Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə1/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
  1   2   3   4   5   6   7   8   9   ...   44


«Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни  тяърцбя иля бир-

ляшдирян, фикирлярини тятбиг едя билян вя онлардан ямяли нятиъя эютцря

билян,  ъямий йятя, юлкяйя, халга  конкрет файда эятирян инсанлар

алимлярин сырасында хцсуси йер тутурлар».

Цмуммилли лидер ЩЕЙДЯР ЯЛИЙЕВ


2015‐ci ildə respublikanın ali elmi qurumu

Azərbaycan Milli Elmlər Akademiyasının təsis

edilməsinin 70 ili tamam olur.

Ölkədə elmi‐intellektual potensialın milli

sərvət kimi formalaşdırılmasında, elmin

dövrün tələblərindən irəli gələn strateji

istiqamətlərinin müəyyənləşdirilməsi və onun

ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadr ‐

ların hazırlanmasında Milli Elmlər Akade ‐

miyasının müstəsna rolu vardır. Yarandığı

vaxt dan etibarən ötən fəaliyyət müddəti ərzində

o, mühüm nailiyyətlər qazan mış, elmi mək ‐

təblərin qurulmasına müvəffəq olmuş, bey ‐

nəlxalq elm struktur larına uğurla inteqrasiya

etmişdir. Akademiya müstəqil dövlətçiliyin

əsaslarının möhkəmləndirilməsində öz üzə ‐

rinə düşən vəzifələrin öhdəsindən bu gün də

layiqincə gəlir və cəmiyyətin sosial‐iqtisadi

tərəqqisinə, mədəni‐mənəvi təşəkkülünə töhfə ‐

lərini əsirgəmir.

Azərbaycan  Respublikası  Konstitu siya sı ‐

nın 109‐cu maddəsinin 32‐ci bəndini rəhbər



2

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



Azərbaycan Respublikası 

Prezidentinin sərəncamları


tutaraq, Azərbaycan Milli Elmlər Akade mi ‐

yasının respublikada elmin təşkili və inki ‐

şafındakı böyük xidmətlərini nəzərə alaraq

qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər

Kabineti Azərbaycan Milli Elmlər Akade 

miyası ilə birlikdə Akademiyanın 70 illik



yubileyinə həsr olunmuş tədbirlər planının

hazırlanıb həyata keçirilməsini təmin etsin.



İlham ӘLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2014‐cü il

A.Paşayevin «İstiqlal» ordeni ilə təltif

edilməsi haqqında 

Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusi yası ‐

nın 109‐cu maddəsinin 23‐cü bəndini rəhbər

tutaraq qərara alıram:

Azərbaycan Respublikasında səmərəli

elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi

xidmətlərinə görə Arif Mir Cəlal oğlu Paşayev

«İstiqlal» ordeni ilə təltif edilsin.



İlham ӘLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2014‐cü il

Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı

Azərbaycan  Respublikası  Konstitusi ya sı ‐

nın 109‐cu maddəsinin 23‐cü bəndini rəhbər

tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elmin inki ‐

şafı və təşkili sahəsində səmərəli fəaliyyətinə,

yüksəkixtisaslı elmi kadrların hazırlanma sın ‐

da xüsusi xidmətlərinə görə Akif Ağa Mehdi

oğlu Әli Zadə «İstiqlal» ordeni ilə təltif edilsin.

İlham ӘLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2014‐cü il

«Azərbaycan Respublikasında informa ‐

siya cəmiyyətinin inkişafına dair 2014‐2020‐

ci illər üçün Milli Strategiya»nın təsdiq edil ‐

məsi haqqında

Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusi yası ‐

nın 109‐cu maddəsinin 32‐ci bəndini rəhbər

tutaraq, Azərbaycan Respublikası Preziden‐

tinin 2012‐ci il 29 dekabr tarixli 800 nömrəli

Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 2020:

gələcəyə baxış» İnkişaf Konsepsiyası»na əsa ‐

sən informasiya‐kommunikasiya texnolo 

giyaları sahəsi üzrə müəyyənləşdirilmiş



vəzifələrə və «Azərbaycan Respublikasında

2013‐cü ilin «İnformasiya‐kommunikasiya

texnologiyaları ili» elan edilməsi ilə bağlı

Tədbirlər Planı»nın təsdiq olunması haq 

qında» Azərbaycan Respublikası Preziden‐



tinin 2013‐cü il 28 mart tarixli 2815 nömrəli

Sərəncamına uyğun olaraq qərara alıram:

1. «Azərbaycan Respublikasında informa ‐

siya cəmiyyətinin inkişafına dair 2014‐2020‐ci

illər üçün Milli Strategiya» təsdiq edilsin

(əlavə olunur).

2. Bu sərəncamın 1‐ci hissəsi ilə təsdiq

edilmiş Milli Strategiyanın həyata keçirilməsi

üzrə əlaqələndirici orqan Azərbaycan Respub ‐

li 


kasının Rabitə və Yüksək Texnologiyalar

Nazirliyi müəyyən edilsin.

3.  Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Milli Strategiyanın həyata keçirilməsi

üzrə 2014‐2017‐ci illər üçün Dövlət Proqra mı ‐

nın layihəsini 4 ay müddətində hazırlayıb Azər ‐

baycan Respublikasının Prezidentinə təqdim

etsin;


3.2. Bu sərəncamdan irəli gələn digər

məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Rabitə və

Yüksək Texnologiyalar Nazirliyi Milli Strate ‐

giyanın həyata keçirilməsi ilə bağlı görülən

işlər barədə ildə bir dəfədən az olmayaraq

Azərbaycan Respublikasının Prezidentinə

məlu mat  versin.



İlham ӘLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2014‐cü il

3

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə