Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə1/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
  1   2   3   4   5   6   7   8   9   ...   53
70232

SEVİNC ABBASOVA ZAKİR QIZI
f
t
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 
QADIN HƏRƏKATININ İNKİŞAF TARİXİ
Bakı - 2007


ELMİ REDAKTOR: 
akademik  İsmayıl  Hacıyev
RƏYÇİLƏR: 
tarix elmləri doktorıı,
professor Hacıləxrəddin Səfərli
fəlsəfə elmləri doktoru, 
professor Məmməd  Rzayev
Sevinc Zakir qızı Abbasova, «Naxçıvan Muxtar Respublikasında 
qadın hərəkatının inkişaf tarixi», Bakı,  2007.
Kitabda Naxçıvan Muxtar Respublikasında qadın hərəka­
tının  formalaşması,  sosial-mədəni  və  ictimai-siyasi  həyatda  qa­
dınların  oynadığı  rol  təhlil  edilmişdir.  Tədqiqatda  Naxçıvanda 
qadın  hərəkatının inkişafının  ümumi  qanunauyğunluqları  və  spe­
sifik xüsusiyyətləri də nəzərdən keçirilir.
Kitab  tələbələr,  Azərbaycan  tarixi  problemləri  ilə  m araq­
lanan oxucular üçün nəzərdə tutulmuşdur.
ISBN 9952-29-074-1
© A.Sevinc 
MBM


I
ON  SÖZ
İctimai  inkişafın  göstəriciləri  sırasında  qadınların  cəmiyyətdə 
yeri  və  rolu  olduqca  mühümdür.  Müasir  dövrdə,  ölkəmizdə 
hüquqi  dövlət, demokratik  cəmiyyət  qurulduğu bir zamanda  qar­
şıda  duran  ən  mühüm  vəzifələrdən  biri  qadının  cəmiyyətdəki  so­
sial  rolunu zənginləşdirmək,  ona  bərabərhüquqlu  vətəndaş  və  ey­
ni zamanda bir ana  kimi  öz imkanlarını  reallaşdırmaq  üçüq şərait 
yaratmaqdan ibarətdir. 

  ‘  ■
Qadının  ictimai  və  sosial  vəziyyətinin  yaxşılaşdırılması^  şəxsi 
inkişafı,  onun  professional,  mədəni  və  siyasi  fəallığının  analıq, 
ailə-məişət  funksiyaları  ilə  ahəngdar  uzlaşdırılması  üçün  məq­
sədyönlü  iş  aparmaq  tələb  olunur.  Bu  problem  həm  də  ona' görə 
aktuallıq  kəsb--edir  ki,  yaşadığımız  keçid  dövründə  cəmiyyətdə 
baş verən sosial dəyişikliklərdən ən  çox əziyyət çəkənlər məhz qa­
dınlardır.  Onların sosial müdafiəsinin, maddi rifahının yaxşılaşdı­
rılması bu gün həllini tələb edən ən vacib məsələdir.
Qadınların  cəmiyyətin  inkişafındakı  miihüm  rolunu  yüksək 
qiymətləndirən  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 
Əliyev qadınlarımızın ictimai-siyasi fəallığının  artırılması,  'onların 
sosial-iqtisadi,  mədəni-məişət  problemlərinin  həlli  istiqamətində 
bir  sıra  mühüm  əhəmiyyətli  qərarlar  qəbul  etmişdir.  1995-ci  ildə 
Azərbaycan  Respublikası  Birləşmiş  Millətlər, Təşkilatının  «Qa­
dınlara  münasibətdə  ayrıseçkiliyin  bütün  formalarının  ləğv 
olunması  haqqında»  konvensiyasına  qoşulmuş,  1998-ci  ildə  ölkə­
də  qadın  problemləri  üzrə  Dövlət  Komitəsi  yaradılmışdır.  Uzun 
fasilədən  sonra  1998-ci  ilin  sentyabrında  çağrılmış  Azərbaycan 
qadınlarının  V  qurultayı  ölkəmizin  qadınlarının  həyatında 
mühüm  hadisə  oldu.  Nəhayət,  Heydər  Əliyev  Azərbaycan  Res­
publikasına  rəhbərlik  edərlçən  1999-cu  ilin  14  yanvarında  qadın­
ların  ölkənin  sosial-iqtisadi,  siyasi  və  mədəni  həyatında  rolunu 
artırmaq,  Azərbaycan  Respublikasında  BMT-nin  «Qadınlara 
münasibətdə  ayrıseçkiliyin  bütün  formalarının  ləğv  olunması 
haqqında»  konvensiyasından  irəli  gələn  öhdəlikləri  daha  geniş 
miqyasda  həyata  keçirmə^:  məqsədilə  sərəncam  imzalamış  (6, 
1999-cu  il,  15  yanvar),  2000-ci  il  martın  6-da  isə  Azərbaycanda 
qadın  siyasətinin  həyata  keçirilməsini  xüsusi  fərmanla  rəsmiləşdi-
i
з


9
rilmişdir  (6,  2000-ci  il,  7  mart).  Möhtərəm  Heydər Əliyevin  apar­
dığı  uğıırlıı  siyasət  nəticəsində  qadınlarımızın  ictimai-siyasi  fəal­
lığı  yüksəlmiş,  qadın  hərəkatına  dövlət  tərəfindən  himayədarlıq 
xeyli artmışdır.
Cəmiyyətin  idarə  edilməsində,  dövlət  əhəmiyyətli  qanun  və 
qərarların  qOəbul  olunmasında qadınlarımız xüsusi  rola  malikdir­
lər.  Bu  gün qadınlarla  bağlı  dövlət  siyasəti elə aparılır ki,  o,  bəra­
bər hüquqlar siyasətini  tam tə'min edir.  İndi respublikamızda on­
larla qadın qeyri-dövlət təşkilatları da fəaliyyət göstərir.  1
Ilakin  cəmiyyətdə  qadınların  yüksəliş  yolu  heç  də  asan  olma­
mış,  onlar  öz  hüquq  və  abadlıqları,  layiqli  həyat  uğrunda  əsrlər 
boyu  mübarizə  aparmışlar.  Zaman  keçdikcə  qadınların  cə­
miyyətdə tutduqları mövqe də yüksəlmişdir. Azadlıq və demokar- 
tiya  uğrunda  qadın  hərəkatı  bütün  dünyaya  yayılmışdır.  Azər­
baycan  qadınları  da  dünya  qadın hərəkatı  tarixində  öz  izini  qoy­
muş,  istiqlal  və  bərabərlik  uğrunda  mücadilə  sayəsində  bugünkü 
mədəni səviyyəyə’yüksəlmişlər.  Ancaq bu mədəni və sosial  yüksə­
liş yolları çox çətin  olmuşdur.
Ölkəmizdə qadın hərəkatı çoxmərhələli inkişaf yolu keçmişdir. 
Bu  hərəkatın  tarixindən  ibrət  almalı,  öyrənməli  çoxlu  məqamlar 
vardır.  XIX əsrin  II  yarısından  başlayaraq  Azərbaycan  qadınları 
çarizmin  təzyiqlərinə  və  qadağalarına  baxmayaraq,  müsəlman- 
türk  qadınlarının  maariflənməsi,  mədəni-ictimai  həyata  qatılma­
sı,  onların  sosial-iqtisadi  azadlıqları  uğrunda  gərgin  mübarizə 
aparmışlar.  Lakin  azərbaycanlı  qadınların  əsl  yüksəliş  dövrü 
məhz  XX  əsrlə  bağlı  olmuşdur.  Görkəmli  dövlət  xadimi  Heydər 
Əliyev  Azərbaycan  qadınlarının  keçdiyi  yolu  qiymətləndirərək 
qeyd  etmişdir:  «Tarixə  nəzər  salarkən  böyük  məmnuniyyət  hissi 
ilə  demək  olar  ki,  Azərbaycan  qadım  XX  əsrdə  böyük  şanlı  yol 
keçmiş  və  uğurlar  əldə  etmişdir.  Çoxəsirlik  tariximizdə  demək 
olar  ki,  qadın  heç  vaxt  XX  əsrdəki  qədər  yüksəlməmiş,  heç  vaxt 
bu zirvələrə çatmamışdır” (6,  1999-cu il, 8 mart).
Eyni zamanda, 7Ö il ərzində yaşadığımız sovet dövründə də bu 
mübarizə  davam  etmiş,  yeni  forma  və  vasitələrlə  zənginləşmişdir. 
Bu mübarizənin  tarixinin  təhlil  edilməsi,  səhvlərindən  nəticə çıxa- 
'rılması,  müsbət  iş  təcrübəsindən  istifadə  edilməsi  bu  gün  böyük 
nəzəri və praktik1 əhəmiyyət kəsb edir.


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə