Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
  1   2   3   4   5   6   7   8   9   ...   35


SƏRRAF ŞİRUYƏ 
 
 
 
  
 
 
 
 
 
 
 
 AYRILIQ 
BELƏ  DÜŞDÜ 
(dastan-poema) 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
BAKI – QİSMƏT – 2014 


Sərraf Şiruyə             
                           
                          
 
 

 
BBK.47 
S-47 
Redaktor: 
Araz YAQUBOĞLU 
“Qızıl qələm” mükafatı laureatı 
 
Ön sözün müəllifi: 
Qılman İMAN 
Prezident təqaüdçüsü, 
Azərbaycan Yazıçılar Birliyinin üzvü 
 
Məsləhətçi: 
İlham XƏLİLOV 
 
 
S-47     Sərraf Şiruyə 
Ayrılıq belə düşdü (dastan-poema) 
Bakı, “Qismət”, 2014. – 224 səh. + 52 səh. şəkil 
 
 
 
 
 
 
 
ISBN 978-9952-8231-1-0 
 
© “S.Şiruyə”, 2014 
© “Qismət”, 2014 


             
                           
                          Ayrılıq belə düşdü
 
 

 
TARİXİN HƏQİQƏTİ, HƏQİQƏTİN TARİXİ 
 
Dünyanın inkişaf mexanizmi dəyişdikcə, ədəbi dü-
şüncəmizdə yeni bir təkamül prosesi başlayır. Bu inki-
şaf mexanizminin təzahürü daha qabarıq formada ədə-
biyyatda əks olunur. Ədəbiyyat həyatın bədii inikası ol-
duğundan həyatda gördüyümüz mənfi və müsbət hadi-
sələrin hamsı oxucu kütləsinin düşüncəsinə hakim kəsi-
lir. Dünənin, bu günün və sabahın problemləri ədəbiy-
yatın tərkib hissəsi kimi müasir insan düşüncəsinin qə-
bul  etdiyi  formada  təqdim  olunur.  Bizi  əhatə  edən  bu 
qlobal  dünyada  təkcə  mövzular,  problemlər  dəyişmə-
yib,  həm  də  həyat  hadisələrinin  fonunda  sözün  daxili 
forması və intonasiyası dəyişib.  
Söz dünyanın içində gizləndiyi kimi, dünya da sö-
zün bətnində gizlənib. SÖZ adlı səngərdə mənəvi dün-
yasının keşiyini çəkənlərin xoş halına!  
Bu  gün  poeziyada  klassik  bir  ənənəsi  olan  poema 
janrının  bir  qədər  gözəgörünməzliyə  çəkilməsi,  zama-
nın  təbəddülatı  ilə  formalaşan,  texniki  bazasını  geniş-
lənirdən  sivil  insan  düşüncəsinin  müəyyənləşdirdiyi 
sərhədin imkanı xaricindədi. Ona görə də poema janrı 
bu gün hamı üçün yox, intellektual “təklər” üçün daha 
önəmlidi. Ağır zəhmət, böyük istedad hesabına yazılan 
bütün  ciddi  sənət  əsərləri  (o  cümlədən  poemalar)  za-
mansızlıq sindiromunu sındıraraq bu gündən çox, gələ-


Sərraf Şiruyə             
                           
                          
 
 

cəyə  ən  böyük  töhfədi.  Tarixi  həqiqətlərin  bədii  ədə-
biyyata  transfer  olması  genetik  yaddaşımıza  qayıdışın 
ən  gözəl  vasitələrindəndi.  Tarixlə  bədii  ədəbiyyatın 
harmoniyası həqiqətin “vərəsəlik hüququ”nun daşıyıcı-
dı. Zamanın ən ağır məngənəsindən cəsarətlə sivişib çı-
xan tarix və ədəbiyyat doğma qardaş kimi hələ də bir-
likdə addımlamaqdadı.  
Sərraf  Şiruyə  çox  əsirlik  xalq  şeirimizin  müasir 
dövrdə  ünlü  təmsilçilərindən  hesab  olunur.  50  illik 
yaradıcılığı  zamanın  da  saya  gəlməz  dərəcə  də  oxucu 
kontingentinin rəğbətini qazanıb. Uzun illər şeirləri so-
vet qlavnitinin “dəmir məngənə”sindən keçməsə də, şi-
fahi  şəkildə  xalq  tərəfindən  yaddaşlara  köçüb,  sovet 
senzurasının  təhlükələrindən  hifz  olunub.  El  məclislə-
rində  şirin-şirin  təcnisləri,  qoşmaları,  gəraylıları  aşıq-
lar, xanəndələr tərəfindən sevilə-sevilə ifa olunub, oxu-
cuların,  dinləyicilərin  könül  dünyasını  işıqlandırıb. 
Sərraf  Şiruyə  yaradıcılığında  əzəli-əbədi  türk  torpağı 
olan Göyçə faktoru demək olar ki, əsərlərinin əsas leyt-
motivini təşkil edir. Ona görə də ədəbiyyatmızda, folk-
lorumuzda Göyçəşünaslığın ən zəngin qollarından biri 
kimi Sərraf Şiruyə yaradıcılığını göstərmək olar.  
Sərraf  Şiruyə  “Ayrılıq  belə  düşdü”  adlandırdığı 
poeması yenə də əbədi mövzusu olan Göyçə və göyçə-
lilərə  həsr  olunub.  Şair  ilk  növbədə  Göyçənin  tarixini, 
etnoqrafiyasını, qənirsiz təbiətini, azman saz-söz sənət-
karlarını, cəsur, igid oğullarını poetik qüdrəti ilə xrono-


             
                           
                          Ayrılıq belə düşdü
 
 

loji  ardıcıllıqla  xatırlayır.  XX  əsrin  əvvəllərində  Göy-
çədə  cərəyan  edən  hadisələrin  –  sovet  sosrealizminin 
gətirdiyi bəlaların, ermənipərəst qüvvələrin müsəlman-
ların  qanı  bahasına  törətdiyi  cinayətlər,  qaçqınlıq-
köçgünlük səfaləti əsərin tarixi və bədii yükünü bir az 
da  dərinləşdirir.  Şair  eşidib-bildiyi  real  faktları  bədii 
lövhələrlə  nəzmə  çəkir.  Əsərin  əsas  qəhrəmanlarından 
olan Qara Əzizin həyat hekayəti Göyçə mahalının Daş-
kənd  kəndinin  taleyinin  tərkib  hissəsi  kimi  qələmə 
alınır.  Əziz  kişinin  övladlarının  başına  gələn  müsibət-
lər,  oğlu  Niftalının  Böyük  vətən  müharibəsində  itgin 
düşməsi, zamanın tələbləri əsasında baş verir. Stalinin 
repressiya maşının sürətlə işlədiyi bir dönəmdə erməni 
məkiri ilə azəri türklərinin “kulak”, “qolçomaq” adıyla 
istismar edilib həbs olunması, tarixin danılmayan fakt-
larından biri kimi əsərin əsas məziyyətlərindəndi. Əsər 
mövzu etibari ilə poema janrından çox prazaik detalları 
ilə diqqət cəlb etdiyindən, şair hər bir hekayəti poetik 
qəlibə  salaraq  axıcı  bir  təhkiyə  ilə  nəql  edir.  Poema 
əsasən  bədbin  tarixi  hadisələr  üzərində  köklənsə  də, 
Əziz  kişinin  ortancıl  oğlu  Əli  Xəlilovun  böyüyüb  ali 
təhsil alması, öz doğma kəndi Daşkənddə, qonşu Suba-
tan  kəndində  təsərrüfat  rəhbəri  kimi  çalışması,  çevik 
zəkası  sayəsində  qardaşlarını,  övladlarını  qeyrətli  bir 
türk kişisi kimi himayə etməsi, oxucunu bədbin ovqat-
dan  ayırır.  Sonralar  Əli  kişinin  Allahın  evini  ziyarət 
edib  “Kərbəlayı”  adını  qazanması,  qardaşı  Niftalının 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə