Sinir mənşəli pozğunluğun həzm sistemi orqanlarında yaratdığı problemlər və həkim tövsiyəsi



Yüklə 280,03 Kb.

səhifə1/6
tarix29.05.2018
ölçüsü280,03 Kb.
  1   2   3   4   5   6


Türkmənistan gəncləri 

ATU-nun rezidenti 

olmaq istəyir

Türkmənistan gəncləri 

ATU-nun rezidenti 

olmaq istəyir



Sinir mənşəli pozğunluğun həzm 

sistemi orqanlarında yaratdığı 

problemlər və həkim tövsiyəsi

Sinir mənşəli pozğunluğun həzm 

sistemi orqanlarında yaratdığı 

problemlər və həkim tövsiyəsi

Təsisçi: Azərbaycan 

Tibb Universiteti

Qəzet 1933 -cü ildən çıxır.                   № 02 (1642) 31 yanvar 2017 - ci il                                    Qiyməti 50 qəpik

ATU-nun tələbəsi 

Prezident yanında 

Gənclər Fondunun 

keçirdiyi VIII qrant 

müsabiqəsinin 

qalibi olub



20 Yanvar 

şəhidlərinin 

əziz xatirəsi 

yad edilib

Şəkər xəstəsinin ayağından 2 litr irin çıxarıldı

Qayıdan qırtlaq siniri 

cihazının tətbiqi ilə 

aparılan uğurlu əməliyyat



ATU-nun prorektoru 

görkəmli alim Əziz 

Əliyevin xidmətləri 

haqqında çıxış edib

BÖYÜK ELMİ ŞURADA

BU  SAYIMIZDA 

3

4



2

6

 



Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının 

icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib

Yanvarın  30-da  Heydər  Əliyev  Mərkəzində  “Azərbaycan  Respubli-

kası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət 

Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans 

keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyev konfransda iştirak edib.

Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.

Sonra iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri 

Heydər Əsədov, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxra-

catçıları Assosiasiyasının sədri Bəşir Quliyev, Fındıq İstehsalçıları və 

İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Şərab İstehsalçı-

ları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Azərbaycan 

Turizm  Assosiasiyasının  rəhbəri  Nahid  Bağırov,  Balıq  yemi  istehsalı 

zavodunun direktoru Zaur Salmanov çıxış etdilər.

Dövlətimizin başçısı konfransda yekun nitqi söylədi.



Azərbaycan Prezidenti İlham 

Əliyev konfransda iştirak edib

5

4



5

5



http://w w w.amu.edu.az

31 yanvar 2017-ci il

2

Bundan  sonra  “Azərbaycan 



Tibb  Universitetinin  Elmi-Tədqiqat 

Mərkəzində  2016-cı  il  ərzində 

yerinə  yetirilən  elmi-tədqiqat  işlə-

rinin  vəziyyəti  və  qarşıda  duran 

vəzifələr”  barədə  mərkəzin  direk-

toru,  professor  Qalib  Qarayevin 

hesabatı  dinlənildi.  Elmi-Tədqiqat 

Mərkəzinin  patoloji  proseslərin 

modelləşdirilməsi, 

eksperimental 

cərrahiyyə,  biokimya,  farmakolo-

giya,  toksikologiya,  morfologiya, 

immunologiya,  elektron  mikrosko-

piyası, bioloji fəal maddələrin sinte-

zi,  eksperimental  endokrinologiya 

şöbələrindən,  direktorluq,  mü-

hasibat,  vivarium  bölmələrindən, 

mühəndis-texniki 

qruplarından 

ibarət  olduğunu  diqqətə  çatdıran 

Q.Qarayev bildirdi ki, burada çalışan 

108 nəfərdən 37 nəfəri elmi işçi, 19 

nəfəri baş laborant, qalanları texniki 

və yardımçı işçilərdir. Elmi işçilərin 5 

nəfəri elmlər doktoru, 16 nəfəri isə 

fəlsəfə doktorudur.  

“Elmi-Tədqiqat  Mərkəzinin  əsas 

vəzifələrindən biri də müxtəlif mü əs-

sisələrdən ezam olunan əmək daşlara 

elmi,  metodik  və  texniki  kömək 

göstərməkdir” - de yən məruzəçi bu 

istiqamətdə üzərlərinə düşən vəzifə 

borclarını  yerinə  yetirdiklərini  vur-

ğuladı:  “Əməkdaşlarımız  hesabat 

ili  dövründə  Səhiyyə  Nazirliyinin  3 

idarəsindən  ezam  olunan  3  nəfərə, 

Azərbaycan  Tibb  Universitetinin 

16  kafedrasından  ezam  olunan  23 

nəfərə, Azərbaycan Milli Elmlər Aka-

demiyasının  3  institutundan  ezam 

olunan  4  nəfər  əməkdaşa  elmi- 

tədqiqat  işinin  yerinə  yetirilməsində 

elmi,  metodik  və  texniki  kömək 

göstərmişlər.  Onlardan  7  nəfəri 

elmlər  doktoru,  17  nəfəri  fəlsəfə 

doktoru  elmi  dərəcəsi  almaq  üçün 

tədqiqat işləri aparmışdır”. 

Burada  tədqiqat  işi  aparan  as-

pirantlara  xüsusi  diqqət  yetirildiyini 

söyləyən Q. Qarayev Elmi- Tədqiqat 

Mərkəzinin maddi texniki bazasının 

möhkəmləndirilməsinin  ötən  illərdə 

olduğu  kimi  bu  il  də  universitet 

rəhbərliyinin diqqət mərkəzində ol-

duğunu dedi. 

Mərkəzin  direktoru  2011-ci  il 

hesabatında elektron mikroskopu ilə 

bağlı  olaraq  ünvanlarına  yönəldilən 

problemin professor Eldar Qasımo-

vun  layihəsi  əsasında  Azərbaycan 

Prezidenti yanında Elmin İnkişafı Fon-

dundan udulan vəsait hesabına artıq 

öz həllini tapdığını da diqqətə çatdır-

dı: “Bu gün Elektron mikroskopiyası 

şöbəsi  professor  Eldar  Qasımovun 

rəhbərliyi altında dünya standartları-

na cavab verəcək səviyyədə fəaliyyət 

göstərir. Mən bu yüksək tribunadan 

Eldar müəllimə çəkdiyi zəhmətə görə 

dərin  minnətdarlığımı  bildirirəm. 

Mənimsənilən  yeni  metodlar  nəinki 

Elmi-Tədqiqat Mərkəzinə ezam olu-

nanların,  eyni  zamanda  mərkəzin 

əməkdaşlarının  da  geniş  miqyaslı 

tədqiqat işləri aparmasına şərait ya-

ratmışdır. Əvvəlki illərdən fərqli ola-

raq biz daha dəyərli və geniş əhatəli 

tədqiqat  işləri  planlaşdırmışıq.  Bu 

işləri  planlaşdırarkən  biz  əsasən 

praktik  səhiyyənin  bu  günə  olan 

tələbatını nəzərə almışıq”. 

Elmi-Tədqiqat Mərkəzinin əmək-

daşlarının  2015-ci  ildə  elan  olunan 

“Universitet  qrantı  müsabiqəsi”ndə 

iştirakını  daha  uğurlu  hesab  edən 

Q.Qarayev  bildirdi  ki,  müsabiqəyə 

təqdim  olunan  layihələrdən  üçü 

müsabiqənin qalibi olmuş və həmin 

layihələrdən büdcəyə 300 min ma-

nat məbləğində vəsait daxil olmuş-

dur. Həmin vəsait hesabına 21 nəfər 

əməkdaşın  aylıq  əmək  haqqına 

müəyyən miqdarda vəsait əlavə edil-

miş, 15 adda yeni avadanlıq və reak-

tiv dəstləri alınaraq mərkəzin maddi-

texniki bazası möhkəmləndirilmişdir. 

Azərbaycan  Tibb  Universiteti-

nin  I  cərrahi  xəstəliklər  kafedrası-

nın müdiri, AMEA-nın müxbir üzvü, 

professor  N.Bayramovun  müraciəti 

əsasında  rezendtlər  üçün  eksperi-

mental I cərrahiyyə şöbəsində təlim 

otaqlarının  yaradıldığını  söyləyən 

məruzəçi biokimya şöbəsində də ro-

tasiya xarakterli təlim kursları təşkil 

etməyin mümkünlüyünü vurğuladı. 

“Sabahın  alimləri”  layihəsi  çərçi-

vəsində  Elmi-Tədqiqat  Mərkəzin-

də  professor  R.Axundov  və  dosent 

R.Cəfərovanın  rəhbərliyi  altında 

ha zır  lanan  məruzələrin  gümüş  və 

bürünc  medallara  layiq  görüldüyü-

nü  diqqətə  çatdıran  Q.Qarayev 

mərkəzdə çalışan əməkdaşların Milli 

Elmlər Akademiyasının 2016-cı ildə 

təşkil etdiyi Elm Festifalında da fəal 

iştirakından söhbət açdı. 

Eyni  zamanda  mərkəzin  əmək-

daşlarının ekspertiza işlərində fəallıq 

göstərdiyini  deyən  Q.Qarayev  digər 

məsələlərə də toxundu. Artıq 22 il-

dir  ki,  müntəzəm  nəşr  olunan  və 

həcminə görə tibb jurnalları içərisində 

ön  sırada  duran  “Sağlamlıq”  elmi-

praktik jurnalının fəaliyyətinə xüsu-

si  diqqət  çəkdi:  “Tərtibatı  mərkəzin 

əməkdaşları tərəfindən aparılan jur-

nal 2006-cı ildən stabil olaraq 500 

tirajla  204  səhifə  həcmində  nəşr 

olunaraq dünyanın 14 ölkəsinə ya-

yımlanır.  Özünün  müstəqil  internet 

saytı  olan  jurnala  Rusiya,  Ukrayna, 

Türkiyə,  Özbəkstan,  Gürcüstan  və 

digər  ölkələrdən  məqalələr  daxil 

olur  və  onlar  jurnalın  səhifələrində 

işıq  üzü  görür.  2009-cu  ildən  bəri 

jurnalın  maraq  dairəsi  daha  da 

genişləndirilmişdir”. 

Qazanılan  uğurların  bütövlükdə 

böyük bir elmi potensiala və kifayət 

qədər  maddi-texniki  bazaya  malik 

olan elmi mərkəzin tam fəaliyyət gücü 

olmadığını  etiraf  edən  Q.  Qarayev 

öz  həllini  gözləyən  problemlərdən 

də  danışdı:  “Dünya  alimləri  ilə 

mütəmadi əməkdaşlıq demək olar ki, 

yox  dərəcəsindədir.  Respublikanın 

daxilində müvafiq elm sahələri ilə in-

teqrasiya istənilən səviyyədə deyildir. 

Hesabat ilində əməkdaşlarımızın ha-

zırladıqları  elmi  məqalələr  Münhen, 

London, Belqorod, Stavrapol, Kazan, 

Moskva, Yalta, Pyatiqorski, Doqamıs 

və  Praqada  keçirilən  elmi  simpozi-

umların  materiallarında,  Avropanın 

bir çox məşhur jurnallarında çapdan 

çıxsa da, bu, bizi tam qane etmir”. 

Elektron  informasiya  sistemlə-

rin dən  yararlanmaqla  dünya  mət-

buatına  daha  yaxından  inteqrasiya 

et məyi,  xarici  dillərdə,  xüsusilə  in-

gilis  dilində  məqalələr  yazmağı  da 

həllini  gözləyən  problemlərdən  biri 

kimi  göstərən  mərkəzin  direktoru 

çıxışının  sonunda  rəhbərlik  etdiyi 

kollektivin 2017-ci ildə daha fəal ça-

lışacağına  və  indiyəcən  buraxdıqları 

nöqsanları  aradan  qaldıracaqlarına 

əminliyini ifadə etdi.

Elmi Tədqiqat Mərkəzində tibbin 

bütün sahələrini əhatə etmək şərti ilə 

hərtərəfli elmi tədqiqat işlərinin apa-

rıldığını söyləyən patoloji anatomiya 

kafedrasının müdiri, professor Ədalət 

Həsənov bildirdi ki, ancaq buna bax-

mayaraq tədqiqat işlərinin hamısının 

burada  yerinə  yetirilməsi  mümkün 

deyil. 


O,  kafedraların  ayrı-ayrılıqda 

yük    sək  zirvələr  fəth  etməklə  nə-

ti  cə lənən  elmi  tədqiqat  işləri  apa-

ra  bilməyəcəyini  də  deyərək  xarici 

qrant layihələrində iştirakın vacibliyi-

ni diqqətə çatdırdı.   Yeri gəlmişkən, 

patohistoloji laboratoriyanın yaradıl-

ması və patoloji anatomiya kafedra-

sının yeni baza ilə təmin olunmasına 

görə universitet rəhbərliyinə təşəkkür 

etdi.

Professor  Səfixan  Həsənov  sto-



matoloji və cərrahi profilli kafedralar 

istisna  olmaqla  kliniki  kafedralar-

la mərkəz arasında əlaqələrin aşağı 

səviyyədə olduğunu söylədi. Növbəti 

illərdə istər terapevtik, istərsə də pe-

diatrik və cərrahi profilli kafedraların 

Elmi  Tədqiqat  Mərkəzinin  mövcüd 

imkanlarından  istifadə  üçün  əlaqəli 

mövzuların  planlaşdırılmasına  xü-

susi önəm verməsini məqsədəuyğun 

saydı. 

İnsan  anatomiyası  kafedrasının 



professoru  Mübariz  Allahverdiyev 

Elmi-Tədqiqat  Mərkəzinə  müraciət 

edən kafedralar üçün əlverişli şərait 

yaradılmasından,  çalışdığı  kafed-

ra  ilə  mərkəz  arasında  əlaqələrin 

möhkəmliyindən  söz  açaraq  qeyd 

etdi  ki,  son  10  ildə  kafedranın  5 

nəfər  əməkdaşı  doktorluq,  6  nəfər 

əməkdaşı isə fəlsəfə doktorluğu işini 

bu  mərkəzdə  başa  çatdırıb.  “Elmdə 

qazanılan  kiçik  bir  fakt  da  elmi 

zənginləşdirə bilər” fikrini sitat gətirən 

professor  beynəlxalq  əlaqələrin 

genişləndirilməsi  məqsədilə  bir  in-

formasiya  qrupunun  yaradılmasına 

ehtiyac olduğunu dedi.  

Məruzə  və  çıxışlarda  səslənən 

fikir ləri yekunlaşdıran rektor dəyişən 

dünyada  böyük  tədqiqatlara  daha 

çox  üstünlük  verildiyini,  hansısa 

bir  müəllif  tərəfindən  yazılan  elmi 

işə  nadir  hallarda  rast  gəlindiyini 

vurğuladı.  Hərtərəfli,  eyni  zaman-

da çox lakonik məruzədə və çıxış-

larda  toxunulan  bir  neçə  məqama 

münasibətini  açıqlayan  universitetin 

rəhbəri  kafedralararası  tədqiqatların 

vəziyyəti  üzərində  ayrıca  dayandı. 

Elmi-Tədqiqat  Mərkəzinin  imkan-

larından  eyni  kafedraların  yararlan-

dığını bildirərək qeyd etdi ki, kafed-

raların daha geniş arsenalı mərkəzə 

cəlb  olunmalı,  kafedralar  arasında 

olan  tədqiqatlar  da  burada  həyata 

keçirilməlidir. 

Azərbaycan  Milli  Elmlər  Akade-

miyasının  bir  neçə  institutunun 

mər kəzlə  birgə  layihələrinin  ol ma  -

sını,  bu  istiqamətdə  işlərin  daha 

da  genişlənməsini  müsbət  qiy-

mət ləndirən  G.Gəraybəyli  elektron 

mik roskopdan  səmərəli  istifadənin 

vacibliyini  də  önə  çəkdi.  Bir  neçə 

ay bundan qabaq elektron mikros-

kopiyası  şöbəsində  olarkən  gəldiyi 

qənaəti  şura  üzvləri  ilə  bölüşərək 

bildirdi ki, şöbənin potensialının 20, 

bəlkə də daha az faizindən istifadə 

olunur.  Ona  görə  də  təkcə  təməl, 

baza  kafedralarının  yox,  kliniki  ka-

fedraların da elektron mikroskopdan 

istifadə etməklə elmi-tədqiqat işləri 

aparmasını məsləhət gördü.  

Beynəlxalq  inteqrasiya  imkanla-

rının  getdikcə  artdığını  vurğulayan 

rektor əməkdaşlarımızın xarici qrant 

layihələrində iştirakını, dünyanın qa-

baqcıl elmi mərkəzləri ilə əlaqələrin 

qurulmasını,  eləcə  də  rezidentlərin 

elmi  işlərə  cəlb  olunmasını  müasir 

dövrün tələbatı kimi səciyyələndirdi. 

Hətta 


gələcəkdə 

mərkəzin 

nəzdində rezidentlərə nəzarət edən 

hansısa  bir  qurumun  yaranma  eh-

timalını da şura üzvlərinin nəzərinə 

çatdırdı. 

Yekun nitqində digər məsələlərə 

də  aydınlıq  gətirən  G.Gəraybəyli 

univeristetdə  nizam-intizam  məsə-

lərinin hazırkı durumuna toxunaraq 

daha sərt mövqe sərgilədi: “Hər bir 

iş, hər bir əmək, hər bir tərəqqi ni-

zam-intizamdan  başlayır.  Nizam-

intizam  olmadan  heç  bir  yüksək 

nəticədən  danışmağa  dəyməz.  Bəzi 

kafedralarımızda  nizam-intizamın 

qənaətbəxş olmadığını siz də bilirsi-

niz, mən də. Universitetin Həmkarlar 

İttifaqı  Komitəsinin  sədri  Cahangir 

Qasımova  bir  müddət  əvvəl  cid-

di  tapşırıq  vermişəm  ki,  “birdəfəlik 

yoxlamalar” dayandırılsın. Çünki belə 

yoxlamalar  zamanı  əməkdaşlar  bir 

neçə gün ərzində hamılıqla işə cəlb 

olunur, müəyyən vaxtdan sonra yenə 

boşluq  yaranır.  Sistemli  tədbirlər 

görülənə qədər ənənəvi yoxlamala-

rın  müntəzəm  olaraq  aparılacağını 

bəyan  edirəm.  Elmi  şuranın  üzvləri 

qarşısında  bir  daha  xatırladıram  ki, 

bu  yoxlamalar  Cahangir  Qasımo-

vun şəxsi təşəbbüsü deyil. Heç kəs 

ona  zəng  edərək  “bu  nədir,  ildırım 

şəklində gəldiniz, yoxladınız, imkan 

vermədiniz…” deməsin”. 

Yoxlamaların  nəticələri  haq-

qında  ona  dərhal  məruzə  olun-

masını  tələb  edən  rektor  bildir-

di  ki,  nəticələr  Həmkarlar  İttifaqı 

Komitəsində  də  müzakirə  olunsun 

və  konkret  tədbirlər  görülsün.  Eyni 

zamanda  görülən  tədbirlər  univer-

sitetin  qəzetində  işıqlandırılsın  və 

bu  barədə  kafedra  əməkdaşları 

məlumatlandırılsın.  Dəfələrlə  eyni 

mənzərənin  üzə  çıxdığı  kafedralar-

da gün ərzində bir dəfə deyil, lazım 

gələrsə 3 dəfə: səhər, işin ortasında 

və işin sonunda yoxlama aparılması-

nı tövsiyə edən rektor öz vəzifəsinin 

öhdəsindən  gələ  bilməyən  kafedra 

müdirlərinin ciddi cəzalandırılacağını 

da vurğuladı.

Sonda  normal  fiziologiya  ka-

fedrasının  müdiri,  professor  Arif 

Məmmədovun Milli Aviasiya Akade-

miyası tərəfindən AMEA-nın müxbir 

üzvlüyünə nami zədliyini dəstəkləyən 

elmi  şura    gənc  kadrların  rəhbər 

vəzifələrə  irəli  çəkilməsi  prinsipini 

nəzərə alaraq kafedra müdirliyindən 

azad olunmasını xahiş edən III cərrahi 

xəstəliklər kafedrasının müdiri, pro-

fessor Məmməd Nəsirovu həmin ka-

fedraya məsləhətçi-professor seçdi. 

ATU-nun Stomatoloji Klinikasının 

adının dəyişdirilərək ATU-nun Təd ris 

Stomatoloji Klinikası adlandırılmasını 

da  təsdiqləyən  elmi  şura  müsabiqə 

məsələlərini həll etməklə öz işini ye-

kunlaşdırdı.

Arif MƏMMƏDLİ



BÖYÜK ELMİ ŞURADA

Yanvarın 30-da Böyük Elmi Şuranın növbəti yığıncağını 

açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli 

gündəlikdə duran məsələlərin müzakirəsindən öncə Elmi-

Tədqiqat Mərkəzinin direktoru, professor Qalib Qarayevi 

və IV daxili xəstəliklər kafedrasının müdiri, professor 

Əlihüseyn Hidayətovu 70 illik yubileyləri münasibətilə 

təbrik etdi.


: tebib qezeti
tebib qezeti -> BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib
tebib qezeti -> S.ƏLİyev: “TƏDRİSİn yüKSƏk səVİYYƏDƏ aparilmasi müƏLLİMLƏRİn təLƏBƏLƏRƏ olan
tebib qezeti -> Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR
tebib qezeti -> Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir
tebib qezeti -> Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı
tebib qezeti -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib qezeti -> Atu-nun Tələbə Gənclər Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib
tebib qezeti -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib
tebib qezeti -> Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib
tebib qezeti -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin


Dostları ilə paylaş:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə