Şərii rəy şəriətdir!



Yüklə 351,3 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix02.12.2017
ölçüsü351,3 Kb.
#13560
  1   2   3   4   5   6   7   8   9   ...   13


 

 

 



 

 



 

 

 



 

 

 



 


 

 

 



 

 

 




 

 

 



şərii rəy şəriətdir! 

www.ehlirey.com 

________________________  

 

Orginal adı: İstihsənul Xavdi Fi İlmil Kəlam. 

Tərcümə adı: Kəlam Elminə Dalmanın Önəmi. 

Mövzusu:  Kəlam  elmi,  elmi  araşdırmanın  üstünlüyü,  tədqiqin 

zəruriliyi. 



Müəllif: Əbul Həsən əl Əşari. 

Tərcüməçi: Rüstəm Mehdi Qubavi. 

Növ: Elektron Versiya.  

Səhifə sayı: 58.  

İl: 2016.  

©  Bütün  haqlar  öncə  Allaha,  sonra  www.ehlirey.com  saytına 

məxsusdur.  Sayt  rəhbərliyindən  iznsiz  çap  etmək,  başqa  yerə 

köçürmək, başqa dilə tərcümə etmək, eləcə də hər hansı bir yolla 

maddi və ticari yöndən faydalanmaq qəti qadağandır.  

 

 




 

 

 



 

 

 



 

 

 



 

Müəllif 

İmam Əbul Həsən əl Əşari 

 

 

Tərcümə və Qeydlər 



Rüstəm Mehdi Qubavi 

 

 



Elektron Versiya 

 

 




 

 

 

 



 

Tərcüməçinin Müqəddiməsi 



 

“Rəbbinin  yoluna  hikmət  və  gözəl 

öyüd-nəsihətlə dəvət et. Onlarla da 

gözəl olanla cidal (münaqəşə) et”.  

(Nəhl: 125). 

Məkanı,  zamanı  bir  sözlə  bütün  aləmi yoxdan var  edən  Allaha 

sonsuz həmd, saysız sənalar olsun. Onun pak Rəsulu və xəlili olan 

Muhəmmədə,  pak  Əhli  Beytinə,  pak  zövcələrinə, səhabələrinə  və 

Qiyamət gününə qədər haqq-ədalət üzərə olanlara Allahın salamı, 

rəhməti və bərəkəti olsun.  

Allah  –subhənəhu  və  təala-  bəşəriyyəti  zülmətlərdən  nura 

çıxarmaq üçün Peyğəmbərimizi –sallAllahu aleyhi və əlihi və səlləm- 

seçib  göndərdiyi  zaman  batil  əhli  öz  batil  etiqadlarına  dördəlli 

sarılmış,  sözlə  hətta  silahla  öz  batil  dinlərini  müdafiəyə  hazır  bir 

vəziyyət almışlardı. Təbii olaraq göndərilən Peyğəmbər cidal və elmi 

münaqişə qaydalarından xəbərdar birisi olmalı idi. Çünki onun xitab 

edəcəyi toplum çox cidal edən və həddən çox münaqişəyə dalan bir 

toplum idi. 

Məkkə  müşriklərindən  tutmuş  Mədinədəki  əhli  kitab 

müşriklərinə  qədər  Allah  Rəsulunun  –sallAllahu  aleyhi  və  əlihi  və 

səlləm-  xitab  etdiyi  batil  əhli  öz  çapında  hazırladıqları  “dəlilləri” 

Allah Rəsulunun –sallAllahu aleyhi və əlihi və səlləm- önünə qoyur, 

bununla  onun  dəvətinin  əsaslandığı  prinsipləri  çökürtmək 

istəyirdilər.  Lakin  onların  qarşısında  dayanan  cidal  və  münazərə 

qaydalarını aləmlərin Rəbbindən öyrənən bir Peyğəmbər idi. Bu da 

öz təsirini ən bariz şəkildə ortaya qoyurdu.  

Bəli,  Allahın  elçisi  –sallAllahu  aleyhi  və  əlihi  və  səlləm-  dəvəti 

müddətində xitab etdiyi müşriklərlə etiqadi məsələləri dartışır, əqli 




 

dəlilləri onların önünə qoymaqla öz dəvətinin haqq, etirazçı tərəfin 



iddiasının  isə  batil  olduğunu  isbat  edirdi.  Sözsüz  ki,  o  dönəmdə 

verilən  cavablar  və  irəli  sürülən  izahlar  problemin  ağırlığı 

səviyyəsində idi. 

Allahın lütfü ilə İslam ərəb yarımadasına, oradan da İraq, Şam və 

başqa  bölgələrə  yayıldı.  Müsəlmanlar  izzət  içində  yaşayır,  etiqadi 

yöndən önlərinə bir problem çıxmadığı üçün çox da cidala dalmır, 

rahat və firavan bir həyat sürürdülər. Lakin vəziyyət bu cür davam 

etmədi.  Allahın  bir  hikməti  olaraq  yaranan  fitnələr  yeni  axınların 

ortaya çıxmasına səbəb oldu. Buna misal olaraq günaha görə təkfir 

edən xariciləri, sonradan tərtib etdiyi üsuluyla elmi firqələr arasına 

girsə də ilk başda siyasi bir firqə olaraq ortaya çıxan şiələri, qədər 

və  mütəşabih  naslara  yönəlik  tutumlarına  nisbətdə  yeni  axınlar 

halına gəlmiş başqa firqələri misal vermək olar.  

Bəli  artıq  İslam  inancını  hədələyən  fikri  cərəyanlar  var  idi  və 

bunlara cavab vermək ən önəmli vəzifələrdən sayılırdı. Bu iş üçün 

səhabələrdən bəlli bir qrup seçilir, həmin fikri cərəyanlara qarşı fikri 

mücadilə edərək iddialarının xətalı olduğunu isbatlayırdı. Xaricilərlə 

münazərə edən İbn Abbası buna bir misal olaraq göstərmək olar.  

Zaman  irəlilədikcə  fars,  türk,  rum  və  başqa  millətlərin 

nümayəndələri  İslama  axın  etməyə  başladı.  İslam  fəth  etdiyi 

torpaqlardakı  müxtəlif  fikirlərlə  qarşılaşdı.  Bu  fikirlər  ya  fars 

məcusiliyinə dayanır, ya da yunan fəlsəfəsinə əsaslanırdı. Bəli, İslam 

etiqadına növbəti fikri hücumlar başlamışdı. Filosoflar və küfrlərini 

gizləyən zındıqlar

1

 tərəfindən. Lakin bunlar da cavabsız qalmadı. Bu 



dəfə  meydanda  Əbu  Hənifələr,  Muhəmməd  Baqirlər,  Zeyd  bin 

Əlilər,  Cəfərus  Sadiqlər,  Vasil  bin  Ətalar,  Amr  bin  Ubeydlər  və 

                                                           

1

 Zındıq, üzdə özünü yalandan müsəlman kimi göstərən, daxildə isə küfrünü 



gizləyən kəsdir. 


Yüklə 351,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə