Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   16


HOMERİN POEMALARI 

VƏ 

«KİTABİ-DƏDƏ QORQUD»

1

Şifahi  söhbətlərdə   və   bir   sıra   yazılarda   Homerin   «Odisseya» 



əsərindəki   Təpəgözlə   «Kitabi-Dədə   Qorqud»dakı     Təpəgöz   arasında   bir 

yaxınlıq olduğu söylənilir. Əsərləri diqqətlə nəzərdən keçirmədikdə bu cür 

söhbətlərin təsadüfi  oxşarlığa əsaslandığı,  əfsanəvi olduğu  və təpəgözlər 

arasında heç bir əlaqə olmadığı düşünülür. Necə ola bilər? Homerin əsərləri 

3300 il əvvəlin hadisələrini əhatə edir, bizim «Dədə Qorqud»un isə «uzağı» 

1500  yaşı var. Odur ki müqayisə ağla batmır.

«Dədə Qorqud»a bələdik. Hadisələri bilirik. Homeri isə ya oxumuruq, 

ya da  alayarımçıq oxuyub macəralarla əylənirik, qurtarıb bir tərəfə atırıq. 

Diqqətlə oxuyanları isə, görünür, bu cəhət maraqlandırmayıb.

Yaşdan əlavə, bu əsərlərin ruhən yaxın olduğunu görməyə mane olan 

başqa   cəhətlər   də   vardır:   Homerin   əsərləri   çoxallahlılıq   dövrünün 

məhsuludur, əsərdə bütün hadisələrin törədiciləri Zevs və onun arvadı Hera 

başda olmaqla Olimp allahlarıdır; «Dədə Qorqud»da isə təkalllahlılıqdır və 

heç Homerin ağlına da gəlməyən islam dini, islam allahı və türk Tanrısıdır.

Təəssürat belədir ki, Homerin qəhrəmanları uzaq bir ərazinin sakinlə-

ridir,   tamam   başqa   dil   və   din   daşıyıcılarına   –   hindavropalılara   məxsus 

yunanlardır,   «Dədə   Qorqud»un   qəhrəmanları   bütün   türklər   də   deyil,   bir 

tayfadır, oğuzlardır, vaxtilə bizim indiki Azərbaycan respublikası ərazisində 

yaşamış, bəlkə də dünyanı dolaşıb gəlmiş bir tayfadır. Homerdə qəbilələr 

ittifaqıdır,   «Dədə   Qorqud»da   iri   Oğuz   tayfası   gözə   görünür.   Yunanıstan 

haradadır - Azərbaycan harada? Həm də saxta tarixçilərimizin iddia etdikləri 

kimi, bizim ölkəmizdə hələ elmin, ədəbiyyatın, türkün, türk dilinin, türk yazı 

sənətinin olmadığı bir dövrdə bu əlaqələr necə yarana bilərdi?..

Faktlar  göstərir ki, bu suallar Azərbaycan tarixinin qeyri-elmi, qeyri-

obyektiv tədqiqindən irəli gələn suallardır.  Heç bir elmi əsası yoxdur və biz 

yuxarıda   həmin   təfəkkürün   doğurduğu   sualları   qeyd   etmişik.   Dastan   azı 

Homerin yaşıdıdır, türklər, türk dili, türk mədəniyyəti, türk ədəbiyyatı isə 

bəlkə   yunanlardan   çox   qədimdir.   Və   yenə   faktlar   göstərir   ki,   Troya 

müharibələri dövründə türklərlə yunanlar arasında indikindən qat-qat yaxın 

əlaqə olmuş, onlar çox vaxt birgə yaşamış, yaxın əlaqə və münasibətdə 

olmuşlar.

Amma  Homerin əsərləri nə qədər müdrik əsərlərdir! Nə qədər müa-

sirdir!   Nə   qədər   dərkolunan   və   maraqlıdır!   Homerin   poemaları   ilə   onun 

qədər müdrik olan «Dədə Qorqud» arasında o qədər ruhi yaxınlıq var ki, 

bunu bu əsərlərə ayıq gözlə baxan heç kəs inkar edə bilməz… 

1



Homerin  öz dövrü, zamanı və onun bəhs etdiyi hadisələrin zamanı 

haqqında müxtəlif fikirlər vardır.  Bu cəhətdən alman alimi M.Rimşneyderin 

«Olimpiyadan   Homer   dövrü   Nineviyasına   qədər»   əsərində   maraqlı 

mülahizələr vardır.  Müəllif göstərir ki, Homeri oxuduqda  adama elə gəlir 

ki, şair   Krit-Miken dövrü hadisələrindən danışır. Homerin əsərləri isə bu 

dövrdən 500 il sonra meydana  çıxmıdır. Yüksək inkişaf etmiş Krit və Miken 

mədəniyyəti   daxili   ziddiyyətlər     əsasında     e.ə.   XII  əsrdə   –   əhalinin 

məskunlaşdığı dövrdə məhv olmuşdur. Və sonra unudulmuşdur.  Əgər biz 

indi    Krit-Miken  dövrü   mədəniyyəti  haqqında  bir  şey biliriksə,  o,    ədəbi 

mənbələrə, folklora görə deyil,  yeraltı qazıntılara əsaslanır.

Homerin  söylədiyi hadisələr   həqiqətdə Miken dövrünə aiddir. Lakin 

həmin   dövrü   Homer   dövrü   adlandırmaq   olmaz.   Necə   ki     Getenin 

«Faust»unda     orta   əsr   hadisələrindən   bəhs   olunduğunu   nəzərə   alaraq 

həmin dövrü «Gete dövrü» adlandırmaq olmaz. (16,4)

M.Rimşneyder Homerin yaşadığı dövr haqqında   yazır: «Tam aydın 

şəkildə müəyyən edilmişdir ki, Homer nə e.ə.IX əsrdə, nə də   hətta   e.ə. 

VIII  əsrdə   yaşaya   bilərdi…   O,   arxeologiyada   «orientalizasiya»   adlanan 

dövrə  mənsubdur və onun yaradıcılığını nə bu dövrdən  xeyli əvvələ, nə də 

bu dövrdən xeyli sonraya aid etmək olar».  (16,3-4)  Müəllif bir qədər sonra 

həmin dövrü belə səciyyələndirmişdir: Bu dövrdən danışılarkən «Əslində, 

Şərqi   təqlidə   cəhd   olunduğu   dövrdən   deyil,   əksinə,  

oykumen  (yunanlar 

onlara   məlum   olan   bütün   məskun   dünyanı   belə   adlandırırdılar)     üçün 

xarakterik   olan   macəralar,   kəşflər   dövrü,   ruhi-mənəvi   azadlıq   dövrü 

dünyaya   münasibətindən   söhbət   gedir   ki,   onun   mərkəzi   sözün   həqiqi 

mənasında   heç   də   Şərqdə   yerləşmir,   Aralıq   dənizində   –   onun   Şərq 

sahillərində yerləşirdi.  Əgər biz  e.ə.750-ci ildən  600-cü ilə  qədərki dövrü 

«Homer»   dövrü   adlandırırıqsa,     yalnız   ona   görə   yox   ki,   Homer   həmin 

dövrdə yaşamışdır,  ona görə ki bu dövr vahid bir dövr təşkil edir…» (16,4)

Yəni  müəllif demək istəyir ki, Homer öz əsərlərini   həmin əsərlərdə 

bəhs olunan hadisələrdən 500 il sonra qələmə almışdır və bu dövr elə bir 

dövr   idi   ki,   hələ   Şərq   öz   zəngin   mədəniyyəti   ilə   Qərbi   təsiri   altına   ala 

bilməmişdi   və   bütün   qəbilələrin,   tayfaların   özünə   məxsus   dərketmə 

imkanları mövcud idi.

Ola  bilər. Lakin əhali o qədər tez-tez yerdəyişmələrə məruz qalır və 

müxtəlif   etnoslar     qarışıq   halda   yaşayırdılar   ki,   eyni   mif   və   hadisələri 

asanlıqla bir-birinə ötürə bilirdilər.

M.Rimşneyder   «Homer   dövrü»nü   xarakterizə   edərək   yazmışdır: 

«Homer   dövrü»   özünəməxsusluğu   ilə   ona   minnətdardır   ki,   e.ə.XII  əsrin 

əvvəlində  Xett imperiyasının dağılması dövründən Ön Asiyada faktik olaraq 

elə   bir   böyük   dövlət   mövcud   olmamışdır   ki,   başqa   xalqların   həyatına 

həlledici   təsir   edə   bilsin.   Çoxsaylı   balaca   dövlətlər     hər   cür   xarici 

himayədarlıq   olmadan   yaşaya   bilirdilər».   (16,   5)   Dövrün   bu   düzgün 

2



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə