Sillabus (fənn üzrə işçi tədris proqramı) haqqında Əsasnamə Ümumi müddəalar



Yüklə 83,67 Kb.
tarix08.04.2018
ölçüsü83,67 Kb.
#36648
növüQaydalar

XƏZƏR UNİVERSİTETİ

Sillabus (fənn üzrə işçi tədris proqramı) haqqında

Əsasnamə

  1. Ümumi müddəalar

Bu əsasnamə Ali təhsil pilləsinin dövlət standartı və proqramına, bakalavriat təhsilinin məzmunu və təşkili qaydalarına və digər normativ sənədlərə uyğun hazırlanmışdır.
Əsasnamə Xəzər Universitetinin professor-müəllim heyətinin tədris etdiyi hər fənn üzrə hazırlanmış işçi tədris proqramının (sillabus) məzmun və strukturuna olan ümumi tələblər, onun tərtibi və təsdiq prosessini müəyyən edir.

Sillabus tədris olunan fənnin təsviri və məqsədi, istifadə olunan tədris metodları, gözlənilən tədris nəticələri və ona uyğun qiymətləndirmə meyarlarını əks etdirən sənəddir.

Sillabus bakalavr, magistr və doktor pilləsində tədris olunan bütün fənlər üzrə hazırlanır.

Sillabus hər bir konkret fənn üzrə tədris prosesində müəllimlərin tələbləri və tələbələrin öhdəliklərini müəyyənləşdirir.



  1. Strukturu və məzmunu

Sillabusda aşağıdakı məlumat öz əksini tapmalıdır:

 Fənn haqqında ümumi məlumat

Universitet kataloquna uyğun olaraq tədris olunan fənnin adı və kodu, AKTS kreditlərinin sayı, fənnin öncə şərtləri (əgər varsa)

Tədris dili və fənnin növü (məcburi, seçmə və s.), tədris semestri



Müəllim haqqında məlumat

Müəllimin adı və əlaqə məlumatı (e-mail və telefon nömrəsi), kafedranın adı, dərs vaxtı və məsləhət saatları, mühazirə otağı



Fənnin təsviri və məqsədləri

Universitet kataloquna uyğun olaraq fənnin xülasəsi, onun əhəmiyyəti, tədris planındakı digər fənlər ilə əlaqəsi və məqsədləri haqqında məlumat



Gözlənilən tədris nəticələri

Fənnin məqsədlərinə uyğun olaraq gözlənilən tədris nəticələrinin, yəni fənnin oyrənilməsində təhsilalanın nələri bildiyi, anladığı və tədris prosesini bitirdikdə hansı bacarıqlara yiyələnəcəyi qeyd olunur.



Tövsiyə olunan əsas və əlavə ədəbiyyat

Son illər çap olunmuş və Xəzər Universitetinin kitabxanasında sayı kifayət qədər olan əsas dərslik, dərs vəsaitləri və tövsiyə olunan əlavə mənbələr göstərilir. Tövsiyə olunan mənbələrin siyahısında həm çap, həm də elektron resurslar (məlumat bazası, vebsayt və s.) qeyd olunur.



Tədris fəaliyyətinin növləri

Fənninin tədrisi prosesində mühazirə, qrup işi, seminar, laboratoriya işləri, praktiki məsələnin təhlili və s. tədris fəaliyyətinin növləri kimi qeyd olunur.



Qiymətləndirmə

Aralıq və yekun imtahanlarını daxil etməklə, qiymətləndirmə komponentləri, məsələn fərdi prezentasiya, kurs işi, qrup işi, esse və s., haqqında məlumat verilir və hər komponentin çəkisi faizlə göstərilir. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür. Nəzərə alınmalıdır ki, Xəzər universitetinin qəbul olunmuş qiymətləndirmə sistemində aralıq və yekun imtahanları müvafiq olaraq 20-25 və 35-40 bal təşkil edir. Bakalabr səviyyəsində aralıq və yekun imtahanlarının ümumi balı 60-dan, magistr səviyyəsində isə 65-dən artıq olmamalıdır. Davamiyyət üçün isə 5-10 bal nəzərdə tutulur. Xəzər Universitetində bakalavt tələbəsi üçün fənn üzrə nəzərdə tutulmuş keçid balı 60, maqistr tələbəsi üçün isə 65-dır.



Tədris siyasəti və davranış

Müəllim davamiyyət (universitet qaydalarına görə fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır), tapşırıqlar, onları yerinə yetirilməsinin son vaxtı, dərsdə fəal iştirak və s. üzrə qoyulan tələbləri müəyyən edir.


Təqvim-tematik planı

Təqvim-tematik planında dərslərin mövzuları, tapşırıqlar və onların yerinə yetirilmə müddəti cədvəl şəklində göstərilir.



  1. Hazırlanması və təsdiq prosesi

Hər semestr üçün universitet üzrə qəbul olunmuş vahid forma (əlavə 1) əsasında professor-müəllim heyəti tədris etdiyi fənlərə uyğun sillabus hazırlayır. Hazırlanmış sillabus kafedra müdiri tərəfindən təsdiq edilir. Əgər hər hansı bir səbəbdən kafedra müdiri yoxdursa, o zaman sillabus fakültənin dekanı tərəfindən təsdiqlənir.

Sillabus fənnin tədris olunduğu dildə hazırlanır

Tələbələr sillabus ilə dərsin birinci günündə tanış olmalıdırlar və hər semestrin əvvəlində Xəzər universitetinin vebsaytında yerləşdirilməlidir.

Sillabus davamiyyət jurnalına əlavə olunur.




Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

JOUR 419. Jurnalistika və müasir dövrün problemləri

Departament

Jurnalistika departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr (BA)

Tədris semestri

2014, Payız

Fənni tədris edən müəllim

Cabir Məmmədli

E-mail:

ja1az@yahoo.com

Telefon:

(050) 526 5568 (mobil)

Mühazirə otağı/Cədvəl

307N

Məsləhət saatları




Prerekvizitlər




Tədris dili

Azərbaycanca

Fənnin növü

(məcburi, seçmə)

Məcburi/seçmə

Dərsliklər və əlavə ədəbiyyat

1. Mazanlı İ., Jurnalistika və müasir dövrün qlobal problemləri (Dərs vəsaiti). B., “Bakı Universiteti” nəşriyyatı, 2012. 106 s.

Kursun vebsaytı




Tədris metodları

Mühazirə

32

Qrup müzakirəsi




Praktiki tapşırıqlar




Praktiki məsələnin təhlili




Digər




Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




40

Praktiki məsələ







Fəallıq




10

Tapşırıq və testlər







Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı




40

Digər




10

Yekun




100

Kursun təsviri

“Jurnalistika və müasir dövrün qlobal problemləri” kursunun məqsədi jurnalistika məzunlarını bu məsul vəzifəni yerinə yetirməyə hazırlamaqdan, onlara müasir qlobal problemlər barədə zəngin bilik verməkdən, bu problemlərin həllində mühüm rol oynaya biləcək, potensial nəzəri və praktik gücə malik kütləvi informasiya vasitələrinin geniş imkanları ilə tanış etməkdən ibarətdir. Qlobal problemlərin həllində jurnalistikanın xüsusi

rolu vardır. Zamanın çağırışına adekvat cavabların tapılmasında onun qarşısında konkret vəzifələr durur. Qlobal problemlərin həllində jurnalistikanın iştirakının əsas istiqamətləri, onun səmərəli iştirakını təmin edən amillər müəyyənləşdirilmişdir. Kütləvi informasiya vasitələrinin hər birinin bu problemlərin işıqlandırılmasında özünəməxsusluğu - ümumi və fərqli cəhətləri var. Qlobal problemlər mövzusunda olan materiallara xususi tələblər qoyulur.



Kursun məqsədləri

–tələbələri bəşəriyyəti narahat edən, böhran səviyyəsinə çatmış neqativ sosial-təbii proseslərlə tanış etmək;

–gənclərin bu problemlərin qlobal xarakter aldığını və onların həlli üçün bütün ölkələrin və xalqların, beynəlxalq təşkilatların öz qüvvələrini birləşdirmələrinin vacibliyini dərk etmələrindən ötrü bütün lazımi tədbirləri görmək;

–ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətin əsaslarının və bazar iqtisadiyyatının yaradıldığı bir şəraitdə özünü kəskin şəkildə büruzə verən daxili problemlərin bu proseslərlə nə dərəcədə əlaqəli olduğunu göstərmək və s.


Tədrisin (öyrənmənin) nəticələri




Qaydalar (Tədris siyasəti və davranış)




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix (planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



16.09.2014

Jurnalistika və müasir dövrün qlobal problemləri” kursu­nun obyekti, predmeti, məqsəd və vəzifələri.

•Ümumi məlumat

•Fənnin keçirilməsində məqsəd







23.09.2014

Müasir dövrün qlobal problemləri və onların həlli sahəsində KİV-in vəzifələri: ümumi nəzər

Problemin qlobal xarakter almasının sosial-iqtisadi və elmi-texniki səbəbləri. Cəmiyyətin real proseslərinin inkişaf təcrübəsinin, onun ətraf aləmlə, təbiətlə münasibətlərinin təkcə məhsuldar qüvvələrin texnoloji və təşkilati münasibətləri ilə deyil, həmçinin sosial-iqtisadi münasibətləri ilə müəyyənləşdirilməsi. Qlobal problemlərin təsnifatı: iqtisadi və siyasi sahədə dövlətlərin qarşılıqlı fəaliyyət problemləri; cəmiyyət və təbiət arasında qarşılıqlı fəaliyyət problemi; insanlar və cəmiyyət arasında qarşılıqlı əlaqə problemi.

Sosial təbii proseslər və qlobal problemlər arasında ümumi və fərqli cəhətlər.







30.09.2014

Jurnalistika və qlobal geosiyasi problemlər. Yeni müharibələrin qarşısının alinması və sülh problemi

münasibətlər və bəşəriyyətin demilitarizasiyası müasir dövrün mərkəzi qlobal problemi və KİV-in əsas mövzularından biri kimi. Geosiyasət anlayışı və onun növləri. Müharibənin dövlət siyasətinin zorakılıq vasitəsilə

davamı olması. Müharibə qanunlarının müharibənin gedşinə, müqəddəratına təsiri. Müharibənin müqəddəratının vuruşan dövlətlərin məhsuldar qüvvələrinin inkişaf səviyyəsindən, iqtisadi potensialından, elmi-texniki inkişaf səviyyəsindən, sosial-siyasi quruluşundan, ideologiyasından, xalqın mənəvi səviyyəsindən, döyüş qüdrətindən və s. asılılığı.







07.10.2014

Jurnalistika və müasir qlobal iqtisadi problemlər, planetar iqtisadi inteqrasiya məsələləri

İqtisadi gerilik və planetar iqtisadi inteqrasiya məsələləri müasir dövrün qlobal problemi və KİV-in əsas mövzularından biri kimi. Müasir dünyada iqtisadi proseslərin bütün ictimai proseslərə, o cümlədən geosiyasi vəziyyətə güclü təsiri. İqtisadi münaqişələr və geoiqtisadiyyat anlayışı. İnkişaf etməkdə olan ölkələrin geriliyinin aradan qaldırılması qlobal problemlərdən biri kimi. İnkişaf etməkdə olan ölkələrin yeni inkişaf yoluna qədəm qoymaları və bu inkişafın əsas istiqamətləri. Həmin ölkələrin təkcə iqtisadi sahədə deyil, həmçinin sosial, siyasi, mədəni və s. baxımdan geriliyi. Bu ölkələrdə xırda əmtəə istehsalı formalarının geniş yayılması.








14.10.2014

Məlumat və onun hüquqi rejimi.

•Açıq məlumatlar

•Alınması məhdudlaşdırılan məlumatlar

•Dövlət sirri

•Həkim sirri

•Notariat sirri

•Vəkil sirri





6.


21.10.2014

Jurnalistika və qlobal ekoloji problemlər

Ekologiya problemi anlayışı. Ekoloji problemlər

insanların praktik fəaliyyətinin nəticəsi kimi. Ekoloji problemlərin qlobal xarakter alması. Qlobal iqlim istiləşməsi, stratosferdə ozon qatının dağılması, su ilə bağlı ekoloji problemlər, enerji istehsalının ekoloji nəticələri, turş yağıntılar, orqanizmlərin bioloji (genetik) müxtəlifliyinin azalması başlıca ekoloji problemlər kimi. Atmosferin, biosferin, hidrosferin çirklənməsinin ağır nəticələri. Bunların aradan qaldırılması yolları. İnsan fəaliyyətinin mühüm problemlərindən biri olan maddi-texniki, kimyəvi radiasiyalı və psixoloji parametrlərlə fərqlənən yeni ətraf mühitin formalaşması. Nadir, sıradan çıxmış, yaxud çıxmaqda olan heyvanlar və bitkilər aləmi nümunələrinin “Qırmızı kitab”da qeydə alınması.





7.


28.10.2014

Jurnalistika və qlobal ərzaq problemi

Dünya əhalisinin ərzaqla, xammalla təmin olunması qlobal problem və KİV-in əsas mövzularindan biri kimi. Qlobal ərzaq probleminin əhali problemi ilə sıx əlaqəli şəkildə öyrənilməsi. Bu problemin həlli sahəsidə BMT, Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Beynəlxalq Bioloji Proqram Təşkilatı və s. beynəlxalq təşkilatların fəaliyyəti. Ərzaq probleminin mahiyyətinin açılması, əhalinin ərzaqla təminatının onun sayının artması ilə mütənasibliyi. Dünyada istehsal olunan ərzaq məhsullarının qeyri-bərabər bölünməsi. Torpaq ehtiyatı probleminin qlobal xarakteri.









04.11.2014

Ara imtahan




8.


11.11.2014

Jurnalistika və qlobal demoqrafiya problemi

Demoqrafiya anlayışı. Demoqrafiya probleminin

mahiyyəti, təzahür formaları, həlli yolları.

Demoqrafiyanın bir çox ictimai elmlərlə - sosiologiya,

siyasi iqtisad, tarix, hüquq, etnoqrafiya, sosial gigiyena, statistika və s. ilə əlaqəsi. Demoqrafiyada əhali nəzəriyyəsinin mahiyyəti. Müəyyən demokratik siyasət yeridilməsi üçün əhali nəzəriyyəsinin lazımi əsas yaratması. Əhali kəmiyyəti və əhali keyfiyyəti.





9.

18.11.2014

Jurnalistika və qlobal energetika problemi

Energetika probleminin qlobal xarakter alması. Keçən

əsrin 70-ci illərindən etibarən bu problemin beynəlxalq

aləmdə qlobal miqyasda bütün kəskinliyi ilə qarşıya çıxması. Bunun isə hər şeydən əvvəl energetika və enerji ehtiyat mənbələrinin istehsala cəlb olunması miqyasının artması ilə əlaqədar olması. Energetika ehtiyatları, müxtəlif enerji növlərinin alınması, bir şəkildən başqa şəklə çevrilməsi, ötürülməsi və istifadə olunması məsələlərini əhatə edən mühüm təsərrüfat sahəsi olması.






10.

25.11.2014

Kosmosdan dinc məqsədlər üçün istifadə olunması

müasir dövrün qlobal problemlərindən biri kimi. Bu sahədə bir sıra ölkələrin, xalqların texniki, iqtisadi və intellektual səylərinin birləşdirilməsi zərurətinin yaranması. Dünyada bir-birinə zidd olan hərbi qütbləşmənin mövcudluğunun və onun nəticəsi olaraq “soyuq müharibə”nin aradan qaldırılması ilə kosmosdan dinc məqsədlər üçün istifadənin yeni mərhələsinin başlanması.

Kosmosdan dinc məqsədlər üçün istifadə sahəsində

BMT strukturlarının və digər beynəlxalq təşkilatların fəaliyyəti. “Nüvə silahının kosmosda yerləşdirilməsinin qadağan olunması haqqında” Beynəlxalq Saziş (1967-ci il) və s.





11.

02.12.2014

Elektron KİV-lər və qlobal psixoekoloji problemlər

Teleradio verilişlərində müasir rəqəm və kompüter texnologiyalarınin istifadə olunması. Bu texnologiyaların müxtəlif video və auidio effektlərin əldə olunmasina imkan verməsi. Eyni zamanda onların insanlarin psixi və fiziki sağlamlığına qlobal mənfi təsir göstərmək imkanları. Rəqəm texnologiyalarından istifadə edən elektron KİV-lərin kütləvi davranışa və fiziki sağlamlığa qərəzli və ya qərəzsiz şəkildə təhlükəli təsirinin öyrənilməsinin vacibliyi.






12.

09.12.2014

Jurnalistika və beynəlxalq terrorizm problem

Beynəxalq terrorizm anlayişi. Beynəxalq terrorizmin müasir dünya inkişafının qloballaşması məhsulu və yeni siyasi təzahür kimi büruzə verməsi. Bu təzahürün arxasında yeni dünya müharibəsinin başlanması təhlükəsinin dayanması. Beynəlxalq terrorizmin mahiyyətinin, onun daxili anatomiyasının və zahiri cəhdlərinin obyektiv təhlilinin zəruriliyi. Cəmiyyətdəki funksiyasına görə KİV-in bu istiqamətdə mühüm rol oynaması.






13.

16.12.2014

Jurnalistika və qlobal miqrasiya prosesləri

Miqrasiya müasir dövrün qlobal problemi və KİV-in əsas mövzularından biri kimi. Miqrasiya və miqrant anlayışları. Müasir dünyada miqrasiya poseslərinin vəziyyəti. İnsan yerdəyişmələrinin əsas istiqamətləri, motivləri, meylləri, marşrutları. Miqrasiyanın növləri: daxili və xarici; məcburi və könüllü; qanuni və qanunsuz, tənzimlənən və tənzimlənməyən miqrasiya. Həm sahə elmi, həm də KİV tərəfindən miqrasiya proseslərinin demoqrafiya problemi ilə sıx əlaqəli şəkildə öyrənilməsi.






14.

23.12.2014

Jurnalistika və qlobal narkomaniya problemi

Narkomaniya müasir dövrün qlobal sosial problemi və KİV-in əsas mövzularından biri kimi. Narkomaniya anlayışı. Müasir dünyada və Azərbaycanda narkomaniya ilə bağlı vəziyyət. Narkomaniyanın yayılmasının miqyas və tempinin yüksək olmasının bəşəriyyətin mənəvi və fiziki sağlamlığını, insanların böyük bir hissəsinin gələcəyini, qlobal sosial sabitliyi və bir sıra ölkələrin milli təhlükəsizliyini sual altında qoyması. Narkomaniyaya qarşı qlobal mübarizə aparılmasının vacibliyi. Narkomaniyanın cəmiyyətdə cinayət kimi deyil, xəstəlik və sosial təzahür kimi qəbul edilməsinin zəruriliyi.






15.

30.12.2014

Jurnalistika və qlobal korrupsiya problemi

Korrupsiya anlayışı. Korrupsiya müasir dövrün qlobal problemi və KİV-in əsas mövzularindan biri kimi. Korrupsiya sosial-siyasi həyatın elementi kimi. Yeni dövr (XYI-XX əsr) dövləti: fəlsəfəsi, mahiyyəti və ideyası. Fərd dövlətin üzvü kimi. Fərdin iradə və azadlığı. İradə və azadlıqdakı qeyri-məhdudiyyətin neqativ xarakter daşıması və siyasət sahəsində onun fanatizmə çevrilməsi, dövlət institutlarını sarsıtması. Korrupsiyanın dövləti, onun sosial missiya və funksiyalarını zəiflətməsi. Müasir dövrdə korrupsiya dövlətçiliyi və beynəlxlq sabitliyi dağıdan (milli və transmilli cinayətkar qruplar vasitəsilə) qlobal problem kimi.












Final imtahan






Yüklə 83,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə