Sevinc seyidova



Yüklə 398,27 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü398,27 Kb.
#54618


194                                                                             Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



SEVINC SEYIDOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

tarix üzrə fəlsəfə doktoru, dosent 

E-mail: ssevinj@yahoo.com 

 

ERMƏNISTAN-AZƏRBAYCAN 

DAĞLIQ QARABAĞ MÜNAQIŞƏSININ NIZAMLANMASI ISTIQAMƏTINDƏ 

ILKIN CƏHDLƏR (1992-1994-cü illər) 

 

Açar sözlər: münaqişə, Dağlıq Qarabağ, BMT, ATƏM, atəşkəs 



Ключевые слова: конфликт, Нагорный Карабах, ООН, СБСЕ, прекращение огня 

Key words: conflict, Nagorny Karabakh, UN, CSCE, cease-fire 

 

Məqalədə beynəlxalq təşkilatların və dünyanın iri dövlətlərinin Ermənistan-Azərbaycan 



Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanması  istiqamətində  atdığı  ilk  addımlar  nəzərdən 

keçirilmiş  və  araşdırılmışdır.  Xocalı  faciəsindən  sonra,  1992-ci  il  martın  2-də  Azərbaycan 

BMT-nin  üzvliyinə  qəbul  edilmiş  və  BMT-nin  46-cı  (3  mart  1992-ci  il)  sessiyasında  dünya 

dövlətlərinə  bu  barədə  məlumat  vermişdi.  Məhz  Xocalı  faciəsindən  sonra,  Dağlıq  Qarabağ 

münaqişəsi  haqqında  əsil  həqiqət  ortaya  çıxdı.  Bu  münaqişə  artıq  beynəlxalq  miqyasa  çıxdı. 

1992-ci ilin martın 17-20-də BMT-nin Baş katibi Butros Qalinin xüsusi elçisi Sayrus Vensin, 

martın  19-23-də  Yan  Kubiş  başda  olmaqla  ATƏM-in  nümayəndə  heyətinin,  ATƏM-in 

Nazirlər  Şurasının  sədri,  Çexiya  Respublikasının  Xarici  İşlər  Naziri  İrji  Dinstbirin  bölgəyə 

səfəri  yuxarıda  deyilənlərin  sübutudur  [1,  s.23].  Lakin  münaqişənin  beynəlxalq  miqyasa 

çıxması onun həllini sürətləndirmədi. Çünki münaqişəyə dair beynəlxalq təşkilatların və onla-

rın  arxasında  duran  nüfuzlu  dövlətlərin  mənafeyi  toqquşur,  bu  dövlətlərin  arasında  ziddiy-

yətlər  onun  real  həllinə  mane  olurdu.  ABŞ,  İngiltərə,  Fransa  kimi  dövlətlər  Ermənistanın 

Azərbaycanla  münaqişəsinə  kəskin  reaksiya  vermir  və  onun  cəzalandırması  üçün  heç  bir 

tədbir  görmürdü.  Əksinə  Azərbaycanın  sərvətlərindən  istifadə  etmək,  faydalanmaq  baxımın-

dan  Azərbaycanın  ABŞ  və  Qərb  dövlətlərindən  asılı  düşməsi  bu  dövlətlərinin  mənafeyinə 

uyğun  gəlirdi. Üstəlik, Ermənistanın Dağlıq Qarabağı işğal etməsinə baxmayaraq, müharibə-

nin  ilk  günlərindən  ABŞ  və  Qərb  dövlətləri,  həmçinin  onlardan  asılı  olan  beynəlxalq  təşki-

latlar münaqişənin sülh yolu ilə nizamlanmasına üstünlük verdilər. 

Rusiyanın  mövqeyinə  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  bu  dövrdə  Rusiya  Azər-

baycanda  öz  təsirini  nəinki  saxlamaq,  həmçinin  Azərbaycanın  MDB-yə  daxil  olmasın  istə-

yirdi. Dağlıq Qarabağ “düyünün” açarı məhz Rusiyanın əlində idi. Beləliklə, müharibənin ilk 

günlərindən  ABŞ  və  Qərb  dövlətləri,  həmçinin  onlardan  asılı  olan  beynəlxalq  təşkilatlar 

münaqişənin sülh yolu ilə nizamlanmasına üstünlük verdilər. 

Üstəlik  dövlətin  daxilində  gedən  böhran  daha  da  dərinləşmişdi.  Müxalifətin  təkidi  ilə 

1992-ci  il  martın  3-də  Milli  Şura  çağrıldı  [6,  s.168].  Martın  5-də  Ali  Sovetin  fövqəladə 

sessiyasında A.Mütəllibovun istefası məsələsi tələbi müxalifət tərəfindən qaldırıldı [6, s.170]. 

Elə  həmən  gün  Ç.Mustafayevin  Xocalı  faciəsi  ilə  əlaqədar  çəkdiyi  video  lentənə  baxıldı. 

Tomas  Qoltz  yazırdı:  “Filmin  ilk  kadrları  başladı  –  və  növbəti  10  dəqiqə  ölkənin  tarixini 

dəyişdi”  [8,  s.136].  Müxalifətlə  iqtidar  nümayəndələrinin  mübarizəsi  daha  da  kəskinləşdi. 

A.Mütəllibov əsasən 30 oktyabr 1991-ci ildə MDB-yə daxil olmaq haqda sənədi imzalamaqda 

təqsirli  bilinirdi  [6,  s.  174].  Gərgin  qarşıdurmadan  sonra,  A.Mütəllibov  martın  6-da  istefa 



Müasir dövr                                                                        195 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

verdi  [8,  s.136].  Növbəti  prezident  seçkilərinə  qədər  prezidentin  səlayiyyətləri  Ali  Sovetin 



sədri Y.Məmmədova keçdi [8,s.136] 

Xocalını ələ keçirdikdən sonra Ermənistan bütünlüklə Dağlıq Qarabağı idarə etmək və 

Dağlıq  Qarabağla  Ermənistan  arasında  Laçın  dəhliz  vasitəsi  əlaqə  yaratmaq  üçün  Şuşa 

şəhərini  və  Laçın  rayonunu  ələ  keçirtməyə  hazırlaşırdı.  Şuşanın  strateji  mövqeyi  onun 

asanlıqla  ələ  keçirilməsini  əslində  qeyri-mümkün  edə  bilərdi.  1992-ci  ilin  yanvarından 

etibarən erməni – rus hərbi birləşmələri Şuşanı atəşə tuturdular. Şuşa ətrafı kəndlərə hücümlar 

olurdu.  Xocalını  işğal  etdikdən  sonra  isə  artıq  aprelin  24-29-dan  etibarən  ermənilər  Şuşa 

ətrafında Hacı talası, Daşaşıran istiqamətində hücuma keçdilər. 1992-ci ilin martında ixtisasca 

riyaziyyat  müəllimi  olan  Rəhim  Qazıyev  Müdafiə  Naziri  təyin  olundu.  Azərbaycan 

Respublikasının  Müdafiə  Naziri  kimi  1992-ci  ilin  fevral  ayından  etibarən  Şuşa  şəhərinin 

müdafiəsini təşkil etmək üçün oraya göndərilmiş hərbi komandir kimi Rəhim Qazıyev Şuşanın 

müdafiəsinin  təşkil  etməli  idi.  Lakin  Müdafiə  Naziri  təyin  edildikdən  o,  dərhal  Şuşadan 

Bakıya qayıtmış və yalnız aprel ayında podpolkovnik Elbrus Orucovun rəhbərliyi altında Şuşa 

briqadasını  formalaşdıra  bilmişdi  [8,  s.138-139].  Şəhərin  müdafiəsi  üçün  ermənilərin 

hücumundan qabaq 5 batalyonda mərkəzləşən 1500 döyüşçü olsa da hücuma 5 gün qalmış 700 

döyüşçüsü  olan  könüllülər  batalyonunun  300  nəfərdən  çoxu  ezamiyyətə  buraxılmışdı  [6, 

s.191].  Hərbi  texnikaya  gəldikdə  isə  müdafiəçilərin  sərəncamında  8  BMP,  5  tank,  6  BTR, 

“Qrad” tipli 3 raket qurğusu və s. var idi [6, s.191]. ANS teleşirkətinin o dövrdə müxbiri olan 

M.Ağayev  erməni  hücumunun  ərəfəsində  Şuşaya  gələrkən  hərbi  hissələrin  Şuşanı  gecə  tərk 

etdiyinin  şahidi  olmuşdu  [6,s.138-139].  Erməni  hərbi  dəstələrinin  hücumuna  2  gün  qalmış 

Şuşa ilə əlaqə demək olar ki, kəsilir, şəhərdə yalnız bir neçə yüz müdafiəçi qalır. Müdafiəyə 

rəhbərlik edən Elbrus Orucov kömək üçün radio vasitəsi ilə müraciət etsə də müraciəti yalnız 

onun  qardaşı  Ağdamda  xidmət  edən  Elxan  Orucov  qəbul  edir  və  erməniləri  Ağdam 

istiqamətindən yayındırmaq üçün bir neçə dəfə hücumlar olunur [6, s.138-139] 

Lakin  bütün  bunların  artıqəhəmiyyəti  olmur.  Mayın  8-nə  keçən  gecə  (saat  2

30-


da) 

ermənilər 2000 nəfərlikcanlı qüvvə ( rus hərbiçiləri və digər ölkələrdən gələn muzdurlar daxil 

olmaqla)  100-ə  qədər  zirehli  maşın  və  tankla  Şüşaya  hücum  etdilər  [2,s.20].  Ermənistanın 

keçmiş  prezidenti  R.Köçaryan  da  onların  içərisində  idi.  Ermənilər  şəhərə  yalnız  mayın  9-da 

daxil  olurlar.  Bu  dövrdə  Şuşanı  müdafiə  edənlərin  hamısı  onun  müdafiəsinin  yaxşı  təşkil 

olunduğu  halda  təslim  olmayacağını  və  bunun  qeyri  –  mümkünlüyünü  deyirdilər.  Həmin 

günlərdə Şuşanı müdafiə edənlərin içərisində olmuş çeçen komandiri Ş.Basayev 2000 – ci ildə 

ANS telekanalına verdiyi müsahibədə şəhərin köməksiz buraxıldığını qeyd etmişdir [8, s.141]. 

O,  xüsusilə  şəhərin  müdafiəsində  vahid  komandanlığın  olmamasını  ən  böyük  səhvlərdən  biri 

kimi  göstərmişdi.  Şəhərin  əlverişli  strateji  mövqeyi,  vahid  komandanlığın  olması,  fərariliyin 

dayandırılması, Bakıdan vaxtında kömək göstərilməsi hallarının bir araya gəlməsi Şuşanı xilas 

edə bilərdi. Lakin respublika daxilində baş verən hərc-mərcliyin səngiməməsi, digər tərəfdən 

də  ölkənin  xarici  təzyiqlərə  məruz  qalması  Şuşanın  işğalına  gətirib  çıxartdı.  289  km

2

  ərazisi, 



24000 nəfər əhalisi, 1 şəhər, 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan tərəfindən işğal 

edildi. Döyüşlərdə 155 nəfər şəhid oldu, 167 nəfər yaralandı [3, s.147]. 

Şuşanın  işğalı  ilə  bağlı  xarici  qüvvələrin  rolundan  danışarkən  ilk  növbədə  məhz  işğal 

ilə  eyni  gündə  İranın  vasitəçiliyi  ilə  Tehranda  Azərbaycan  və  Ermənistan  rəhbərləri  arasında 

baş verən üçtərəfli görüşü nəzərdən keçirmək lazımdır. Hələ 1992-ci il martın 16-da Tehranda 

İranın  Xarici  İşlər  Nazirirnin  müavini  M.Vaizinin  vasitəçiliyi  ilə  Azərbaycan  və  Ermənistan 

XİN müavinləri A.Salamov və A.Novoserdyan arasında görüş keçirildi [5, s.29]. Bu görüşdə 

tərəflər  arasında  protokol  imzalandı.  Protokolda  tərəflər  arasında  razılaşdırılmış  atəşkəsə 




196                                                                             Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

nəzarət üçün Rusiyanın iştrakı ilə müstəqil mərkəzin yaradılması  məsələsi öz əksini tapmışdı 



[5,  s.29].  Bu  təklif  İrana  məxsus  idi.  1992-ci  il  mayın  6-8-də  Tehranda  Azərbaycan 

Respublikası  Parlamentinin  sədri  Y.Məmmədov,  Ermənistan  prezidenti  L.Ter-  Petrosyan  və 

İran  İslam  Respublikasının  prezidenti  Əli  Əkbər  Haşimi  Rəfsəncaninin  iştrakı  ilə  görüş 

keçirildi  və  birgə  bəyannamə  imzalandı  [5,  s.  30].  Lakin  mayın  8-də  Şuşanın  işğal  edilməsi 

Ermənistan  rəhbərliyinin  niyyətlərini  aşkar  etdi.  Ermənistan  sadəcə  öz  niyyətini  beynəlxalq 

ictimaiyyətdən  gizlətmək  istəyir,  hətta  hücum  ərəfəsində  guya  Şuşadan  Xankəndinə  hücum 

edilməsi  barədə  dezinformasiya  yayırdı.  Öz  növbəsində  Rusiya  Azərbaycanı  MDB-yə 

qoşulmadığı  üçün  məhz  bu  şəkildə  cəzalandırdı.  V.Quluzadə  Şuşanının  işğalını  İrana  sillə 

kimi  qiymətləndirmiş  və  İranın  Rusiyanın  qarşısında  qadir  olmadığını,  məhz  Rusiya 

tərəfindən  kənarlaşdırıldığını  göstərirdi.  Tarixçi  P.Səfərov  Rusiyanın  bu  dövrdə  münaqişənin 

nizamlanmasında yalnız özünün əsas rol oynamaq istəməsini gostərir. Rusiyanın bu niyyətini 

Rusiyanın  Xarici  İşlər  Naziri  A.Kozırevin  Azərbaycanın  Ali  Sovetinin  sədri  Y.Məmmədova 

göndərdiyi  məktub  təsdiq  edir.  Məktubda  Dağlıq  Qarabağ  münaqişəsini  tənzimləmək  üçün 

təkliflər irəli sürülürdü [5,s.32]. Təkliflərə görə birinci mərhələdə Dağlıq Qarabağda atəşkəsə 

nail  olmaq  üçün  MDB-nin  silahlı  qüvvələrindən  (“beynəlxalq  kollektiv”  qüvvələr)  istifadə 

etmək nəzərdə tutulur, ikinci mərhələdə isə Dağlıq Qarabağda təhlükəsizlik zonası yaradılması 

və Azərbaycan Konstitusiyası çərçivəsində Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləş-

dirilməsi  təklif  olunurdu  [5,  s.  33].  Statusun  beynəlxalq  qarantı  Rusiya,  Azərbaycan  Ermə-

nistan olmalı idi. Təklifin həmin dövrdə Azərbaycan tərəfindən qəbul edilməsi, Azərbaycanın 

Rusiyadan  tamamilə  asılı  düşməsi  demək  idi.  Məhz  buna  görə  də  Azərbaycan  Rusiyanın  bu 

təklifini  qəbul  etmədi.Şuşanın  işğalından  sonra,  erməni  hərbi  dəstələri  Şuşa  –  Laçın  yolunu 

bağlayaraq birbaşa Ermənistan ərazisindən Laçını atəşə tutdular. 

Respublikada  siyasi  böhran  daha  da  gərginləşirdi.  Bu  dövrdə  Naxçıvan  Muxtar 

Respublikasının Ali Sovetinin Sədri vəzifəsini icra edən Heydər Əliyev “Reyter” informasiya 

agentliyinin  müxbirinə  verdiyi  müsahibədə  ölkədəki  vəziyyəti  aşağıdakı  kimi  xarakterizə 

etmişdir:  “İndi  Bakıda  rəhbərlik  yoxdur.  Orada  əsl  xaos  hökm  sürür.”  [8,  s.141].  Məhz  bu 

xaosun  nəticəsində  Laçın  rayonunun  müdafiəsi  lazımi  şəkildə  təşkil  olunmadı.  1992-ci  il 

mayın  14-də  Ayaz  Mütəllibovun  hakimiyyətə  gətirilməsi  məqsədilə  Ali  Sovetin  fövqəladə 

sessiyası çağrıldı. A.Mütəllibov onu yenidən hakimiyyətə gəlməyə, prezident olmağa çağıran 

deputatların dəvətini qəbul edərək 1 günlük də olsa yenidən prezident oldu. İyunun 7-ə təyin 

edilmiş  prezident  seçkilərini  ləğv  etməyi  təklif  etdi  [8,  s.142].  Mayın  15-də  AXC  binası 

qarşısında  mitinq  başladı  [6,  s.197].  Belə  bir  vəziyyətdə  A.Mütəllibovu  dəstəkləyən  ordu 

hissələrinin  bir  qismi  F.Hacıyevin  başçılığı  altında  Laçından  Bakıya  gətirilmişdi  [6,  s.197  – 

198]. Digər tərəfdən AXC-nin mayın 15-də hakimiyyəti ələ keçirməsinə İ.Həmidovun başçılıq 

etdiyi “boz qurdlar” (hərbiləşdirilmiş təşkilat) kömək etmiş və AXC nümayəndələri Parlament 

binasını,  Respublika  teleradio  verlişləri  şirkətinin  binasını,  Prezident  sarayını  ələ  keçirmişlər 

[8,  s.142].  Bəzi  mənbələr  bu  dövrdə  AXC-yə  mənsub  olan  “Goranboy  batalyonu”  və  digər 

özünü müdafiə dəstələrinin Qarabağı tərk edib, AXC-nın hakimiyyətini  müdafiə etmək üçün 

Bakıya  tələsərək  gəlməsini  yazırlar  [8,  s.142].  Laçının  işğalından  bir  qədər  əvvəl  “Laçın 

polku”  buraxılmışdı.  AXC-nin  üzvü  Laçının  müdafiəçilərindən  olan  Arif  Paşayev  polk 

buraxıldıqdan sonra, əsgərlərin kimə tabe olacağını bilmədiyini qeyd edirdi [8, s.142]. Mayın 

17 – də erməni hərbi hissələri Laçına yaxınlaşdı, mayın 18 – də isə Laçın şəhərini işğal etdilər. 

ANS teleşirkətinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı Ç.Mustafayevin Laçının işğalı ilə 

bağlı  çəkdiyi  videolentdə  əhali  iləəsgərlərin  birgə  rayonu  qoyub  qaçması  aydın  görünür. 

Əsgərləri  qorxaqlıqda  günahlandıran  Ç.Mustafayevə  isə  onlar  komandırlərinin  harada 



Müasir dövr                                                                        197 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

olduğunu  bilmədikləri  cavabının  şahidi  oluruq  [8,  s.142].  Göründüyü  kimi,  yenə  də  vahid 



komandanlığın  olmaması,  hökm  sürən  satqınlıq  və  xaosun  nəticəsində  Azərbaycan  Şuşadan 

sonra ikinci strateji mövqeyə malik olan rayonu - Laçını itirdi. 1835 km

2

 ərazisi, 71.000 nəfər 



əhalisivə 120 kəndi olan Laçınrayonunu ermənilər çox asanlıqla itki vermədən ələ keçirdilər. 

Laçının  Ermənistan  tərəfindən  işğal  edilməsi  müharibənin  Dağlıq  Qarabağ  hüdudlarından 

kənara  çıxdığını  aydın  şəkildə  göstərdi.  Ermənistan  Laçını  işğal  etməklə  Dağlıq  Qarabağı 

faktiki  olaraq  özünə  birləşdirdi.  “Hümanitar  dəhliz”  adlandırılan  Laçın  yolu  ilə  artıq 

Ermənistan  Dağlıq  Qarabağıkifayət  qədər  silah,  sursat  və  hərbi  qüvvə  ilə  təhciz  edə  bilərdi. 

Fikrimizcə, məhz bundan sonra müharibənin sözün əslmənasında aktiv mərhələsi başlandı. 

1992-ci  ilin  iyunun  12-də  Azərbaycan  ordusu  itirilmiş  əraziləri  qaytarmaq  uğrunda 

hücuma keçdi. Ağdərə (Mardakert), Əsgəran və Şaumyan rayonları azad edildi. Ermənistanın 

prezidenti L.Ter-Petrosyan Rusiya prezidenti B.Yeltsinə müraciət edərək, kömək istədi. L.Ter-

Petrosyan B.YeltsininErmənistana silah göndərilməsi barədə şəxsən sanksiya verməsini təsdiq 

edir [8, s.155-157]. 

Yalnız 1997-ci ildə general  L.Roxlinin Rusiya Dövlət Dumasında etdiyi  məruzədə bu 

“köməyin” qiyməti – “1milyard dollar” üzə çıxdı. Artıq 1992-ci ilin yayında silahların böyük 

qismi  Rusiyadan  Ermənistana  hava  yolu  ilə  ötürüldü.  Bu,  Ermənistan  –  Azərbaycan  Dağlıq 

Qarabağ münaqişəsində Rusiya faktorunun nə dərəcədə güclü olduğunu bir daha sübut edirdi. 

Rusiyanın  bu  dövrdə  təzadlı  mövqeyi,  Azərbaycan  rəhbərliyinə  mənfi  münasibəti,  sonrakı 

hadisələrdə öz əksini tapdı. Azərbaycanın keçmiş prezidenti Ə.Elçibəy Azərbaycanın MDB-yə 

daxil  olmasının  əleyhinə  idi,  o,  həmçinin  Azərbaycan  ərazisində  yerləşən  Rusiya  silahlı 

qüvvələrinin  də  buradan  təcili  çıxarılmasını  tələb  edirdi.  Rusiya  isə  öz  növbəsində 

münaqişədən  istifadə  edərək  Cənubi  Qafqazda,  xüsusilə  Azərbaycanda  mövqeyini  saxlamaq 

istəyirdi.  Bu  dövrdə  Rusiyada  Azərbaycanın  səfiri  olan  H.Hacızadə  Rusiya  tərəfinin 

münaqişənin  həll  edilməsində  əsas  rol  oynamaq  istəyini,  Rusiya  hərbi  müşahidəçilərinin 

Azərbaycan ərazisində olmasını tələb etməsini qeyd edir [8,s.159]. O, Azərbaycan tərəfindən 

rədd cavabı gələcəyi halda “Yaxşı, onda ermənilər Kəlbəcəri alacaqlar...” sözlərinin eşitdiyini 

söyləyir.  Beləliklə,  Rusiyanın  mövqeyi  bu  dövrdə  tam  aydın  idi.  Azərbaycan  tərəfinin  belə 

mürəkkəb  oyunların  getdiyi  bir  vaxtda  MDB-yə  getməkdən  imtina  etməsi  ciddi  səhv  idi. 

Tarixçi  P.Səfərovun  fikrincə,Azərbaycanın  Rusiya  ilə  münasibətləri  normalaşdırsaydı,  onu 

neytrallaşdıra bilər və Ermənistana Qarabağ münaqişəsində bu faktordan (Rusiya faktorundan 

– S.S) Azərbaycan əleyhinə istifadə etməsinə imkan verməzdi [5, s.51]. 

MDB,  Rusiya  faktorunun  nəzərə  alınmaması  Azərbaycanın  torpaq  itkilərinin  sayını 

artırdı.  Ermənistan  tərəfi  isə  əksinə  yaranmış  real  siyasi  vəziyyətdən  bəhrələndi.  Rusiya 

ordusunun  3  yüksək  vəzifəli  şəxsi,  müdafiə  naziri  P.Qraçov,  Rusiya  Baş  qərargahının  rəisi 

M.Kolesnikov  və  Zaqafqaziya  hərbi  dairəsinin  komandanı  F.Reut  ermənipərəst  mövqe 

tuturdular. 1992-ci il sentyabrın 26-da Rusiyanın müdafiə nazirinin təşəbbüsü və iştirakı ilə 3 

Cənubi  Qafgaz  respublikalarının  müdafiə  nazirləri  R.Qazıyev,  S.Sarkisyan,  T.Kitovani, 

həmçinin  Rusiyanın  təhlükəsizlik  naziri  V.Barannikov  Soşidə  görüşdülər  [8,s.160].  Bu 

görüşdə “Silahlı qüvvələri geri çəkmək haqqında” protokol imzalandı. Lakin Ermənistan tərəfi 

bu  sazişə  əməl  etmədi.  Üstəlik,  Rusiyadan  silah  alan  Ermənistan  1992-ci  ilin  noyabrından 

etibarən  Azərbaycan  ərazisində  hərbi  əməliyyatları  genişləndirdilər.  Azərbaycanda  gedən 

hakimiyyət  böhranı  güc  nazirlərinin,  hərbi  komandirlərin  prezidentə  tabe  olmaması 

ermənilərin  cəbhədə  mövqeyinin  güclənməsinə  gətirib  çıxartdı.  Müdafiə  naziri  R.Qazıyev  və 

korpus komandiri S.Hüseynov açıq-aydın prezident Ə.Elçibəyə tabe olmaqdan imtina etdilər. 

Ə.Elçibəy  S.Hüseynovu  tutduğu  vəzifədən  azad  etməsinə  baxmayaraq,  S.Hüseynov  özünün 



198                                                                             Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

rəhbərlik  etdiyi  709-cu  briqadanı  ön  cəbhədən  geriyə  Gəncədəki  bazaya  qaytardı  və 



briqadanın fəaliyyətini dayandırmadı. 

1993-cü il martın 27-də ermənilər Kəlbəcər istiqamətində hücuma keçdilər. Aprelin 2-

3-də ermənilər artıq Kəlbəcəri işğal etdilər. 1936 kv  km  ərazisi olan Kəlbəcər rayonu Dağlıq 

Qarabağdan kənarda yerləşirdi. Rayonun 144 kəndi, 1 şəhəri və 3 şəhər tipli qəsəbəsi var idi. 

Işğal nəticəsində 53340 nəfər məcburi köçkünə çevrildi, 511 dinc sakin öldürüldü, 321 adam 

əsir  götürülüb  və  itkin  düşmüşdür  [12].  1993-cü  il  aprel  ayının  1-də  Ermənistan  silahlı 

birləşmələrinin  Azərbaycanın  Kəlbəcər  rayonuna  hücumu  zamanı  Ermənistanın  Vardenis 

rayonundakı qərargah radiostansiyadan (“QSM  – 7”) Kəlbəcər döyüş bölgəsindəki baş radio 

stansiyaya  (“Uraqan”)  bölgədəki  bütün  səyyar  radiostansiyalara  çatdırmaq  üçün  təcili  əmr 

verilmişdi  [4,s.7-17].  Əmrdə  əsir  və  göriv  götürülmüş  Azərbaycan  vətəndaşlarını  (qocalar, 

uşaqlar,  qadınlar  daxil  olmaqla)  məhv  edib  basdırmaq  tələb  olunurdu.  Erməni  hərbi 

birləşmələri komandirlərinin efirdəki bu radio danışığının  mətni  Azərbaycan Respublikasının 

Milli Təhlükəsizlik Nazirliyinin radio  əks kəşfiyyat xidməti tərəfindən lentə alınıb [4,s.7-17]. 

Ermənilər xüsusilə, Ağdaban kəndinin işğalı zaman vəhşiliklər törətmişlər. 1993-cü il aprelin 

7-dən 8-nə keçən gecə 130 evdən ibarət Ağdaban kəndinin işğalı zamanı 779 sakinə işgəncələr 

verilmiş,  67  nəfər  qəddarlıqla  qətlə  yetirilmişdi  [11].  Bəzi  mənbələr  Kəlbəcərin  işğalında 

Rusiyanın  VII  ordusunun  iştrakı  barədə  məlumat  verir  və  Azərbaycanın  bu  dövrdəki 

prezidenti  Ə.Elçibəyə  Moskva  tərəfindən  təzyiq  göstərilərək,  Rusiyanın  sülhməramlı 

qoşunlarının bölgədə yerləşdirilməsinin tələb edilməsi haqqında yazırlar [8, s.165-166]. 

1993-cü  il  aprelin  1-də  Azərbaycan  Respublikası  dünya  dövlətlərinin  parlamentlərinə, 

Avroparlamentə,ATƏM-ə  və  BMT-yə  Ermənistanın  Azərbaycan  torpaqlarını  işğal  etməsi  ilə 

bağlı müraciət etdi. Aprelin 3-də Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasının 

sədrinə  Ermənistanın  işğalçı  siyasətini  sübut  edən  materialları  təqdim  etdi.  Nəhayət,  aprelin 

30-da  3205  saylı  iclasda  BMT  Təhlükəsizlik  Şurası  822  №-li  qətnaməni  qəbul  etdi.  Qətna-

mədə  bütün  işğalçı  qüvvələrin  Kəlbəcər  və  Azərbaycanın  digər  işğal  olunmuş  rayonlarından 

dərhal çıxarılması tələb olunurdu. Lakin indiyə qədər bu qətnaməyə əməl olunmamışdir. 

1993-cü il  mayın 3-də Rusiya, Türkiyə  və  ABŞ  münaqişəni nizama salmaq üçün yeni 

təkliflər  hazırladılar  [9,  s.205].  Təxirəsalınmaz  tədbirlərin  qrafiki  həm  Azərbaycana,  həm  də 

Ermənistana göndərildi. Bu qrafikə görə silahlı qüvvələr öz əvvəlki mövqelərinə (martın 27-nə 

qədər  olan  mövqeyə)  qayıtmalı,  60  günlük  atəşkəs  elan  olunmalı  və  müşahidəçilər  erməni 

silahlı  qüvvələrinin  Kəlbəcərdən  çıxmağını  təsdiq  etməli  idilər.  Azərbaycan  bu  təklifi  qəbul 

etsə də, Ermənistan rədd etdi. Mayın 26-da L.Ter-Petrosyan bəyanat verdi və “Dağlıq Qarabağ 

xalqı”nın hüquq və təhlükəsizliyi üçün təminat tələb etdi [9, s.205]. ATƏM-in nümayəndələri 

iyunun 3-4-də münaqişəni həll etmək üçün təcili sənəd hazırladı. Bu sənədə görə iyunun 15-

dən  iyulun  20-dək  Ermənistanın  silahlı  qüvvələri  Kəlbəcəri  tərk  etməli,  avqustun  7-dən  gec 

olmayaraq  Minsk  konfransı  işə  başlamalıydı  [9,s.205].  Azərbaycanda  bu  vaxt  hakimiyyət 

böhranı  baş  verdi.  İyunun  4-də  Gəncədə  hərbi  üsyan  başladı.  Elə  həmin  gün  Azərbaycanın 

prezidenti Ə.Elçibəyhökumət qoşunlarını Gəncəyə S.Hüseynovun komandanlıq etdiyi qiyamçı 

qarnizonu  tərksilah  etməyə  göndərdi.  Lakin  S.Hüseynov  nəinki,  prezidentə  tabe  olmadı, 

əksinə  2  həftədən  sonra,  qoşununu  Bakıya  doğru  yeritdi.  Amerika  jurnalisti  T.Qoltz  104-cü 

hərbi  –  desant  diviziyasına  məxsus  silahların  diviziya  Gəncədən  çıxdıqdan  sonra,  məhz 

S.Hüseynova  çatdığını  göstərir  [8,  s.166-168].  Böhranın  son  həddə  çatdığını  görən  Xalq 

Cəbhəsi  hökuməti  ümumimilli  lider  Heydər  Əliyevə  müraciət  edərək,  ondan  kömək  istəyir. 

1993-cü  il  iyunun  15-də  Heydər  Əliyev  Azərbaycan  Respublikasının  Parlamentinin  sədri 

vəzifəsinə  seçildi.  Prezident  Ə.Elçibəy  qəflətən  Bakını  tərk  edərək,  Naxçıvana,  doğulduğu 



Müasir dövr                                                                        199 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Kələki  kəndinə  gedir. Dövlətdə anarxiya və xaosun hökm sürdüyü bir vaxtda parlament iyun 



25-də  Heydər  Əliyevə  prezident  səlahiyyətlərini  həvalə  etdi  [9,s.  205].  Ermənistan  yaranmış 

bu  xaosdan  məharətlə  sui-istifadə  etdi.  İyulun  26-da  Ermənistan  silahlı  qüvvələri  Ağdərəni 

işğal edərək qüvvələrini Ağdam istiqamətində cəmləşdirdilər. 1993-cü il iyulun 23-də Ağdam 

işğal  olundu.  Heydər  Əliyev  təcili  olaraq  məktubla  BMT  TŞ-na  müraciət  etdi  və  işğalçı 

Ermənistanın  dünya  birliyi  qarşısında  götürdüyü  öhdəlikləri  yerinə  yetirmədiyini  bildirərək, 

Azərbaycan  torpaqlarını  azad  etmək  üçün  qətiyyətli  tədbirlər  görməyə  çağırdı  [9,  s.205]. 

İyulun  29-da  853  №-li  qətnaməni  qəbul  edildi.  Qətnamədə  Ağdam  və  Azərbaycanın  işğal 

olunmuş  digər  rayonlarının  qeyri-şərtsiz,  təcili  azad  olunması  tələb  olunurdu.  1993-cü  il 

avqustun  18-də  Azərbaycan  tərəfi  yenidən  BMT  TŞ-nın  sədrinə  müraciət  etdi  və  bildirdi  ki, 

Ermənistan nəinki qətnamələri yerinə yetirmir, hətta Fizuli, Cəbrayıl və Qubadlı istiqamətində 

hərbi  əməliyyatları  genişləndirir  [9,  s.207].  Elə  həmin  gün  BMTTŞ-nın  sədri  3264-cü 

iclasında  Ermənistan  tərəfindən  Fizulinin  işğalının  qeyri-mümkünlüyünü  bəyan  etdi.  Lakin 

bütün bunlara baxmayaraq 1993-cü il avqustun 20-23 də Ermənistan silahlı qüvvələri Fizuli və 

Cəbrayılı  mühasirəyə  aldılar.  Avqustun  23-də  Fizuli  və  Cəbrayıl  rayonları  işğal  olundular. 

1993-cü  il  avqustun  30-da  Ermənistan  qoşunları  Gorusdan  hücum  edərək  Qubadlı  ərazisinə 

daxil  oldu,  avqustun  31-də  Ermənistan  artıq  Qubadlını  işğal  etdi.  Nəhayət  oktyabrın  28-də 

Horadiz qəsəbəsi, oktyabrın 29-da isə Zəngilan rayonu ermənilər tərəfindən işğal olundu [12]. 

1993-cü  ilin  dekabrında  Azərbaycan  Respublikası  Ermənistan  tərəfindən  işğal  edilmiş 

ərazilərin qaytarılması uğrunda mübarizəyə başladı. Ermənistanın keçmiş prezidenti bu dövrü 

xarakterizə  edərək  “əsil  müharibənin  1993-cü  il  dekabrın  17-də  başladığını  və  1994-cü  il 

mayın 12-nə qədər davam etdiyini” deyirdi [8, səh.182].  

1988-94-cü  illərdə  baş  verən  müharibə  nəticəsində  Azərbaycan  nəinki  ərazi  və  əhali 

itkisinə  məruz  qalmış,  həmçinin  bu  günə  qədər  –  artıq  20  ilə  yaxın  davam  edən  bu 

münaqişəsinin  həll  edilməsinə  beynəlxalq  təşkilatlar  da  heç  bir  təsir  göstərə  bilmir.  Nəinki 

Rusiya,  həmçinin  ABŞ-dan  da  1991-2001-ci  illər  ərzində  1,4  milyard  dollar  yardım  alan 

Ermənistan  daha  da  azğınlaşır  [7,  s.176].  2002-ci  ildən  başlayaraq  isə  bu  məbləğ  hər  il 

təxminən  90  milyon  dollar  artır  [7,  s.176].  Bu  erməni  lobbisinin  fəaliyyətindən  xəbər  verir. 

Erməni  lobbisi  həmçinin  erməni  terrorçu  qruplarını  da  maliyyələşdirir.  Erməni  Qriqoryan 

kilsəsi  öz  ölkəsini  ilk  xristian  ölkəsi  kimi  qələmə  verməsinə  baxmayaraq,  məhz  Ermənistanı 

müasir dövrün ən qəddar, neofaşist dövləti adlandırmaq olar və bu neofaşist siyasəti dünyanın 

bir  çox  nüfuzlu  dövlətləri  tərəfindən  dəstəklənir.  Ümumiyyətlə,  1994-cü  ilin  mayında 

Ermənistan və Azərbaycan arasında atəşkəs haqqında müqavilə imzalanana qədər davam edən 

döyüş  əməliyyatları  nəticəsində  Azərbaycanın  20  %-dən  çox  torpağı  Ermənistan  tərəfindən 

işğal  olunmuşdur.  Müharibə  nəticəsində  20000  nəfər  Azərbaycan  vətəndaşı  öldürülmüş, 

50000  nəfər  əlil  olmuş,  4866  nəfər  isə  itkin  düşmüşdür.  Dağlıq  Qarabağ  və  işğal  edilmiş  7 

rayonun  ərazisindən  660  min  məcburi  köçkün  qaçmışdı.  Qaçqın  və  məcburi  köçkünlərin 

ümumi  sayı  1  milyondan  çoxdur.  Azərbaycana  dəyən  ümumi  ziyan  60  milyard  ABŞ  dolları 

həcmindədir  [10,s.5].  1994-cü  il  mayın  12-dən  etibarən  münaqişə  edən  tərəflər  arasında 

atəşkəs  haqqında  saziş  imzalansa  da,  münaqişə  qısa  müddət  ərzində  həll  olunmadı.  Əksinə 

münaqişə  özünün  yeni  mərhələsinə  daxil  oldu  ki,  bu  mərhələdə  də  onun  nizamlanması 

beynəlxalq təşkilatların fəaliyyətindən asılı oldu. 

 

Ədəbiyyat: 

1. Əhmədov Elçin. Ermənistanın təcavüzkarlıq siyasəti və ATƏT. Qarabağ Azadlıq Təşkilatı. 

“Qarabağ dünən, bu gün və sabah”. 8 – ci elmi - əməli konfransının materialları (Qarabağ 



200                                                                             Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

general – qubernatorluğunun 90 illiyinə həsr olunur) Bakı: “Namiq Həbilov”nəşriyyatı, 2009, 



292s., s. 23 – 33. 

2. Əhmədov Elçin. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin 

nəticələri. Qarabağ Azadlıq Təşkilatı. “Qarabağdünən, bugün və sabah” 8 – ci elmi - əməli 

konfransının materialları (Qarabağ general – qubernatorluğunun 90 illiyinə həsr olunur). Bakı: 

“Namiq Həbilov” nəşriyyatı, 2009, 292 s., s. 15 – 23. 

3. Hacıyeva N. Dağlıq Qarabağın tarixindən sənədlər. Bakı: Gənclik, 2005, 192 s. 

4.“QMS – 7” təsdiq edir. Bakı: Qismət, 2010, 216 s. (Tərtibçi: Eldar Səmədov) 

5.Səfərov P.Ş. 90-cı illərdə Azərbaycanın beynəlxalq vəziyyəti və xarici siyasəti. Metodik 

vəsait. Bakı: N.Tusi adına ADPU-nun mətbəəsi, 1999, 117 s. 

6.Sultanov O.B. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda siyasi mübarizə. 

Bakı: Maarif, 1995, 232 s. 

7. Üimz S.A. Ermənistan – terrorçu «xristian» ölkənin gizlinləri (Ermənilərin böyük fırıldaq 

seriyaları). I cild. Bakı: Ofset Az.-Türk Poliqrafiya şirkəti, 2004, 386 s. 

8.Ваал Томас. Черный сад. Между мирам и войной. II .bbc.Russian.com. -http://www. 

News.,bbc.co.uk./Russian – 4685000/4685287.stm – 2005.r. 

9.Гасымлы М.Дж. Агрессия Армении против Азербайджана. Дипломатические усилия 

по решению Aрмяно – Aзербайджанского Hагорно – Kарабахского конфликта (1987 – 

2009). От Майендорфа до Астаны: принципиальные аспекты Армяно – Азербайджан-

ского Hагорно – Kарабахского конфликта /Под редакцией Г.М.Алексеева (доктор 

исторических наук, профессор МГУ ми.М.В.Ломоносова). М.:2010,552с., с.189 – 244. 

10.Ходжалинский геноцид. Баку: Фонд Гейдара Алиева, 2006, 14 с. 

11.http: // www.karaбakh-doc.azerall.info 

12.http: // www.ans.com 

С.М.СЕИДОВА 

Доц. АДПУ 

ПЕРВИЧНЫЕ УСИЛИЯ, НАПРАВЛЕННЫЕ НА УРЕГУЛИРОВАНИЕ 

АРМЯНО-АЗЕРБАЙДЖАНСКОГО НАГОРНО-КАРАБАХСКОГО КОНФЛИКТА 

В  статье  были  рассмотрены  и  проанализированы  первые  шаги  и  усилия  между-

народных  организаций  и  крупнейших  государств  направленные  на  урегулирование 

Армяно-Азербайджанского Нагорно-Карабахского конфликта. 



 

S.M SEYIDOVA 

An assistant of professor 

INITIAL EFFORTS AIMED AT RESOLVING 

THE ARMENIAN-AZERBAIJANI NAGORNY-KARABAKH CONFLICT 

This  article  was  reviewed  and  analyzed  the  first  steps  and  the  efforts  of  international 

organizations  and  major  states  aimed  at  resolving  the  Armenian-Azerbaijani  Nagorny-

Karabakh conflict. 



 

Rəyçilər: t.e.d. O.Sultanov, t.e.d.S.A.Məmmədov 

Azərbaycan Dövlət Pedaqoji Universiteti “Türk və Şərqi Avropa xalqlarının tarixi və 

tarixin tədrisi metodikası ”kafedrasının 22.05.2013-cü il tarixli iclasının qərarı ilə çapa 

məsləhət görülmüşdür (pr. №17). 

Yüklə 398,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə