Sığorta fəaliyyəti haqqında



Yüklə 0,52 Mb.
səhifə1/9
tarix14.05.2018
ölçüsü0,52 Mb.
#44200
  1   2   3   4   5   6   7   8   9

Sığorta fəaliyyəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

I Fəsil 5

Ümumi müddəalar 5

Maddə 1. Əsas anlayışlar 5

Maddə 2. Sığorta qanunvericiliyi 8

Maddə 3. İcbari və könüllü sığorta 8

Maddə 4. Sığorta fəaliyyəti ilə bağlı müəyyən sözlərdən digər şəxslərin adlarında istifadəyə qadağalar 9

Maddə 5. Sığorta sistemi və sığorta bazarının iştirakçıları 9

Maddə 6. Sığorta sirri 9

II Fəsil 11

Sığortaçının fəaliyyətinin əsasları 11

Maddə 7. Sığortaçının hüquqi statusu 11

Maddə 8. Sığortaçının qiymətli kağızları 11

Maddə 9. Sığortaçının adı 11

Maddə 10. Sığorta və təkrarsığorta fəaliyyəti 12

Maddə 11. Sığortaçının fəaliyyət istiqamətləri 13

Maddə 12. İnhisarın qadağan olunması 14

Maddə 13. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun

maliyyələşdirilməsinin qarşısının alınması 14

Maddə 14. Həyat və qeyri-həyat sığortası, onlara aid olan sığorta sinifləri 14

Maddə 15. Sığorta siniflərinə dair tələblər 18

Maddə 16. Sığorta növü 18

Maddə 17. Həyatın yığım sığortası üzrə fəaliyyətin həyata keçirilməsinin əlavə xüsusiyyətləri 19

III Fəsil 19

Sığortaçının təsisçiləri və səhmdarları 19

Maddə 18. Sığortaçının təsisçilərinin və səhmdarlarının kateqoriyası 19

Maddə 19. Sığortaçının təsisçisinə və ya səhmdarına dair tələblər 19

Maddə 20. Xarici sığortaçılara dair əlavə tələblər 20

Maddə 21. Mühüm iştirak payının əldə edilməsinə və ya əhəmiyyətli nəzarətə razılıq 20

Maddə 22. Mühüm iştirak payının əldə edilməsinə və ya əhəmiyyətli nəzarətə razılıq üçün müraciət 21

Maddə 23. Səhmdarın məlumat vermək vəzifəsi 21

Maddə 24. Səhmdarın səs hüququnun etibarsızlığı 22

IV Fəsil 222

Sığortaçılarda korporativ idarəetmə 22

Maddə 25. Sığortaçının idarəetmə orqanları 22

Maddə 26. Sığortaçının Səhmdarlarının Ümumi Yığıncağı 22

Maddə 27. Sığortaçının Səhmdarlarının Ümumi Yığıncağının iclasları 23

Maddə 28. Sığortaçının Direktorlar Şurasının tərkibi və iclasları 24

Maddə 29. Sığortaçının Direktorlar Şurasının səlahiyyətləri 24

Maddə 30. Sığortaçının Direktorlar Şurasının vəzifələri 26

Maddə 31. Sığortaçının İdarə Heyəti 27

Maddə 32. Sığortaçının Təftiş Komissiyası, onun tərkibi və iclasları 27

Maddə 33. Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri 28

Maddə 34. Sığortaçının Təftiş Komissiyasının vəzifələri 28

Maddə 35. Sığortaçının daxili audit xidməti 29

Maddə 36. Yardımçı komitələr 29

Maddə 37. Sığortaçının rəhbər işçilərinə dair tələblər 29

Maddə 38. Sığortaçının rəhbər işçilərinin təyin edilməsi 30

Maddə 39. Sığortaçının xarici fiziki şəxs olan rəhbər işçisi 31

Maddə 40. Sığortaçının rəhbər işçiləri üçün məlumatların açıqlığı 31

Maddə 41. Sığortaçının işçilərinin vəzifələri 31

Maddə 42. Sığortaçının rəhbər işçiləri və müstəqil auditoru barədə məlumat 31

V Fəsil 32

Sığorta və təkrarsığorta fəaliyyətinin lisenziyalaşdırılması 32

Maddə 43. Lisenziyalaşdırmaya dair tələblər 32

Maddə 44. Lisenziya verilməsi üçün ilkin müraciət zamanı təqdim olunan sənədlər 32

Maddə 45. Lisenziya verilməsi üçün ilkin müraciətə baxılması 34

Maddə 46. Lisenziya verilməsi üçün ilkin müraciətin rədd edilməsinin əsasları 34

Maddə 47. Lisenziya verilməsi üçün yeni ilkin müraciət 35

Maddə 48. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı müsbət cavabın dəyişdirilməsinin əsasları 35

Maddə 49. Sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin dövlət qeydiyyatı 35

Maddə 50. Lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədlər 35

Maddə 51. Lisenziya verilməsi üçün yekun müraciətə baxılması 36

Maddə 52. Sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya verməkdən imtina edilməsinin əsasları 37

Maddə 53. Lisenziyanın forması 37

Maddə 54. Lisenziyaların reyestri 38

Maddə 55. Sığorta növünün aparılmasına icazə 38

Maddə 56. Sığorta növünün aparılmasına icazə verməkdən imtinanın əsasları 39

Maddə 57. Müddətsiz lisenziyanın verilməsi ilə bağlı müraciət 39

Maddə 58. Müddətsiz lisenziyanın verilməsindən imtinanın əsasları 40

Maddə 59. Müddətsiz lisenziyanın verilməsi ilə bağlı müraciətə baxılmasının təxirə salınması 40

Maddə 60. Lisenziyanın yenilənməsi 40

Maddə 61. Sığortaçıların birləşməsi ilə bağlı lisenziyanın verilməsi 41

VI Fəsil 41

İnvestisiyalar 41

Maddə 62. Sığortaçının investisiya siyasəti 41

Maddə 63. Sığortaçının öz vəsaitlərinin investisiyaya yönəldilməsi 41

Maddə 64. Sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin investisiyaya yönəldilməsi 42

Maddə 65. Sığortaçı tərəfindən verilən borclar 42

Maddə 66. Digər hüquqi şəxsdə mühüm iştirak payının alınmasına razılıq 42

Maddə 67. Sığortaçının törəmə cəmiyyətləri 43

VII Fəsil 43

Əlaqəli şəxslərlə bağlanan əqdlər 43

Maddə 68. Sığortaçının əlaqəli şəxsləri 43

Maddə 69. Əlaqəli şəxslərlə bağlanmasına icazə verilən əqdlər 44

Maddə 70. Əlaqəli şəxslərlə bağlanmasına icazə verilən əqdlərə əlavə tələblər 44

Maddə 71. Əlaqəli şəxslərlə bağlanmasına icazə verilən əqdlərə məhdudiyyətlər 45

VIII Fəsil 453

Sığortaçının fəaliyyətində əsaslı dəyişikliklər 45

Maddə 72. Sığorta və ya təkrarsığorta müqavilələrinin ötürülməsi 45

Maddə 73. Sığortaçıların birləşmə yolu ilə yenidən təşkili 46

IX Fəsil 47

Sığortaçının müstəqil auditoru və maliyyə hesabatları 47

Maddə 74. Sığortaçının müstəqil auditorunun təyin edilməsi 47

Maddə 75. Sığortaçının müstəqil auditorunun əvəz edilməsi 48

Maddə 76. Sığorta nəzarəti orqanına müstəqil auditor barədə məlumat verilməsi 48

Maddə 77. Sığortaçının auditinin keçirilməsi 48

Maddə 78. Sığortaçının illik maliyyə hesabatları, digər hesabatları və məlumatları 49

X Fəsil 50

Sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti 50

Maddə 79. Sığortaçının tələb olunan kapitalı və məcmu kapitalı 50

Maddə 80. Sığortaçının nizamnamə kapitalı 50

Maddə 81. Sığorta ehtiyatları 51

XI Fəsil 51

Sığorta vasitəçiləri 51

Maddə 82. Sığorta vasitəçilərinin fəaliyyətinin əsasları 52

Maddə 83. Sığorta vasitəçiliyi fəaliyyətinin lisenziyalaşdırılması 52

Maddə 84. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan sənədlər 53

Maddə 85. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün müraciətə baxılması 54

Maddə 86. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi 54

Maddə 87. Sığorta vasitəçilərinin lisenziyalarının forması, yenilənməsi və reyestri 54

Maddə 88. Sığorta brokerinə dair əlavə tələblər 55

Maddə 89. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi

şəxsin təsisçiləri və ya iştirakçılarına dair tələblər 55

Maddə 90. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi

şəxsin adı 55

Maddə 91. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi

şəxsin rəhbər işçilərinə dair tələblər 56

Maddə 92. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi

şəxsin rəhbər işçilərinin təyin edilməsi 57

Maddə 93. Sığorta vasitəçilərinin hesabatları və məlumatları 57

Maddə 94. Sığorta vasitəçilərinin digər fəaliyyət növləri ilə məşğul olması 58

XII Fəsil 58

Sığorta sektorunda dövlət tənzimləməsi və nəzarəti 58

Maddə 95. Sığorta sektorunda dövlət tənzimləməsi və nəzarətinin vəzifələri 58

Maddə 96. Sığorta nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsi 59

Maddə 97. Səyyar yoxlamalar 59

Maddə 98. Səyyar yoxlamanın təyin edilməsi haqqında qərar 60

Maddə 99. Səyyar yoxlamanın müddəti 61

Maddə 100. Səyyar yoxlama apararkən yoxlayıcıların hüquq və vəzifələri 61

Maddə 101. Səyyar yoxlamanın nəticələri 62

Maddə 102. Sığorta nəzarəti orqanının təqdimatları 62

Maddə 103. Sığorta nəzarəti orqanının sanksiyaları 63

Maddə 104. Təqdimatlar və sanksiyalar haqqında qərar 64

Maddə 105. Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması 64

Maddə 106. Lisenziyanın qüvvəsinin dayandırılması 65

Maddə 107. Lisenziyanın ləğvi 66

Maddə 108. Lisenziyanın ləğvinin nəticələri 66

Maddə 109. Sığortaçının müvəqqəti inzibatçısı 67

Maddə 110. Lisenziyanın qüvvəsi məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya lisenziya ləğv edildikdə sığortaçının

vəzifələri 684

Maddə 111. Sığorta növü üzrə fəaliyyətin və ya lisenziyanın qüvvəsinin bərpa edilməsi 68

XIII Fəsil 69

Sığortaçıların ləğv edilməsi 69

Maddə 112. Sığortaçının ləğvinin əsasları 69

Maddə 113. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası 69

Maddə 114. Sığortaçının könüllü qaydada ləğvinin məcburi qaydada ləğvetməyə çevrilməsi 70

Maddə 115. Sığortaçının məcburi qaydada ləğv edilməsinin xüsusiyyətləri 70

Maddə 116. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası 70

Maddə 117. Ləğv edilən sığortaçının kreditorlar komitəsi 71

Maddə 118. Sığortaçının iflası və müflis elan edilməsinin xüsusiyyətləri 71

Maddə 119. Sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyi 71

XIV Fəsil 72

Yekun müddəalar 72

Maddə 120. Məhkəməyə müraciət hüququ 72

Maddə 121. Vətəndaş qüsursuzluğunun müəyyən edilməsi 73

Maddə 122. Əsas məlumat və göstəricilərin yayılması 73

Maddə 123. Sənədlərin saxlanması qaydası və müddəti 73

Maddə 124. Sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyət 73

XV Fəsil 74

Keçid müddəalar 74

Maddə 125. İcbari sığortalarda işlərin aparılması xərcləri 74

Maddə 126. Korporativ idarəetmə ilə bağlı müddəalar 74

Maddə 127. Sığortaçıların və sığorta vasitəçilərinin adı ilə bağlı tələblər 74

Maddə 128. Həyat və qeyri-həyat sığortası üzrə fəaliyyətin ayrılmasına dair tələblər 75

Maddə 129. Könüllü sığorta qaydalarının sığorta qanunvericiliyinə uyğunlaşdırılması 75

Maddə 130. Müddətsiz lisenziyaların verilməsi 75

Maddə 131. İnvestisiyalara dair tələblər 76

Maddə 132. Əlaqəli şəxslərə dair tələblər 76

Maddə 133. Sığorta agentlərinə dair tələblər 76

Maddə 134. Rəhbər işçilərə dair tələblərin tətbiqi 76

Maddə 135. Qanunun qüvvəyə minməsi 765

Bu Qanun Azərbaycan Respublikasında sığorta sisteminin inkişafının,

sığorta bazarının peşəkar iştirakçılarının, o cümlədən sığortaçıların,

təkrarsığortaçıların, sığorta vasitəçilərinin fəaliyyətinin əsas istiqamətlərini və

prinsiplərini, habelə sığorta sahəsində dövlət tənzimlənməsinin və nəzarətinin

hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Bu Qanun sosial sığorta münasibətlərinə şamil edilmir.

I Fəsil

Ümumi müddəalar

Maddə 1. sas anlayışlar

1.1. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.1.1. sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı,

sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan

fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin

müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan

münasibətlər sistemi;

1.1.2. təkrarsığorta – sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı

risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bağlanmış müqaviləyə

müvafiq olaraq ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər

sistemi;

1.1.3. sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək

üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan

sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən

olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin

tərəfi olan yerli hüquqi şəxs;

1.1.4. sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta

etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi;

1.1.5. sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri

sığortalanan şəxs;

1.1.6. faydalanan şəxs - icbari sığorta qanunvericiliyinə və ya sığorta

müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs;

1.1.7. təkrarsığortaçı – sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası

olan ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya

təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri

təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) tərəf;

1.1.8. təkrarsığortalı – sığortaladığı və ya təkrarsığortaladığı riskləri

təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən)

sığortaçı və ya təkrarsığortaçı;

1.1.9. sığorta nəzarəti orqanı – sığorta sektorunda dövlət tənzimləməsi və

nəzarəti funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı; 6

1.1.10. sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi

müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən

zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş

verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi

şərtlərinin təsbit edildiyi razılaşma;

1.1.11. sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını

təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən

sənəd;

1.1.12. sığorta qaydaları - sığorta qanunvericiliyinə uyğun olaraq,



sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü

tərəfindən və ya sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada

hazırlanan, həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd;

1.1.13. sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd

olmayan hər hansı əmlak mənafeyi;

1.1.14. sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi

müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə

tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

1.1.15. sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının

öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə

olunan son həddi;

1.1.16. qaytarılan məbləğ – həyatın yığım sığortası üzrə müqaviləyə

vaxtından əvvəl xitam verilərkən sığortaçının sığortalıya ödəməli olduğu pul

məbləği;

1.1.17. sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak

mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal;

1.1.18. sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya

zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması

ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;

1.1.19. sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə

sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə

ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində

baş verən hadisə və ya yaranan hal;

1.1.20. sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta

olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və

sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; bu anlayış

təkrarsığorta müqavilələri üzrə təkrarsığortalının təkrarsığortaçıya etdiyi müvafiq

müraciətinə münasibətdə “təkrarsığorta tələbi” kimi işlədilir;

1.1.21. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə,

həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə

kompensasiyası;

1.1.22. şəxsi tutum – sığorta və ya təkrarsığorta müqaviləsinə əsasən

sığorta riskinin sığortaçının (təkrarsığortalının) öhdəliyində qalan hissəsi;

1.1.23. şərikli sığorta – sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta

risklərinin birgə sığortalanması və sığorta ödənişi üzrə öhdəliklərin bölüşdürülməsi 7

barədə bir neçə sığortaçının öz aralarında bağladıqları müqavilədən yaranan hüquqi

və iqtisadi münasibətlər mexanizmi;

1.1.24. həyatın yığım sığortası – sığortalının müntəzəm şəkildə ödədiyi

sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə

tutan həyat sığortasının aparılmasının forması;

1.1.25. aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar

aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin

sığorta ehtiyatlarını hesablayan mütəxəssis;

1.1.26. lisenziya – sığortaçıya sığorta fəaliyyətini, təkrarsığortaçıya

təkrarsığorta fəaliyyətini, sığorta brokerinə sığorta brokeri fəaliyyətini, sığorta

agentinə sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd;

1.1.27. tələb olunan kapital – sığortaçının maliyyə öhdəliklərinin tam

həcmdə yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğ;

1.1.28. sığortaçının öz vəsaiti – sığortaçının öhdəliklərindən azad olan,

məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən

hesablanan vəsaitləri;

1.1.29. məcmu kapital – sığortaçının maliyyə sabitliyinin və ödəmə

qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləği;

1.1.30. şəxs – fiziki şəxs və ya hüquqi şəxs;

1.1.31. yerli hüquqi şəxs – Azərbaycan Respublikasının qanunvericiliyinə

müvafiq olaraq təsis edilən istənilən hüquqi şəxs;

1.1.32. xarici fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı olmayan

və daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olmayan fiziki şəxs;

1.1.33. xarici hüquqi şəxs – yerli hüquqi şəxs anlayışı ilə əhatə edilməyən

hüquqi şəxslər;

1.1.34. xarici sığortaçı – öz ölkəsinin qanunvericiliyinə əsasən sığorta

fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs;

1.1.35. xarici təkrarsığortaçı – öz ölkəsinin qanunvericiliyinə əsasən

təkrarsığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs;

1.1.36. törəmə cəmiyyət - bu Qanunun məqsədləri üçün idarə edilməsində

əsas təsisçisinin (səhmdarının) əhəmiyyətli nəzarətə malik olduğu hüquqi şəxs;

1.1.37. asılı cəmiyyətlər - biri digərinin və ya onların hər birinin eyni

üçüncü şəxsin (şəxslərin) əhəmiyyətli nəzarəti altında olan hüquqi şəxslər;

1.1.38. əhəmiyyətli müqavilə - bu Qanunun məqsədləri üçün, hər hansı

şəxsə onun hüquqi şəxsin səhmlərinə malik olub-olmamasından asılı olmayaraq

həmin hüquqi şəxsə qərarların qəbul edilməsində mühüm təsir göstərmək

səlahiyyəti verən müqavilə;

1.1.39. əhəmiyyətli nəzarət – bu Qanunun məqsədləri üçün səhmdarın

hüquqi şəxsin yerləşdirilmiş adi səhmlərinin 50 faizinə və ya daha çox hissəsinə

malik olması, yaxud əhəmiyyətli müqavilə əsasında hər hansı şəxs tərəfindən

hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı;

1.1.40. mühüm iştirak payı – nizamnamə kapitalında yerləşdirilmiş

səhmlərin 20 və ya daha çox faizinə birbaşa və ya dolayı yolla malik olma; şəxs

hüquqi şəxsdə o zaman dolayı yolla mühüm iştirak payının sahibi hesab edilir ki, 8

o, bu hüquqi şəxsdə mühüm iştirak payına malik olan digər hüquqi şəxsə

əhəmiyyətli nəzarəti həyata keçirsin;

1.1.41. vətəndaş qüsursuzluğu – bu Qanunda nəzərdə tutulan şəxslər

üçün:

1.1.41.1. qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması;



1.1.41.2. mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya

xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkumluğun olmaması;

1.1.41.3. müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına

məhkəmə qərarı ilə qadağa qoyulmaması;

1.1.42. yaxın qohumlar – bu Qanunun məqsədləri üçün ər, arvad,

valideynlər, övladlar, övladlığa götürülənlər, bacılar, qardaşlar, ərin və ya arvadın

valideynləri, bacıları, qardaşları.

1.2. Aşağıdakı hallarda bu Qanunla müəyyənləşdirilmiş sığortaçı və xarici

sığortaçı anlayışları müvafiq olaraq təkrarsığortaçını və ya xarici təkrarsığortaçını

da əhatə edir:

1.2.1. müvafiq müddəada xüsusi olaraq fərqləndirilmədikdə;

1.2.2. yalnız sığortaçıya və ya xarici sığortaçıya münasibətdə tətbiq edilə

bilən məzmun ifadə olunmadıqda;

1.2.3. eyni cümlədə həm sığortaçı, həm də təkrarsığortaçı, yaxud həm xarici

sığortaçı, həm də xarici təkrarsığortaçı anlayışından istifadə edilmədikdə;

1.2.4. sığortaçı və ya xarici sığortaçı anlayışından istifadə olunan müddəada

yalnız təkrarsığortaçıya və ya xarici təkrarsığortaçıya şamil olunan başqa hal

müəyyən edilmədikdə.

Maddə 2. Sığorta qanunvericiliyi

2.1. Azərbaycan Respublikasının sığorta qanunvericiliyi Azərbaycan

Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki

Məcəlləsindən, bu Qanundan və onun əsasında qəbul edilən normativ hüquqi

aktlardan, icbari sığorta qanunvericiliyindən, digər normativ hüquqi aktlardan və

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq

müqavilələrdən ibarətdir.

2.2. Sığorta nəzarəti orqanı sığorta bazarının tənzimlənməsi üzrə sığorta

qanunvericiliyinə müvafiq olan normativ hüquqi aktlar qəbul etmək, həmçinin

sığortaçılar və sığorta vasitəçiləri üçün normativləri müəyyən etmək səlahiyyətinə

malikdir.

Maddə 3. İcbari və könüllü sığorta

3.1. İcbari və ya könüllü sığorta müqaviləsini yalnız müvafiq sığorta

növünü aparmağa sığorta nəzarəti orqanından icazəsi olan sığortaçı bağlaya bilər.

3.2. İcbari sığortanın növləri, aparılması qaydaları və şərtləri sığorta

qanunvericiliyi ilə müəyyən edilir. 9

3.3. Bu Qanuna uyğun olaraq başqa hal tətbiq edilmirsə könüllü sığortanın

növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir.

3.4. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna edilməklə icbari sığorta

növünü aparmağa icazəsi olan sığortaçı müvafiq icbari sığorta müqaviləsini

bağlamaqdan imtina edə bilməz.

Maddə 4. Sığorta fəaliyyəti ilə bağlı müəyyən sözlərdən digər şəxslərin adlarında

istifadəyə qadağalar

4.1. Sığortaçı, təkrarsığortaçı və ya sığorta vasitəçisi olmayan hüquqi

şəxslərin öz adında “sığorta”, “təkrarsığorta”, “sığorta brokeri”, yaxud “sığorta

agenti” sözlərini, həmçinin həmin sözlərdən törəmiş, özündə sığorta və

təkrarsığorta əməliyyatlarının həyata keçirilməsini, yaxud sığorta vasitəçiliyini

ifadə edən digər sözləri istifadə etməsi qadağandır.

4.2. Sığorta vasitəçiliyi fəaliyyəti üzrə lisenziyası ləğv olunmuş, yaxud bu

Qanunda nəzərdə tutulmuş hər hansı növ lisenziya verilməsindən imtina edilmiş

hüquqi şəxs, bu barədə sığorta nəzarəti orqanının müvafiq qərarının qəbul edildiyi

tarixdən 2 ay müddətində bu Qanunun 4.1-ci maddəsinin tələbini təmin etməli və

ya könüllü qaydada ləğv edilməlidir.

4.3. Hüquqi şəxs bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş müddətə


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə