Səyyah kitabları



Yüklə 24,12 Kb.
səhifə1/2
tarix01.01.2022
ölçüsü24,12 Kb.
#82507
növüMühazirə
  1   2
Səyyah kitabları


Səyyah kitabları

Humanitar elmlərlə bağlı bügunkü tələblər ali məktəbin işinin, elmi işlərin bütünlüklə yenidən qurulması, ümumiyyətlə, mütəxəssis hazırlanmasının köklü şəkildə yaxşılaşdırılması ilə bağlıdır. bu baxımdan gənc mütəxəssislərin elmi təfəkkürü və dünyagörüşünün yüksəldilməsi, onlara qaynaqlar və ədəbiyyat üzərində müstəqil yaradıcı iş aparmağın öyrədilməsi başlıca vəzifə olaraq qalır. Təcrübə göstərmişdir ki, mühazirələrin problem səciyyədə, yəni keyfiyyətcə yenidən qurulması ilə yanaşı, praktiki məşğələlərin metodikası kökündən yaxşılaşdırılmalı, ilk növbədə qaynaqlar üzərində yaradıcı iş aparmaq vərdişi aşılanmalıdır. Bu məsələ ilə bağlı olaraq, keçmiŞ SSRİ-nin qabaqcıl universitetlərində müxtəlif tarix fənlərinin proqramına uyğun qaynaqların toplu şəklində çap edilməsi işi başlanmış idi. Bu baxımdan Moskva Dövlət Universitetinin çap etdirdiyi qaynaqlar toplusu indi də örnək ola bilər. Onun müəllifləri yazırlar ki, tarix dərsliklərində ―slavyan olmayan xalqların tarixi bir qayda olaraq qısa şərh edilir və dərsliklərin müvafiq bölmələrində ən yeni tarixşünaslığın nəticələri həmişə kifayət qədər nəzərə alınmır. Buna görə də toplumun tərtibçiləri hər bölmə üzrə qabaqca qısa tarixi oçerk vermişlər; bu oçerklər dərsliklərin müvafiq bölmələrini əvəz etməyib ancaq onları genişləndirir‖(s.4). Müəlliflərin haqlı olduğunu qeyd etməklə yanaşı, göstərmək lazımdır ki, o zamankı bu toplu da Azərbaycan tarixi üzrə ―qaynaq aclığını‖ əsla aradan götürmürdü, çünki həmin kitabda üç Zaqafqaziya ölkəsi ilə bağlı 55 qaynaqdan parçalar verilmişdir. Onlardan yalnız 6-sı Azərbaycana aiddir. BDU-nun Azərbaycan tarixi kafedrası tərəfindən hazırlanmış bu kitab məhz həmin kəsiri müəyyən mənada aradan qaldırmaq və ümumiyyətlə, respublika ailə məktəblərində tarixçi mütəxəssislərin hazırlanamsı sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi yolunda atılmış ilk addımlardandır. Oxucuların ixtiyarına vərilən bu kitab müntəxabat tiplidir. Kitabda verilən qaynaqlar Azərbaycan tarixinin qədim çağlarından başlamış, XIX əsrin son otuz ilinədək böyük bir dövrünü izləmək imkanı vərir. Bəlli olduğu kimi, 1870-ci ildə Azərbaycanda keçirilən kəndli islahatından sonra kapitalizmin sürəkli inkişaf yolu başlamış, bununla da ölkə öz tarixinin yeni mərhələsinə keçmişdir. Beləliklə, bu kitabdakı qaynaqlar qədim dövrə düşən quldarlıq ictimai quruluşu IV-XVIII yüzilləri əhatə edən tarixi, nəhayət, şimali Azərbaycanın Rusiya iŞğallarından sonra feodal münasibətlərin dağıldığı və kapitalist münasibətlərin yarandığı dövrün tarixini əhatə edir.

Kitabda verilən qaynaqlar bir-birindən istər mənşəcə, istərsə də mahiyyətcə seçilir. Onların yalnız bir qismi Azərbaycanın mənəvi mühitinin yetişdirməsidir, böyük bir hissəsi ayrı-ayrı ölkələrdə, tarixin ayrı-ayrı dövrlərində yazılmış tarixi-coğrafi əsərlər, gündəliklər və b. məxəzlərdəndir. Buna görə də, topludakı qaynaqlar tariximizə baxışda bir-birindən seçilən iki yanaşma meyarına əsaslanan şərti qruplara bölünür. Bunlardan birincisi indiki tarixşünaslıqda ―özünü təsviretmə‖ adlanan üsulla bağlıdır yəni Azərbaycan tarixinin acılı-sevincli hadisələrinə sanki bu ölkənin vətəndaşının gözü ilə baxarıq, bu tarixi və onu təmsil edən xalqı sanki ―ev güzgüsündə‖ görürük. İkinci qrup qaynaqlar ―özgələrinin boyası ilə‖ yaranıb, yəni bu qayanqlar başqa ölkələri və xalqı təmsil edən müəlliflərin yazılardır. Söz yox ki, hər iki qrup qaynaqların obyektiv və subyektiv üstünlükləri və çatışmazlıqları var, buna görə də bunların hamısının indiki mənbəşünaslıq elminin tənqidi gözü ilə baxmaq olur. Xeyli sayda səyyah kitabları vardır bunlardan biri də, məhz Evliya Çələbi ibn Dərviş Məhmət Zilli (1611-1682) «Səyahətnamə»sinidir Evliya Çələbi ibn Dərviş Məhmət Zilli (1611-1682) «Səyahətnamə»sini başlıca olaraq öz müşahidələrinə arxalanaraq yazmışdır. O, 1646—1648-ci illərdə Zaqafqaziyaya etdiyi ikinci səyahət vaxtı Cənubi və iimali Azərbaycan şəhərlərini və əyalətlərini çox diqqətlə öyrənmişdi. Evliya Çələbi Sultan IV Muradın sarayında qulluq adamı olmuş, Ərzurum gömrükxanasının katibi, iərqi Anadolunun vərgi müvəkkili işləmiş, Türkiyə qoşunlarının Gürcüstan, Azərbaycan və şimali Qafqaz yürüşlərində iştirak etmişdi. 1647-ci ildə Azərbaycanda olarkən o, Türkiyə diplomatik elçiliyinin üzvü olmaqla, yenə də yüksək dövlət məmuru kimi tanınırdı. Buna görə, müəllifin yazısı və hadisələrə onun yanaşması rəsmi Osmanlı dairələrinin baxışını əks etdirir. Buna baxmayaraq Çələbi «Səyahətnamə»si Azərbaycan tarixi üzrə tutarlı qaynaqlardan biri sayılır. Bu kitab 10 cilddən ibarətdir, müxtəlif illərdə Istanbulda çap olunmuşdur. Göstərilən illərdə Zaqafqaziya səyahətini, o sıradan Azərbaycana gəlişini əks etdirən hissəsi bu oncildliyin 2-ci cildinə salınmışdır (2-ci cild hicri 1314-cü ildə çapdan çıxmışdır). I parça. Karşi qalası

Qalanın özülünü Teymur xanın oğlu iəhruh Mirzə1 qoydurmuşdur. Sonra o, Azərbaycan sultanı Uzun Həsənin2 hakimiyyəti altına keçmişdir. Indi Irəvan torpağındadır və Azərbaycan şəhərlərindən biridir. Qala yalın üstündə çox hündürdə yerləşdiyindən qartal və ley yuvasına oxşayır. Daşdan tikilmiş bu abad və gözəl qala dördkünc şəkildədir. Burada 1000 nəfər zavallı dizçökən3 yerləşir. Onların qarovul başçısı bizimlə olan elçilərə hədiyyələr verərək şərəfimizə 70-80 topdan yaylım atəşi açdı və qonaqlıq düzəltdi. iəhər çox da abad deyildir, ancaq qabaqlar bu, iri şəhər və möhkəm qala olmuşdur. Sonralar 1043 (1633-34)-cü ildə IV sultan Murad xan4 Irəvan yürüşünə çıxaraq Ərzurum, Axısxa, Qars, Van şəhərlərinin qoşunlarını birləşdirərək Karşi şəhərini talan edib dağıtmışdı. iəhərdə minarələri olan 7 məscid və kiçik bazar var, bağlar və üzümlüklər isə yoxdur. Karşi şəhəri çay üstündə yerləşdiyindən buranın iqlimi xoşdur, torpağı yumşaq olduğundan düyü əkini üçün yararlıdır, o dediyim çay isə Sekun dağından axıb Araza tökülür... (s. 10).

// parça. Qarabağlar şəhərinin təsviri

Bu şəhərin özülünü Mənüçöhr5 qoymuşdur. iəhər çox qədimdir. Indi Naxçıvan torpağında ayrıca sultanlıq təşkil edir. III Məhmət zamanında Osmanlıların əlindən çıxıb farsların ixtiyarına keçmişdir. Binur Teymur Qarabağlarda böyük bir qoşun ilə beş ay müddətindəqışlağa qalmışdır. şəhər çox abaddır, ətrafında isə ucsuz-bucaqsız münbit düzənlik yerləşir... Bu yerlərdə Süleyman xan1 və başqa sərdarlar dəfələrlə qışlağa qalmışlar. İndi şəhəri orda-burda yenidən tikib abadlaşdırırlar: Bizim xidmətçilər şəhərin içində 40-a qədər minarə saymışdılar. şükür Allaha, bu şəhərdə iqlimin və suyun yaxşılığı bizim ehvalımızı qaydaya saldı. Dostlarımızla birlikdə biz atlara minib, şəhərə çıxdıq. Mehmandarın deməsinə görə, burada bağ-bağatı və üzümlükləri olan 10 minə qədər ev, 79 mehrab, o sıradan minarəli 40 camiyə vardır. Karvansara, hamam və bazarlar da çoxdur. Fəqət onların sayı artmaqda davam edir. Bura bolluq diyarıdır. Bir bağda biz elçi ilə gəzərkən bağban Yazdanqulu bizə 26 çeşid dadlı armud gətirdi. «Malaca», «abbasi», «ordu-badi» çeşidli armudları yeyərkən, ağzında dondurma hiss edirsən. Yaqut rəngli nar yetişir. İrəvan düyüsündən bişirilən plov çox dadlıdır. Aşpazlar təmizliyi gözləyirlər, hamısı da müsəlmanlardandı, ümumiyyətlə əcəmlər2 yemək şeyləri satanlar içində yunan və erməni saxlamırlar. Bu yerlərdə yunanlar əslində yaşamır, yalnız ticarət işləri üçün gələnlər gözə dəyir, ancaq yəhudilər, şiələr, botrailər, kardilər çoxdur. Yolunu azmış müxtəlif təriqət adamları xüsusilə çoxdur: cəfəri, cəbri, qədiri, hürufı, zəmini, mani və başqaları. Qarabağlardan sonra biz güney tərəfə yollanaraq Naxçıvan qalasına gəlib çatdıq (s. 113-114).

/// parça. Naxçevan Nəqşicahan qalasının təsviri

Bu şəhər, doğrudan da, öz adına layiqdir. Bir çox adamlar onu Naxçıvan, başqaları isə Naxçıvan adlandırırlar. İranda o, şəhərlərin fəxridir. İndi Azərbaycan torpağında ayrıca xanlıqdır. Xanın qoşunu çoxdur; onun ehtimad əd-dövlə, kələntər, münşi, daruqə, dizçökən ağa, cikyeyən ağa kimi vəziri adamları var. Onların hamısı idarə işlərində iştirak edir. Daha sonra qazı və şeyxülislam var. Bu şəhərin binasını qədimdə şah Əfrasiyab3 qoymuşdur. İndi də onun əcdadlarının qəbirləri qalmaqdadlr. Onun vaxtında Naxçıvan vilayəti çox abadlaşdırılmışdır, işlənilməyən bir qarış belə torpaq qalmamışdır. Sonralar moğol tayfası tamaha düşüb böyük bir ordu ilə buraya gəldi, dünya gözəli olan bu şəhərin gözəlliyini yox etdi, onun qalasını dağıdıb torpağa qatdı... Gil örtüyü olan 10 min böyük ev şəhəri bəzəyir; şəhərdə 70 camiyə və ibadət yeri, 40 məhəllə məscidi, 20 karvansara, 7 gözəl hamam, minə qədər ticarət köşkü vardır, imarətlərin çoxu gözəldir. Şəhər dördüncü iqlimdə, 18-ci təbiət qurşağının ortasında yerləşir; buranın iqlimi mülayim kəskindir. Bağ və üzümlüklər çox deyildir, ona görə meyvə azdır, 7 çeşid pambıq yetişir, o sıradan zəqi, münlai, zəfrəni, leli, xas, bəyas, dənli bitkiləri, xüsusilə pirinə tərifə dəyər. Sənət adamları bacarıqlı ustalardır. Qələmkari, bəhramquri parçaları və əllə işlənmiş çit örtüklər bütün dünyaya bəllidir... (s. 114-115).




Yüklə 24,12 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə