Sığorta haqqında



Yüklə 141 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü141 Kb.
#66519


 

 

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və 

əlavələr edilməsi və "Sığorta haqqında" Azərbaycan respublikası Qanununun 

qüvvədən düşmüş hesab edilməsi barədə 

 

 



AZƏRBAYCAN   RESPUBLİKASININ  

Q  A  N  U  N  U 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



 

I.  "Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatının  statusu  haqqında" 

Azərbaycan 

Respublikasının 

Qanununda 

(Azərbaycan 

Respublikasının 

Qanunvericilik Toplusu, 1997-ci il, №2, maddə 106; 2001-ci il, №12, maddə 731; 

2002-ci il, №1, maddə 4; 2004-cü il, №8, maddə 606, №9, maddə 666; 2007-ci il, 

№3,  maddə  206,  №6,  maddələr  560,  598,  №11,  maddə  1078)  aşağıdakı 

dəyişikliklər edilsin: 

1. 30-1-ci maddədə "Sığorta haqqında" sözləri "Azərbaycan Respublikasının Mülki 

Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında" sözləri ilə əvəz edilsin; 

2.  30-1-ci  maddənin  ikinci  hissəsində,  30-4-cü  maddənin  birinci-üçüncü 

hissələrində,  30-5-ci  maddənin  dördüncü  hissəsində,  30-6-cı  maddənin  adında, 

birinci-dördüncü  hissələrində,  30-7-ci  maddənin  birinci  hissəsinin  birinci,  üçüncü 

və  beşinci  abzaslarında,  30-8-ci  maddənin  birinci-dördüncü  abzaslarında  ismin 

müvafiq  hallarında  "sığortalı"  sözü  ismin  müvafiq  hallarında  "sığorta  olunan" 

sözləri  ilə,  30-5-ci  maddənin  birinci-üçüncü  hissələrində,  30-6-cı  maddənin 

dördüncü  hissəsində,  30-10-cu  maddənin  birinci  və  ikinci  hissələrində  ismin 

müvafiq  hallarında  "sığorta  etdirən"  sözləri  ismin  müvafiq  hallarında  "sığortalı" 

sözü ilə əvəz edilsin. 



 

II.  "Azərbaycan  Respublikasında  nəqliyyat  vasitəsi  sahiblərinin  mülki 

məsuliyyətinin  icbari  sığortası  haqqında"  Azərbaycan  Respublikasının 

Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №2, 

maddə 140; 1998-ci il, №1, maddə 16; 2003-cü il, №6, maddə 255; 2005-ci il, №8, 

maddə 692; 2008-ci il, №7, maddə 602) aşağıdakı dəyişikliklər və əlavə edilsin: 

1. 2-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin: 

PDF created with pdfFactory trial version 

www.pdffactory.com




"Sığortaçı  sığorta  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  qanunvericilikdə  nəzərdə 

tutulmuş  qaydada  lisenziyaya  malik  olan,  nəqliyyat  vasitəsi  sahiblərinin  mülki 

məsuliyyətinin icbari sığortası növü üzrə sığorta nəzarəti orqanından müvafiq icazə 

almış hüquqi şəxsdir."; 

2. 3-cü maddə aşağıdakı redaksiyada verilsin: 

"Maddə 3. Sığortalı və sığorta olunan 

1.  Sığortalı  sığorta  müqaviləsi  üzrə  sığorta  haqqı  ödəyən,  həmin  müqavilədə 

göstərilən  nəqliyyat  vasitəsinin  istismarı  ilə  bağlı  mülki  məsuliyyətin  sığorta 

etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 

2.  Sığorta  olunan  müvafiq  icbari  sığorta  şəhadətnaməsinin  kimin  adına 

verilməsindən  asılı  olmayaraq  istifadəsi  ilə  bağlı  sahibinin  mülki  məsuliyyəti  bu 

qanuna  uyğun  olaraq  sığortalanmış  nəqliyyat  vasitəsini  qanuni  əsaslarla  istifadə 

edən,  üçüncü  şəxslər  qarşısında  mülki  məsuliyyətinə  görə  əmlak  mənafeyi 

sığortalanmış şəxsdir. 

3.  Bu  Qanunun  məqsədləri  üçün  nəqliyyat  vasitəsinin  sahibi  mülkiyyətində 

nəqliyyat vasitəsi olan, yaxud nəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, 

yəni  onu  icarəyə  götürmüş  və  ya  etibarnamə  əsasında  idarə  edən,  yaxud  digər 

qanuni  əsaslarla  istismar  edən  şəxs  hesab  olunur.  Nəqliyyat  vasitəsinin  sahibi 

sığortaçını seçməkdə sərbəstdir."; 

3. 6-cı maddənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 

"1. Nəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan və ya üzərində faktiki sahibliyi 

həyata  keçirdiyi,  həmçinin  digər  qanuni  əsaslarla  istismar  etdiyi  nəqliyyat 

vasitəsinin  istifadəsi  nəticəsində  üçüncü  şəxslərə  dəyə  biləcək  zərərlə  bağlı  mülki 

məsuliyyətini icbari qaydada sığorta etdirməlidir. 

Nəqliyyat  vasitəsilə bağlı  mülki  məsuliyyətin bu  Qanunla  nəzərdə tutulmuş  icbari 

qaydada  sığortalanması  təmin  edilmişdirsə,  həmin  icbari  sığortanın  qüvvədə 

olduğu  müddət ərzində  nəqliyyat  vasitəsinin sahibi dəyişdikdə, o cümlədən əmlak 

qanuni  əsaslarla  icarəyə  və  ya  digər  qaydada  başqa  şəxsin  istifadəsinə  verildikdə, 

yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunun 

3-cü  maddəsinin  2-ci  bəndinə  uyğun  olaraq  nəqliyyat  vasitəsini  faktiki  istifadə 

edən şəxs sığorta olunan hesab edilir."; 

4. 8-ci maddənin: 

4.1.  2-ci  bəndinin  üçüncü  və  dördüncü  abzasları  çıxarılsın,  ikinci  abzası  isə 

aşağıdakı redaksiyada verilsin: 

"2. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı 

sığorta  hadisəsinin  baş  verməsində  sürücünün  təqsirinin  dərəcəsindən  asılı 

olmayaraq hər bir halda üçüncü şəxsə dəyən zərərin əvəzini bu Qanunla  müəyyən 

edilmiş qaydada ödəməlidir."; 

4.2. 5-ci bəndində "iddia (reqress)" sözləri "subroqasiya" sözü ilə əvəz edilsin; 

4.3. 6-cı bəndi aşağıdakı redaksiyada verilsin: 

 "6.  Sığorta  hadisəsi  nəticəsində  üçüncü  şəxsin  əmlakına  vurulan  zərərin  əvəzi 

sığortalı  və  ya  sığorta  olunan,  həmçinin  üçüncü  şəxsin  bağlamış  olduğu  digər 

müvafiq  sığorta  müqaviləsinin  tərəfi  olan  sığortaçı  tərəfindən  tam  ödənildikdə, 

sığortaçı  sığorta  ödənişini  sığorta  məbləği  həddində  sığortalıya  və  ya  sığorta 

olunana,  yaxud  subroqasiya  qaydasında  tələb  irəli  sürmüş  digər  sığortaçıya  verir. 

PDF created with pdfFactory trial version 

www.pdffactory.com



Bu  halda  sığorta  ödənişinin  məbləği  sığortalının  və  ya  sığorta  olunanın,  yaxud 

digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz."; 

 4.4. Aşağıdakı məzmunda 7-ci və 8-ci bəndlər əlavə edilsin: 

 "7.  Sığorta  hadisəsi  nəticəsində  üçüncü  şəxsin  əmlakına  dəymiş  zərərlə  əlaqədar 

sığortalı  və  ya  sığorta  olunan,  həmçinin  üçüncü  şəxsin  bağlamış  olduğu  digər 

müvafiq  sığorta  müqaviləsinin  tərəfi  olan  sığortaçı  tərəfindən  zərərçəkənə 

ödənilmiş  məbləğ  zərər  məbləğindən  az  olduqda,  sığortaçı  sığorta  ödənişini 

ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş 

məbləğin  əvəzini  isə  sığortalıya  və  ya  sığorta  olunana,  yaxud  subroqasiya 

qaydasında  tələb  irəli  sürmüş  digər  sığortaçıya  verməklə  həyata  keçirir. 

8.  Sığorta  ödənişi  həyata  keçirildikdə,  müvafiq  icbari  sığorta  şəhadətnaməsi 

sığortaçı  tərəfindən  geri  alınır  və  sığortalının  sığorta  məbləğini  qanunvericiliklə 

tələb  olunan  miqdarda  bərpa  etmək  üçün,  sığorta  məbləğinin  azalmış  hissəsinə 

uyğun  olaraq  əlavə  sığorta  haqqı  ödəməsi  şərti  ilə  ona  əvvəlki  sığorta 

şəhadətnaməsinin  son  qüvvədə  olma  tarixinədək  müddətə  qüvvədə  olan  yeni 

sığorta şəhadətnaməsi verilir."; 

 5. 9-cu maddənin: 

 5.1. 1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 

 "1.  Bu  Qanunla  müəyyən  edilmiş  subroqasiya  hüququnun  əsaslarına  aid  olan 

hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının 

Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı aşağıdakı hallarda 

da sığorta ödənişi verilmir: 

 sığorta  tələbi  üçüncü  şəxsin  pul,  qiymətli  kağızlar,  qiymətli  metallar  və  qiymətli 

daşlar,  sənət  əsərləri,  o  cümlədən  rəsm  əsərləri,  qravüralar,  heykəllər,  həmçinin 

modellər,  plan  və  eskizlər,  ixtira  patentləri,  sənədlər,  kitablar  və  yazılar  şəklində 

olan əmlakına dəymiş zərərlə bağlı olduqda; 

 sığorta  tələbi  sığortalının  və  ya  sığorta  olunanın  sahibliyində,  istifadəsində  və  ya 

sərəncamında olan əmlaka dəymiş zərərlə bağlı olduqda; 

 sığorta tələbi mənəvi zərər, yaxud gəlir itkisi ilə, habelə sığortalının və ya sığorta 

olunanın  cərimə,  dəbbə  pulu,  penya  ödəməsi  üzrə  əmlak  mənafeləri  ilə  bağlı 

olduqda."; 

 5.2. 2-ci və 3-cü bəndləri çıxarılsın; 

 6. 10-cu maddə çıxarılsın; 

 7. 11-ci  maddənin 1-ci bəndinin ikinci abzasında "əmək qabiliyyətinin  müvəqqəti 

itirilməsi" sözləri "xəsarət alma" sözləri ilə əvəz edilsin; 

 8. 15-ci maddənin: 

 8.1. 1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 

 "1.  Bu  Qanunun  məqsədləri  üçün  sığorta  müqaviləsi  sığortalının  müvafiq  sığorta 

haqqı  ödəməsi  müqabilində  üçüncü  şəxslərin  sağlamlığına  və  ya  əmlakına  zərər 

vurulması nəticəsində sığorta olunanın mülki  məsuliyyətinin yaranması riskləri ilə 

bağlı itkilərin əvəzinin ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi 

şərtlərini təsbit edən razılaşmadır."; 

 8.2. 2-ci bəndində "Sığortaçı ilə sığorta olunan arasında" sözləri "Müvafiq icbari" 

sözləri ilə əvəz edilsin; 

 8.3. 4-cü bəndində "Sığorta olunan" sözləri "Sığortalı" sözü ilə əvəz edilsin; 

PDF created with pdfFactory trial version 

www.pdffactory.com



 9.  16-cı  maddənin  1-ci  bəndinin  üçüncü  cümləsində  "sığorta  etdirən"  sözləri 

"sığortalı" sözü ilə əvəz edilsin; 

 10. 17-ci maddənin 2-ci bəndi çıxarılsın; 

 11.  18-ci  maddənin  2-ci  bəndində  "vəsatət  edənlə"  sözləri  "sığorta  tələbini  irəli 

sürən  şəxslə"  sözləri  ilə,  3-cü  bəndinin  ikinci  cümləsində  "Sığorta  haqqında 

qanunun  21-ci  maddəsinə  uyğun  olaraq  sığorta  olunana  cərimə"  sözləri  "sığorta 

olunana sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu" sözləri ilə əvəz 

edilsin; 

12. 20-ci maddənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 

 "1.  Daxil  olan  sığorta  haqlarının  75  faizi  miqdarında  sığorta  qanunvericiliyi  ilə 

müəyyən olunmuş qaydada sığorta ehtiyatları formalaşdırılır. 

 Sığorta haqlarının sığorta ehtiyatlarının formalaşdırılmasından sonra qalan hissəsi 

aşağıdakı qaydada bölüşdürülür: 

 sığortaçının işlərinin aparılması xərclərinə - 14,7 faiz; 

 mərkəzi sığorta ehtiyatına - 5 faiz; 

 sığorta  sektorunda  dövlət  tənzimlənməsi  və  nəzarətinin  həyata  keçirilməsinin 

maliyyələşdirilməsinə - 0,3 faiz; 

 yol-nəqliyyat hadisələrinin qarşısının alınması tədbirlərinə - 5 faiz."; 

 13. 23-cü maddə aşağıdakı redaksiyada verilsin: 

 "Maddə 23. Subroqasiya hüququnun yaranmasının əsasları 

1.  Sığortaçının  bu  Qanuna  uyğun  olaraq  verdiyi  sığorta  ödənişi  məbləğində 

subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 

 sığorta  hadisəsi  zəruri  müdafiə  və  ya  son  zərurət  vəziyyətində  edilmiş  hərəkətlər 

istisna  olmaqla  sığorta  müqaviləsində  göstərilən  nəqliyyat  vasitəsini  idarə  edən 

şəxs  tərəfindən  həmin  hadisənin  baş  verməsinə  yönəldilmiş  qəsdən  edilən 

qanunazidd hərəkətlərin nəticəsi olduqda; 

 sığorta hadisəsi baş verərkən sığorta müqaviləsində göstərilən nəqliyyat vasitəsini 

idarə  edən  şəxs  həmin  nəqliyyat  vasitəsini  alkoqol,  narkotik  və  ya  toksikoloji 

vəziyyətdə idarə etdikdə; 

 sığorta  müqaviləsində  göstərilən  nəqliyyat  vasitəsi  onu  qanuni  əsaslarla  idarə 

etməyə hüququ olmayan şəxs tərəfindən idarə edildikdə

 sığorta  müqaviləsində  göstərilən  nəqliyyat  vasitəsini  idarə  edən  şəxs  hadisə 

yerindən yayınmış olduqda. 

2.  Subroqasiya  hüququ  öz  işçisi  tərəfindən  törədilmiş  əmələ  görə  mülki 

qanunvericiliklə  müəyyən  edilmiş  şərtlər  olduqda  sığortalıya  qarşı,  digər  hallarda 

isə  sığorta  hadisəsinin  baş  verməsində  təqsiri  olan  sığorta  olunana  və  ya  sığorta 

olunanın nəqliyyat vasitəsini idarə edən digər şəxsə qarşı yaranır.". 

 

III. "Hərbi qulluqçuların  dövlət icbari şəxsi sığortası  haqqında" Azərbaycan 



Respublikasının  Qanununda  (Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 1997-ci il, №5, maddə 399; 2001-ci il, №12, maddə 736; 2005-ci il, №8, 

maddə 692, №10, maddə 872; 2006-cı il, 12, maddə 1007; 2008-ci il, №6,  maddə 

462) aşağıdakı dəyişikliklər edilsin: 

 1.  1-ci  maddədə  "Sığorta  haqqında"  sözləri  "Mülki  Məcəlləsi,  "Sığorta  fəaliyyəti 

haqqında" sözləri ilə əvəz edilsin; 

PDF created with pdfFactory trial version 

www.pdffactory.com




2.  2-ci  maddənin  adında  və  mətnində,  5-ci  maddənin  birinci  hissəsinin  "a",  "b", 

"c",  "ç"  və  "d"  yarımbəndlərində,  6-cı  maddənin  dördüncü  hissəsində,  7-ci 

maddənin  birinci  hissəsinin  birinci  abzasında,  "a"  yarımbəndinin  ikinci  və 

dördüncü  abzaslarında,  ikinci  və  üçüncü  hissələrində  və  8-ci  maddədə  ismin 

müvafiq  hallarında  "sığorta  edilən"  sözləri  ismin  müvafiq  hallarında  "sığorta 

olunan" sözləri ilə əvəz edilsin; 

3. 4-cü maddənin ikinci hissəsindən ", sığortaçının komisyon mükafatları da nəzərə 

alınmaqla" sözləri çıxarılsın; 

 4.  6-cı  maddənin  birinci  və  ikinci  hissələrində  "sığorta  etdirənlər"  sözləri 

"sığortalılar" sözü ilə əvəz edilsin. 



IV. 

Azərbaycan 

Respublikasının 

Əmək 

Məcəlləsində 

(Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  1999-cu  il,  №4,  maddə  213;  2001-ci  il, 

№3,  maddə  143,  №6,  maddə  362,  №11,  maddələr  672,  679,  №12,  maddə  731; 

2002-ci  il,  №1,  maddə  2,  №5,  maddə  241,  №6,  maddə  328;  2003-cü  il,  №1, 

maddələr 9, 23; 2004-cü  il, №1,  maddə 10, №2,  maddə 57, №3,  maddə 133, №6, 

maddə  413,  №7,  maddə  505,  №9,  maddə  672,  №12,  maddə  981;  2005-ci  il,  №3, 

maddə  151,  №4,  maddə  278,  №7,  maddə  560,  №10,  maddə  874,  №11,  maddə 

1001,  №12,  maddə  1094;  2006-cı  il,  №3,  maddələr  220,  222,  №5,  maddə  385, 

№11, maddə 923, №12, maddələr 1004, 1025, 1030; 2007-ci il, №5, maddələr 401, 

437, №6, maddə 560, №8, maddə 756, №11, maddələr 1049, 1053; 2008-ci il, №3, 

maddə 156, №7, maddələr 600, 602) aşağıdakı dəyişikliklər edilsin: 

1.  211-ci  maddənin  birinci  hissəsinin  doqquzuncu  abzasından  "şəxsi"  sözü 

çıxarılsın; 

2. 225-ci maddə üzrə: 

2.1. adından "sosial sığortası və şəxsi" sözləri çıxarılsın; 

2.2.  ikinci  hissənin  birinci  cümləsindən  "şəxsi"  sözü  çıxarılsın,  ikinci  cümləsində 

isə "Şəxsi" sözü  "Bədbəxt  hadisələrdən  və peşə xəstəliklərindən  icbari" sözləri  ilə 

əvəz edilsin; 

2.3. üçüncü hissədən "şəxsi" sözü çıxarılsın. 

3.  239-cu  maddənin  beşinci  hissəsinin  birinci  cümləsində  "icbari  şəxsi"  sözləri 

"bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari" sözləri ilə əvəz edilsin. 

 

V.  "Məhkəmə  və  hüquq-mühafizə  orqanları  işçilərinin  dövlət  icbari  şəxsi 

sığortası  haqqında"  Azərbaycan  Respublikasının  Qanununda  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №10, maddə 569; 2001-ci il, 

№12, maddə 736; 2005-ci il, №8, maddə 692; 2006-cı il, №11, maddə 928; 2007-

ci  il,  №6,  maddə  560;  Azərbaycan  Respublikasının  2008-ci  il  2  iyun  tarixli  620-

IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin: 

 1.  1-ci  maddədə  "Sığorta  haqqında"  sözləri  "Mülki  Məcəlləsi,"Sığorta  fəaliyyəti 

haqqında," sözləri ilə əvəz edilsin; 

 2.  4-cü  maddənin  ikinci  hissəsindən  ",  sığortaçının  komisyon  mükafatları  da 

nəzərə alınmaqla," sözləri çıxarılsın; 

 3.  6-cı  maddənin  birinci-üçüncü  hissələrində  və  9-cu  maddənin  ikinci  hissəsində 

ismin  müvafiq  hallarında  "sığorta  etdirənlər"  sözləri  ismin  müvafiq  hallarında 

"sığortalılar" sözü ilə əvəz edilsin; 

PDF created with pdfFactory trial version 

www.pdffactory.com




 4.  7-ci  maddənin  ikinci  hissəsində  və  8-ci  maddədə  ismin  müvafiq  hallarında 

"sığorta  edilən"  sözləri  ismin  müvafiq  hallarında  "sığorta  olunan"  sözləri  ilə  əvəz 

edilsin. 

 

VI.  "Tibbi  sığorta  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2000-ci  il,  №1,  maddə  4; 

2001-ci  il,  №3,  maddə  141;  2007-ci  il,  №12,  maddə  1212)  aşağıdakı  əlavə  və 

dəyişiklik edilsin: 

 1. 2-ci maddədə "Qanundan," sözündən sonra "Azərbaycan Respublikasının Mülki 

Məcəlləsindən,  "Sığorta  fəaliyyəti  haqqında"  Azərbaycan  Respublikasının 

Qanunundan," sözləri əlavə edilsin; 

 2. 3-cü  maddənin birinci hissəsində, ikinci hissəsinin birinci abzasında və üçüncü 

hissəsində,  4-cü  maddənin  ikinci  hissəsində,  6-cı  maddənin  adında,  birinci  və 

ikinci hissələrinin birinci abzaslarında və üçüncü hissəsində, 7-ci maddənin birinci 

hissəsinin  yeddinci  abzasında,  9-cu  maddənin  birinci  hissəsində,  10-cu  maddənin 

birinci hissəsində və 16-cı maddənin dördüncü hissəsində ismin müvafiq hallarında 

"sığorta  edən"  və  "sığorta  edənlər"  sözləri  ismin  müvafiq  hallarında  "sığortalı" 

sözü ilə əvəz edilsin. 

 

VII. 



Azərbaycan 

Respublikasının 

Vergi 

Məcəlləsində 

(Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2000-ci  il,  №8  (I  kitab),  maddə  583; 

2001-ci  il,  №7,  maddə  454,  №9,  maddə  576,  №12,  maddə  734;  2002-ci  il,  №5, 

maddə 249, №12, maddə 707; 2003-cü il, №8, maddə 425, №12, (I kitab), maddə 

671; 2004-cü il, №1, maddə 1, №11, maddə 887, №12, maddə 980; 2005-ci il, №2, 

maddə  61,  №8,  maddə  688,  №12,  maddə  1081;  2006-cı  il,  №12,  maddələr  1005, 

1026;  2007-ci  il,  №1,  maddə  4,  №6,  maddə  597,  №8,  maddə  745,  №11,  maddə 

1053, №12, maddə 1192) aşağıdakı əlavə və dəyişiklik edilsin: 

1. 16.1.8.26-cı maddədə "bank fəaliyyəti" sözlərindən sonra ", həmçinin sığorta və 

sığorta vasitəçiliyi xidmətləri" sözləri əlavə edilsin; 

2. 102.1.8-ci  maddədə "sığortalının" sözü  "sığorta olunanın  və  faydalanan şəxsin" 

sözləri  ilə,  "sığortalıya" sözü  isə "sığorta olunana  və  faydalanan şəxsə" sözləri  ilə 

əvəz edilsin. 

 

VIII.  "İcbari  ekoloji  sığorta  haqqında"  Azərbaycan  Respublikasının 

Qanununda  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2002-ci  il, 

№4, (İİ kitab), maddə 172; 2005-ci il, №8, maddə 692; 2008-ci il, №6, maddə 462) 

aşağıdakı dəyişikliklər edilsin: 

 1.  2-ci  maddədə  "Sığorta  haqqında"  sözləri  "Sığorta  fəaliyyəti  haqqında"  sözləri 

ilə əvəz edilsin; 

 2. 5.1-ci maddə aşağıdakı redaksiyada verilsin: 

 "5.1. Sığortaçı sığorta  fəaliyyəti  ilə  məşğul olmaq  üçün  qanunvericilikdə  nəzərdə 

tutulmuş  qaydada  lisenziyaya  malik  olan,  icbari  ekoloji  sığorta  növü  üzrə  sığorta 

nəzarəti orqanından müvafiq icazə almış hüquqi şəxsdir."; 

 3. 6.2.1-ci maddə çıxarılsın; 

PDF created with pdfFactory trial version 

www.pdffactory.com




 4. 9.1-ci, 11.2-ci və 11.5-ci maddələrdə "məsuliyyətinin" sözü "öhdəliyinin" sözü 

ilə, 9.2-ci və 10.1-ci maddələrdə isə "məsuliyyətin" sözü "öhdəliyin" sözü ilə əvəz 

edilsin; 

 5. 12-ci maddə aşağıdakı redaksiyada verilsin: 

 "12. Sığortaçı  Azərbaycan Respublikasının Mülki Məcəlləsində  nəzərdə tutulmuş 

əsaslar olduqda sığorta ödənişindən imtina etmək hüququna malikdir."; 

 6. 13-cü maddə üzrə: 

 6.1.  13.1-ci  maddədə  "sığorta  haqlarından"  sözləri  "sığorta  haqlarının  80  faizi 

miqdarında" sözləri ilə əvəz edilsin; 

 6.2. 13.2-ci maddə aşağıdakı redaksiyada verilsin: 

 "13.2.  Sığorta  haqlarının  sığorta  ehtiyatlarının  formalaşdırılmasından  sonra  qalan 

hissəsi aşağıdakı qaydada bölüşdürülür: 

 13.2.1. sığortaçının işlərinin aparılması xərclərinə - 14,7 faiz; 

 13.2.2.  sığorta  sektorunda  dövlət  tənzimlənməsi  və  nəzarətinin  həyata 

keçirilməsinin maliyyələşdirilməsinə - 0,3 faiz; 

 13.2.3. ətraf mühitin mühafizəsi tədbirlərinə - 5 faiz."; 

 6.3.  13.3-cü  maddədə  "Tədbirlərin  maliyyələşdirilməsi  üçün  sığorta  ehtiyatları 

fondu  sığortalının  sığortaçı  ilə  razılaşdığı  və"  sözləri  "Ətraf  mühitin  mühafizəsi 

tədbirlərinə ayırmalar" sözləri ilə əvəz edilsin. 

 

IX.  "Dövlət  qulluqçularının  icbari  sığortası  haqqında"  Azərbaycan 



Respublikasının  Qanununa  (Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 2002-ci il, №5, maddə 247; 2003-cü il, №12, (I kitab), maddə 671; 2005-

ci il, №8, maddə 692; 2007-ci il, №6, maddə 560; 2008-ci il, №6, maddə 462, №7, 

maddə 602) aşağıdakı əlavə və dəyişikliklər edilsin: 

 1.  1-ci  maddədə  "bu  Qanunla,"  sözlərindən  sonra  "Azərbaycan  Respublikasının 

Mülki  Məcəlləsi,"  sözləri  əlavə  edilsin,  "Sığorta  haqqında"  sözləri  "Sığorta 

fəaliyyəti haqqında" sözləri ilə əvəz edilsin; 

 2.  6.1-ci,  6.2-ci,  6.3-cü,  6.5-ci  6.7-ci,  12.1-ci,  12.2-ci  maddələrdə  ismin  müvafiq 

hallarında "sığorta etdirən" və "sığorta etdirənlər" sözləri ismin müvafiq hallarında 

"sığortalı" və "sığortalılar" sözləri ilə əvəz edilsin; 

 3. 8.3-cü maddədə "sığorta olunan" sözləri "sığortalı və ya sığorta olunan" sözləri 

ilə əvəz edilsin. 

 

X. "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan 

Respublikasının  Qanununda  (Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu,  2002-ci  il,  №10,  maddə  582;  2005-ci  il,  №8,  maddə  692)  aşağıdakı 

dəyişikliklər edilsin: 

 1.  2-ci  maddədə  "Sığorta  haqqında"  sözləri  "Sığorta  fəaliyyəti  haqqında"  sözləri 

ilə əvəz edilsin; 

 2.  3-cü  maddədə  "digər  əmlak"  sözləri  "digərləri  ilə  bağlı  əmlak  mənafeləri" 

sözləri ilə əvəz edilsin; 

 3. 9.2-ci maddədə "obyekti" sözü "predmeti" sözü ilə əvəz edilsin. 

 

PDF created with pdfFactory trial version 



www.pdffactory.com


XI.  "Sərnişinlərin  icbari  sığortası  haqqında"  Azərbaycan  Respublikasının 

Qanununda  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2003-cü  il, 

№8, maddə 416; 2008-ci il, №7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin: 

 1.  2-ci  maddədə  "Sığorta  haqqında"  sözləri  "Sığorta  fəaliyyəti  haqqında"  sözləri 

ilə əvəz edilsin; 

 2. 3-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:  

"Sığortaçı  sığorta  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  qanunvericilikdə  nəzərdə 

tutulmuş  qaydada  lisenziyaya  malik  olan,  sərnişinlərin  icbari  sığortası  növü  üzrə 

sığorta nəzarəti orqanından müvafiq icazə almış hüquqi şəxsdir."; 

 3. 4-cü maddədə, 5-ci maddənin adında və mətnində, 7.1-ci, 7.2-ci, 7.3-cü, 11.3-cü 

və  12.2-ci  maddələrdə  ismin  müvafiq  hallarında  "sığorta  etdirən"  və  "sığorta 

etdirənlər"  sözləri  ismin  müvafiq  hallarında  "sığortalı"  və  "sığortalılar"  sözləri  ilə 

əvəz edilsin; 

 4. 8.4-cü maddə aşağıdakı redaksiyada verilsin: 

 "8.4.  Daxil  olan  sığorta  haqlarının  85  faizi  miqdarında  sığorta  qanunvericiliyi  ilə 

müəyyən olunmuş qaydada sığorta ehtiyatları formalaşdırılır. 

 8.4.1.  Sığorta  haqlarının  sığorta  ehtiyatlarının  formalaşdırılmasından  sonra  qalan 

hissəsi aşağıdakı qaydada bölüşdürülür: 

 8.4.1.1. sığortaçının işlərinin aparılması xərclərinə - 14,7 faiz; 

 8.4.1.2.  sığorta  sektorunda  dövlət  tənzimlənməsi  və  nəzarətinin  həyata 

keçirilməsinin maliyyələşdirilməsinə - 0,3 faiz."; 

 5.  9.3-cü  maddədə  "sığortanın  tam  məbləği"  sözləri  "sığorta  məbləği"  sözləri  ilə 

əvəz edilsin. 

 

XII.  "Yanğından  icbari  sığorta  haqqında"  Azərbaycan  Respublikasının 

Qanununda  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il, 

№3, maddə 124; 2005-ci il, №8, maddə 692; 2007-ci il, №6, maddə 562; 2008-ci 

il, № 7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin: 

 1.  preambulanın  ikinci  abzasında  "Sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan,  öz 

əmlakını  və  üçüncü  şəxslər  qarşısında  mülki  məsuliyyətini  könüllü  qaydada 

yanğından  sığortalayan  hüquqi  və  fiziki  şəxslərə,  habelə  vətəndaşların"  sözləri 

"Fiziki şəxslərin" sözləri ilə əvəz edilsin; 

 2.  2-ci  maddədə  "Sığorta  haqqında"  sözləri  "Sığorta  fəaliyyəti  haqqında"  sözləri 

ilə əvəz edilsin; 

 3.  3.1-ci  maddədə  "aşağıdakılardır"  sözü  "aşağıdakılarla  bağlı  əmlak 

mənafeləridir" sözləri ilə əvəz edilsin; 

 4.  1-ci  maddədə,  3.1.1-ci  və  3.1.2-ci  maddələrdə,  4-cü  maddənin  adında  və 

mətnində,  7.1-ci  maddədə,  8-ci  maddənin  adında,  8.1-ci,  8.2-ci,  8.2.7-ci,  8.3-cü, 

8.4-cü,  9.1.1-ci,  9.1.2-ci,  9.2.1-ci,  9.2.2-ci,  10.2-ci,  10.3-cü,  10.7.3-cü,  11.1-ci, 

12.1-ci,  12.3-cü,  13.2-ci,  15.4-cü,  15.5-ci,  16.1-ci  maddələrdə,  17-ci  maddənin 

adında,  17.1-ci,  17.2-ci  və  17.3-cü  maddələrdə  ismin  müvafiq  hallarında  "sığorta 

olunan"  və  "sığorta  olunanlar"  sözləri  ismin  müvafiq  hallarında  "sığortalı"  və 

"sığortalılar" sözləri ilə əvəz edilsin; 

 5. 5-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin: 

PDF created with pdfFactory trial version 

www.pdffactory.com



 "Sığortaçı  sığorta  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  qanunvericilikdə  nəzərdə 

tutulmuş  qaydada  lisenziyaya  malik  olan,  yanğından  icbari  sığorta  növü  üzrə 

sığorta nəzarəti orqanından müvafiq icazə almış hüquqi şəxsdir."; 

 6.  8.2.9-cu  və  9.1.5-ci  maddələrdə  "reqres  qaydasında"  sözləri  "subroqasiya 

qaydasında" sözləri ilə əvəz edilsin; 

 7. 9.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin: 

 "9.1.3.  Sığorta  hadisəsi  nəticəsində  dəyən  zərər  məbləğini  Azərbaycan 

Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən etmək."; 

 8. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin: 

 "14.1.  Sığorta  hadisəsi  nəticəsində  dəymiş  zərərin  miqdarını  təqdim  edilmiş 

sığorta  tələbi  əsasında  sığortaçı  müəyyən  edir.  Sığortaçı  dəymiş  zərəri  bilavasitə 

özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta 

sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir."; 

 9.  16.3-cü  maddədən  "və  "Sığorta  haqqında"  Azərbaycan  Respublikası 

Qanununda" sözləri çıxarılsın; 

 10. 18-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin: 

 "18.1. Daxil olan sığorta haqlarının 80 faizi miqdarında sığorta qanunvericiliyi ilə 

müəyyən olunmuş qaydada sığorta ehtiyatları formalaşdırılır. 

 18.2.  Sığorta  haqlarının  sığorta  ehtiyatlarının  formalaşdırılmasından  sonra  qalan 

hissəsi aşağıdakı qaydada bölüşdürülür: 

 18.2.1. sığortaçının işlərinin aparılması xərclərinə - 14,7 faiz; 

 18.2.2.  sığorta  sektorunda  dövlət  tənzimlənməsi  və  nəzarətinin  həyata 

keçirilməsinin maliyyələşdirilməsinə - 0,3 faiz; 

 18.2.3.  "Yanğın  təhlükəsizliyi  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa 

uyğun olaraq yanğının qarşısını alma tədbirlərini həyata keçirmək üçün yanğından 

mühafizə növlərinə - 5 faiz.". 

 

XIII. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №3,  maddə  130;  2005-ci  il, 

№4, maddə 276; 2007-ci il, №5, maddə 401, №6, maddə 562, №11, maddə 1070) 

41.2-ci  maddəsinin  1-ci  cümləsində  "auditorlara,"  sözündən  sonra  "sığortaçıların 

fəaliyyətinə  dövlət  nəzarətinin  həyata  keçirilməsi  ilə  əlaqədar  sığorta  nəzarəti 

orqanına," sözləri əlavə edilsin. 

 

XIV.  "Azərbaycan  Respublikasının 

xarici 

ölkələrdə  və  beynəlxalq 

təşkilatlarda  fəaliyyət  göstərən  diplomatik  nümayəndəliklərində  qulluq  edən 

şəxslərin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №7, maddə 506; 

2006-cı  il,  №3,  maddə  223;  2007-ci  il,  №6,  maddə  560;  2008-ci  il,  №6,  maddə 

462) aşağıdakı dəyişikliklər edilsin: 

 1.  2-ci  maddədə  "Sığorta  haqqında"  sözləri  "Sığorta  fəaliyyəti  haqqında"  sözləri 

ilə əvəz edilsin; 

 2.  4-cü  maddənin  adında  və  mətnində,  6.3-cü,  9.1-ci,  9.2-ci,  9.6-cı,  12.1-ci  və 

12.2-ci  maddələrdə  ismin  müvafiq  hallarında  "sığorta  etdirən"  sözləri  ismin 

müvafiq hallarında "sığortalı" sözü ilə əvəz edilsin. 

PDF created with pdfFactory trial version 

www.pdffactory.com



 

XV.  "Daxili  audit  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №6, maddə 565) 

aşağıdakı əlavə və dəyişiklik edilsin: 

 1. aşağıdakı məzmunda 4.3-cü maddə əlavə edilsin: 

 "4.3.  Qanunvericiliklə  nəzərdə  tutulmuş  hallarda  Audit  Komitəsinin  bu  Qanunun 

4.2-ci  maddəsində  müəyyən  edilmiş  vəzifələri  təsərrüfat  subyektinin  Təftiş 

Komissiyası tərəfindən yerinə yetirilir."; 

 2.  5.1-ci  maddədə  "Daxili  audit  xidməti"  sözləri  "Qanunvericiliklə  nəzərdə 

tutulmuş hallar istisna olmaqla, daxili audit xidməti" sözləri ilə əvəz edilsin. 

 

XVI.  "Auditorun 



mülki 

məsuliyyətinin  icbari  sığortası 

haqqında" 

Azərbaycan 

Respublikasının 

Qanununa 

(Azərbaycan 

Respublikasının 

Qanunvericilik  Toplusu,  2007-ci  il,  №8,  maddə  747)  aşağıdakı  dəyişikliklər  və 

əlavə edilsin": 

1.  adında,  preambulasında,  1.3-cü,  1.4-cü,  1.6-cı,  1.7-ci,  1.8-ci  maddələrdə,  2-ci 

maddənin  adında,  2.1-ci  maddədə,  3-cü  maddənin  adında,  3.1-ci  maddədə,  4-cü 

maddənin  adında,  5.1.1-ci,  5.1.5-ci,  8.1-ci  və  8.10-cu  maddələrdə  ismin  müvafiq 

hallarında "mülki məsuliyyət" sözləri ismin müvafiq hallarında "peşə məsuliyyəti" 

sözləri ilə əvəz edilsin; 

2. 2.1-ci  maddədə  "Sığorta  haqqında" sözləri "Sığorta  fəaliyyəti  haqqında" sözləri 

ilə əvəz edilsin; 

3. 8.9-cu maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin: 

"Sığortaçı  daxil  olan  sığorta  haqlarının  10  faizi  miqdarında  işlərin  aparılması 

xərclərinə  ayırmalardan  və  0,3  faizi  miqdarında  sığorta  sektorunda  dövlət 

tənzimlənməsivə  nəzarətinin  həyata  keçirilməsinin  maliyyələşdirilməsinə  məcburi 

ayırmalardan  sonra  qalan  məbləğdən  sığorta  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş 

qaydada sığorta ehtiyatları formalaşdırır.". 



 

XVII.  "Sığorta  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  1999-cu  il,  №8,  maddə  479;  2001-ci  il, 

№12,  maddə  736;  2002-ci  il,  №5,  maddə  241;  2004-cü  il,  №2,  maddə  57,  №8, 

maddə 600; 2005-ci  il,  №8,  maddə 684; 2007-ci  il,  №12,  maddə 1212) qüvvədən 

düşmüş hesab edilsin. 

 

XVIII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

 

İlham ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 2 oktyabr 2008-ci il  

№ 699-IIIQD 

 

PDF created with pdfFactory trial version 



www.pdffactory.com

Yüklə 141 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə