SəRBƏst iŞ Fakültə: Nəqliyyat və logistika İxtisas-Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi Müəllim:Əliyev Eldar



Yüklə 24,75 Kb.
səhifə1/3
tarix11.05.2022
ölçüsü24,75 Kb.
#86600
  1   2   3
Azərbaycanda Sasani əsarətinə qarşı mübarizə.


AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

SƏRBƏST İŞ

Fakültə:Nəqliyyat və logistika

İxtisas-Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

Müəllim:Əliyev Eldar

Tələbə: Bayramov Taleh

Qurp :107a4-101 a1

Fənn: Azərbaycan tarixi.

Azərbaycanda Sasani əsarətinə qarşı mübarizə.
III-IV əsrlərdə Azərbaycanda feodal münasibətləri yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatena bu dövrdə də zərdüştlüyə sitayiş edirdi. Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənuşirəvanın dövründə (531-579) Albaniya, Atropatena və İberiya Sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin dövrdə Dərbənd “Dəmir qapı” adlanırdı. Paytakaran Mil-Muğanı, Arsax isə Qarabağın dağlıq hissəsini əhatə edirdi. Arsaxın əhalisini türklər təşkil edirdi.

III-V əsrlərdə Sasanilər Roma ilə müharibə edirdi. Sasani şahı I Şapur 260-cı ildə Roma imperatoru Valerianı məğlub edərək onu əsir aldı. 359-cu ildə Sasanilər Albaniyanın köməkliyi ilə Romanı yenə də məğlubiyyətə uğratdılar. Bununla da Arsax, Marlar (Naxçıvan), Kaspiana geri qaytarıldı və Ermənistan Roma və Sasanilər arasında bölüşdürüldü.

Ərəb qoşunları 633-cü ildə Sasanilər dövlətinə hücum etdi. Alban hökmdarı öz oğlu Cavanşirin rəhbərliyi ilə Sasanilərə kömək göstərdiyinə görə Cavanşir Sasani şahı III Yezdəgerd tərəfindən mükafatlandırıldı. 638-ci ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu tutdular. Ərəblərə qarşı mübarizənin mənasız olduğunu görən Cavanşir 7 illik mübarizədən sonra geri qayıtdı. Cavanşir ərəblərə qarşı Bizansla birləşmək qərarına gəldi. Sonra xəzərlər Albaniyaya hücum etdilər, 665-ci ildə qalib gəldilər və sülh bağlandı.

661-ci ildə Xilafətdə Əməvilər hakimiyyətə gəldilər. Cavanşir şəraiti nəzərə alaraq Şam şəhərinə gəldi və I Müaviyyə ilə sülh bağladı. Sülhə görə Cavanşir xərac verməli idi. Lakin xəlifə güzəştə getdi, səbəbi Albaniyanın coğrafi mövqeyi və Cavanşirin şəxsi nüfuzu olmuşdur.


Lakin ərəblər Albaniyaya toxunmadan digər Azərbaycan ərazilərini tutdular. Bizanspərəst feodallar Cavanşirə sui-qəsd edib 681-ci ildə onu öldürdülər. Cavanşirdən sonra əvvəl xəzərlər, sonra 705-ci ildə ərəblər Albaniyanı tutdular və Cavanşirin varisi Varaz Trdatı Şam şəhərində edam etdilər. Azərbaycanın həm şimalında, həm də cənubunda islam dini yayıldı.

748-ci ildə Azərbaycan ərazisində ərəb soyğunçuluğuna və vergi siyasətinə qarşı üsyan başladı. Beyləqanda başlayan üsyan Bərdədə, Ərdəbildə yatırıldı. Üsyana yerli feodallar başçılıq edirdilər.


Hərəkatların ən böyüyü Xürrəmilər (Pəhləvi dilində “əbədi od” deməkdir) hərakatı idi. Tarixdə ilk dəfə qırmızı bayrağı onlar qaldırmışlar. Xürrəmilərin ilk çıxışı 778-ci ildə, ikincisi isə 808-ci ildə olmuşdur.
816-cı ildə Cavidanla Əbu İmranın çəkişməsi onların ikisinin də ölümü ilə nəticələndi və Babək 18-yaşında Xürrəmilərin rəhbəri oldu. (Babək 798-ci ildə Ərdəbildə anadan olmuşdur).
819-cu ildə Babək ilk dəfə olaraq ərəblər üzərində qələbə çaldı. Sonra Şəki, Qarabağ, Bərdə və Beyləqanı ərəblərdən azad etdi. 829-cu və 830-u ildə Babək ərəblər üzərində daha iki uğurlu qələbə qazandı. Sonra ərəblər məcbur olub Bizansla müharibəni dayandırdılar və diqqəti Babəkə yönəltdilər. Türk əsilli ərəb sərkərdəsi Afşin Babəkə ağır zərbələr vurdu və xürrəmilərə sülh təklif etdi. Babək bunu xəyanət hesab etdi və sülhü qəbul etmədi. 937-ci ildə Afşin Bəzz qalasını tutdu. Babək qaçıb Arana gəldi. Ərəblər onun başına 2 milyon dirhəm qoymuşdular. Babək Şəki qalasının sahibi Səhl İbn Sumbatın xəyanəti ilə ələ keçirildi. 837-ci ildə Afşin Babəki Samirə şəhərinə Xəlifə Mötəsimin yanına yola saldı. Babək 838-ci ildə martın 14-də edam edildi.

Həmçinin VII-VIII əsrlərdə “Dədə Qorqud” dastanı yayılmağa başladı. “Kitabi-Dədə Qorqud” dastanının dili təmiz türk dilidir. Bu dastan 4530 sözdən ibarətdir ki, bunların da 4044-ü (90%-ə yaxını) türk sözüdür.




Yüklə 24,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə