinin sənəd verdiyi ixtisasa uygunluğunun müəyyən edilməsi;
2-ci mərhələ: Elmi və elmi pedaqoji stajı olanlara üstünlük verilir (Ən az 3 il təcrübə);
3-cü mərhələ: Beynəlxalq sahə indekslərinə daxil olan elmi jurnallarda nəşr edilən məqalələrə üstünlük verilir;
4-cü mərhələ: Elmi patent, layihə və ya elmi stpendiya və müvinətləri olan (Beynəlxalq və ya milli post-doktorantura tətqiqat stipendiyasını qazanmaq, elm adamı kimi beynəlxaql və milli təşkilatlar tərəfindən dəvət olmaq, beynəlxaql və milli müsabiqələrdə mükafatı olanlar) nəmizədlərə üstünlük verilir.
Dostları ilə paylaş: |