Siyasi partiya anlayışı və mahiyyəti



Yüklə 33,72 Kb.
səhifə1/6
tarix31.12.2021
ölçüsü33,72 Kb.
#82426
  1   2   3   4   5   6
referat 2771


Siyasi partiya anlayışı və mahiyyəti

XX əsr Bəşər tarixinin ən mühüm dövrünü əhatə etmişdir.Bir sıra siyasi proseslərlə zəngin olan bu dövrün ən vacib problemi kimi demokratik prinsip və dəyərlərin bütün suveren ölkələrdə inkişafının təmin edilməsi çıxış edir.Demokratiyanın mühüm prinsipi olan siyasi plüralizm isə bilavasitə siyasi partiyaların olmasını şərtləndir.Siyasi partiyalar öz məqsədləri və fəaliyyət metodları ilə hakimiyyətə təsir göstərmək dərəcəsinə görə fərqlənən siyasi təsisatdır.

Siyasi partiyaları politologiyada xüsusi bir sahə öyrənir və o partologiya adlanır.Bu gün siyasi partiyarlar dünyanın praktiki olaraq bütün dövlətlərində ölkələrində mövcuddur və onların ictima-siyasi həyatında fəal iştirak edirlər.Dünya ölkələrinin təcrübəsinə göstərir ki,partiya və partiya sistemləri heç bir ölkədə əbədi deyildir və daimi inkişafdadır.Bu inkişaf partologıyaya yeni nəzəriyyələrin və elmi fikirlərin gəlməsinə və bununla bağlı emi mübahisələrin güclənməsinə səbəb olur.

Siyasi partiyaların rolu və inkişaf problemlərini araşdırmazdan əvvəl onların yaranma taixinə nəzər salmaq lazımdır.Onların yaranması barədə elmi ədəbiyyatda müxtəlif fikirlər mövcuddur.Siyasi partiya problemi cəmiyyətn bütün sahələri ilə əlaqədar olduğundan tətiqaqtçılar məsələnin şərhinə uzaq keçmişdən başlayırlar.

“Tarix boyu mövcud olmuş siyasi sistemlərdə insanlar öz maraqları qorumaq və öz iradəsinin hakimliyini yeritmək üçün təşkilatlanmışlar.Bu mənada siyasi partiyalar artıq Qədim Yunanıstanda və Romada ,orta əsr Avropasında və intibah dövründə mövcud idi.”1

Bu fikirdən çıxış ederək tarix boyu insanların siyasi təşkilatlanmasını müasir siyasi patiyaların təklamülünün nəticəsi hesb etmək olar.

Siyasi partiyalar haqqında ilkin məlumatlara hələ qədim filosofların əsərlərində rast gəlmək mümkündür.Bu məlumatlar partiyların indiki mahiyyətindən çox uzaq da olsa onların rüşeyminin hansı formada əmələ gəlmsinə imkan verir.Qədim yunan filosofu Atistotel yazırdı: “Bu partiyaların sayi üç idi:biri?’asasən orta idareəetmə şəraitinin yaradılmasına çalışan paralililər..;ikincisi,oliqarxiyaya çalışan pedakilalar..; üçüncülər isə dikarilər idi”2

Göründüyü kimi,qədim dövrlərdə siyasi partiyalar ancaq vahid amil ətrafında,təşkilatı cəhətcə çox zəif biriklər kimi çıxış edirdilər.Həmçinin bu birliklərdə ayrı-ayrı şəxslərin hakimiyyəti uğrunda mübarizədə aşağıdan dəstək elementlərini görmək mümkün idi.Ancaq o dövrdə siyasi qurumları tənzimləmə mexanizmi müvcud olmadığından qeyd olunan siyasi partiyaların fəaliyyəti uzun müddətli və yüksək effektli ola bilmirdi.

XXII əsrin axırında XIX əsrin əvvəllərində aristokrtaiyanın ənənəvi hakimiyyət struturlarının dağılması,tədricən idarəetmənin nümayəndilik formasının təsbit olunması,siyasi səhnəyə burjuzaiyyanın daxil olması siyasi klubların yaranmasına təkan verdi. Siyasi klubların aristokratik qruplaşmalardan ideoloji doktinaları və yaxşı təşkil olunmuş təşkilati sturuktru ilə fərqlənirdilər.Həmçinin,siyasi klublar daha geniç sosial bazaya malik idi.XIX əsrdə Avropanın bir sıra ölkələrində mütləq monarxiya qruluşunun səlahiyyətləinin məhdudlaşdırılması,ümumi seçki hüququnun təsbit edilməsi və hakimiyyətin demokratik vasıtələrlə həyata keçirilməyə başladı.Görkəmli rus alimi Moisey Ostoqorski qeyd edirdi ki, vətəndaşlara ümumi seçki hüququnun verilməsi əzrai və şəxsi rəqabət nəticəsində xırda qrupların yaranmasına gətirib çıxardı.3 Qrupların mübarizəsinin güclənməsi seçkilərdə namizədlərin irəli sürülməsi prosesinə,bu isə seçki təşkilatlarının yaranması ilə nəticələndi. Siyasi partiyaların ilkin forması olan bu təşkilatlar təsir vasitələri,kütəviliyi və seçicilərə təsir imkanları ilə siyasi klublardan fərqlənirdilər. “Bir sözlə siyasi partiyaların yaranmaı mülki cəmiyyətin və insanların siaysi şüurunun inkişaf etməsinin nəticəsi olmuşdur.”4Siyasi partiyaların tarixi inkişaf xətti ilə yanaşı onların yaranması yollarına fikir vermək lazımdı.Elmi mənbələr və araşdırmalarmüasir dövrdə siyasi partiyaların yaranmasının aşağıdakı növlərini üzə çıxartmışdır:5


Yüklə 33,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə