3
1 sentyabr 2017-ci il, cümə
Azərbaycan dövlətinin elm siyasəti
yeni uğurlara zəmin yaradır
Orta əsrlərdə dünya elminə və mədəniyyətinə böyük
töhfələr vermiş xalqımız sonralar müxtəlif imperiyaların
tərkibində yaşadığına görə elmin inkişafı o qədər də əhatəli
olmamışdır. Çar Rusiyası hökumətinin Azərbaycanda ali təhsil
məktəblərinin , elmi cəmiyyətlərin və elmi-tədqiqat qurumlarının
təsis edilməsinə icazə verməməsi burada elmin inkişafını
xeyli ləngidib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə
– 1919-cu ildə ölkədə milli kadrları hazırlayan ilk ali təhsil
müəssisəsi – Bakı Dövlət Universiteti təsis olunmuşdu. Sovetlər
dönəmində – XX əsrin ortalarında yaranmış Azərbaycan
Milli Elmlər Akademiyası qədim və zəngin ənənələri olan
xalqımızın intellektual potensialının səmərəli təşkilində,
elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin
müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin
inkişafında müstəsna rol oynamışdır.
Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra elmdə islahatla-
rın həyata keçirilməsi üçün əlverişli
zəmin yarandı. Təsadüfi deyil ki,
həm ulu öndər Heydər Əliyev, həm
də Prezident İlham Əliyev bu ali
dövlət postuna seçiləndən dərhal
sonra bilavasitə AMEA-da ölkənin
görkəmli ziyalıları ilə görüşmüşlər.
Bu isə müstəqilliyini bərpa et-
miş Azərbaycanda elmin inkişaf
etdirilməsinin əsas prioritetlərdən biri
olduğunu göstərirdi.
Dövlətin elm siyasəti haq-
qında danışarkən, yada düşən ilk
məqam ölkəmizdə aparılan uğurlu
islahatlar, quruculuq işləri, iqti-
sadiyyatda baş verən irəliləyişlər,
qeyri-neft sektorunun inkişafı kimi
proseslər olur. Həmin tendensiyalar
müsbət nəticələrə gətirib çıxarmış,
regionların sosial-iqtisadi inkişafı,
əhalinin sosial vəziyyətinin yaxşı-
laşdırılması istiqamətində mühüm
tədbirlər həyata keçirilmişdir. Dövlət
siyasətinin əsas istiqamətlərindən
biri də elm, təhsil və mədəniyyət
sahəsinə göstərilən qayğının ardıcıl
davam etdirilməsi, elmi-texniki po-
tensialın qorunub saxlanılması, elm
və təhsil sahəsində yüksəkixtisaslı
kadrların hazırlanması, onlara
qayğı göstərilməsi, cəmiyyətdə
elmi işçilərin nüfuzunun artırılması
sahəsində bir sıra mühüm qərarların
qəbul edilməsi olmuşdur.
Azərbaycan Prezidenti İlham
Əliyevin AMEA-nın 70 illiyinə həsr
edilmiş tədbirdə söylədiyi fikirlər
dövlətimizin elmə münasibətinin
xarakterizə edilməsi baxımından
xüsusi əhəmiyyət kəsb edirdi:
“Azərbaycan dünyanın sayı o qədər
də çox olmayan kosmik klubuna da
üzv olmuşdur. Bu, bizim siyasətimizi
əks etdirir. Biz gələcəyə bu cür
baxırıq: müasirlik, dinamik inkişaf,
texnologiyaların tətbiqi. Bunlar
olmasa, biz istədiyimiz qədər inkişaf
edə bilmərik. Biz isə istəyirik ki,
inkişaf etmiş ölkələrin sırasına daxil
olaq və imkanlar da var. Çünki kadr
potensialı güclüdür. Təhsil lazımi
səviyyədədir. Savadlılıq təxminən 100
faizdir. Bu, elmin inkişafı üçün əsas
bazadır. Elmin inkişafına diqqət və
qayğı göstərilir. Bütün bu amillər var.
Əsas məsələ ondan ibarətdir ki, bütün
bu strategiyamızı düzgün planlaşdı-
raq və addımlarımızı düzgün ataq ki,
Azərbaycan bu sahədə də birincilər
sırasında olsun”.
Zaman təkcə siyasətçilərdən və
diplomatlardan deyil, eləcə də elm
xadimlərindən hadisə və proseslərə
daha çevik yanaşma tərzini tələb
edir. Belə ki, bazar iqtisadiyyatı-
nın xüsusiyyətləri elmi fəaliyyət
sferasında əsaslı islahatların aparıl-
masını, elmi nailiyyətlərin və yeni
texnologiyaların praktikada tətbiqi
üçün daha səmərəli mexanizmlərin
işlənməsini zəruri edir. Bunu nəzərə
alaraq AMEA-nın Rəyasət Heyəti
mühüm sosial-iqtisadi problemlərin
həllində elmin və texnikanın rolunun
yüksəldilməsi, dövlətin informasiya
ehtiyatlarının artırılması və innova-
siya proseslərinin sürətləndirilməsi
məqsədilə Azərbaycanda elm sekto-
runun inkişaf strategiyasını hazırla-
mışdır.
Yeni strategiyanın əsas
məqsədi respublikanın alim və
mütəxəssislərinin təbiət, texni-
ka, humanitar və ictimai elmlərin
aparıcı istiqamətlərində fundamental
və tətbiqi araşdırmaların inkişafı-
na yönəlmiş yaradıcılıq səylərini
birləşdirmək, elmi-texniki tərəqqinin
yeni istiqamətlərini seçmək və onların
həyata keçirilməsi üçün elmi zəmin
yaratmaq, sosial - iqtisadi inkişafın
mühüm problemləri üzrə perspek-
tiv tədqiqatları təşkil etmək, elm və
texnikanın nailiyyətlərinin praktika-
da istifadə edilməsi üçün tədbirlər
görmək, elmi cəmiyyətimizin
qurulmasını təmin edən əsas amilə
çevirməkdir.
Yeri gəlmişkən, Azərbaycan
Respublikasının elmi və elmi-tex-
niki siyasətini həyata keçirən ali
dövlət orqanı – Azərbaycan Milli
Elmlər Akademiyası 1945-ci ildə
yaradılmışdır. Bu dövr ərzində
Elmlər Akademiyası nəhəng bir
təşkilata, fundamental tədqiqatların
əsas mərkəzinə çevrilmişdir. Aka-
demiyanın yaranması əsrlərdən
bəri Azərbaycanda elmi təfəkkürün
formalaşmasının təbii nəticəsi ol-
muşdur. 70 il ərzində akademiyada
əldə edilmiş elmi nəticələr, çoxsaylı
ixtiralar, hazırlanmış yüksəkixtisaslı
kadrlar bu gün müstəqil Azərbaycan
Respublikasının demokratik və
hüquqi dövlət kimi formalaşmasın-
da həlledici rol oynamışdır. Aka-
demiyada 66 təşkilat, o cümlədən
48 elmi-tədqiqat, 9 konstruktor-
texnologiya müəssisəsi, 2 regional
elmi mərkəz, 4 muzey, 2 rəsədxana,
3 təcrübə-sınaq zavodu və
“Azərbaycan Milli Ensiklopediyası”
Elmi Mərkəzi fəaliyyət göstərir.
Azərbaycan alimlərini dünya-
da tanıdan elmi uğurlar çoxdur.
Onlardan bəzilərini yada salaq.
Neftçıxarma sahəsində yeni istiqamət
olan radiotexnologiyanın tətbiq
olunması, reaktiv mühərriklər üçün
yeni növ yanacağın kəşfi, davam-
lı inkişafın məqsədi olan ekoloji
sivilizasiya konsepsiyası, təbaşir
mollyuska faunasının (belemnitlər)
kompleksləri barədə təlim, yüksək
molekulyar sistemlərdə güclü
elektrik sahəsinin təsiri ilə baş verən
elementar elektron və molekulyar
proseslərin tədqiq edilməsi, on iki
üzvlü tsikllərin konformasion anali-
zinin öyrənilməsi, güclü qeyri-xətti
laylı Gase kristallarında hadisələrin
tədqiqi, yarımkeçiricilərin tədqiqinin
elektromaqnit dağılmaz metodları,
informasiya emalının akustooptik
metodları, mülki aviasiyanın hava
gəmilərində uçuşların təhlükəsizliyi
problemlərinin elmi əsasları, hiper-
toniya və hipotoniya xəstəliklərinin
uşaqlarda və yeniyetmələrdə təsnifatı,
türk dillərinin məntiqi tipinin yaradıl-
ması ideyası və sairə .
Bu nailiyyətlər göstərir ki,
elmin inkişafı Azərbaycanda dövlət
siyasətinin mühüm prioritetlərindən
biridir. Hazırda beynəlxalq
münasibətlərdə siyasi, iqtisadi,
elmi-texniki, ekoloji və informasiya
xarakterli amillərin müstəsna rol
oynaması Azərbaycan Respublikası-
nın milli maraqlarının ödənilməsində
elmin inkişafına təkan vermişdir.
Çünki dövlətin sosial-iqtisadi qüdrəti,
ölkənin müdafiə qabiliyyəti və milli
təhlükəsizliyi, cəmiyyətin mədəni-
mənəvi tərəqqisi və xalqın rifahı
elmin inkişaf səviyyəsi ilə birbaşa
əlaqəlidir.
Son dövrlərdə Azərbaycan xalqı-
nı, xüsusən, milli elmimizi beynəlxalq
aləmdə təmsil edən çoxlu sayda
görkəmli alimimiz vardır. Onlardan
bəzilərini yada salmaq yerinə düşərdi.
Lütfi Zadə (1921)
Azərbaycan əsilli alim, süni inte-
lellekt sahəsində qeyri-səlist məntiq
nəzəriyyəsinin banisi, Kaliforniya
Berkli Universitetinin professoru.
Bu ali təhsil müəssisəsinin ömürlük
professoru seçilmiş yeganə şəxsdir.
Amerikadakı Azərbaycan diaspor
təşkilatlarının fəxri sədridir. Lütfi
Zadə bir çox xarici ölkə akademiya-
larının üzvüdür və dünyada əsərlərinə
ən çox istinad edilən alim sayılır.
Təkcə 1990-2000-ci illərdə onun
əsərlərinə 36000-dən çox istinad
edilmişdir.
İren xanım Melikoff
1917-ci ildə Peterburqda doğul-
muşdur. Ailəsi ilə birlikdə Fransaya
köçmüşdür. Azərbaycanlıdır, filolo-
giya elmləri doktoru, professordur.
Parisdə ingilis dilində lisey bitirmiş-
dir. Sorbonna Universitetində təhsil
alarkən, eyni zamanda, Şərq Dilləri
İnstitutunda oxumuş, ərəb, fars və
türk dillərini öyrənmişdir. 1947-ci
ildə Fransaya qayıdaraq “Orta əsrlər
Türkiyə eposları” mövzusunda dok-
torluq dissertasiyası müdafiə etmiş və
Strasburq Universitetinin professoru
olmuşdur. Onun elmi maraq dairəsi
çox əhatəlidir. 400-ə qədər elmi işin
müəllifidir. “Koroğlu”, “Umur paşa”,
“Məlik Danişmənd”, “Seyid Batddal”,
Babək hərəkatı, Qızılbaşlar tarixi,
Əbu Hüseyn Xorasaninin yaradıcılı-
ğı, Xətai, M. F. Axundov və bir sıra
başqa mövzularda monoqrafiyaların
və ədəbiyyatşünaslıq tədqiqatlarının
müəllifidir. İ. Melikoffun səyi
nəticəsində Strasburq Universitetində
türk şöbəsi yaradılmışdır. Sonradan
İren xanımın rəhbərlik etdiyi həmin
şöbə elmi-tədqiqat institutuna çev-
rilmişdir. Bu institutda Azərbaycan
mədəniyyətini öyrənən mərkəz
yaradılmışdır. 1966-cı ildə İ. Melikoff
“Türkika” adlı jurnal nəşr edərək,
fransız oxucularını türk xalqlarının
tarixi, ədəbiyyatı və mədəniyyəti
ilə tanış etmişdir. Bu jurnalda
Anarın, Çingiz Hüseynovun, Sara
Aşurbəylinin, Tofiq Məlikovun və bir
sıra başqa azərbaycanlı müəlliflərin
əsərləri çap olunmuşdur.
İren xanım Fransa və Azərbaycan
Mədəniyyət Əlaqələri Mərkəzinin
rəhbəri olmuşdur.
Məsud Əfəndiyev
Riyaziyyatçı, professor Məsud
Əfəndiyev Azərbaycan Dövlət
Universitetinin mexanika-riyaziyyat
fakültəsində iki il oxuduqdan sonra
təhsilini M.Lomonosov adına Mosk-
va Dövlət Universitetində davam
etdirmişdir. Almaniyanın Münhen,
Ştuttqart, Berlin universitetlərində
dərs demişdir. H.Helmholts
adına Münhen Elmi-Tədqiqat
Mərkəzində “Dinamik sistemlər”
şöbəsinin müdiri vəzifəsinədək
yüksəlmişdir. M.Əfəndiyev Alma-
niya hökumətinin təsis etdiyi A.
Fon Humboldt mükafatına layiq
görülmüşdür. O, bu nüfuzlu müka-
fatı alan ilk azərbaycanlıdır. 2005-ci
ildə isə Yaponiyanın nüfuzlu “Japan
Society for the Promotion of Scion-
ce - JSPS” təşkilatının mükafatına
layiq görülmüşdür. Onun Almaniya,
Amerika və Yaponiyanın ən mötəbər
nəşriyyatlarında çap olunan mo-
noqrafiyaları dünya elminə böyük
töhfədir.
Rüfət Mirəsədulla
oğlu Mirqasımov
Görkəmli fizik, fizika-riyaziyyat
elmləri doktorudur. Bakı şəhərində
anadan olmuşdur. Moskva Dövlət
Universitetinin fizika fakültəsini
bitirmişdir. Hazırda Dubna şəhərində
(Rusiya) Birləşmiş Nüvə Tədqiqatları
İnstitutunda çalışır.
Natiq Məmməd
oğlu Atakişiyev
Riyaziyyatçı alim, professordur.
Bakı Dövlət Universitetini bitirmişdir.
Meksikada Riyaziyyat İnstitutunuda
calışır.
Tofiq Davud
oğlu Məlikov
Tənqidçi, ədəbiyyatşünas.
Azərbaycan Dövlət Universite-
tinin şərqşünaslıq fakültəsində
təhsil almışdır . Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri
Komitəsində diktor işləmişdir (1965).
SSRİ EA Şərqşünaslıq İnstitutunun
aspiranturasında təhsilini davam
etdirmişdir . 1976-1978-ci illərdə
Türkiyədə işləmişdir. 1991-1994
illərdə Türkiyədə İstanbul Universite-
tinin ədəbiyyat fakültəsinin profes-
soru işləmişdir. Moskvada Dünya
Ədəbiyyatı İnstitutunda aparıcı
elmi işçi olmuşdur. Hazırda Moskva
Dövlət Linqvistika (dillər) Universi-
tetinin professorudur. Eyni zamanda,
Beynəlxalq Türkoloji və Mədəniyyət
Fondunun vitse-prezidentidir .
Sabir Məcid
oğlu Hüseynzadə
Görkəmli riyaziyyatçı alim
Moskva Dövlət Universitetinin me-
xanika-riyaziyyat fakültəsini bitir-
mişdir. Hazırda həmin fakültənin ali
həndəsə və topologiya kafedrasının
professorudur. Moskva Riyaziyyat
Cəmiyyətinin katibidir.
Fərman Qurban
oğlu Salmanov
Geoloq alim, ictimai xadim,
geologiya-mineralogiya elmləri dok-
toru, Rusiya Elmlər Akademiysının
müxbir üzvü, Lenin mükafatı laure-
atı, Sosialist Əməyi Qəhrəmanıdır.
F.Salmanov 1954-59-cu illərdə Novo-
sibirsk Geologiya İdarəsində geoloq,
baş geoloq, neft-kəşfiyyat ekspedi-
siyasının rəisi, 1959-62-ci illərdə
Surqut neft-kəşfiyyat ekspedisiyasının
rəisi, 1969-70-ci illərdə Tümen Baş
Geologiya İdarəsinin baş geoloqu,
1978-ci ildən bu idarənin rəisi olur.
Keçən əsrin 80-ci illərinin sonu 90-cı
illərin əvvəllərində F. Salmanov
SSRİ geologiya nazirinin birinci mü-
avini işləyib. Onun rəhbərliyi altında
Surqutda, Salımskda, Pravdinskda,
Mamontovskda, Somotlorda, Uren-
qoyda, Qərbi Sibirin başqa yerlərində
20 neft və qaz yatağı aşkar edilmişdir.
Fərman Salmanov neft və qaz geolo-
giyası məsələləri ilə bağlı bir sıra elmi
işlərin müəllifidir. Habelə “Neft və
qaz yataqlarının formalaşma şəraiti və
paylanma qanunauyğunluğu”, “Qərbi
Sibir neft və qazının geologiyası”,
“Böyük neft və qaz yataqlarının yer
qabığında paylanma qanunauyğun-
luğu”, “Axtarışın sürətləndirilməsi”
onun fundamental əsərləridir.
Sonda Rusiyanın Dub-
na şəhərindəki Birləşmiş Nüvə
Tədqiqatları İnstitutunun direkto-
ru, akademik Viktor Matveyevin
Azərbaycan alimləri barədə dediyi
fikirləri xatırladaq: “Sadəcə bir misal
çəkim. Azərbaycan Milli Elmlər Aka-
demiyasının Həsən Abdullayev adına
Fizika İnstitutunun əməkdaşları Dub-
nanın əməkdaşları ilə sıx əməkdaşlıq
edirlər. Onlar fundamental fizikanın
vacib və müasir layihələrindən birinin
reallaşmasına böyük töhfə veriblər.
Bu, Cenevrədəki nəhəng adron
kollayderində atlas kompleksinin
yaradılmasıdır. Beləliklə, onlar Nobel
mükafatı ilə təltif edilən şəxslərlə
tamhüquqlu həmmüəlliflərdir. Bu, fun-
damental elmdə son dövrlərin mühüm
kəşfidir. Bu, müasir fundamental elmin
təntənəsidir və əlbəttə ki, Azərbaycan
öz alimləri ilə fəxr edə bilər”.
Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də
ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki
ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağ-
lıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin
səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O
ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya
miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə
bilirlər.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə
həsr olunmuş yığıncaqdakı nitqindən
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan dövlət gənclər siyasəti və bu istiqamət üzrə qəbul olunan
dövlət proqramları bu gün öz bəhrəsini verməkdədir. Xüsusilə, son
illər ölkəmizdə gənclərlə iş üzrə tədbirlərin təşkil edilməsi, mötəbər
forumların, idman yarışlarının, festivalların keçirilməsi bir ənənə
halını alıb.
Bir neçə gün bundan öncə
Qlobal Gənc Liderlər Forumunun
Bakıda baş tutması da bu siyasətin
növbəti uğurunun təntənəsi idi. Hələ
üç il əvvəl Bakıda Gənclər Siyasəti
üzrə Birinci Qlobal Forum keçirilən
zaman bu sahədə böyük tədbirlərin
məhz Azərbaycanda reallaşmasının
əhəmiyyəti hər kəsə aydın oldu.
Həmin tədbirə 80-dən çox ölkənin
700-dən artıq nümayəndəsi qatıldı
və Azərbaycan dövlətinin bu sektora
qayğısı barədə çoxlu sayda yüksək
fikirlər səsləndirildi. Prezident İlham
Əliyev öz ənənəsinə sadiq qala-
raq, həmişəki kimi, gənclərlə bağlı
keçirilən mötəbər tədbirlər barədə öz
fikirlərini cəmiyyətimizə və dünya
ictimaiyyətinə çatdırdı. Dövlət başçısı
Qlobal Gənc Liderlər Forumunun
iştirakçılarına ünvanladığı məktubda
forumun Bakı şəhərində keçirilməsi
barədə qərarı ölkəmizin gənclərlə
iş sahəsindəki təcrübəsinə verilən
yüksək qiymət kimi dəyərləndirdi.
Prezident bildirdi ki, gənclərimizin
fəallığı, yüksək təşkilatçılığı və
intellekti barədə fikirlərin yüksək
tribunalardan eşidilməsi bizdə qürur
hissi yaradır.
Ümumiyyətlə, belə mötəbər,
dünya miqyaslı ictimai-siyasi,
mədəni tədbirlərin ölkəmizdə
keçirilməsinin böyük əhəmiyyəti
var. Bu, Azərbaycan adının dünyada
sülhün, əmin-amanlığın, tərəqqinin,
elmin, mənəviyyatın təbliğatında önə
çəkilməsinə hesablanan gedişlərdir.
Dünyadakı 50 milyondan artıq
azərbaycanlının ümid yeri olan
müstəqil Azərbaycan dövlətinin
uğurlarıdır. Paytaxtımız Bakı dünyaya
sülh, inkişaf mesajları ötürən bir plat-
forma kimi missiyasını ortaya qoyur.
Müasir dünyada baş verən gərgin
siyasi vəziyyətlər, münaqişələrin
müqabilində ölkəmizin “sabitlik ada-
sı” funksiyanı öz üzərinə götürməsi,
əlbəttə ki, diqqətdən yayınmır.
Bədnam qonşularımızın işğalçılıq
faktorlarına, aqressiya, nifaq ardın-
ca qaçmalarına, qonşularına yalnız
zərər vermək barədə mənfur planlar
qurmaq istəklərinə baxmayaraq,
Azərbaycanın bu kimi təzyiq və
gərgin münaqişədə sarsılmadığı-
nı, hələ də ümumbəşəri dəyərlərə
hörmətlə yanaşaraq, dünyaya sülh və
tərəqqi mesajları ötürməsi çox böyük
əhəmiyyət kəsb edir. Azərbaycana
gələn dünyanın tanınmış simaları
ölkəmizdən razı gedir, xalqımızın
mədəniyyətini, ənənələrini, tari-
xi keçmişini, yüksək təşkilatçılıq
bacarığını qiymətləndirirlər. Qlobal
Gənc Liderlər Forumunda iştirak
edən dünyanın müxtəlif ölkələrinin
rəhbərləri də Azərbaycandakı uğurlu
gənclər siyasətinin şahidi oldular və
Bakıdan ölkəmiz haqqında yüksək
təəssürratlarla ayrıldılar. Bu, onu
göstərir ki, müasir Azərbaycan
gəncliyinin inkişafı, beynəlxalq aləmə
inteqrasiyası, mötəbər tədbirlərdə
gənclərin iştirakının təmin olunması
dövlət siyasətinin prioritetini təşkil
edir.
Azərbaycanda dövlətin
gənclərə diqqət və qayğısının bariz
nümunəsi olaraq, hələ 2007-ci
ildə Azərbaycan Prezidenti İlham
Əliyevinin sərəncamı ilə ölkədə
“Gənclər ili” elan edilmişdi. Bu
sərəncam gənclərin yaradıcılıq
potensialının aşkara çıxarılmasında
və reallaşdırılmasında, intellektual
səviyyəsinin yüksəldilməsində, xü-
susi istedadlı gənclərin seçilməsi və
onlarla müvafiq tədbirlərin həyata
keçirilməsində böyük rol oynamış-
dır. Əlbəttə, bu sərəncamdan sonra
gənclərin dövlət orqanlarında,
parlamentdə, bələdiyyələrdə, biznes
strukturlarında, təhsil sektorunda
beynəlxalq tədbirlərdə fəal təmsil
olunması əhəmiyyətli dərəcədə
artmışdır.
Azərbaycan gəncliyinin dünya
birliyinə inteqrasiyasını daha da
sürətləndirmək və gənclərimizin
mötəbər beynəlxalq tədbirlərdə
iştirakını təmin etmək məqəsdilə
həyata keçirilən tədbirlərdən biri
də “Dünya Azərbaycanlı Gənclər
Birliyi”nin təsis olunmasıdır. Birliyin
təsis qurultayı 2012-ci il martın
12-də Bakıda keçirilmişdir. Qurul-
tayda dünyanın bir sıra ölkələrində
fəaliyyət göstərən beynəlxalq
təşkilatların və xaricdə yaşayan
azərbaycanlı gənclər birliklərinin
nümayəndələri iştirak etmiş və bu
təşkilatın yaranmasını müsbət hal
kimi qiymətləndirmişlər. Bundan
əlavə, Beynəlxalq Təşkilatlarda
İşləyən Azərbaycanlıların Assosia-
siyası yaradılmışdır ki, bu təşkilatın
da məqsədi xarici ölkələrdə müxəlif
beynəlxalq əhəmiyyətli qurumlarda
işləyən azərbaycanlıları bir araya
gətirmək, onları düzgün koordinasiya
etmək və ölkəmiz üçün əhəmiyyətli
layihələrə cəlb etmək idi.
Dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımzın milli maraq-
ların qorunması, xalqımızın zəngin
mədəni irsinin təbliği, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, həmvətənlərimizin
hüquq və azadlıqlarının müdafiəsi
işinə cəlb olunması və beynəlxalq
səviyyədə əməkdaşlığın təmin
edilməsi bu gün gənclərin qarşı-
sına qoyulmuş əsas vəzifələrdən
hesab olunur. Ölkədən kənarda
təhsil almış vətəndaşlarımızın uyğun
fəaliyyətlərini təşkil etmək, gənc
kadrlar bazasını təkmilləşdirmək,
xarici ölkələrdə yaşayan azərbaycanlı
gənclərin şəbəkələşmə işinin təşkil
edilməsi, azərbaycanlı gənclərin
yaşadıqları cəmiyyətə inteqrasiya-
sı, ictimai-siyasi həyatda daha fəal
iştirakının təmin olunması məqsədilə
layihələr həyata keçirmək, gənclər
barədə yaradılan mötəbər qurumla-
rımızın qarşıya qoyduğu həllivacib
məsələlərdəndir.
Prezident İlham Əliyev
Azərbaycan gənclərinin üstün
keyfiyyətlərindən və dövlətin gənclərə
güvənməsindən danışarkən bildir-
mişdir ki, ölkəmizdə əhali çox gənc,
dinamik və fəaldır. Gənc nəslimizi
iqtisadi və siyasi həyatımızın hər bir
sahəsinə qoşmaq məqsədilə apardığı-
mız fəal dövlət siyasəti hazırda yaxşı
bəhrə verir.
Təhlükəsizlik məsələlərinə
gəldikdə, biz yalnız gənc nəslə
güvənirik. Sərhədlərimizi qoruyan,
hazırda erməni təcavüzkarları ilə
üzbəüz –səngərdə dayanan gənc
azərbaycanlılar Vətənini qoruyur.
Erməni təcavüzü zamanı əziyyət
çəkmiş insanlarımızın əksər hissəsi
gənc nəslin nümayəndələri olub.
Əlbəttə, dövlət başçısının gəncləri
Vətəni qoruyan ən başlıca amil
kimi dəyərləndiməsinin özü bütün
qiymətlərin ən üstünüdür.
Bu gün gəncliyimizin qarşısında
bir sıra mühüm vəzifələr qoyulmuş-
dur. Heydər Əliyev Fondunun vitse-
prezidenti, Dialoq və Əməkdaşlıq
Uğrunda İslam Konfransı Gənclər
Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi
Leyla xanım Əliyevanın təşəbbüsü
ilə başlanmış “Xocalıya ədalət!”
kampaniyası çərçivəsində keçirilən
tədbirlər gənclərimizə vətənpərvərlik
sahəsində nümunə kimi qəbul edilir.
Bu layihə çərçivəsində dünyanın
70-dən artıq ölkəsində keçirilən
tədbirlərdə iştirak edən soydaş-
larımızı təmsil edən azərbaycanlı
gənclər birlik, həmrəylik nümayış
etdirirlər. İctimaiyyətdə tanınmış
gənclərimiz Azərbaycan adına böyük
işlər görmək üçün səfərbər olu-
nurlar. Məsələn, bugünlərdə futbol
sahəsində elə bir möhtəşəm uğura
imza atıldı ki, bu bütün gənclik
üçün nümunəyə çevrildi. Hələ də
mənfur ermənilərin işğalı altında
olan Ağdamın “Qarabağ” futbol
klubu tarixi nailiyyətə imza ataraq,
Azərbaycan futbolu tarixində ilk dəfə
Avropa Çempionlar Liqasının qrup
mərhələsinə vəsiqə qazandı. Başda
baş məşqçi Qurban Qurbanov olmaq-
la komandanın üzvləri Azərbaycan
cəmiyyətinə böyük sevinc bəxş
etdilər. Bununla da, gənclərimizə bö-
yük örnək və eyni zamanda, futbolu
seçmək, sevmək üçün yeni stimul ve-
rildi. Həmin günlərdə idmanın güləş
sahəsində də Hacı Əliyev ilk dəfə
üçqat dünya çempionu olaraq, yenə
də Azərbaycan gənclərinin irəliyə
doğru inamla addımladığını sübut
etdi. Bu, həm də ölkəmizdə gənc
nəslə göstərilən ciddi dövlət qayğısı-
nın sübutudur.
Bir sözlə, Azərbaycanın qısa
müddətdə iqtisadi, sosial sahədə əldə
etdiyi uğurları müəyyənləşdirilmiş
düzgün siyasət və strategiyanın
nailiyyəti kimi dəyərləndirən
gənclərimiz dövlətin onlara
göstərdiyi diqqəti əməli fəaliyyətləri
ilə doğrultmaqla, əsl vətəndaşlıq
məsuliyyətini ölkənin ictimai siyasi
həyatında tutduqları sağlam mövqe
ilə təsdiqləyirlər.
Anar TURAN,
“Xalq qəzeti”
Dövlətin gənclər siyasəti öz bəhrəsini verir