SertiFİkat xiDMƏTLƏRİNİn göSTƏRİLMƏSİ haqqinda müqaviLƏ №



Yüklə 23,1 Kb.
tarix01.09.2018
ölçüsü23,1 Kb.
#66075

SERTİFİKAT XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİ HAQQINDA

MÜQAVİLƏ







/yer/

/tarix/

TƏRƏFLƏR


1.1.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (bundan sonra – Mərkəz)

Direktoru

şəxsində bir tərəfdən, və

1.2.



(bundan sonra mətndə - İmza sahibi), digər tərəfdən,



/adı, soyadı, atasının adı, şəxsi kod/



Hər biri ayrı-ayrılıqda Tərəf, birlikdə isə Tərəflər aşağıdakılar barədə bu Müqaviləni imzalayırlar:


ANLAYIŞLAR


2.1. Bu Müqavilədə istifadə olunan anlayışlar „Elektron imza və elektron sənəd haqqında” 09 mart 2004-cü il tarixli Azərbaycan Respublikasının Qanununa uyğun gəlir. Bundan əlavə Tərəflər aşağıdakı anlayışları qəbul edirlər:

2.2. Smartkart- Mərkəz tərəfindən verilən və elektron imza yaratma vasitələrinin təhlükəsizliyi baxımından “Elektron imza və elektron sənəd” haqqında

Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gələn smart (prosessorlu) kart;

2.3. PİN yalnız PİN-i bilən şəxs tərəfindən Smartkarın istifadəsinə imkan verən fərdi identifikasiya nömrəsi (rəqəmlərin kombinasiyası);

2.4. Аutentifikasiya sertifikatıMərkəz tərəfindən təkmil sertifikatla birlikdə verilən elektron sertifikat. Autentifikasiya sertifikatı əsasən istifadəçinin identifikasiyası üçün tətbiq edilir.

2.5. Kart oxuyan – smartkartda olan informasiyanı emal etməyə imkan verən oxuyucu qurğu




MÜQAVİLƏNİN PREDMETİ


3.1. Müqavilənin predmetini aşağıdakı məhsul və xidmətlər təşkil edir edir:



3.1.1.

Smartkart №



3.1.2.

Smartkarta aid olan PİN və PUK kodlu zərf - 1 (bir) ədəd



3.1.3.

Smartkarta (3.1.1) yazılan аutentifikasiya sertifikatı - 1 (bir) ədəd



3.1.4.

imza sertifikatı (təkmil sertifikat) – 1 (bir) ədəd



3.1.4.

autentifikasiya sertifikatının və imza sertifikatının (birlikdə Sertifikat adlandırılacaq) yayılması, ləğv edilməsi (dayandırılması) və yoxlanılması, vaxt göstəricilərinn qoyulması (elektron qeydi).



3.2. Müqavilənin bağlanılmasına əsas İmza sahibinin (Ərizəçinin) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinə təqdim etdiyi Ərizəsi təşkil edir. Qeyd olunan Ərizə bu Müqavilənin tərkib hissəsini təşkil edir və Ərizəyə əlavə edilən sənədlərin həqiqiliyinə və tamlığına görə məsuliyyəti İmza sahibi daşıyır.


TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ


4.1. Mərkəz İmza sahibinə:

4.1.1. Sertifikatda göstərilən informasiya ilə İmza sahibinin ərizəsində olan verilənlərlə uyğunluq təşkil etdiyinə əmin olmağa imkan yaradır;.

4.1.2. Operativ rejimdə istifadə olunan vaxt göstəricilərinin qeyd edilməsi xidmətini təqdim edir;.

4.1.3. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq operativ rejimdə xidmətlər göstərir;

4.1.4. İmza sahibinin Ərizəsində göstərdiyi və təkmil sertifikatına daxil olan məlumatlarından başqa bütün digər informasiyaların və onun tərəfindən yerinə yetirilən fəaliyyətlərin konfidensiallığına zəmanət verir.

4.1.5. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu müqavilənin şərtlərinə uyğun olaraq lazımi keyfiyyətdə xidmət göstərmək; 4.1.6. 24 saat fəaliyyət göstərən Dəstək xidmətinin 157 telefonu ilə smartkartların və sertifikatların istifadəsi ilə bağlı məsləhətlər verir.

4.2. İmza sahibi:

4.2.1 təsdiq edir ki, imza sahibi ilə müqavilə bağlamazdan əvvəl onun sertifikatının və imza vasitələrinin istifadə qaydaları, o cümlədən sertifikatın istifadə məhdudiyyətləri, Mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti, iddialara baxılma və mübahisələrin həlli barədə yazılı, aydın oxunan şəkildə məlumatlandırılmış 4.2.2 təsdiq edir ki, sertifikatın verilməsi sertifikat xidmətlərinin göstərilməsi üçün informasiya sistemlərinin, qurğularının və prosedurlarının təhlükəsizliyi qaydalarına uyğun gəlir;

4.2.2. ona göstərilən xidmətlərdən və təqdim edilən məhsullardan Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Müqaviləyə uyğun olaraq istifadə etməyi öhdəsinə götürür.

4.2.3. ona göstərilən xidmət və təqdim edilən məhsullar vasitəsilə bilavasitə və dolayısı ilə Mərkəzə və ya üçüncü şəxslərə vurduğu ziyanın tam şəkildə ödənilməsini öz üzərinə götürür

4.2.4. Başqa qayda müəyyən edilməmişdirsə, bu Müqavilə bağlanılmamışdan əvvəl smartkartın və sertifikatın haqqı ödənilməli və ödəniş haqqında sənəd Mərkəzə təqdim olunmalıdır.

4.2.5. Mərkəzin təqdim etdiyi məhsul və xidmətlərin istifadə etdiyi iş yerinin təhlükəsizliyini müstəqil təmin etməlidir.

4.3. İmza sahibi aşağıdakı hüquqlara malikdir:

4.3.1. Bu Müqavilənin predmetini təşkil edən xidmət və mahsullardan təyinatına uyğun olaraq istifadə etmək;

4.3.2. Mərkəzlər, onların xidmətləri, imzalar, imza vasitələrinin istifadəsi və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat almaq;

4.3.4. barəsində mərkəzlərdə toplanmış məlumatlarla tanış olmaq;

4.3.5. sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ya ləğvi barədə qərarlar, həmçinin mərkəzlərin fəaliyyəti ilə əlaqədar digər məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şikayət etmək.

4.3. Mərkəz aşağıdakı hüquqlara malikdir:

4.3.1. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutuluan şəkildə xidmətlər göstərmək;

4.3.2. Mərkəz Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunvericiliyində və müvafiq digər qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada xidmətlərin göstərilməsinə xitam vermək, dayandırmaq və ya bərpa etmək;

4.3.2.1. Sifarişçi və ya İmza sahibi istifadə edilmiş ödənişli xidmətlərin haqqını vermədikdə və Mərkəzin yazılı bildirişindən sonra 5 (beş) iş günü ərzində tam həcmdə xidmətlərin ödənilməsini təmin etmədikdə;

4.3.2.2. İmza sahibi normativ-hüquqi, texniki və standart dəyişiklikləri nəzərə almadıqda, həmçinin informasiya təhlükəsizliyinin təmin olunmasına yönələn Mərkəzin bilidirişlərinə riayət etmədikdə; 4.3.3. Mərkəz İmza sahibi tərəfindən „Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və ya Bu Müqavilənin şərtlərinə riayət etmədikdə, Mərkəzə və üçüncü şəxslərə ziyan vurduqda və ya buna cəhd göstərdikdə və həmçinin aşağıdakı hallarda İmza sahibinin sertifikatının fəaliyyətini dayandırmaq və ya ləğv etmək hüququna malikdir:



4.4. Mərkəz aşağıdakılara görə məsuliyyət daşıyır:

4.4.1 fəaliyyətinin təhlükəsizliyinə, imza yaratma məlumatlarının və imza sahibi barəsində məlumatların mühafizəsinə;

4.4.2 sertifikatdakı məlumatların tamlığı və düzgünlüyünə;

4.4.3 sertifikat xidmətlərinin keyfiyyətinə və dəqiqliyinə;

4.4.4 sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə;

4.4.5 Mərkəzin fəaliyyəti nəticəsində və Mərkəzin təqsiri üzündən imza sahibinə maddi və mənəvi zərər vurulmasına; 4.4.6 sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına.

4.5. „Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 17.6-cı maddəsinə uyğun olaraq, Tərəflər Bu Müqavilənin 4.4.5-ci maddəsində nəzərdə tutulan hal baş verdikdə Mərkəzin İmza Sahibinə vurulmuş zərərin yüksək həddini 200 manat müəyyən edirlər.

4.6. Əgər imza sahibi ona dəyə biləcək zərərin həcmini 200 manatdan yüksək müəyyən etdiyi təqdirdə ona dəyə biləcək zərərin əvəzinin ödənilməsi üçün könüllü sığortalanmanı həyata keçirməlidir.


HESABLAŞMA VƏ ƏLAQƏ ŞƏRTLƏRİ


5.1. Mərkəz tərəfindən İmza sahibinə təqdim edilən məhsul və xidmətlərin qiyməti aşağıdakı kimi müəyyən edilir:



Smartkart 1(bir) ədəd

Birdəfəlik

Smartkarta aid olan PİN və PUK kodlu zərf - 1 (bir) ədəd

Birdəfəlik

Kart oxuyan

Birdəfəlik

Autentifikasiya sertifikatının və imza sertifikatının verilməsi

İllik

Sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və sertifikatın ləğv edilməsi

İllik

Vaxt göstəricilərinin qeyd edilməsi

İllik

Elektron imzanın yaradılması



İmzanın istifadəsi üzrə məsləhətlər verilməsi



Cəmi



5.2. Mərkəz bu Müqavilənin 5.1-ci maddəsi üzrə müəyyən edilən qiymətlərdə dəyişikliklər etmək (qiymətlərin artırılması və ya azaldılması) hüququnu özündə saxlayır.

5.3. Bu Müqavilənin 5.1-ci maddəsində göstərilən qiymətlər dəyişdikdə Mərkəz bu qiymətlərin qüvvəyə minməsindən ən azı 2 ay əvvəl İmza sahibinə yazılı şəkildə məlumat verməlidir.

5.4. Xidmətlərə görə ödəniş bu Müqaviləyə uyğun olaraq İmza sahibi və ya onun təmsil olunduğu qurum tərəfindən həyata keçirilir. 5.5. Tərəflər aşağıda göstərilən ünvanlarla bir-biri ilə əlaqə yaradırlar:





MƏRKƏZ

İMZA SAHİBİ

Hüquqi (qeydiyyatda olan) ünvan:




MƏLUMAT HESABLAMA MƏRKƏZİ



Ünvanı- Bakı, Ü. Hacıbəyov 36 , Poçt indeksi- AZ 1000



Faktiki ünvan:




MƏLUMAT HESABLAMA MƏRKƏZİ



Ünvanı- Bakı, Droqal döngəsi 702-ci məhəllə , Poçt indeksi- AZ 1010



Elektron ünvan:




www.e-imza.az



info@e-imza.az



Bank rekvizitləri:




Bank- “KAPITAL” rabitə filiali

Bank- “KAPITAL” 2 saylı Səbail filiali

Azərpoçt MMC PF -1



VÖEN-9900037691

VÖEN-9900037691

VÖEN-9900037691



H/h 33060019441800225118

H/h 33060019443600234106

H/h 91015461204201000045



M/h- 0137010001944

M/h- 0137010001944

M/h-01370100094944



Kod: 200189

Kod: 200060

Kod: 691011



Bank VÖEN- 9900003611

Bank VÖEN- 9900003611

PF-1 VÖEN - 9900037711



SWİFT: AİİBAZ 2X

SWİFT: AİİBAZ 2X

SWİFT: AZPOAZ 22




MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ VƏ QÜVVƏDƏ OLMA MÜDDƏTİ


6.1. Müqavilə imzalanan andan qüvvəyə minir və smartkartın etibarlılıq müddəti aşağıda göstərilən tarixə kimidir.







6.2. Əgər İmza sahibinin hər iki sertifikatı ləğv edilirsə Bu Müqavilənin qüvvəsi sonuncu sertifikat ləğv olunan andan dayandırılmış hesab edilir.

6.3. Müqavilənin qüvvəsinin dayandırılması göstərilən sertifikat xidmətləri haqqının ödənilməsindən azad etmir.

6.4. İstənilən Tərəf digər Tərəfə 7 (yeddi) gün əvvəlcədən yazılı bildiriş göndərməklə bu Müqaviləyə xitam verə bilər.

6.5. Bu Müqaviləyə xitam verildikdən sonra Tərəflər Müqaviləyə xitam verilməsindən qabaq Müqavilə üzrə qəbul edilmiş öhdəlikləri tam yerinə yetirilməlidir.

6.6. Bu Müqavilə İmza sahibi tərəfindən və ya onun Bu Müqavilənin şərtlərini icra etməməsi səbəbindən xitam verilirsə, ona istifadə edilməmiş xidmətlərin qalıq dəyəri kompensasiya şəkildə ödənilmir.

6.7. Bu Müqavilə Mərkəz tərəfindən və ya onun Bu Müqavilənin şərtlərini icra etməməsi səbəbindən xitam verilirsə, İmza sahibinə istifadə edilməmiş xidmətlərin qalıq dəyəri və məhsullara görə ödədiyi haqq kompensasiya şəkildə ona qaytarılır.

FORS-MAJOR


7.1. Müqavilənin imzalandığı tarixdə mövcud olmayan və nəzərdə tutulmayan, Tərəflərin nəzarətindən kənarda meydana çıxan və meydana çıxmasıyla Tərəflərdən birinin və ya hər ikisinin də müqavilə ilə öhdələrinə götürdükləri borc və vəzifələri və ya tamamilə və vaxtında yerinə yetirmələrini qeyri-mümkün edən hallar gözlənilməyən səbəblər kimi qəbul edilir. (Məsələn, yoluxucu xəstəliklər, yanğın, zəlzələ, təbii fəlakətlər, qiyam, müharibə (elan edilsin ya da edilməsin), tətil, enerjinin kəsilməsi, xammal və digər məhsulların çatışmaması, yoxluğu, avadanlığın nəql edilməsi zamanı tələf olması və s. gözlənilməyən səbəblər hesab olunur).

7.2. Gözlənilməyən səbəblər nəticəsində müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirə bilməyən və ya öhdəliklərini yerinə yetirmədə gecikən Tərəf vəziyyətlə bağlı dərhal digər tərəfə məlumat verməlidir.

7.3. Gözlənilməyən səbəb (fors-major) yarandığı halda bu Müqavilənin yerinə yetirilməsi ilə əlaqədar Tərəflər qarşılıqlı məqbul saydıqları razılaşmaya nail olmağa çalışacaqlar.

7.4. Fors-majorun təsiri dayandıqda Tərəflər bir-birinə müvafiq yazılı bildiriş göndərməlidir.

7.5. Fors-majorun yaranması Tərəflərin öhdəliklərini yerinə yetirmə müddətini altı aya kimi uzadır.

7.6. Mərkəz öz sistemində zəruri və əsaslandırılmış (Məsələn, sistemin səmərəliliyinin artırılması ilə əlaqədar olaraq eni avadanlığın quraşdırılması və ya sistemin təhlükəsizliyinin artırılması ilə əlaqədar olaraq tədbirlərin həyata keçirilməsi) profilaktik tədbirlərlə əlaqədar olaraq xidmətlərin göstərilməsini müvəqqəti (ay ərzində 12 saata qədər) dayandıra bilər. Təxirəsalınmaz profilaktik tədbirlər istisna olmaqla, digər hallarda bu tədbirlər barədə İmza sahibinə 3 (üç) gün əvvəl məlumat verilməlidir.


FİKİR AYRILIQLARI VƏ MÜBAHİSƏLƏR


8.1. Bu müqavilə və ya onun tətbiq edilməsi səbəbi ilə ortaya çıxa biləcək hər cür narazılığı tərəflər ilk əvvəl öz aralarında danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.

8.2. Narazılıqlar danışıqlar yolu ilə həll edilmədiyi təqdirdə mübahisə inzibati qaydada və ya qanunla təsdiq olunmuş prosessual qaydalar çərçivəsində səlahiyyətli Məhkəmədə Azərbaycan Respublikasının qanunlarına əsasən həll olunacaqdır.


MƏHDUDİYYƏTLƏR VƏ MÜQAVİLƏYƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ


9.1. Mərkəz İmza sahibinin sertifikatların və onlarla bağlı olan digər xidmətlərin istifadəsi ilə bağlı hərəkətlərinə, eləcə də bu hərəkətlərin nəticələrinə görə məsuliyyət daşımır.

9.2. Mərkəz üçüncü şəxslər tərəfindən İstifadəçi haqqında sertifikatda göstərilən informasiyanın istifadə etmələrinə görə məsuliyyət daşımır.

9.3. Tərəflər qəbul edirlər ki, Mərkəz İmza sahibi tərəfindən ona təqdim edilən informasiyanın həqiqiliynə və onun aktuallığına görə, həmçinin üçüncü şəxslər tərəfindən bu Müqavilə çərçivəsində göstərilən xidmətlər üzrə İmza sahibinə aid olan informasiyanın istifadə edilməsi ilə əlaqədar onlara dəyən zərərə görə məsuliyyət daşımır.

9.4. Bu Müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə edilən əlavələr və düzəlişlər hər iki Tərəf imzaladıqdan sonra qüvvəyə minir.




TƏRƏFLƏRİN ƏLAVƏ VƏZİFƏLƏRİ


10.1. İmza sahibi Mərkəz tərəfindən təqdim edilən sertifikat xidmətlərinin göstərilməsi şərtləri ilə tanış olduğunu bir daha təsdiqləyir və onların yerinə yetirilməsinin mümkünlüyünü və özü üçün mütləq olduğunu qəbul edir.

10.2. İmza sahibi öz fərdi məlumatlarını sertifikata daxil etməyə və sertifikatdan istifadə zamanı üçüncü şəxslər üçün də onun açıq olmasına (dərc edilməsinə) icazə verir.

10.3. İmza sahibi Mərkəz tərəfindən İmza sahibinin verilənlərinin doğruluğunu yoxlamaq hüququna malik olması, o cümlədən Dövlət reyestrlərindən və informasiya resurslarından fərdi verilənləri almaq və İmza sahibinin fərdi məlumatlarının dəyişməsini izləmə hüququna malik olması ilə razılaşdığını bildirir.

Ancaq bütün bunlar heç də Mərkəzin üzərinə sertifikata müvafiq dəyişiklikləri daxil etmək vəzifələrini qoymur.

10.4. Mərkəz İmza sahibinin fərdi məlumatlarını yalnız sertifikat xidmətlərinin təqdim edilməsi üçün istifadə edir. 10.5. İmza sahibi Mərkəzə təqdim etdiyi məlumatlarda dəyişikliklər baş verdikdə bu barədə Mərkəzə dərhal məlumat verməyi öz öhdəsinə götürür.




TƏRƏFLƏRİN İMZALARI


NRYTN MHM-in direktoru

______________________________



/imza, tarix/

İmza sahibi





______________________________



/imza, tarix/

Yüklə 23,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə