Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 2,8 Kb.

səhifə1/33
tarix12.10.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   33



 
 
 
 
Ġshaq Axundov 
 
 
XATĠRƏLƏRĠMDƏ 
YAġAYAN 
LƏNKƏRAN 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 1989 
 
 



 
63.3 (2A)86 
A 95 
 
 
 
 
 
Redaktoru Elman Əliyev 
 
 
 
 
 
 Axundov Ġ. S. 
Xatirələrimdə yaĢayan Lənkəran. B., ĠĢıq, 1989. – 108, s., Ģək. 
 
 
 
 
 
 
 

M – 654 – 89
 
    481102000 94 – 90 
 
63.3 (2A)86 
 
 
 
 
 
 
Müəllifin vəsaiti hesabına nəĢr olunmuĢdur. 
 
ISBN 5 – 8965 – 263  - X 
           
                      Ġshaq Axundov, 1989.
ı 
GGGGGG 
 
 



 
Ġ
GĠRĠġ 
 
Adətən xatirə yazmaq elm adamlarına və böyük dövlət xadimlərinə xas olan 
əlamət sayılır. Ancaq mən özümü ziyalı hesab etdiyimdən, anadan olduğum, boya 
– baĢa çatdığım Lənkəran və ona yaxın olan yerlərdə baĢ vermiĢ hadisələrə biganə 
baxa  bilməmiĢəm.  Bu  hadisələrin  bir  qismini  kitablardan,  bir  qisminigörkəmli 
Ģəxslərdən  və  yaĢlı  sakinlərdən  öyrənmiĢəm.  Bir  sıra  hadisələrin  isə  özüm 
iĢtirakçısı  olmuĢam.  Hazırda  ömrümün  80-ci  ilindəyəm,  indi  həmin  hadisələr  bir 
kino  lenti  kimi  gözlərimin  önündən  keçməkdədir.  Gələcək  nəslə  yadigar  qoymaq 
məqsədilə bunları imkanım daxilində yazıya almağı lazım bildim.  
Ömrümün  48  ilini  mühəndis  –  geoloq  iĢləmiĢəm.  PeĢəmlə  əlaqədar 
Azərbaycanın, demək olar ki, bütün Ģəhər və kəndlərini, meĢə və dağlarını, çay və 
dərələrini  qarıĢ  –  qarıĢ  gəzmiĢəm.  Təbiətin  qoynunda  daha  çox  olduğumdan  bu 
yurdun  füsünkar  gözəllikləri,  lal  qayaları,  qaynar  bulaqları.  Sıx  meĢələri 
yaddaĢımda  silinməz  izlər  buraxıb.  Ancaq  açığını  deyim  ki,  harada  olmuĢamsa, 
hansı gözəlliyin seyrinə dalmıĢamsa, mənim üçün ən doğma yer anadan olduğum, 
qoynunda  boya  –  baĢa  çatdığım  Lənkəran  olub.  Minbir  gözəllikli,  minbir  sərvətli 
Lənkəran  ―Ata  yurd‖  deyilən  məfhumdur  mənim  üçün.  Mənim  üçün  dünya 
Lənkərandan baĢlanır. Aqil adamlar isə deyiblər ki, doğulduğu torpağı, ana  yurdu 
sevməyəndən vətən məhəbbəti gözləmə. 
Həyatı  dərk  etdiyim  gündən  Lənkəranda  bir  çox  acılı  –  Ģirinli  hadisələrin 
Ģahidi olmuĢam. 
Bu yurdun tarixi ilə, adət - ənənələri ilə bağlı məsələləri öyrənmiĢəm. Onu 
da  öyrənmiĢəm  ki,  Lənkəranın  tarixi  də,  memarlığıda,  adət  -  ənənələridə  baĢqa 
rayon  və  Ģəhərlərimizinkindən  xeyli  fərqlidir.  Lənkəranın  inqilabı  mübarizə  tarixi 
də  özünə  məxsusdur,  sonrakı  inkiĢaf  tarixi  də.  Azərbaycanın  hər  bir  diyarı  kimi, 
Lənkəranın da təbiəti təkrarsızdır, mətbəxi, dədə - baba adət - ənənələri orijinaldır. 
Uzun  illər  bu  xüsusiyyətləri  müĢahidə  edə  -  edə  səksənimə  çatmıĢam.  Lənkəran 
barədə  eĢitdiklərimi,  oxuduqlarımı  və  görüb  –  bildiklərimi  ümumiləĢdirib  bu 
qeydləri yazdım. 
Bir də məni əlimə qələm almağa məcbur edən bir cəhət vardır. – XIX əsrin 
məĢhur lirik və satirik Ģairi, S. Ə. ġirvaninin müasiri və yaxın dostu Mirzə Ġsmayıl 
Qasir  mənim  babamdır.  ġair  babamla  bağlı  bəzi  məsələlərə  kitabda  az  da  olsa 
aydınlıq gətirməyə çalıĢmıĢam.  
―Lənkəran  mətbəxi‖  bölməsinin  hazırlanmasında  məsləhətçim  ömür  –  gün 
yoldaĢım Tahirə Axundova olduğunu da qeyd etməyi özümə borc bilirəm. 
 
 
 
 
 



 
 
 
 
 
 
Tarixdən 
səhifələr 
 
 
 
 
 
 
 



 
LƏNKƏRAN – TALIġ MAHALI 
Lənkəranın  əsasının  nə  vaxt  qoyulduğu  dəqiq  müəyyənləĢdirilməmiĢdir. 
―Lənkəran‖  sözünün  etimologiyası  barədə  müxtəlif  də  müxtəlif  ehtimallar, 
fərziyyələr var. Bəzi mütəxəssislər bu sözün ―Ləngər – kəran‖, bəziləri isə ―Lənkər 
– kunan‖ birləĢməsindən yarandığını söyləyirlər ki, bu da burada yaĢayan əhalinin 
baĢqa yerlərdən gəlməsi ilə əlaqələndirilir.    
 
 
 
 
BaĢqa  bir  rəvayətə  görə,  ―Lənkəran‖  ―ləng  -  karvan‖  sözlərindən 
yaranmıĢdır.  Deyilənə  görə,  bu  Ģəhərdən  keçən  bütün  karvanlar  ləngiyirmiĢ. 
Burada  ləngimək  üçün  səbəb  isə  bu  yerlərin  əsrarəngiz  təbiəti  də,  sərvətləri  də, 
yerli əhalinin qonaqpərvərliyi də ola bilərdi. 
Lənkəranda  və  onun  qonĢuluğunda  olan  rayonlarda  sonu  ―kəran‖  hissəciyi 
ilə  bitən  bir  çox  yer  adlarına  təsadüf  edildiyini  də  unutmaq  olmaz.  Məsələn: 
Seydəkəran,  Turkəkəran,  Səpnəkəran,  Giləkəran,  Taxtakəran,  ġonakəran, 
Osnakəran,  Nunəkəran  və  .s.  TalıĢlar  yer  adlarının  sonunda  iĢlənən  ―kəran‖ 
hissəciyini ―kəon‖ və ya ―kon‖ kimi tələffüz edirlər. TalıĢca ―kə‖ – ev, ―on‖ – cəm 
Ģəkilçisidir. Deməli, Seyidəkəran – Seyidəkon (seyid  evləri), ġixəkəran – ġixakon 
(Ģıx, Ģeyx evləri), Turkəkəran – Turkəkon (türk evləri), Giləkəran – Giləkon (gilən 
evləri),  Səpnəkəran  –  Səpnəkon  (yuxarı  evlər),  Taxtakəran  –  Taxtakon  (taxta 
evlər),  ġonakəran    -  ġonakon  (ballı  evlər),  Osnakəran  –  Osnəkon  (dəmirçi  evləri) 
və s. Ģəklində iĢlənir və hər biri müvafiq məna bildirir. 
Bu  qayda  ilə  ―Lənkəran‖  sözünün  Lənkon  –  Lənəkon  Ģəklindən  yarandığı 
da  ehtimal  edilir.
1
  ―Lənkon‖  isə  ―qamıĢ  evlər‖  deməkdir.  Lənkəranda  ən  qədim 
evlərin divarlarının və tavanlarının qamıĢdan olması isə məlum həqiqətdir. 
Alimlərin  fikrincə,  Lənkəran  XVIII  əsrə  qədər  kiçik  yaĢayıĢ  məntəqəsi 
olmuĢdur.  Rus  diplomatı  A.  Volınskinin  verdiyi  məlumata  görə,  həmin  dövrdə 
Lənkəranda  cəmi  iki  yüzə  yaxın  ev  var  idi.  Lakin  XVIII  əsrin  ikinci  yarısından 
baĢlayaraq,  Lənkəran  xeyli  inkiĢaf  etmiĢ,  nəticədə  Qaraxanın  hakimiyyəti 
dövründə  (1747  -  1786)  TalıĢ  xanlığının  mərkəzi  Astaradan  Lənkərana 
köçürülmüĢdür. ġübhəsiz, belə bir dəyiĢiklik Ģəhərin sonrakı inkiĢafı üçün əlveriĢli 
Ģərait yaratmıĢdır.  
XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Lənkəranda  Ģəhərsalma  və  və 
arxitekturanın  inkiĢafını  professor  ġamil  Fətullayev  tədqiq  edərək
2
  Lənkəran 
qalasının romb formasını saxlamaqla tədricən böyüməsi haqqında ətraflı məlumat 
vermiĢdir. O, göstərir ki, həmin dövrdə qalanın sahəsi 35 hektara yaxın olmuĢdur 
ki, bu da ərazicə Bakı qalasından (21,5 hektar) xeyli böyük idi. Lənkəran qalası iki 
iri  miqyaslı  döyüĢ  bürcündən  ibarət  olub  və  həmin  bürclər  qalanın  dioqanalı 
                                                           
1
 
Bax: M. TalıĢlı. 125 yaĢlı məktəb. B., ―Maarif‖, 1983, səh. 5. 
2
  
Bax: ġ. Fətullayev. ―Архитектура Баку конца XIX -  начала XX века‖, Л., 1978. 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə