ŞƏXSİYYƏTİN İNKİŞafi və formalaşmasi məSƏLƏLƏRİ Əhatə olunan məsələlər



Yüklə 328,37 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix07.04.2018
ölçüsü328,37 Kb.
#36470
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   ...   13


 

ŞƏXSİYYƏTİN İNKİŞAFI VƏ FORMALAŞMASI MƏSƏLƏLƏRİ 

  

 

                  Əhatə olunan məsələlər: 

1.Şəxsiyyətin inkişafı haqqında tarixi nəzəriyyələrə xülasə. 



2.Şəxsiyyət, onun inkişafı və tərbiyəsi.  

3.Şəxsiyyətin pedaqoji-psixoloji xüsusiyyətləri. 

4.Şəxsiyyətin strukturu. 

5.Şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı konseptual fikirlər. 

6.Şəxsiyyətin inkişafı və tərbiyəsində irsiyyətin rolu.  

7.Şəxsiyyətin inkişafı və tərbiyəsində mühitin rolu. 

8.Şəxsiyyətin inkişafı və formalaşmasında tərbiyənin rolu. 

9.Şəxsiyyətin inkişafı və tərbiyəsində “qoşa amil” nəzəriyyəsi. 

10.Şəxsiyyətin inkişafında müxtəlif fəaliyyət növlərinin rolu. 

 

1. Şəxsiyyətin inkişafı haqqında 

tarixi nəzəriyyələrə xülasə 

 

Şəxsiyyət  problemi,  onun  müxtəlif  yönlərdən  öyrənilməsi  hələ  antik 

filosofların marağına səbəb olmuş və Sokrat, Platon, Aristotel şəxsiyyətin inkişafı 

və formalaşması haqqında dəyərli fikirlər söyləmişlər. 

Şəxsiyyət  problemi,  onun  inkişafı,  tərbiyəsi  və  qarşılıqlı  əlaqələri  Şərq 

fəlsəfəsinin,  pedaqoji,  psixoloji  fikrinin  də  həmişə  hədəfi  olmuş,  bu  istiqamətdə 

Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin, Nəsirəddin Tusinin, Əvhədinin, habelə 

Sədi  Şirazinin,  İmam  Qəzzalinin,  Cəlaləddin  Ruminin  və  başqalarının  dəyərli 

fikirləri, şəxsiyyətin tərbiyəsinə dair qiymətli öyüd nəsihətləri məlumdur. 

Şəxsiyyətin  inkişafı,  tərbiyəsi,  yaş  xüsusiyyətləri  və  onun  dövrləri 

Azərbaycan xalq pedaqoji fikrində də özünə möhkəm yer tutmuş, bu barədə xalqın 

düşüncə və fikirləri, mülahizələri bütün dövrlərdə yüksək dəyər və qiymətə malik 

olmuşdur. 

Şəxsiyyət  probleminin  tədqiqi  ilə  bağlı  keçən  əsrdən  başlayaraq  istər 

Azərbaycanda, istərsə də xarici ölkələrdə alimlər, xüsusilə pedaqoq və psixoloqlar 

daha  ciddi  və  sistemli  tədqiqat  işləri  aparmış,  çoxsaylı  məqalələr,  elmi  əsərlər 

yazıb-yaratmışlar.  Bu  sahədə  aparılan  tədqiqat  işləri  çox  geniş  bir  sahəni  əhatə 

etdiyindən müəlliflər şəxsiyyətin çoxyönlü sahələrini, müxtəlif cəhətlərini diqqətlə 

araşdırmışlar.  Digər  tərəfdən  də  şəxsiyyət  problemi  ilə  təkcə  pedaqoq  və 

psixoloqlar  məşğul  olmamış,  bu  problemin  tədqiqi  ilə  həmçinin  filosoflar, 

sosiloqlar,  bioloqlar,  fizioloqlar,  erqonomiklər  məşğul  olmuş  və  problem  bir  çox 

humanitar elm sahələrinin – etika, estetika, hüquq elminin həmişə tədqiqat obyekti 

olmuşdur. 



Pedаqоgikа şəxsiyyəti tərbiyənin оbyekti, fəаliyyəti isə subyekti bаxımındаn 

öyrənir, şəxsiyyətin inkişаfındа tərbiyənin mövqeyini, onların qarşılıqlı əlaqələrini 

meydаnа çıxаrır. 

Bütün  bunlarla  bərabər  şəxsiyyət  probleminə  müxtəlif  cəhətlərdən  və 

mövqelərdən yanaşılmış, xeyli ciddi  əsərlər yazılmış və ardıcıl olaraq da bu sahə 

tədqiq edilməkdədir. 

Şəxsiyyət  dedikdə,  şüurlu  fəaliyyət  göstərən,  sosial  münasibətlərdə  iştirak 

edən, yaxşı əməllər sahibi olan, ətrаf aləmi yaxşılaşdıran və ya bu barədə düşünən 

xeyirxah, humanist insan nəzərdə tutulur. 

Şəxsiyyətin  inkişafı  və  tərbiyəsi  ilə  bağlı  sistemli  tədqiqat  işləri  1930-cu 

illərdən etibarən başlamışdır. 1930-cu illərdə şəxsiyyətin əxlaq tərbiyəsində şüurlu 

intizam  tərbiyəsinin  roluna  dair  ilkin  tədqiqatlar  meydana  gəldiyi  zaman  B.B. 

Komarovski,  A.O.Makovelski,  M.Rəhimli  refleksoloji,  biogenetik,  sosiogenetik 

nəzəriyyələr  irəli  sürdülər.  Həmin  dövrün  tədqiqatlarında  şüurlu  intizam 

tərbiyəsinin  yeni  yollar  axtarışında  şüuraltı  və  qeyri-şüuri  proseslər  pedaqoq  və 

psixoloqların  əsas  diqqət  mərkəzində  idi.  Xarici  ölkə  pedaqoji  konsepsiyalarına, 

xüsusilə  Avstriya  alimi  Z.Freydin  tədqiqatlarına  o  zamanlar  hələ  qadağa 

qoyulmamışdı.  Tədqiqatçılar  əxlaqi  aktların  dəyişməsindən  (sublimasiyasından), 

təcavüzkar  əməllərin  mexanizmlərinin  öyrənilməsindən  həvəslə  yazır,  uşaqlarla 

tərbiyəvi  işin  elə  formasını  axtarırdılar  ki,  şəxsiyyətin  hərtərəfli  inkişafına, 

şəxsiyyətin mənəvi gücünün açılmasına imkan yarana bilsin. 

1930-cu  illərin  əvvəllərində  irəli  çəkilən  şəxsiyyətin  hərtərəfli  və  harmonik 

inkişafı problemi çox keçmədi ki, tədqiqatlardan sıxışdırılıb çıxarıldı. 1950-1960-

cı illlərdə sosial-fəlsəfi və pedaqoji  ədəbiyyatda hərtərəfli inkişaf etmiş şəxsiyyət 

modeli  yenidən  üstünlük  təşkil  etməyə  başladı.  Amma  hazırlanmış  belə  bir 

modeldə  şəxsiyyətin  ahəngdar  inkişafı  unudulmuş,  şəxsiyyətin  bütövlüyü  ideyası 

öz  əksini  tapmamışdı.  Bəzi  pedaqoq  tədqiqatçılar  şəxsiyyətin  hərtərəfli  inkişafını 

peşə universallığı ilə eyniləşdirirdilər. 

Həmin  dövrdə  "şəxsiyyət",  "hərtərəfli  və  ahəngdar  inkişaf  etmiş  şəxsiyyət" 

anlayışları  geniş  işlədilsə  də,  bunlar  əsasən,  siyasi-ideoloji  yönümə,  partiyalılıq, 

kommunist əqidəsi prinsipinə tabe etdirilmişdi. 

Yeni  tədqiqatlar  hərtərəfli,  ahəngdar  inkişaf  etmiş  şəxsiyyət  nəzəriyyəsini 

zənginləşdirdi.  Şagirdlərin  şəxsiyyətinə  güclü  təsir  göstərən  bioloji,  sosioloji, 

biososial və pedaqoji amillər arasındakı qanunauyğunluqlar aşkar edildi və tədqiq 

edilməyə  başlandı.  İctimai  və  şəxsi  maraqlar  probleminin  şəxsiyyətin  inkişafında 

mövqeyi  aydınlaşdırıldı,  bu  münasibətin  şəxsiyyətin  bütövlüyündə,  mənəvi  və 

fiziki cəhətdən inkişafında böyük rolu göstərildi. 

1960  və  1970-ci  illərdə  şəxsiyyətin  hərtərəfli  öyrənilməsi,  şəxsiyyətin 

təlimini,  tərbiyəsini  və  inkişafını  qarşılıqlı  əlaqədə,  vəhdətdə-kompleks  olaraq 

həyata  keçirilməsi  tədqiqat  işlərinin  mərkəzində  dururdu.  Şəxsiyyətin  inkişafına 

kompleks  yanaşmaq  şəxsiyyətin  düzgün  tərbiyəsi  üçün  əsas  şərt  hesab  edilirdi. 

Təəssüflər olsun ki, sonrakı illərdə bəzi tədqiqat işlərində şəxsiyyətin tərbiyəsində 

bu ideya nəzərə alınmamışdı. 

1979  -  1980-cı  illərdə  sırf  şəxsiyyət  probleminə,  şəxsiyyətin  inkişafına  və 

formalaşmasına  həsr  olunmuş  kitablar  da  meydana  gəldi.  Şəxsiyyət  problemini 



Yüklə 328,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə