Sənət zirvəsinə inadlı yürüş



Yüklə 284,6 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü284,6 Kb.
#55278
növüYazı


 

 

                                                                 



Sənət zirvəsinə inadlı yürüş 

   Unudulmaz yazıçının XX əsrdəki keşməkeşli həyat yolunun bütün mənzərələrini əks etdirən bioqrafiyasına nəzər saldıqda 

bu monoloqun hər sözündəki mənanın dərinliyinə heyrət kəsilirsən. Mirzə İbrahimovun taleyi xalqımızın tarixi ilə, demək 

olar ki, üst-üstə düşüb. 

   O, 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı balaca bir kənddə dünyaya göz açmışdır. 

Yoxsulluq və ağır həyat tərzi içində çırpınan ailə bir çox itkilərə məruz qalmışdır. Mirzə hələ çox körpə ikən anası və bacısı 

vəfat etmişdir. Dərdin əlində yumağa dönən atası bu çətin günlərdən yaxa qurtarmaq ümidilə iki övladını da götürərək 1918-

ci ildə Bakıya gəlmişdir. Burada da tale onların üzünə gülməmişdir. Az keçmir ki, 8 yaşlı Mirzə aclıq və xəstəlik üzündən 

atasını və qardaşını da itirir. Taleyin bu qaranlıq döngələrində yaşamaq naminə Balaxanı və Zabrat kəndlərində muzdurluq 

edib çörək qazanmağa məcbur olan bir tikə uşaq sonralar fabrik-zavod məktəbində oxumuş, ona dəyən zərbələrin acığına 

dirçəlməyə, xoş günlərə çatmağa can atmışdır. Gündüzlər fabrikdə, axşamlar məktəbdə oxuyan Mirzə İbrahimovun taleyi 

onda gətirdi ki, qarşısına, sözün həqiqi mənasında, mərhəmətli insanlar, əsl ziyalılar, yaxşı müəllimlər çıxdı. Hüseyn Əfəndi, 

İbrahim İbrahimbəyli, Cəmil İbrahimov, Qambay Vəzirov, Mehdixan Vəkilov kimi işıqlı insanlar Mirzə İbrahimovun yol 

göstərəni və müəllimləri oldular. Səməd Vurğunun böyük qardaşı Mehdixan Vəkilov Mirzə Ibrahimova, sözün həqiqi 

mənasında, himayədarlıq edərək onu oxumağa həvəsləndirmiş, ruhdan düşməyə qoymamışdır. 

   Gənc oğlanın fitri istedada malik olduğu  müəllimlərinin də diqqətini çəkmişdir. O, ötən əsrin 20-ci illərində yaradılmış 

Proletar Yazıçılar Cəmiyyətinin üzvü idi. Burada Ənvər Məmmədxanlı, Mirvari Dilbazi ilə tanış olmuşdur. 

  



         

Yaradıcılığa şeirlə başlayan Mirzə İbrahimov dövri mətbuatda yavaş-yavaş dərc olunurdu. Onun ilk şeiri "Aprel alovları" 

məcmuəsində, ilk hekayəsi isə "Şərq qadını" jurnalında çap edilmişdir. İlk tənqidi-publisist məqalələrini, hekayə və oçerklərini 

isə 30-cu illərdə yazmağa başlamışdır. 

Ədəbi yaradıcılığa səngiməz meyili olan Mirzə  İbrahimov  əvvəlcə Neft Texnikumunda oxumuşdur. Sonra ikiillik Elmi-

Tədqiqat  İnstitututun kurslarında təhsil almışdır. Bir müddət Naxçıvanda çalışmışdır. "Həyat" pyesini də (1935) elə burada 

yazmışdır. Sonra Leninqraddakı  Şərqşünaslıq  İnstitutunun aspiranturasında təhsil almışdır. Cəlil Məmmədquluzadənin 

yaradıcılığı ilə bağlı "Böyük demokrat" mövzusunda dissertasiyasını müəyyən səbəblər üzündən bir qədər gec - 1941-ci ildə 

müdafiə etmişdir. 

Repressiya tufanının qara caynaqları Azərbaycanın hər yerinə sirayət etmişdi. Belə bir zamanda Mirzə İbrahimovu Bakıya 

çağıraraq Azərbaycan pövlət Opera və Balet Teatrına direktor təyin etmişdilər. Az müddətdən sonra isə Xalq Komissarları 

Soveti yanında  İncəsənət  İşləri  İdarəsinin rəisi təyin olunan Mirzə  İbrahimov Moskvada Stalinlə görüşmüş, Xruşşovla, 

Molotovla, Malenkovla - yəni keçmiş SSRİ  rəhbərləri ilə söhbət etmişdir. Təbii ki, Mirzə  İbrahimov o dövrün nüfuzlu 

şəxsiyyətlərindən biri sayılırdı. Tarixdən bu da bəllidir ki. Stalin, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Nigar 

Rəfibəyli və Sabit Rəhman olmuşdur. Qızı Sevda xanım ibrahimova öz xatirələrində yazır ki, 1937-ci ildə anamın barmağına 

atamın aldığı nişan üzüyünü Nigar xanım Rəfibəyli taxmışdı. 1938-ci ildə isə kiçik bir məclis təşkil edərək ailə  həyatı 

qurmuşdular. Həmin o düyündə  iştirak edən qələm dostlarının  əksəriyyətini isə bir müddət sonra repressiya dalğası 

caynaqlarına alıb apardı. Mirzə İbrahimovu yaxından tanıyan xalq şairi Mirvarid Dilbazi öz xatirələrində bu barədə belə yazıb: 

"Od üstündə addım atdıq, biz od üstündə yaratdıq". Çünki həmin illərin  ən başıbəlalı yazıçılarından biri də elə Mirzə 



İbrahimov olmuşdur.  İkinci dünya müharibəsi illərində Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işləri gedirdi. 

M.C.Bağırov bu tədbirlə bağlı Mirzə müəllimdən məlumat istərkən aldığı cavabdan qəzəblənərək qışqıra-qışqıra danışmış, 

üzünə böhtanlar yağdırmış, onu kapitalist ölkələrinə "satılmış siyasi düşmən" adlandırmışdır. Ağlagəlməz sözlərlə Mirzə 

İbrahimovu elə ittihama çəkmişdir ki, bu vəziyyəti seyr edən yazıçılar səs-səmir belə çıxarmamışlar. Onlar ürəklərində "heyif 

Mirzədən" fikirləşsələr də, bu sözləri dilə gətirə bilməyiblər. Əslində Mirzə İbrahimovu kimsə durub müdafiə edə bilməzdi. 

Hətta iclas salonundan çıxandan sonra da bir müddət işsiz qalmayıb. Amma qələmini yerə qoymadan yazıb-yaratsa da, ailənin 

qulağı səksəkədə idi. Hətta mirzənin pal-paltarını hazırlamışdılar. Hər an hər şey ola bilərdi. Görünür, bütün yazıçıları, şairləri, 

aktyorları  və  bəstəkarları  həbs edib sürgünə göndərmək yuxarılara da çox sərf etmirdi, ya bəlkə  də Mirzə  İbrahimov kimi 

sənətkarlarsız keçinmək mümkün deyildi. Bir müddətdən sonra yenidən Mirzə  İbrahimova vəzifə veriblər. O bu dəfə 

Azərbaycan xalq maarif komissarı kimi çalışmışdır (1942-1946). Bu arada təsis edilən Azərbaycan Elmlər Akademiyasının 

(1945) ilk həqiqi üzvlərindən biri də Mirzə İbrahimov olmuşdur. 

İkinci dünya müharibəsi zamanı sovet ordusu sıralarında Cənubi Azərbaycanda olan Mirzə  İbrahimov burada "Vətən 

yolunda" qəzetinin məsul redaktoru vəzifəsində çalışmışdır. O bu dövrdə  səngərlərdə olur, xüsusilə  də azərbaycanlı 

diviziyalarının vuruşduğu döyüş bölgələrinə gedir, əsgərləri qələbəyə ruhlandırırdı. 

Azərbaycan Yazıçılar İttifaqının sədri işlədiyi vaxtlarda Mirzə İbrahimov, eyni zamanda respublika Nazirlər Sovetinin sədr 

müavini olmuşdur. Lakin bu arada filosof Heydər Hüseynovla bağlı müsbət xasiyyətnamə verməsi yuxarıların xoşuna gəlmir 

və bu da növbəti zərbə almasına səbəb olur. Doğrudur, Stalin vəfat etdikdən sonra Xruşşov dövründə bir qədər mülayimləşmə 

başladı. Həmin vaxt Mirzə İbrahimov respublika Ali Soveti Rəyasət Heyətinin sədri seçildi (1954-1958), dalbadal keçirilən 

qurultayların qurultayların iştirakçısı  və büro üzvü oldu. Ümumdünya Parlamentlərarası  İttifaqın müxtəlif 

koqreslərində,beynəlxalq məclislərdə  iştirak etdi, ayrı-ayrı vaxtlarda SSRİ ali Sovetinin deputatı seçildi. Hətta SSRİ Dövlət 

mükafatı laureatı adını da almışdır. Həm Azərbaycanda, həm də keçmiş SSRİ-nin müttəfiq respublikalarında dərin hörmət və 

nüfuz qazanmışdır. Kitabları çap edilir, dramları tamaşaya qoyulurdu. 




Milli düşüncənin boğulduğu illərdə dilimizin dövlət dili olması, idarələrdə dərhal Azərbaycan dilinə keçilməsi şahəsindəki 

fəaliyyəti Mirzə İbrahimova baha başa gəldi. Ali Sovetdə Azərbaycan dilini dövlət dili elan etməsi onun həyatının ən vacib və 

ən yüksək məramı idi. Bu məsələ ilə əlaqədar ona ağır ittihamlar edildi. Onu sındırmaq, əzmək istəyənlər möhkəm iradəsini, 

dəyanətini, mərdliyini, cəsarətini  əlindən almaq üçün yüz cür dona girdilər. Azərbaycan dilini bilməyənlər Mirzə müəllimi 

"azğın, satqın, millətçi" kimi töhmətləndirərək cəzalandırdılar. Onu dərhal tutduğu vəzifədən - Ali Sovetin sədrliyindən azad 

etdilər. Yenə  işsizlik, yenə xoflu görüntülər, mənəvi işgəncələr, qorxulu gecələr... Mirzə ibrahimova o dövrdə  də qorxudan 

yanaşan, salam verən az oldu. Qızı Sevda xanım İbrahimova o günləri belə xatırlayır: "Atamın o gün qoluna girib evə ötürən 

yalnız tanınmış jurnalist Nəsir İmanquliyev olub. Atam uzun müddət Nəsir müəllimin xeyirxahlığından, geniş ürəyindən bizə 

danışardı. Kaş Mirzə İbrahimov bu gün müstəqil respublikamızda doğma dilimizin rəsmi dil kimi status qazanmasını görəydi". 

    1959-cu  il  iyulun  6-daAzərbaycan KP MK-nın növbədənkənar plenumu çağırılaraq tələb olunur ki, Mirzə  İbarhimov 

mətbuatda çıxış edərək səhvlərini boynuna alsınçüzr istəsin.Böyük yazıçı isə ona olan haqsızlığı belə cavablandırmışdır: “Dil 

olmasa xalq ölüb gedər, yaşaya bilməz. Ağlı başında olan kəs doğma dilini qorumalıdır.” 

   О vaxtlar işdən çıxarılmağın nə demək olduğu aydındır. Lakin yazıçının dəmir iradəsi, müdrik düşüncəsi yenə də köməyinə 

çatdı. Zaman ötdü, tündləşmiş siyasi həyatda bir qədər durulma əmələ  gəldi. Mirzə  İbrahimov yenidən Yazıçılar  İttifaqının 

sədri seçildi. Yazıçılar  İttifaqında da o, özünəməxsus iş üslubu ilə çalışırdı.  İstedadlılara, ehtiyacı olanlara, mənzilsiz 

yazıçılara, şairiərə xüsusi qayğı və diqqət göstərir, onların işiə təmin olunmasına kömək edirdi. 

   Mirzə  İbrahimov üç dəfə müxtəlif vaxtlarda Yazıçılar ittifaqına rəhbərlik edib. Hər dəfə  də hökumət tərəfindən aldığı 

zərbələrə görə bu vəzifədən azad olunub. 

   Növbəti bir zərbəni də Nəsiminin yubileyi ilə bağlı olmuşdur. Nəsiminin yubiley komissiyasının iclası zamanı Moskvadan 

zəng edərək deyirlər ki, tədbir olmasın, çünki Nəsimi türkmən yazıçısıdır. Mirzə  İbrahimov tarixi faktlarla Nəsiminin 

Azərbaycan  şairi olduğunu nəinki sübut etdi, hətta həmin yubiley Moskvada Böyük Teatrda keçirildi. Lakin bu xidmətin 

"mükafatı" olaraq Bakıya qayıdan kimi Yazıçılar İttifaqının sədri vəzifəsindən azad edilib. Ömrü boyu işsizlik və təlaş Mirzə 




müəllimi izləyib. Maraqlıdır ki, hər bir işsizlik xaosundan sonra yazıçıya ya vəzifə verilirdi, ya da fəxri ad, mükafat, daha 

başqa töhfələr. Mirzə müəllim işıqla zülmətin arasında qalmışdır. 

   Yazıçı Çingiz Abdullayevin təbirincə desək, Mirzə ibrahimov həm ədəbiyyatımızda, həm də ictimai-siyasi həyatda qeyri-adi 

hadisə idi. XX yüzilliyn ən görkəmli Azərbaycan  ədibləri - Cəfər Cabbarlı, Hüseyn Cavid kimi şəxsiyyətlərlə birgə  ədəbi 

fəaliyyətə başlamışdır. Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, Süleyman Rəhimov, İlyas Əfəndiyev kimi sənətkarlarla bir 

yerdə işləmişdir. Stalin, Xruşşov, Brejnev, Qorbaçov kimi sovet rəhbərləri ilə təmasda olmuş, Bağırov zülmünün hər üzünü 

görmüşdür. 

   lamaşaya üiuiöm u

əsərlər həm tamaşaçılar, həm də  ədəbi tənqid tərəfindən yüksək qiymətləndirilib. Mirzə  İbrahimovun 



ədəbiyyatşünaslığın və ədəbi tənqi- din zənginləşməsində misilsiz xidmətləri var. "Həyat və ədəbiyyat", "Xəlqilik və realizm 

cəbhəsindən", "Böyük şairimiz Sabir", "Gözəlliyin qanunları ilə", "Böyük satira ustası" "Əbədi qeydler", "Tufanlara kömek 

edən bir qələm" kitabları bu gün də öz ədəbi dəyərini saxlamaqdadır. Xalq yazıçısı Əli Vəliyevin təbirincə desək, Mirzə ib-

rahimov həqiqətən sənət zirvəsinə inadlı bir yürüşdə idi. Yaradıcılıq həvəsi, istirahət bilmədən gecə-gündüz çalışmaq onun 

gündəlik iş  vərdişinə çevrilmişdi. Bir tərəfdən bədii  əsərlər yazırdı, həmkarlarının yaradıcılığı barəsində fikir söyləyirdi, 

gənclərə istiqamət verirdi, teatr tamaşaları üçün pyeslər qələmə alırdı,  ədəbiyyatımızı  zənginləşdirmək üçün dünya 

ədəbiyyatından tərcümələr edirdi, digər tərəfdən də müxtəlif vəzifələrdə xalqına ləyaqətlə xidmət göstərirdi. 

Ədibin  Əziz  Şərifə yazdığı  məktubları daha geniş mövzunun söhbətidir. Yaşadığı dövriin ağrı-acılarını,  ədəbi mühitini, 

müxtəlif çarpışmaları, münasibət və hadisələri  əks etdirmək baxımından bu məktublar çox maraqlıdır. Azərbaycan dili 

uğrunda apardığı mübarizə, milli təəssübkeşlik, üzləşdiyi təzyiqlər, çəkdiyi əziyyətlər unudulası deyildi. Bir şeyə fərəhlənirsən 

ki, bu gün Mirzə İbrahimovun arzuları çiçək açıb. 

Ümummilli lider Heydər  Əliyev həmişə Mirzə  İbrahimova diqqət və qayğı ilə yanaşıb. Qara caynaqlardan çox vaxt onu 

məhz Heydər Əliyev xilas edib. Bu səbəbdən də həyatındakı qara gecələri ağ günlər yoxa çıxardıb. Təsəvvür edin, millətçi 



damğası vurulan bir şəxsə sonra məhz Heydər Əliyev tərəfindən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin 

sədri kimi mühim vəzifə etibar olundu. 

Mirzə İbrahimov əslən  həsrəti ilə yaşadı. Ən böyük arzularından biri övladlarını doğma ocaqlarına aparmaq oldu. Amma 

ömrünün ixtiyar çağında ürəyinə başqa bir yara vuruldu. Qarabağ problemi Mirzə İbrahimovun son dərəcə narahatlığına, qəlb 

ağrılarına çevrildi. Sevda xanım danışırdı ki, atam son günlərində huşsuz vəziyyətdə belə, elə hey "Qarabağ" deyirdi... 

Yazıçılar Birliyinin indiki sədri Anar öz xatirələrində yazır: "Zamanın bütün mürəkkəbliyi Mirzə ibrahimovun zəngin 

tərcümeyi-halında  əksini tapmışdır. Düşünürəm ki, bu mürəkkəb, sınaqlarla dolu heyat yolu yalnız Mirzə ibrahimovun 

yaradıcılıq fəaliyyətinin deyil, həm də insani müdrikiyinin təşəkkülünə səbəb olmuşdur". 

Ötən  əsrin 80-ci illərində Azərbaycan və Ermənistan ziyalılarının Moskvada Mixail Qorbaçovun sədrliyi ilə keçirilən 

görüşü çoxumuzun yadındadır. Ermənilər çıxış edərək ünvanımıza nələr söyləyirdilər... Sanki bu görüş  qəsdən təşkil 

oiunmuşdu ki, erməni "ziyalıları" bizi söysünlər, təhqir etsinlər, istədikləri  şəri atsınlar, böhtan yağdırsınlar, bir sözlə, bizi 

borclu çıxarsınlar. Mirzə ibrahimovun о toplantıda rəqiblərinin ünvanına dediyi ilk söz qurbağa gölünə atılmış daşa bənzədi. 

Hələ də о yumşaq səsin avazındakı sərtlik, qətiyyətlilik, dürüstlük unudulmayıb: "Yunan əsatirlərinin birində deyilir ki, Allah 

adamı bədbəxt etməк istəyəndə əvvəlcə onun ağlını alır..." 

О axşam Mirzə müəllim ürəyimizdən tikan çıxartdı, çoxumuzu şok vəziyyətindən qurtardı. 

Filologiya sahəsində milli elmi kadrların hazırlanmasında böyük işlər görmüş Mirzə  İbrahimov ömrünün sonunadək 

Azərbaycan EA-nın Nizami adına  Ədəbiyyat  İnstitutunun Cənubi Azərbaycan  ədəbiyyatı  şöbəsinin müdiri vəzifəsində 

çalışmışdır. Onun əsərləri dünya xalqlarının diilərinə dəfələrlə tərcümə edilmişdir. Əsərləri əsasında bədii və sənədli filmlər 

çəkilmişdir. 

Dövrünün qara tufanları, eləcə də mülayim rüzgarları ilə üz-üzə dayanan, gah atılan, gah qəbul edilən, gah ürəkdən sevilən, 

gah haqsız tənqid olunan Mirzə İbrahimov ilk növbədə xalqının, sonra isə dövrünün oğlu idi. 1993-cü ildə 82 yaşında Bakıda 

dünyasını dəyişən Mirzə İbrahimov Fəxri xiyabanda torpağa tapşırılıb. 




Ürəyi arzularla dolu olan böyük yazıçımız ağrı-acıya tuş  gəlməsəydi, bunlar da ömrünü yavaş-yavaş mişarlamasaydı, 

“Pərvanə” , “Füzuli” , “Mayak” adlı roman və dram əsərlərini tamamalaya bilərdi. Yaxşı ki onun yaradıcılığından bizə 

bütöv, sanballı əsərlər qalıb. Onun həyatı, yaradıcılığı da bu gün hər birimizə örnəkdir! 

                                                                                                                                                         Flora XƏLİLZADƏ 



                                                                                                                                                            “Azərbaycan”

 

 



 

 

 



 

 

Yüklə 284,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə