Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİlMİŞ Kİtabxana sistemi Cəmşid Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan ədəbiyyatında detektiv janrın banisi



Yüklə 19,04 Kb.
tarix14.06.2018
ölçüsü19,04 Kb.
#49081


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ
c:\users\user\desktop\200px-cəmşid_əmirov.jpg

Cəmşid Əmirovun anadan

olmasının 100 illiyi münasibətilə

Azərbaycan ədəbiyyatında detektiv janrın banisi

/metodiki vəsait/



ŞİRVAN-2018

Cəmşid Əmirov – 100

Cəmşid Cabbar oğlu Əmirov 1918 – ci il fevral ayının 10 – da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra 1934 – cü ildə Əzizbəyov adına Azərbaycan Sənaye İnistituna daxil olmuş, eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Sonuncu kursda institutu tərk etdiyinə görə öz ixtisası üzrə işləməyə həvəs göstərmə - mişdir.

1937- 1940 – ci illərdə “Azərbaycan gəncləri” qəzetində məsul katib, 1940 – 41- ci illərdə “Gənc işçi” qəzrtində şöbə midiri, 1941- ci ildə “Bolşevik”qəzetində məsul katib, 1941- ci ilin mayından dekabrınadək “Əzizbəyovneft”şirkətində mühəndis – deoloq vəzifəsində işləmişdir. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslavakiya, Avstriya və Çində olmuşdur.

Ordudan tərxis ediləndə sonra “Amüstral” kombinatının tikintisində fəal iştirak etmişdir. Sonra “ Azərbaycan gəncləri “ qəzetində şöbə müdiri, “ Sovet ticarəti “

( Moskva) qəzetində xüsusi müxbir, Azneftnəşrdə baş redaktor,”Azərbaycan neft təsərrüfatı “jurnalında redaktor müavini, “Bakı” qəzetində şöbə işləmişdir. 1969 – 1972 – ci illərdə Bakı Maliyyə -kredit Texnikumunda direktor olmuşdur. Sonra fərdi təqaüdə çıxmışdır. Ədəbi yaradıcılığa 1940 – cı illərdən oçerk,felyeton və hekayələrlə başlamış-

dır. Onun ilk mətbu oçerki “Dəqiqələl, saniyələr... ,” “Azərbaycan gənclər” qəzetinin 28 avqust 1946 – ci il tarixili sayında dərc edilmişdir.

“Sahil əməliyyatı”, Brilyant məsələsi”.”Qara Volqa,” “Şəhər yatarkən” və s. detektiv əsərlərin müəllifidir. C.Əmirov Azərbaycan ədəbiyyatında detektiv janrının banisi kimi məş – hurlaşmışdır.

“ Sahil əməliyyatı” povesti ilk dəfə 1958- ci ildə nəşr olunmuş və yazıçıya şöhrət qazan- dırmışdır. Azərbaycan ədəbiyyatında macəralar janrında yeni olan bu əsər yüksək professionallıqla yazılmış və tez bir zamanda müxtəlif xarici dillərə tərcümə olunmuşdur. “Azərbaycan film” kinostudiyası həmin əsər əsasında “İstintaq davam edir”adlı film də çəkmişdir.

Vətən müharibəsi ( ı dərəcəli),”Qırmızı ulduz” ordenləri,”Döyüşdə fərqlənməyə görə”, “Köniqsberqin alınmasına görə”,”Berlinin alınmasına görə”,”Almaniya üzərində qələbəyə görə”,”yaponiya üzərində qələbəyə görə” medallarina layiq görülmüşdür. 1962- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvi olmuşdur.

Cəmşid Əmirov 1982- ci il dekabr ayının 29 – da vəfat etmişdir.
Həyat və yaradıcılığının əsas tarixləri.
1918 - Cəmşid Cabbar oğlu Əmirov Naxçıvan şəhərində anadan olmuşdur.

1934 – Əzizbəyov adına Azərbaycan Sənaye İnistituna daxil olmuşdur.

1937 -1940”- Azərbaycan gəncləri” qəzetində məsul katib.

1940 -1941 – “Gənc işçi” qəzetində şöhbə müdiri.

1941 – “Bolşevik” qəzetində məsul katib .

1969 – 1972 – Bakı Maliyyə - kredit Texnikumunda direktor olmuşdur.

1940 – Ədəbi yaradıcılığa oçerk, felyeton və hekayələrlə başlamışdır.

1946 – İlk mətbu oçerki “Diqiqələr, saniyələr...” dərc edilmişdir.

1958 – “Sahil əməliyyatı” povesti nəşr olunmuş və yazıçıya söhbət qazandırmışdır.

1962 – Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.

1982 – Cəmşid Əmirov dekabr ayının 29 – da vəfat etmişdir.

Cəmşid Əmirov irsinin kitabxanalarda təbliği.
Yazıçı Cəmşid Əmirovun fevral ayının 10 –da 100 illik yubileyi tamam olur. Yubileylə əlaqədar olaraq bir sıra tədbirlər: kitab muzakirələri, oxucu konfransı, ictimal, ədəbi – bədii gecə və s. keçirmək olar.İlk növbədə bütün kitabxanalarda kitab sərgiləri təşkil edilməlidir. Çünki sərgilər bilavasitə keçirilən tədbirləri tamamlayır.Sərgiyə müxtəlif başlıqlar vermək olar. “Xatirələrdə yaşayan yazıçı”, Cəmşid əmirov – 100”, “Həyata bağlı sənətkar – Cəmşid Əmirov”,”Novator yazıçı”, “Naxçıvanda doğan günəş və s.

Cəmşid əmirovun 100 illik yubileyi ilə bağlı tədbirlərdən biri də kitab mizakirələridir.

Bu məqsədlə kitabxanaçı bir neçə məktəblə sıx əməkdaşlıq edir. O, şagirdləri, xüsusən də yuxarı sinif şagirdlərini kitaxanaya cəlb etməklə yazıçının gördüyü işlər və onun kitabları ilə tanış edir. Daha sonra kitabxanaçı sözü gedən tədbir üçün müəyyən olunmuş tarixdə oxucuları kitabxanaya dəvət edir.

Yubileylə əlaqədar xatirə gecəsi də keçirmək olar. Məs.”Həyata bağlı yazıçı – Cəmşid Əmirov”Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyatdan istifadə etmək olar:




  1. Sahil əməliyyatı [ Mətn ]: povest / C. Əmirov , tərt .: D. Əmirov , İ. Əmirova, red. A.Kənan. – Bakı: Azərnəşr, 2007. – 307s.

  2. Qara,”Volqa “ [ Mətn] / C.Əmirov, red. İ.sadiq. – Bakı: Azərnəşr,1993. – 256 s.

  3. Brilyant məsələsi [ Mətn] / C. Əmirov.- Bakı: Azərnəşr, 2008. – 360 s.

  4. Abdullayev Ş. Yazıçı, jurnalist // ədəbiyyat qəzeti. – 1993. – 19 mart. № 11.- s.7.

  5. Şəhər yatarkən. – Bakı: Yazıçı, 1982.- 2005.


Tərtib etdən Heydərova T.
Yüklə 19,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə