“Səs”. 014. 16 yanvar.№ S. Müstəqilliyimizə gedən yol 20 yanvardan keçir



Yüklə 182,75 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü182,75 Kb.
#54865


“Səs”.-2014.-16 yanvar.-№ 7.-S.8-9. 

 

Müstəqilliyimizə gedən yol 20 yanvardan keçir 

 

“Azərbaycan  xalqı  20  Yanvarda  hərbi,  siyasi,  mənəvi  təcavüzə  məruz  qalsa  da,  öz  tarixi 

qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara 

sinə  gərmək,  hətta  şəhid  vermək  əzmini  bütün  dünyaya  nümayiş  etdirdi.  1990-cı  ilin  Qanlı 

Yanvarında  Azərbaycanın  azadlığı  və  müstəqilliyi  uğrunda  şəhidlik  zirvəsinə  ucalmış  Vətən 

övladları  özlərinin  fədakarlığı,  şəhidliyi  ilə  xalqımızın  qəhrəmanlıq  səlnaməsinə  parlaq  səhifə 

yazdılar”. 

Heydər Əliyev 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar günü 



respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və 

iradəsini  qırmaq,  milli  mənliyini  alçaltmaq  məqsədilə  totalitar  sovet  rejiminin  həyata  keçirdiyi 

terror  aktı  nəticəsində  bəşər  tarixində  insanlığa  qarşı  törədilmiş  ən  ağır  cinayətlərdən  biri  baş 

verdi.  Yüzlərlə  günahsız  insan  yaralandı  və  qətlə  yetirildi.  Ən  ağır  sınaqlara  sinə  gərmək  əzmini 

bütün  dünyaya  nümayiş  etdirən  Azərbaycan  övladları  1990-cı  il  yanvarın  20-də  xalqımızın 

qəhrəmanlıq  salnaməsinə  parlaq  səhifə  yazdılar.  Azərbaycan  xalqı  öz  igid  övladlarının 

fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların əziz xatirəsini böyük ehtiramla 

yad edir”. 

İlham Əliyev 

 

XX  əsr  tarixində  totalitarizmin  həyata  keçirdiyi  ən  qəddar  terror  aktlarından  biri  olan  20  Yanvar 



faciəsi Azərbaycan xalqına qarşı yönəldilmiş ən dəhşətli cinayətdir. Hara gəldi yağdırılan güllələr hərəni 

bir  yerdə  yaxaladı,  kimisini  küçədə,  avtobusda,  xüsusi  minik  maşınlarında,  kimisini  öz  eyvanında, 

qapısının ağzında, evinin içində qətlə yetirdi. Neçə-neçə vətən övladları düşmən gülləsinə tuş gəlib həlak 

oldu,  ömürlük  əlil  oldu,  yaralanıb  həmişəlik  sağlamlığını  itirdi.  Minlərlə,  milyonlarla  insanların 

mənəviyyatına,  mənliyinə,  vüqarına,  milli  hisslərinə  vurulan  zərbələrin  ağrı-acısının  həddi-hüdudu  yox 

idi. 


Silahsız vətənpərvər insanlar qətiyyət, cəsarət və qəhrəmanlıq göstərib, mərkəzin böyük ordusu ilə üz-

üzə  durdu,  təcavüzün  qarşısını  almağa  qalxdı.  Lakin  qeyri-bərabər  qarşıdurmada  137  Azərbaycan 

vətəndaşı  həlak  oldu,  canını  vətən  yolunda  qurban  verdi,  yüzlərlə  insan  yaralandı,  şikəst  oldu  və  itkin 

düşdü.  O  gecə  xalqımızın  ən  ləyaqətli  övladları  ölkəmizin  azadlığı,  tarixi  torpaqlarımızın  bölünməzliyi 

yolunda şirin canlarından keçdilər. 

20  Yanvar  gecəsində  xüsusi  hazırlıqlı  rus  əsgərləri  azadlıq  istəyənlərin  ürəklərinə,  müstəqillik 

haqqında düşünən beyinlərə, həqiqəti deyən dillərə, təcavüzə etiraz edən səslərə atəş açdılar. O gecə neçə-

neçə  cavan,  qoca,  uşaq,  qadın  qətlə  yetirildi,  ata-ana  övladsız  qaldı,  bacılar  qardaşını,  gəlinlər  ərini 

itirdilər,  sinəsinə  düşmən  gülləsinə  sipər  çəkən  övladlarımız  Şəhidlər  Xiyabanında  daşlaşıb 

heykəlləşdilər, əbədiyyətə qovuşdular. 

Heydər Əliyevin 20 yanvar faciəsi ilə bağlı imzaladığı  sərəncamında deyilirdi: “...ayağa qalxan xalqın 

inam və iradəsini qırmaq, milli mənafeyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək 

məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar  kommunist rejiminin Azərbaycan xalqına qarşı 

hərbi təcavüzü və cinayəti idi ” 

20  Yanvar  məzmunca  terror  aksiyası,  qanlı  faciə,  bəşəriyyət  qarşısında  cinayət  olsa  da,  xarakter 

etibarilə açıq hərbi təcavüz idi. Vahid ölkə daxilində mərkəz, ittifaqın müstəqil hüquqlu subyektinə elan 

etmədən gecə vaxtı 170 minlik ordu yeritdi, özünün “vətəndaşlarına” amansız divan tutdu. 

 Sovet  imperiyasının  1990-cı  ilin  yanvar  ayının  20-də  Azərbaycanda  törətdiyi  hərbi  təcavüz 

beynəlxalq hüququn “Yus Çodens” prinsipinə, hər bir dövlətin və bütünlükdə dünya dövlətlər birliyinin 

mənafelərinə  xidmət  edən,  icrası  hamı  üçün  məcburi  sayılan  beynəlxalq  hüquq  normalarına  ziddir. 

İmperiya hərbi təcavüzlə BMT-nin Nizamnaməsinin 1,55 və 56-cı maddələrini, 1948-ci il insan hüquqları 

haqqında  Ümumi  Bəyannamənin,  insan  hüquqlarının  və  azadlıqlarının  qorunması  və  onların  təmin 

edilməsi barədə öhdəliklərinin yerinə yetirilməsi prinsipini kobud şəkildə pozdu. 

İmperiya  20  Yanvar  faciəsini  törədərkən  öhdəsinə  götürdüyü  bütün  beynəlxalq  öhdəlikləri  pozaraq, 

BMT-yə, onun TŞ-yə, dünyanın demokratik ictimaiyyətinə meydan oxudu, özünün totalitar rejimə 1966-

cı  il  “  Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Pakta”  qoşulmuş  və  onun  prinsiplərinə  əməl 

edəcəyini öhdəsinə götürmüşdür. Lakin, mərkəz həmin paktın 6-cı maddəsində təsbit edilmiş “yaşamaq 



hüququ hər bir insanın ayrılmaz hüququdur” prinsipini pozaraq, Bakıda yüzlərlə insanı vəhşicəsinə məhv 

etdi. 


Paktın  7-ci  maddəsində  qeyd  edilmiş  “Heç  kəs  işgəncələrə,  qəddar,  qeyri-insani,  yaxud  ləyaqəti 

alçaldan davranışa və ya cəzaya məruz qalmamalıdır” prinsipini pozan sovet imperiyasının hərbi hissələri 

əliyalın, silahsız insanları tankların altında əzdi, yerlə-yeksan etdi, ömürlük şikəst qoydu. 

Demokratik dünya təcrübəsində qəbul edilmiş meyara görə “heç kəs qanunsuz cəzalandırılmamalıdır, 

heç  bir  cinayətkar  cəzasız  qalmamalıdır”  .  Bu  meyar  ən  demokratik  ənənələrə,  sivil  dövlətçilik 

prinsiplərinə  söykənir.  Lakin  sovet  imperiyası  bu  demokratik  prinsipi  kobud  pozaraq,  Paktın  9-cu 

maddəsinə məhəl qoymadan günahsız insanları həbs etdi, işgəncələrə məruz qoydu, onlara qeyri-qanuni 

əzablar verdi, yaxınlarına məlumat vermədən gizli yerlərdə saxladı. 

70  illik  əsarət  zəncirini  qırıb  tullamaq  arzusu  ilə  yaşayan  insanlar  qəzəbini  qılınca  çevirərək  qatı 

millətçi erməni separatçılarının və SSRİ-nin ermənipərəst rəhbərliyinin mənfur niyyətlərinə baş əymədi 

və  azadlıq  əzmindən  dönmədi.  Nə  qırmızı  imperiyanın  tankları,  ölümsaçan  güllələri,  nə  də  törədilmiş 

qırğınlar, dəhşətli qətl  hadisələri Azərbaycan xalqının iradəsini qıra bilmədi. İmperiyanın müxtəlif cəza 

tədbirləri  ilə  müşayiət  olunan  hərbi  təcavüzü  Azərbaycan  xalqının  iradəsini,  mübarizə  əzmini  sarsılda 

bilmədi,  azadlığı  uğrunda  ayağa  qalxan  millətimizi  düz  çökdürmək  niyyətləri  puça  çıxdı.  Tarixi 

qəhrəmanlıq  ənənələrinə  sadiq  qalan  vətən  övladları  bu  dəfə  də  millət  qarşısında  vətəndaşlıq  borcunu 

ləyaqətlə yerinə yetirdi. 

Xalqın  əzmi  göstərdi  ki,  Azərbaycanı  silah  gücünə  əsarətdə  saxlamaq,70  il  ərzində  sürgünlər, 

qadağalar, haqsızlıqlar rəmzinə çevrilmiş fövqəl dövlətin süqutunu dayandırmaq mümkün deyil. İmperiya 

iddialarından doğan bu qərəzli, faciəli aksiya ittifaqın dayaqlarını sarsıtdı, onun süqutunu yaxınlaşdırdı, 

xalqın müstəqilliyinin labüdlüyünü təsdiq etdi, onun milli şüurunda inqilabi keyfiyyət dəyişikliyi yaratdı. 

Cəsarət, qətiyyət, vətənpərvərlik nümayiş etdirən xalq bir daha sübut etdi ki, onun mübarizə və azadlıq 

əzmini qırmaq mümkün deyil. 

Azadlığa, müstəqilliyə qovuşmaq üçün bütün təzyiqləri dəf etməyə hazır olan xalqımızın arzularının 

və  məhkum  olduğu  əsarətdən  qurtuluşunun  reallığı  aydın  görünürdü.  Heç  bir  məkrli  niyyət,  qara  əllər 

azadlıqsevər xalqın müqəddəs arzularını, azadlıq ideyalarını boğa bilmədi, xalqımız müstəqilliyə daha da 

yaxınlaşdı. 

20 Yanvar günü xalqımız böyük itkilər versə də o, öz namusunu və şərəfini qoruya bildi və sübut etdi 

ki, onun iradəsini qırmaq olmaz. 20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycana və bütün insanlığa 

qarşı  törətdiyi  ən  ağır  cinayət  idi.  20  Yanvar  faciəsi  qırğını  Azərbaycan  xalqının  qəddini  əysə  də,  onu 

sındıra  bilmədi,  əksinə  daha  da  mətinləşdirdi,  mübariz  etdi, daha  böyük  əzmlə  azadlıq  uğrunda döyüşə 

qovuşdurdu.  Xalq  özünün  qəhrəmanlıq  səlnaməsini  yazdı,  tarixi  mübarizlik  ənənələrini  daha  da 

gücləndirdi,  onun  vətənpərvər  övladları  vətənin  azadlığı  yolunda  şəxsi  həyatını  şəhidlik  zirvəsinə 

yüksəltmək əzmini təsdiq etdilər. 

Qanlı-qadalı  20  Yanvar  faciəsi  xalqımızın  azadlıq  iradəsini,  müstəqillik  əzmini  əzmək,  söndürmək 

məqsədi güdsə də, Azərbaycan tarixinə matəm günü kimi düşdü, müstəqilliyimiz yolunda yeni mərhələ 

oldu. 


Qədim  tariximizdə  çoxsaylı  müharibələrə,  fəlakətlərə,  faciələrə  düçar  olmuş  Azərbaycan  xalqı  heç 

zaman  zorakılığa,  təcavüzə  baş  əyməmiş,  ədalətsizliklə  barışmamış,  yeni  qüvvə  toplamış,  mübarizlik 

göstərmiş , qalib gəlmişdir. Erməni mafiyasının fitvası ilə törədilən imperiyanın qanlı 20 Yanvar faciəsi 

də belə oldu. Mərkəzin 20 Yanvar faciəsi Azərbaycan xalqının nifrətini, etirazını, mübarizə əzmini daha 

da gücləndirdi, müstəqillik tariximizin mühüm mərhələsinə çevrildi. 

Təəssüflə deməliyik ki, sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi bu təcavüz aktına uzun 

müddət hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız faciədən dörd il sonra Heydər Əliyevin təşəbbüsü ilə 

Milli Məclis 1994-cü ildə 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarlarının hüquqi, siyasi və 

mənəvi  məsuliyyətini  ətraflı  müzakirə  etmiş,  onların  konkret  adlarını  ictimaiyyətə  çatdırmışdır. 

Araşdırmalar  zamanı  məlum  olmuşdur  ki,  mərkəzin  hərbi  müdaxiləsi  ermənilərin  məkrli  planı,  sovet 

imperiyasının  geostrateji  siyasəti,  respublika  rəhbərliyinin  qətiyyətsizliyi,  müti  mərkəzçilik  mövqeyi, 

müxalifətin hakimiyyət hərisliyi, təcrübəsizliyi sayəsində reallaşmaq imkanı əldə etdi. 

Çaş-baş qalan xalqın bu ağır günündə Heydər Əliyev 1990-cı ilin yanvar ayının 21-də, faciənin ertəsi 

günü  Azərbaycanın  Moskvadakı  nümayəndəliyinə  gəlib  ittifaq  rəhbərliyini  və  onun  vəhşi  ordusunu 

cəsarətlə  ittiham  etdi,  xalqımıza  mənəvi  və  siyasi  dayaq  verdi,  onu  yeni  qüvvə  ilə  mübarizəni  davam 

etdirməyə çağırdı. Heydər Əliyevin imperiya qarşısında, onun paytaxtında mərkəzin ünvanına söylədiyi 

cəsarətli ittihamları xalqın mübarizə əzmini daha da gücləndirdi, qətiyyətli addimlar atmağa ruhlandırdı. 

Yalnız Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ciddi-cəhdi nəticəsində 1994-cü ildə 

bütün sənədlər üzə çıxarıldı, 20 Yanvar faciəsi öz hüquqi-siyasi qiymətini aldı və onun törədilməsində əli 



olmuş  şəxslər  ifşa  edildi.  Azərbaycan  itirdiklərinin  müqabilində  azadlıq,  müstəqillik  qazandı.  Xalq  bu 

müstəqilliyi göz bəbəyi  kimi qoruyur,  möhkəmləndirir, şəhidlərimizin xatirəsini yad edir, firavan həyat 

uğrunda əzmlə çalışır, işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün mübarizə aparır. 

Qanlı 20 Yanvar faciəsi mahiyyət etibarı ilə qəddarlıq, vəhşilik baxımından yaddaşlardan silinməyən, 

beyinlərdə min illərlə yaşayan, şüurlara qanla yazılan tarixi hadisədir. 

Qərəzli meyarlarla silahsız, günahsız insanların böyük qəddarlıqla kütləvi qətlə yetirilməsi beynəlxalq 

cinayət kimi unudulmazdır, bağışlanmazdır. Şəhidlər xiyabanında uyuyan, əbədiyyətə qovuşan qəhrəman 

övladlarımızın .şəhərin ən yüksək nöqtəsindən boylanan qəzəbli baxışları, nifrəti, ünvanları bəlli olan qan 

içən  cəlladlara,  xəyanətkarlara  və  vəzifə  hərislərinə  yönəlib.  Şəhidlərin  nifrət  dolu  ruhu,  haqq,  ədalət, 

qanun  gec-tez  cinayətkarların  əli  ilə  dünyasını  dəyişənlərin  qanına  bulanmış  məmurları,  hərbiçiləri 

məhşər ayağına çəkəcək, onlara dar ağacı quracaqdır. 

Bütün faciəli nəticələri ilə birlikdə 20 Yanvar Azərbaycan xalqının yaddaşına, tarixinə milli azadlıq, 

dövlət  müstəqilliyi  uğrunda  mübarizəsinin  zirvəsi  kimi  daxil  olmuşdur.  20-si  yanvarda  itirdiklərimizlə 

yanaşı, bu faciədə xalqımız vahid  birliyini, qəhrəmanlıq əzmini bir daha nümayiş etdirdi. Silahlı imperiya 

ordusuna qarşı əliyalın, silahsız çıxan, qorxub qaçmayan, cəsarətli insanlar ölkəmizin ərazi birliyinin və 

suveren hüquqlarının müdafiəsinə qalxdı və şəxsi həyatı ilə hesablaşmadı. 

Hərbi, siyasi, mənəvi təcavüzə məruz qalan xalqımız, vətənin suverenliyi və azadlığı naminə ən ağır 

sınaqlara  tab  gətirdi,  millət,  torpaq  uğrunda  şəhid  olmaq  əzmini  bütün  dünyada  nümayiş  etdirdi. 

Vətənimizin istiqlalı yolunda şəhidlik zirvəsinə ucalan qeyrətli övladlarımız xalqımızın şanlı tarixinə daha 

bir  qəhrəmanlıq  salnaməsi  yazdılar.  20  yanvardan  24  il  keçsə  də  biz  o  müdhiş  gecəni,  şəhidlərimizin 

qəhrəmanlığını min illərlə unutmayacaq, ürəklərimizdə yaşadacayıq. Ulu öndər Heydər Əliyevin dediyi 

kimi xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki 20 Yanvar ayrı-ayrı insanlara edilən qəsd, təcavüz 

deyildir, bu bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz 

idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır , onlar millətimizin qəhrəmanlarıdır. 

24  il  bundan  əvvəl  baş  verən  qanlı  20  Yanvar  faciəsi  xalqımızın  azadlıq  iradəsini,  əzmini  qırmaq, 

sındırmaq  məqsədi  güdsə  də,  Azərbaycan  tarixinə  qəhrəmanlıq  günü  kimi  düşdü,  müstəqilliyimizin 

yolunda yeni mərhələ oldu. Qədim tarixində çox saylı faciələrə düçar olmuş Azərbaycan xalqı heç zaman 

zorakılığa, təcavüzə baş əyməmiş, ədalətsizliklə barışmamış, yeni qüvvə toplamış, mübarizlik göstərmiş, 

qalib  gəlmişdir.  İmperiyanın  və  ermənilərin  fitvası  ilə  törədilən  qanlı  20  Yanvar  faciəsi  Azərbaycan 

xalqının  nifrətini,  etirazını,  mübarizə  əzmini  daha  da  gücləndirdi,  müstəqillik  tariximizin  mühüm 

mərhələsinə çevrildi. 

Ulu öndər Heydər Əliyev demişdir: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, 

qara  səhifəsi,  həm  də  qəhrəmanlıq,  rəşadət  səhifəsidir.  Biz  o  günlərdən  nə  qədər  uzaqlaşsaq,  həmin 

günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də 

gələcək nəsillər buna daha dolğun daha düzgün qiymət verəcəklər.” 1993-cü ilin oktyabr ayında Prezident 

seçilən Heydər Əliyev  20  Yanvar hadisəsinin səbəblərini və nəticələrini araşdırmaq üçün xüsusi dövlət 

komissiyası  yaratdı,  faciəyə  siyasi-hüquqi  qiymət  verilməsini  Milli  Məclisə  tövsiyyə  etdi.  1994-cü  ilin 

yanvar  ayının  18-də  Milli  Məclis  20  Yanvar  faciəsinin  səbəblərini  və  nəticələrini  müzakirə  etməyə 

başladı, hüquqi və mənəvi məsuliyyət daşıyan günahkarların siyahısını elan etdi. 

20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycana və bütün insanlara qarşı törətdiyi ən ağır cinayət 

idi.  20  Yanvar  qırğını  Azərbaycan  xalqının  qəddini  əysə  də,  onu  sındıra  bilmədi,  əksinə  daha  da 

mətinləşdirdi,  mübariz  etdi,  daha  böyük  əzmlə  azadlıq  uğrunda  döyüşə  sövq  etdi.  Xalq  özünün 

qəhrəmanlıq səlnaməsini yazdı, tarixi mübarizlik ənənələrini özünə qaytardı, onun vətənpərvər övladları 

Vətən, azadlıq yolunda şəxsi həyatlarını qurban verib şəhidlik zirvəsinə yüksəlmək əzmini təsdiq etdilər. 

Müxtəlif vəziyyətlərdə şüurlu surətdə şəhidlik taleyini seçən övladlarımız arasında respublikamızın ali 

məktəblərinin 12 tələbəsi olmuşdur. 

Şəhid  tələbələrimizin  dünyasını  dəyişdiyi  vaxtdan  xeyli  müddət  keçsə  də  onların  cəsarəti,  qətiyyəti, 

vətənə bağlılığı bu gündə bizi düşündürür, sevindirir, hər birimizdə qürur hissi doğurur. Şəhidlərimizin 

vətən,  millət  sevgisi  onların  genində,  ana  südündə,  ata  qeyrətindədir.  Çünki,  nakam  həyatını  vətən 

yolunda fəda etmək qeyrət, cəsarət, ürək tələb edir. Vətənin taleyi təhlükə qarşısında qaldıqda bizim şəhid 

tələbələrimiz vətəndaşlıq duyumu ilə miskin yaşamaqdansa, qeyrətli ölümə üstünlük verdilər. 

Əbədi  qəhrəmanlıq  dünyasına  qovuşarkən  şəhidlərimiz  kişi  cəsarəti  göstərib  demişlər:  “  təki  vətən 

yaşasın,  təki  azadlığımız  bərpa  edilsin,  təki  müstəqilliyimiz  qorunsun”.  Bizim  övladlarımız  bu  amalla 

canlarını qurban verdilər, şəhid oldular, əbədiyyətə qovuşdular, işğalçıların top-tüfəngindən çəkinmədilər, 

vətən  yolunda  ölümə  hökm  oxudular,  müstəqilliyimiz  uğrunda  ölərək  ölməzlik,  əbədiyyət  səviyyəsinə 

yüksəldilər. Şəhidlərimiz ölməklə vətən, torpaq uğrunda ölməyi bizə öyrətdilər, hər birimizə millət, vətən 




yolunda ölümə hazır olmağı vəsiyyət etdilər. Çünki, yalnız bu yolla müstəqilliyimizi, azadlığımızı qoruya 

bildik, qaldırdığımız üçrəngli bayrağı enməyə qoymadıq. 

Bizim  şəhidlərimizin  qəhrəmanlığı  göstərdi  ki,  Azərbaycanın  müstəqilliyi  əbədidir  və  onu  heç  bir 

qüvvə döndərə bilməz. 

Prezident Heydər Əliyev cənablarının dediyi kimi müstəqilliyimiz yolunda faciəli mərhələ olan qanlı 

20  Yanvar  günü  və  onun  qurbanları  heç  bir  zaman  unudulmayacaq  və  xalqın  tarixində  əbədi 

yaşayacaqdır. 

Böyük qürur hissi ilə qeyd edirik ki, həyatını vətən üçün, xalq üçün qurban verən qəhrəman, cəsarətli, 

qeyrətli övladlarımız yetişmişdir. Onlar şərəfli ölümü miskin həyatdan üstün tutdular. Bu qətiyyətin, milli 

qeyrətin,  mənəvi  yetkinliyin,  vətəndaşlıq  hissinin  zirvəsidir.  Bu  milli  qeyrət  üçün  biz  şəhidlərimizin 

valideynlərinə minnətdarıq. 

Biz  inanırıq  ki,  qəhrəmanlıq  mücəssəməsinə  çevrilmiş  şəhidlərimiz  haqqında  gələcəkdə  çoxsaylı 

kitablar yazılacaqdır. Bununla belə 20 Yanvar şəhidləri haqqında oxuculara təqdim edilən bu xatirə kitabı 

hələlik  ilk  təşəbbüsdür.  Əminik  ki,  həyatını  vətən  və  müstəqilliyimiz  yolunda  qurban  vermiş 

şəhidlərimizin xatirələrini əbədiləşdirmək məqsədi ilə gələcəkdə daha çox iş görüləcək, onların qeyrətli 

həyat yolunun bütün çalarları daha ətraflı qələmə alınacaq, bütün xalqımıza çatdırılacaqdır. 

Şəhidlərimizin  qəhrəmanlığı  xalqımızın  yaddaşında  əbədi  yaşayacaq,  həmişə  xatırlanacaq,  gənclərə 

nümunə olacaqdır. Şəhidlərimizin valideynləri, övladları onların vətəndaşlıq qeyrəti ilə fəxr edə bilərlər. 

Onların buna mənəvi haqqı vardır. Çünki Azərbaycanın müstəqilliyinin qazanılmasında bu qəhrəmanların 

övladlarının xidmətləri böyükdür. 



Allah şəhidlərimizə rəhmət eləsin, onların məzarı nurla dolsun! 

 

Eldar Qəhrəmanov 

Azərbaycan Universitetinin rektoru. 

 

Yüklə 182,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə