Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİlMİŞ Kİtabxana sistemi M. F. Axundzadənin anadan olmasi münasibətilə Mirzə Fətəli Axundzadə-205



Yüklə 29,7 Kb.
tarix02.01.2018
ölçüsü29,7 Kb.
#19196


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ

c:\users\user\desktop\08n.jpg

M.F.Axundzadənin

anadan olmasi münasibətilə


Mirzə Fətəli Axundzadə-205

/metodiki vəsait/

ŞİRVAN-2017

Mirzə Fətəli Axundzadə-205
Mirzə Fətəli Məmmədtağı oğlu Axunsadə ( Axundov ) 1812 ci il iyun ayının 30- da Nuxada (indiki Şəki şəhəri ) anadan olmuşdur. 1814 –ci ildə ailəsi Təbriz şəhərinin yaxınlığındakı Xəmnə qəsəbəsinə köçmüşdür. 1821 –ci ildə anası Nanəxanım Fətəlinin atası Mirzə Məhəmməd Tağıdan ayrılmış və əmisi Axund Hacı Ələsgərin yanına, Qarabağın Horanid kəndinə ( Cənubi Azərbaycan ),1825- ci ildə isə Şəkiyə köçmüşdür. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə apar- mış , o, burada məntiq və fiqh elmlərinə, habelə dahi Azərbaycan şairi M.Ş.Vazehdən xəttatlıq sənətinə yiyələnmişdir. Dövrünün müasir elmlərilə maraqlanan Mirzə Fətəli 1833-ci ildə Şəkidə açılmış Rus – tatar məktəbinə daxil olmuşdur. Bir il təhsil aldıqdan sonra 1834- cü ildə Tifliş şəhərinə getmiş, Qafqaz canisininin baş dəftərxanasında mül- ki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş, ömrünün sonunadək burada əvvəl mülki, sonralar hərbi işlər üzrə mütərcim vəzifəsində çalışmışdır. M.F.Axundzadə bədii yaradıcılığa 1837- ci ildə fars dilində yazdığı “Puşkinnin ölümünə Şərq poeması”ilə başlamışdır.

M.F.Axundzadə 1850- 1855-ci illərdə özünün məşhur altı komediyasının yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında , Şərq dünyasında dramaturgiyanın əsasını qoymuşdur.”Aldanmış kəvakib”povesti və bu dram əsərləri “Təmsilat” adı altında 1859 – cü ildə Tiflisdə nəşr edilmişdir.

Mirzə Fətəli Axundovun 1878-ci ilin martında Həsənbəy Zərdabi və Nəcəbəy Vəziro- vun birlikdə Bakı məktəblərinin birində məşhur “Hacı Qara”və aprel ayında səhnəyə qoyulan “Lənkəran xanının vəziri” tamaşaları ilə Azərbaycan teatrının bünövrəsi qoyulur.

Görkəmli maarif xadimi ərəb əlifbasının çətinliklərini nəzərə alaraq yeni latın qrafikasın- da əlifba tərtib etmiş və ömrünün sonuna kimi bu əlifbanın qəbul edilməsi uğrunda mübarizə aparmışdır.

M.F.Axundzadə 1878-ci il fevral ayının 26-da ürək xəstəliyindən vəfat etmiş və vəsiyyətinə görə Tiflisdə Tatar qəbiristanlığında (indiki Nəbatət bağında ) müəllimi Mirzə Şəfi Vazehin yanında dəfn olunmuşdur.

Görkəmli mütəfəkkirin əsərləri əsasında”Hacı Qara”(1929, 2002), “Dərviş Parisi partladır (1976) , Müqafiə vəkillərinin hekayəti (film- tamaşa – 2011), İksır (“Hekayəti Molla İbrahim – Xəlil Kimyagər”əsəri əsasında,2014) filmlər və tamaşalar hazılanmışdır.

2012-ci ildə C.Cabbarlı adına “Azərbaycan-film”kinostudiyasında M.F.Axunzadə haqqında bioqrafik bədii film çəkilmişdir.”Sübhüm səfiri”adlanan film mütəfəkirin 200 illik yubileyi münasibətilə ekranlara çıxmışdır.

Yazıçı- dramaturq, materialist filosof, ictimai xadim, Azərbaycan dramaturqiyasının banisi M.F.Axundzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 1930 –ci ildə bağ salınmış (indiki Sabail rayonunda – heykəltaraş P. Sabsay) və heykəli qoyulmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Kitabxanasına (indiki Azerbaycan Milli Kitabxanası) M.F.Axunzadənin adı verilmiş, 1962-ci ildə orada heykəltəraş İ.Zeynalovun hazıladığı büstü qoyulmuşdur.1940-ci ildə isə Şəkidə görkəmli mütəfəkkin ev müzeyi yaradılmış- dır. 1965-ci ildə M.F,Axunzadə adına 3 Respublika Dövlət mükafatının təsis edilməsi haqqında qərar qəbul edilmişdir. 1983 –ci ildə Tiflisdə M.F.Axunzadənin ev – müzeyi və Azərbaycan Mədəniyyət Mərkəzi açılmıdır.

2010 –cu ildə apel ayinin 13-də AzərbaycanRespublikasının Prezidenti M.F.Axunzadənin 200 ilik yubileyinin keçirilməsi haqqında Sərəncam vermişdir.

Mirzə Fətəli Axunzadə 1878-ci il fevral ayının 26-da Tiflis şəhərində ürək xəstəliyindən vəfat etmişdir.



M.F.Axunzadənin həyat və yaradıcılığının əsas tarixiləri.

1812 - M.F.Axunzadə Nuxa şəhərində anadan olmuşdur.

1814 - Ailəsi Nuxa şəhərindən atasının vətəni Təbrizin yaxınlığındakı Xəmnə

Kəndinə köçmüşdür.

1821- Anası Nənəxanım Fətəlinin atası Mirzə Məhəmməd Tağıdan ayrılmış,

onunla birgə Qarabağda ( Cənubi Azərbaycanda) Horanid kəndinə yaşayan əmisi Axund Ələsgərin yanına gəlmiş və onun himayəsində

yaşamışdır.

1823 - 1824 - Hacı Ələsgərlə Eləngut mahalına köçür. Burada onlar Vəlibəyli kəndində yaşamışlar.

1826 - 1831 Hacı Ələsgərlə Nuxa şəhərinə köçmüşdür.

1833 - 21 yaşında ikən Nuxa şəhərində açılan”Rus – tatar məktəbi” nə daxil olmuşdur

1841 - “Təcnis,” “Təcnisi digər”, “molla Əli (həcv) və Müxəmməs” sərlövhəli şerlərini yazmışdır.

1850 - “Hekayəli—Molla İbrahim Xəlil kimyagər”, “Hekayəli Müsyo Jordan həkimi nəbatat “və Dərviş Məstəli şah cadukuni – məşhur”, “Sərgüzəşti vəziri xani- Lənkəranı”

Komediyalarını yazmışdır.

1852 –“Hekayəli- xırs quldurbasan”və “Sərgüzəşti- mərdi-xəsis” (Hacı Qara ) komediya-

yalarını yazmışdır.

1855 –“Müqafiə vəkillərinin hekayəti komediyasını yazmışdır.

1857 – “Aldanmış kəvakib”povestini yazmışdır.

1863 -1864 – “Çeşmə kitabəsi “, “Səidə xitab”,”Fuad Paşanın mədhi”adlı mənzumələri və “Kəmalüdövlə məktubları”adlı məşhur fəlsəfi əsərini yazmışdır.

1878 – Fevral ayının 26-da Tiflis şəhərində ürək xəstəliyindən vəfat etmişdir.
Mirzə Fətəli Axunzadənin fikirləri
Mənim məqsədim... Cəhaləti aradan qaldırmaq,elmləri, sənətləri inkişaf etdimək, xalqımızın azadlığı, rifahi və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün... ədalətə rəvac verməkdir.
Mənim xalqının fitri istedadı Avropa xalqlarının fitri istedadında qat-qat artıqdır.
Dinin əsas məqsədi əxlaqdır.
Yazıçılar bəşəriyyətin ən şərəfli nümayəndələridir.

Elm bəşəriyyəti asudəçilik və səadətə doğru aparır.



M. F. Axundzadə haqqında görkəmli şəxsiyyətlərin fikirləri.

M. F. Axunzadənin yaradıcılıq yolunu səciyyələndirən tarix səhifələrini vərəqləyərkən biz böyük iftixar hissi keçiririk ki, xalqımız ağır zamanlarda ,gerilik,dini fanatizm şəraitində belə görkəmli şəxsiyyət,öz dövrünü qabaqlayaraq gözəl əsərlər yaradan bir insan yetişdirmişdir.

H.Ə.Əliyev,

Ümummilli Lider

Mirzə Fətəli Axunzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai -siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə cağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

M. F. Axundovun yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının qidalandığı tükənməz, qaynar bulaqlardan biridir və bütün sovet xalqlarının mədəniyyət xəzinəsinə daxil olmuşdur.

M. İbrahimov,

Xalq yazıçısı




M.F.Axundzadə irsinin kitabxanalarda təbliği.

2017 – ci il iyun ayının 30- da ictimai- xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 205 illiyi tamam olur. Bu əlamətdar günlə bağlı olaraq kitabxanaların da üzərinə böyük vəzifələr düşür.Kitabxananın saytında “M,F,Axundzadə irsi”adlı məlumat bazası yaratmaq, kitabxanada onun həyat və yaradıcılığına dair elm, ədəbi- bədii gecələr, oxucu konfransları, söhbətlər,mərüzələr,tematik gecələr, kitab müzakirələri və.s.kütləvi tədbirlər keçirmək olar. İlk növbədə bütün kitabxanalarda “M.F,Axunzadə- 205”başlıqlı sərgilər hazırlanmalıdır.Kütləvi tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə etmək olar.

1.Əsərləri: 3 cilddə I Mirzə Fətəli Axundzadə ; tərt. ed.və ön sözün müəl. N.Məmmədov. – Bakı: Şərq – Qərb, 2005.-c.I. -296 s.

2.Əsərləri: 3 cilddə I M,F,Axunzadə; tərt ed.H.Məmmədzadə ;ön sözün müəl.Y.Qarayev; red.Ə.Məmmədov.-Bakı : Şərq-Qərb,2005.-II. -376 s.

3. Əsərləri: 3cilddə I M,F,Axundzadə ; tərt.edəni və ön sözün müəl.N.Məmmədzadə.- Bakı ; Şərq-Qərb ,2005.-c.III.296 s.

4.Bədii və ədəbi- tənqidi əsərləri I Mirzə Fətəli Axunzadə; tərtib edəni ,ön sözün müəllifi və red: N. Məmmədov- Bakı: Caşıoğlu,2004.-280 s.

5.Mirzə Fətəli Axundzadə arxivinin izahlı təsviri IA.İbrahimov, M.Q.Məmmədov

( ön söz müəl); red. P.Kərimov; AMEA,M.Füzuli adına əlyazmalar in-tu.- Bakı: Elm və təhsil, 2012.-579 s.

6.Mirzə Fətəli Axunzadə -200 : tövsiya ədəbiyyat göstəricisi: [biblioqrafiya ] / ixt.red. burax. Məs. K.Tahirov; G.Səfərəliyeva; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi.Azərb. Milli Kitabxanası.- Bakı: Zərdabi LTD,2012.-359 s.

7. Mirzə Fətəli Axunzadə və Azərbaycan mədəniyyəti: tarix və müasirlik I AMEA, Fəlsəfə ,Sosiologiya və Hüquq in- tu; red.hey. A.Hacıyeva,K.Bünyadzadə,A. Məmmə -dova [ və b.].Bakı,Təknur, 2013.- 107 s.



Tərtib edib Heydərova T.
Yüklə 29,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə