Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.

səhifə1/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   231


 

1

www.kitabxana.net 



 

Milli Virtual Kitabxana 

 

 

 

 

Maqsud İbrahimbəyov 

 

 

 

 

 

 

 

"Seçilmiş əsərlər" 

 

 

 

 

Povest və dram əsərləri 

 

(Azərbaycan dilində) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

2

POVESTLƏR 



 

 

Dənizdə Qasırğa 

 

Birinci Kitab 



 

Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub. 

 

Təkcə sahilin lap yaxınlığındakı təpənin üstündə xudmani bir evin pəncərəsindən işıq gəlir. 



İyirmi yeddi yaşlı neft kimyaçısı Kamil Məmmədəliyev köhnə “Reminqton”unda nə isə çap edir; 

hərdənbir ara verərək, lazımi kimyəvi formulaları makina mətninə əllə yazır. İşini qurtarıb ayağa 

qalxır, otaqdan, sonra da evdən çıxır. 

 

Bura adi Bakı bağlarından birinin həyətidir – qumun üstünə sərilmiş üzüm tənəkləri, su quyusu, 



ilin bu fəslində hələ çılpaq olan bir necə əncir və nar ağacı gözə dəyir. Ağarmaqda olan dan 

yerinin alatoranında bağın əlli-altmış metrliyindən başlanan dənizin hamar, dalğasız səthi, 

kimsəsiz qumlu sahillər zorla sezilir. Kamil artıq evə dönməyə hazırlaşır, ancaq həmin anda elə 

bir hadisə baş verir ki, yorğunluğu bir göz qırpımında yox olur: sahilin lap kənarında suyu 

yüngülcə sıçradaraq, demək olar ki, səssiz-səmirsiz, bir sualtı qayıq dəniz səthində peyda olur. 

Ondan içərisinə hava doldurulmuş bir avarlı qayıq aralanır. Qayıqda bir neçə sərnişin, o 

cümlədən iki qadın var. 

 

Kamil binokl götürmək üçün evə qayıdır, sonra tələsik geri dönüb, qayığı bir müddət maraqla 



müşahidə edir. Qayıq sahil boyu üzərək, mayakın uçuqları görünən qayalıq burun istiqamətində 

uzaqlaşır və döngəni burulub gözdən itir. Soyuqdan büzüşmüş Kamil evə qayıdır. 

 

Həmin gün sübh tezdən sovet hərbi gəmisi açıq dənizdə adi patrul xidmətinin yerinə yetirir. 



Onun lap yaxınlığında, paralel kursla yaraşıqlı bir yaxta üzür. Üzərində İran bayrağı dalğalanan 

yaxta elə bil “sərhədçi”ni addım-addım izləyir. 

 

– Düz altı saatdır dalımızca gəlir, – deyə sərhədçi zabit dillənir. 



 

O, kapitanın yanında, körpücükdə dayanıb, binoklla “qonşu”nu seyr edir. Yaxtadan kim isə əl 

edib onları salamlayır. – Ötən həftə seyner bizi qarabaqara izləyirdi, indi də bu. Lap ovçuları 

azdırıb, öz yuvasından uzaqlaşdırmağa çalışan tülküyə oxşayır. 

 

– Şübhəsiz, nəsə bir məqsədi var, – deyə kapitan qaşqabaqlı halda razılaşır. – Buralarda heç kəs 



boş-boşuna dolaşmaz. Nə mənzərəsi bir şeydir, nə də havası. – O, danışıq borusuna sarı əyilir: 

 

– Dəstənin bütün gəmilərindən təkrar soruşun: qonşu kvadratlarda şübhəli bir şey görməyiblər 



ki? 

 

– Oldu, kapitan! Dəstənin bütün gəmilərinə təkrar sorğu göndərilsin! 



 

Səhər tezdən yuxudan qalxan kimi Kamil kiçik qardaşı Poladı oyatmaq üçün onun otağına keçir. 

Bir divar başdan-başa atletik bədən quruluşuna malik otaq sahibinin sərbəst güləş karyerasının 

ən xoş məqamlarında lentə alınmış şəkillərlə doludur. Rəflərin birindən kitablar yığışdırılıb, 

oraya hələ yuxuda olan gəncin idman zəfərlərini əks etdirən bir neçə kubok düzülüb. Kamil 

qardaşını oyadır. 

 

...Səhər yeməyini masanın üzərinə düzən Kamil narahatlıqla qardaşına baxır: 




 

3

 



– Gecikirik! 

 

– Əcəb havadır, gərək eyvanda oturaydıq, – deyə Polad əlini süfrəyə uzadaraq dillənir. – Duzunu 



bir yarımca kilo az töksəydin, lap dadlı qayğanaq alınardı. 

 

– Bu gecə sualtı qayıq görmüşəm. – Kamil xəbər verir. 



 

– Sonra? 

 

– Heç, eləcə sualtı qayıq gördüm. 



 

– Sonra nə oldu e? Onu de görək! 

 

– Əvvəl suyun səthinə qalxdı, sonra sahilə bir neçə adam düşürdü, sonra da təzədən suyun 



altında qeyb oldu. Vəssalam. 

 

Kamillə Polad sahil boyunca irəliləyir. Qayığın yan aldığı yerə çatırlar. Polad diqqətlə izlərə 



baxır. 

 

– Bəlkə yuxuda görmüsən? 



 

– Yuxu-zad deyil, şübhən olmasın. 

 

– Onlar sahillə elektrik qatarı stansiyasına sarı gedirlər. 



 

– Sən mənim böyük qardaşımsan, dediklərinin hamısına inanmaq mənim borcumdur, hətta Xəzər 

dənizində səkkizayaqlı ilbiz və köpək balıqları kimi, sualtı qayıqların da olmadığını dəqiq bilsəm 

belə... Sərnişin daşıyan sualtı qayıqlar isə, mən bilən, ümumiyyətlə olmur. 

 

– Qadın sərnişinlərdən biri isə lap Meri Pikforda oxşayırdı. 



 

Binoklla açıq-aydın görürdüm. 

 

8 – Yaxşı, tutaq ki, sualtı qayıq qayıtdı suyun dibinə. Bəs sərnişinləri aparan o biri qayıq necə 



oldu? Avarlı qayıqla şəhərə azı iki günlük yoldur. Elə isə, onda sənin gözəlçələrin görəsən hara 

qeyb olublar? 

 

Kamil fikirli-fikirli: 



 

– Qayıq mayaka tərəf üzürdü... – deyir və dərhal da əlavə edir, – yeyin gəl, mən hələ evə çatıb 

paltarımı dəyişməliyəm. 

 

– Atama salam de. Sabah şəhərə gələndə onun iş yerinə dəyəcəyəm. 



 

Nahara ləngimə. Nərə balığı qızardacağam, sənsə çörək, bir də göyərti alarsan. 

 

Onlar stansiyaya elektrik qatarı ilə eyni vaxtda çatırlar. Tək qalan Polad dönüb evlərinə qayıtmaq 



istəyir, ancaq bir-iki addım atdıqdan sonra fikrini dəyişib, yarıuçulmuş tənha mayaka sarı 

yönəlir. 

 

Kamil fikirli halda elektrik qatarının pəncərəsindən baxır. 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   231


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə