Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə1/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
  1   2   3   4   5   6   7   8   9   ...   67


 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
PƏRVANƏ MƏMMƏDLİ 
 
 
 
 
 
 
HƏR İKİ TAYIN  
GERÇƏK AYNASI – 
“AZƏRBAYCAN” DƏRGİSİ 
 
(1945, Bakı, Təbriz) 
 
 
 
 
1945-1946-
cı illərdə Təbrizdə Rəsul Rzanın  
redaktorluğu ilə çıxan “Azərbaycan”  
d
ərgisinin səhifələrindən seçmələr 
 
 
 
 
 
 
BAKI – 2013 
 
 



 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Kitabın redaktoru: 
Arif ƏMRAHOĞLU 
 
Ön sözün mü
əllifi: 
C
əmil HƏSƏNLİ 
tarix elml
əri doktoru, professor 
 
Ərəb əlifbasından  latın əlifbasına çevirən, 
izah v
ə şərhlərin müəllifi: 
P
ərvanə MƏMMƏDLİ 
f.ü.f
əlsəfə doktoru 
 
 
PƏRVANƏ MƏMMƏDLİ. Hər iki tayin gerçək 
aynas
ı – “Azərbaycan” dərgisi (1945, Bakı, Təbriz) 
Бакы, «Елм вя тящсил», 2013, 240 сящ. 
 
 
1945-1946-
cı  illərdə  nəşr  olunmuş  “Azərbaycan”  jurnalının 
yenid
ən çapa hazırlanması  təqdirəlayiq  bir  addımdır.  Qeyd  edilən 
ill
ərdə cəmi 17 sayı çıxmış “Azərbaycan” jurnalı taleyimizdə və milli 
tariximizd
ə mühüm rol oynamış, Cənubi Azərbaycan əhalisinin milli 
kim
lik 
şüurunun 
formalaşmasına 
böyük 
təkan 
vermişdi.“Azərbaycan” jurnalı ikiyə bölünmüş xalqın ədəbi, milli və 
m
ənəvi həyatının  ilk  bütövlük məqamı  idi  və  onun elmi cəhətdən 
z
əngin,  ədəbi cəhətdən  rəngarəng, mədəni cəhətdən təkrarsız 
yazılarının  yenidən nəşr  edilməsi milli yaddaşımızın  təzələnməsi 
baxımdan əhəmiyyətli bir hadisə olacaqdır. 
 
 
 
 
 
 



 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
ÖN SÖZ 
 
Tanınmış tədqiqatçı Pərvanə Məmmədlinin 1945-1946-cı 
ill
ərdə nəşr olunmuş “Azərbaycan” jurnalını yenidən çapa ha-
zırlaması təqdirəlayiq bir addımdır. Qeyd edilən illərdə cəmisi 
17 sayı çıxmış “Azərbaycan” jurnalı milli taleyimizdə və milli 
tariximizd
ə mühüm rol oynamış, Cənubi Azərbaycan əhalisinin 
milli  kimlik  şüurunun  formalaşmasına  böyük  təkan  vermişdi. 
Bu jurna
lın hər sayı Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə 
bağlı  yeniliklərlə  zəngin idi, onun səhifələrində  dərc olunan 
yazıların  vətənpərvərlik qayəsi, siyasi məzmunu bütövlükdə 
milli ideallar üz
ərində qurulmuşdu. 68 il əvvəl ərəb əlifbası ilə 
Az
ərbaycan dilində  nəşr  edilmiş  həmin  yazıların  Pərvanə 
xanım  tərəfindən toplanması,  latın  əlifbasında  oxuculara 
çatdırması çöx əhəmiyyətli bir işdir. Əslində, bu maraqlı nəşrdə 
toplanmış  yazıların  məzmunu ilə  tanış  olduqda,  onların 

əlliflərinin keçdikləri yolu izlədikdə  tədqiqatçının  böyük 
z
əhmətinin ictimayi qayəsi, milli məzmunu nəşr  etdyi  kitabın 
s
əhifələrindən  açıq – aydın görünür. 1945-1946-cı illərdə nəşr 
olunmuş  “Azərbaycan” jurnalı  ikiyə  bölünmüş  xalqın  ədəbi, 
milli v
ə  mənəvi həyatının  ilk  bütövlük  məqamı  idi  və  onun 
elmi c
əhətdən zəngin,  ədəbi cəhətdən rəngarəng, mədəni 
c
əhətdən təkrarsız  yazılarının  yenidən nəşr  edilməsi milli 
yaddaşımızın  təzələnməsi  baxımdan  əhəmiyyətli bir hadisə 
olacaqdır. 
“Az
ərbaycan” jurnalı Ümumittifaq Kommunist (bolşevik-
l
ər) Partiyası Mərkəzi Komitəsinin 1945-ci ilin iyul ayının 6-da 
C
ənubi Azərbaycan hadisələri haqqında gizli qərarından sonra 
n
əşr olumnmağa başladı və ilk sayı 1945-ci ilin avqust ayında 
işıq üzü gördü. Onun birinci nömrəsində Səməd Vurğun, Mirzə 
İbrahimov,  Cəfər  Cabbarlı,  Məlikülşüara  Bahar,  Məhəmməd 
Biriya,  Balaş  Azəroğlu,  Əli  Fitrət, Yəhya  Şeyda,  Mir  Mehdi 
Ça
vuşi,  Mədinə  Gülgün, Nigar Rəfibəyli, Süleyman Rüstəm, 
 
 



 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Əliağa Vahid, İlyas Əfəndiyev və digərlərinin yaradıcılığından 
nümun
ələr  verilmişdi.  İlk  dəfə  idi  ki,  Şimal  və  Cənub 
şairlərinin,  ədiblərinin belə  geniş  dairəsinin  əsərləri bir 
m
əcmuədə  və  hətta, bir məcmuənin bir nömrəsində  yan-yana 
verilirdi.  
Jurnalın məsul redaktoru həmin dövrdə artıq Azərbaycan 
ədəbi və  mədəni mühütində  geniş  tanınan  şair  Rəsul Rza idi.  
Onun redaksiya hey
ətində  Səməd  Vurğun,  Mirzə  İbrahimov, 
Mehdi Hüseyin kimi tanınmış şair və yazıçılar yer almışdılar. 
“Az
ərbaycan”  ərəb  əlifbası  ilə  Bakıda  nəşr  olunur  və  Cənubi 
Az
ərbaycanda  yayılırdı.  Onun  ictimai  şüura  güclü  təsir 
göst
ərən  baş  məqalələri məsul redaktorun özü tərəfindən 
yazılırdı. 1945-ci ildə  jurnalın oktyabr sayında dərc olunmuş 
R
əsul  Rzanın  “Milli  şüur  və  milli  iftixar”  yazısı  Cənubi 
Az
ərbaycanda gedən milli prosesin milli qayəsini özündə  əks 
etdirirdi. Orada bildirilir
di ki, “milli şüur bir xalqın öz istedad 
v
ə bacarığını dərk etmək, millətin ümumi mənafeyi və ziyanını 
görm
ək, ümummillətin rifah və səadəti üçün çalışmaq yolunda 
h
ər cür fədakarlığın  zəruri olduğunu  dərk etmək deməkdir”. 
1945-1946-
cı  illərin  keşməkeşli  hadisələrinin Rəsul Rza 
t
ərəfindən  “Arazın  o  tayında”  adlı  sənədli filimdə  lentə 
alınması ilə həmin hadislərin xalqımızın yaddaşına hopması və 
milli  düşüncəmizdə  arxivləşməsi öz-özlüyündə  milli  şüurun 
mill
ə  əməldə  təzahürünün aydın  ifadəsi  idi.  Sovet  qoşunları 
C
ənubi Azərbaycandan  çıxanda Rəsul Rza təbrizli dostundan 
ayrılıq məqamını belı təsvir edirdi: “Mən yalnız səndən deyil, 
küç
ələrində  səhər nəğmələri səslənən  yaşı  qoca,  qəlbi cavan 
T
əbrizdən deyil, munis xatirələrimin yuvasından ayrıldım. Sən 
m
ənə  bir həsrət  yadıgar  verdin  ki,  onu  qəlbimdə  saxlayıram. 
M
ən xatirələrimi zərif, büllur bir gül qabı kimi ehtiyatla, bütün 
varlığım,  qəlbim, ruhum titrəyərək vətənə  gətirdim. Mən 
Bakının  işıqlı  gecələrində  səni  –  Təbrizi  xatırlayıram.  Gözəl 
dost, m
ən indi bu xatirələrin məlal və qürur doğuran rayihələri 
 
 



Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə