Şeyx Məhəmməd əl-Qəzali



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə1/91
tarix30.10.2018
ölçüsü1,63 Mb.
#76443
  1   2   3   4   5   6   7   8   9   ...   91


Şeyx Məhəmməd əl-Qəzali
Kitab Küveyt Dövləti Vəq flər üzrə Baş
Fondunun təşəbbüsü ilə nəşr olunur 
«İDRAK» İctimai Birliyi
BAKI – 2012


«İDRAK» İctimai Birliyi
Bakı ş., Vidadi küç. 53
İnternet ünvanı: www.idrak.org.az
Məhəmməd əl-Qəzali
Müsəlman əxlaqı / Tərcüməçi və redaktor, ön söz və 
şərhlərin müəllifi: fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal 
Mәmmәdov. Bakı: CBS, 2012.  – 352 sәh.
ISBN
Kitab Dini Qurumlarla İş üzrә 
Dövlәt Komitәsinin icazәsi ilә nәşr olunur
(DK-585/Q)
 
       
   © «İdrak» İctimai Birliyi, 2012


3
Mərhəmətli və Rəhimli Allahın adı ilə!
Qloballaşma və mədəniyyətlərin inteqrasiyası özü ilə ciddi 
problemlər gətirmişdir. Müasir dövrdə “populyar mədəniyyət” 
deyilən məşum kabus dünyanın mədəni-əxlaqi mənzərəsinin kon-
turlarını istədiyi şəkildə cıza biləcək gücə malikdir. Milli mədə-
niyyətlərin “sərhəd”ləri tədricən, özü də hiss edilmədən bir-birinə 
qarışmışdır. Nəticədə, dəyərlərin aşınması prosesi güclənir, əxlaq 
dəyərləri mənəviyyat müstəvisindən “rəsmiyyətçi” nizam-intizam 
normaları müstəvisinə daşınır, dini əxlaqın “faydasızlığı” fonunda 
pozitiv etika daha qabarıq formada təqdim edilir, milli-dini çalar-
lığı olan ürf-adətlərin populyar mədəniyyət “tiyan”ında “əridilmə-
si” baş verir. Qloballaşmanın labüd etdiyi modernizm, – deməliyik 
ki, modernizm ideoloji anlayışdır. O, insanlara müasirlik
1

 adı al-
tında təqdim olunsa da, əslində liberal-nihilist (həm də hedo-
nist) vesternizm həyat tərzinin təbliğinə xidmət edir, – bir xalqın 
keçmişi (eləcə də tarixi) ilə bağlı bütün dəyərlərə təhlükə yaradır, 

 Qeyri-münasib geyimlərin, açıq-saçıqlıq və hedonist həyat tərzinin “müasirlik” kimi başa 
düşülməsi, namus, qeyrət anlayışlarının həqiqi məziyyətini itirməsi, təbii ki, narahatlıq ya-
radır. Açıq-saçıqlıq və nihilist yaşam tərzi əleyhinə çıxanların köhnəfikirli, mühafizəkar, 
mürtəce adlandırılması bizlərə tanışdır. Əslində, müasirlik hər yeni olanı ağına-bozuna 
baxmadan qəbul etməkdeyildir. Müasirlik – meydana çıxan hər bir yeniliyə sağlam 
düşüncə ilə obyektiv münasibət bildirdikdən sonra münasib olanın tətbiqidir. Məsələn, 
bir valideynə yaxınlaşıb, ona övladının geyimi barədə iradımızı bildirsək, gülümsəyər və 
bunun müasirlikdən irəli gəldiyini, geyindiyinə rəğmən onun tərbiyəli və ağıllı olduğunu 
söyləyər. Ancaq unutmayaq ki, qeyri-ənənəvi yaşam tərzinin diktəsi ilə övladlarımıza ver-
diyimiz “azadlıq” və “sərbəstlik” hələlik görünməyən, görünsə belə hiss edilməyən faciənin 
mövcudluğunu qaçılmaz edir. Avropa və Amerikaya baxaq: ifrat sərbəstlik, intim azadlıq 
cəmiyyəti və ailə nizamını dağıtmış, həya, qeyrət və mənəviyyata hörmət kimi məfh umları 
dilin leksikonundan silib atmış, şəhvət naminə hər iki cinsi bir-birinə qarışdırmışdır. İfrat 
azadlığın (əslində bu azğınlıqdır) nəticələri haqda Cenevrə Şərq Tədqiqatları Mərkəzinin di-
rektoru, professor Simon Jorje deyir: “…Biz boğucu bir vicdan və qeyrət böhranı içindəyik… 
Biz çırpınan və ölümə yaxınlaşan bir mədəniyyətin şahidiyik. Şübhəsiz, o öləcəkdir, o ölür!”


4
çoxlarının “ümumdünya mədəniyyəti” adlandırdığı ideoloji maşı-
nın təkərləri altında onları “əzib” yox edir. Postmodern və liberal 
yaşayış tərzinin təbliğini asanlaşdırmaq üçün informasiya maşını 
əla işləyir: əxlaqla, milli-mənəvi dəyərlərlə bağlı hər bir şey köhnə-
lik kimi təqdim olunur; dəyərlərə və adət-ənənəyə bağlılıq ültra- 
mühafizəkarlıq, köhnəlik və gerilik hesab edilir. Bir sözlə, indiki 
dövrdə dini və milli (geniş mənada: dini-etik, milli-əxlaqi) olan 
hər şeyə – dəyərlər də bura daxildir – qarşı müasirlik adı altında 
ideoloji müharibəyə start verilib. Bu, həm ustalıqla, həm də gizli 
aparılan müharibədir. 
Qloballaşma zəminində meydana çıxmış inteqrasiya prosesləri 
o xalqlara, o toplumlara təsir göstərir ki, onların ideoloji müda-
fiə mexanizmi zəifdir. Təbii ki, söhbət texnoloji inteqrasiyadan 
getmir. Biz burada ideoloji-mədəni inteqrasiya formasından da-
nışırıq. Yad dəyərlər və mədəniyyət modellərinin asanlıqla ixrac 
olunmasında hər nə qədər qloballaşmanın adı hallansa da, onların 
“ayaq tutub yeriməsi”ni başqa bir amillə əlaqələndirmək lazımdır. 
Bu, yuxarıda dediyimiz kimi, ideoloji müdafiə mexanizminin və 
ya “immunitet”in zəifl iyi, ya da ümumiyyətlə mövcud olmama-
ğıdır. Bəli, qloballaşma, onu müşayiət edən mədəni inteqrasiya və 
populyar mədəniyyət əxlaqi dəyərləri laxlatmış, özü də bərk lax- 
latmışdır. Müşahidələr göstərir ki, pozitiv (insan ağlının müəyyən 
etdiyi) əxlaq sistemlərinin (belə sistemlərin yaranması o qədər də 
uzağa gedib çıxmır. Mütəxəssislər başlanğıc tarix kimi XIX əsrin 
sonlarını göstərirlər) ömrü uzun olmur və qloballaşmanın təsirinə 
tez məruz qalır. Çünki dövrün tələblərinə müvafiq olaraq insan tə-
fəkkürünün meydana çıxardığı əxlaq dəyərləri (normaları) zaman 
keçdikcə köhnəlir, yeni “tələbat”lara cavab verə bilmir. Odur ki, 
köhnəlmişləri yeniləri ilə əvəzləmək lazım gəlir. Namus, vicdan, 
məsuliyyət, sədaqət... kimi dəyərlər də “quru” və “rəsmi” normalar 
halına gətirildiyindən həqiqi məzmunlarından uzaqlaşır, müəyyən 


5
vaxt keçdikdən sonra “arxaikləşib”, əxlaq səmasının sönən ulduz-
larına çevrilir. Məhz bu üzdən biz istər dünya müstəvisində, istərsə 
də öz cəmiyyətimizdə sözügedən dəyərlərin deqradasiyasının şa-
hidi oluruq. Bəli, şərti və nisbi normalar, deməli, pozitiv normalar, 
eləcə də pozitiv əxlaq belə bir aqibətə məhkumdur. 
Dini əxlaqda isə vəziyyət başqa cürdür
1

. Burada dinin (söhbət is-
lamdan gedir) təsis etdiyi dəyərlərin mütləq təbiəti əsas götürülür. 
Çünki Allahın qoyduğu əxlaq normaları ümumidir, zaman və mə-
kan nisbiliyinə tabe deyildir. Bəli, inanclı insanlar yəqinliklə qəbul 
edirlər ki, Allahın göndərdiyi əxlaq dəyişməzdir. Axı Allah Mütləq 
Bilik sahibidir. Məhz belə bir inancın formalaşdırdığı psixoloji im-
munitet (biz bunu “səmavi immunitet” də adlandıra bilərik) dini 
əxlaqı həmişəyaşar etmişdir: bir müsəlman üçün vicdan, namus, 
məsuliyyət, sədaqət, düzgünlük dəyişməz dəyərlərdir; 1400 il əv-
vəl necə idisə, indi də elədir! Yəqin ki, oxucumuz həm dini-əxlaqi 
dəyərlərlə mübarizənin “müasirlik” adı altında aparılmasının, həm 
də həmin dəyərlərə bağlılığın köhnəlik kimi təqdim edilməsinin 
səbəbini tam dəqiqliyi ilə başa düşməyə başlayır: inancın doğur-
duğu psixoloji səbatı sarsıtmaq üçün bu inanc və səbatı ləkələmək 
ən uğurlu və münasib həll variantı hesab olunur.
Madam
 
ki,
 
belədir,
 
onda
 
dini
 
əxlaq
 
dəyərlərinə sarılmaqla, on- 
ların pozitivləşməsinə imkan verməməklə, insanları bu istiqa-
mətdə maarifl əndirməklə ən uğurlu müqavimətin baş tutacağını 
düşünürük. Bəli, dini-əxlaqi dəyərlərə sadiq qalmaqla müsəlman 

 Biz əxlaqı pozitiv (dünyəvi) və dini olmaqla iki kateqoriyaya bölməyin 
doğru olmadığını düşünürük. Çünki əxlaqa dair bir sıra cəhətlər insanda 
fitrən mövcuddur. Ancaq bütün dəyər və ibtidai-fitri hisslərin liberal-nihi-
list dünyada öz məsumluq və safl ığını itirməsi faktı bizi məcbur edir ki, əx-
laq anlayışını dəyişməz və sarsılmaz təlimləri olan islam dini çərçivəsində 
nəzərdən keçirək, mütləq forma verməklə onu adiləşməkdən qoruyaq. Qə-
naətimizə görə, müasir dünyada əxlaqı hifz etmək üçün yeganə vasitə dindir. 
Məhz bu səbəbdən biz dini əxlaq sözündən istifadə edirik. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə