Sizin həftəlik reklam və elanlar qəzetiniz №3 / sentyabr 2014-cü IL



Yüklə 50,74 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü50,74 Kb.
#22629


6

Sizin həftəlik reklam və elanlar qəzetiniz

  

№ 3 / 2 sentyabr 2014-cü il

  

 www.birja-n.com

 

Fikrət Əliyarov: «Rəqabət yoxdursa, təkəlçilik var!»

Q

əzetimizin bu sayından başlayaraq hər 



yeni buraxılışda biz oxucularımızı Nax-

çıvanın  tanınmış  iş  adamları  ilə  yaxından 

tanış edəcəyik, onlardan müsahibə alaraq, 

fəaliyyətləri haqda daha ətraflı məlumatlar 

verəcəyik.

 

Qəzetimizin bu daimi rubrikasının 



ilk qonağı Hilal MMC müəssisəsinin rəhbəri 

Fikrət Qəzənfər oğlu Əliyarovdur. 



İstehsal etdiyiniz məhsullarınız xarici ölkə-

lərə ixrac edilirmi?

Hələki yox. Məhsullarımızın 90 % Naxçıva-

nın  daxili  bazarına  verilir,  10  %  isə  Bakı 

şəhərinə və ətraf bölgələrə göndərilir. Xarici 

ölkələrə ixracat məsələlərinə gəldikdə yal-

nız onu deyə bilərəm ki,  bu bizim perspektiv 

strategiyamızdır.

Mən  eşitmişəm  ki,  Siz  kolbasa,  sosiska, 

sardelka və delikates məhsullarından baş-

qa dondurma da istehsal edirsiniz... 

Dondurma bizim kombinatımızda həqiqətən 

də istehsal olunur. Lakin, bu bizim sezonlu 

istehsalat sahəmizdir. Belə ki, dondurmanı 

biz yalnız yay mövsümündə istehsal edirik 

və onu çəki formasında yalnız kafe və res-

totranlara veririk.

 

Tək Azərbaycanda deyil, ümumiyyətlə bü-

tün dünyada kolbasa və sosiska məhsulları 

haqqında tez-tez belə fikirlər söylənir ki, on-

ların tərkibini təşkil edən komponentlər heç 

də təbii qida məhsulları deyil. Bəzən hətta 

deyirlər  ki,  kolbasanın  tərkibinə  vurulan 

ətin mənşəyi bəlli deyil, digər hissəsini isə 

sadəcə  sintettik  əvəzedicilər  və  kimyəvi 

aromatizatorlar təşkil edir. Sosiska haqqın-

da  isə  hətta  deyirlər  ki,  onun  60  faizi 

«opilka»dır.

Dünyada  gedən  qloballaşma  və  kütləvi 

istehsalat  prosesləri  insan  sağlamlığına 

zərər  vuran  bir  çox  mənfi  təzadlar  da 

meydana  gətirmişdir.  İstənilən  istehsalat 

müəssisəsi  maksimum  məhsul  istehsal 

etmək və satmaq məqsədini güdür ki, daha 

çox  pul  qazansın.  Mənfəəti  artırmağın 

bir  yolu  da,  malın  maya  dəyərinı  aşağı 

endirməkdir.  Təəssüf  edirəm,  amma  bir 

sıra  hallarda  pul,  acgözlük  və  şan  şöhrət 

arzusu  istehsalatçını  o  dərəcədə  kor 

edir  ki,  ətrafdakıların  sağlamlığı  onun 

üçün  artıq  heç  bir  əhəmiyyət  kəsb  etmir. 

İstənilən  qida  məhsulunun  istehsalında 

təbii  komponentlərin  maya  dəyəri  kimyəvi 

və  ya  digər  üsulla  əldə  edilən  sintetik 

komponentlərin  maya  dəyərindən  qat-

qat  baha  olur.  Buna  görə  də,  sadəlövh 

istehlakçılar acgöz istehsalat subyektlərinin 

qurbanına çevrilir. Hər  istehsalatçıda, ilk növ-

bədə, bir vətəndaş vicdanı, vətənpərvərlik 

hissi olmalıdır! Şükürlər olsun ki, Naxçıvan 

xalqı, bu baxımdan, xeyli xoşbəxtdir. Çünki, 

dünyada bəlkə də yeganə bir yer qalıb ki,  

harada  istehsal  olunan  qida  məhsulları 

sırf təbii komponentlərdən ibarətdir - o da 

Naxçıvandır!  Burada  qida  məhsullarının 

istehsalına ciddi dövlət nəzarəti var. 

Tam  qətiyyətlə  deyirəm,  Hilal  MMC-

də  istehsal  olunan  kolbasa,  sosiska  və 

digər  məhsulların  tərkibində  yalnız  və 

yalnız  təbii  komponentlər  mövcuddur! 

Biz  konservantlardan  qəti  şəkildə  istifadə 

etmirik  və  yalnız  yeni  kəsilmiş  sağlam 

heyvan ətindən, yerli floramızın hil, mixək, 

muskat qozu, keşniş toxumu kimi ədviyyat-

larından istifadə edirik. 

Mən xüsusi vurğulamaq istərdim ki, vətən-

daşlarımızın  sağlamlığına  təhlükə  yerli 

məhsullarımızdan  deyil,  xaricdən  idxal 

edilən qida məhsullarından gələ bilər. 

Qısa arayış

 

Fikrət  Qəzənfər  oğlu  Əliyarov  4 



mart 1967-ci il tarixində Naxçıvan şəhərində 

anadan olmuşdur. 

1973-1983 illər ərzində Naxçıvan şəhərin-

də  orta  təhsil  almışdır.  Orta  məktəbi  bitir-

dikdən sonra yerli təmir-tikinti müəssisələ-

rində  fəhlə  kimi  çalışmışdır.  1985-1987 

illər ərzində Monqolustan Respublikasında 

həqiqi  hərbi  xidmət  keçmişdir.  Hərbi  xid-

mətdən  sonra  1990-cı  ilə  qədər  yenidən 

Naxçıvanın  təmir-tikinti  müəssisələrində 

fəhlə kimi öz fəaliyyətini davam etdirmişdir. 

1990-1995-ci  illər  ərzində  ali  təhsil  alaraq 

«Konservləşmənin  texnologiyası»  ixtisası 

üzrə Gəncə Texnologiya Universitetini bitir-

mişdir.  1995-2003-cü  illər  ərzində  Naxçı-

vanda sahibkarlıq fəaliyyətinin müxtəlif sa-

hələrində çalışmışdır. 

2004-cü ildə Hilal MMC müəssisəsini təsis 

etmiş və bu günə kimi həmin müəssisənin 

direktoru vəzifəsində çalışır. 10 ilə yaxındır 

ki, Naxçıvan MR Sahibkarlar Konfederasi-

yasının üzvüdür. 

1 mart 2014-cü il tarixində Naxçıvan Muxtar 

Respublikası Ali Məclisi Sədrinin Sərəncamı 

ilə  «Naxçıvan  Muxtar  Respublikasına  xid-

mətlərə  görə»  nişanı  ilə  təltif  edilmişdir. 

Ailəlidir, 2 övladı var.

Fikrət müəllim, Hilal MMC hal-hazırda neçə 

çeşiddə məhsul istehsal edir?

Hal-hazırda  müəssisəmizdə  25  çeşiddə 

müxtəlif növ kolbasa, sosiska və sardelka 

məhsulları,  eləcə  də  delikateslər  istehsal 

edilir. Onlardan «Qəlyanaltı», «Naxçıvan», 

«Dadlı», «Ye-Doy», «Kəndli», «Ovçu» kimi 

məhsullarımız əhali arasında böyük rəğbət 

qazanmışdır.  Müəssisəmizdə  həmçinin 

bekon,  karbonat  və  bişmiş-hisə  verilmiş 

salo kimi delikates məhsullar istehsal edilir.



İstənilən istehlakçını məhsulun adından da-

ha çox onun texnoloji növləri maraqlandırır. 

Bu haqda nə deyə bilərsiniz?

Məhsullarımızın  texnoloji  növləri  onların 

istehsal  olunması  üsulları  ilə  seçilir.  Onlar 

bişmiş,  bişmiş-hisə  verilmiş  və  yarım-hisə 

verilmiş kimi növlərə bölünür. 

Kombinatda  istifadə  olunan  avadanlıqlar 

müasir tələblərə cavab verirmi?

Bəli, yetərincə. Kombinatımızda Almaniya-

nın «Handmann» və «Poly-Clip», eləcə də 

İspaniyanın  «Fatosa»  kimi  dünya  şöhrətli 

avadanlıqları  çalışır.  Kolbasa  və  sosiska 

məhsullarının istehsalında bu avadanlıqlar 

dünya liderləridir. 

 

 

Siz donuz ətini haradan əldə edirsiniz?  

                     

  

Donuz  ətini  biz  donuzçuluq  sahəsində  böyük 

təcrübəsi  olan  Danimarka,  Kanada  və  İspani-

ya  kimi  ölkələrdən  gətiririk.  Gətirdiyimiz  məh-

sullarımızın hamısının ekoloji cəhəddən təmiz 

məhsul olduqlarına dair beynəlxalq sertifikatları 

var.

Fikrət  müəllim,  Sizdən  başqa  Naxçıvanda 

daha  2  müəssisə  var  ki,  onlar  da  kolbasa  və 

sosiska məhsulları istehsal edir: MM MMC və 

Bərəkət  MMC.  Təbii  ki,  aranızda  rəqabət  də 

var.  Rəqabət  «rəqib»  sözündən  əmələ  gəlib, 

demək, onlar Sizin rəqiblərinizdir... İndiyə qədər 

aranızda iqtisadi savaşlar olubmu?

 

Rəqabət  olmayan  yerdə  inkişaf  olmaz.  Rəqa-

bət yoxdursa, demək təkəlçilik var. Təkəlçilikin 

sonu isə iqtisadi iflasdır. Sözsüz ki, adı çəkilən 

müəssisələr  ilə  aramızda  rəqabət  var.  Amma 

bu sağlam bir rəqabətdir. Biz bir-birimizə «tələ» 

qurmuruq,  fitnə  etmirik.  Əksinə,  çalışırıq  bir 

hədəfə  vuraq.  Bu  hədəf,  Naxçıvan  Muxtar 

Respublikasında gedən böyük intibah proses-

lərinə vicdanla xidmət etməkdən ibarətdir.



Bəzən belə fikirlər söylənir ki, Naxçıvanda təkəl-

çilik  meyilləri  çox  güclüdür.  Müxtəlif  internet 

səhifələrində,  xüsusən  də  sosial  şəbəkələrdə 

Naxçıvanda  qeyri-sağlam  biznes  mühidinin 

hökm  sürməsindən,  sahibkarlıq  azadlığının 

olmamasından  arabir  müxtəlif  fikirlər  söylənir. 

Sizin buna şəxsi münasibətiniz necədir? «Hilal 

MMC»nin sahibkarı kimi fəaliyyət göstərdiyiniz 

10  il  ərzində  hansısa  bir  təzyiqə,  «sıxma-

boğma»ya məruz qalmısınızmı?

Bu cür fikirlərin yer alması nadanlıq və cahillik-

dən irəli gəlir. Şəxsən mənə qarşı kənardan bir 

dəfə olsun belə hər hansısa təzyiq edilməyib, 

heç  bir  qadağa  qoyulmamışdır.  Əksinə,  Hilal 

MMC-nin yaradılmasında və inkişafında Muxtar 

Dövlətimiz mənə hər cür dəstək olub. Yaratdığım 

müəssisə  üçün  pulsuz-parasız  torpaq  sahəsi 

ayrılmışdır,  kredit  verilmişdir  və  mən  bu  günə 

kimi dövlətimizin sahibkarlara göstərdiyi təmən-

nasız qayğının canlı bir  şahidiyəm. Kim ki özü iş 

qura bilmir, sahibkarlıq fəaliyyətində baçarıqsız 

və  acizdir,  belə  fikirlər  dolandıra  bilər.  Atalar 

demişkən,  «özü  yıxılıb,  özü  də  ağlayır».  Və 

söhbət  tək  məndən  getmir.  Gəlin  Naxçıvanı 

qarış-qarış gəzək, burada sahibkarlıq fəaliyyəti 

ilə müvəffəqiyətlə çalışan iş adamları ilə söhbət 

edək.  Onların  hamısı  mən  dediklərimi  təkrar 

edəcək. Naxçıvanda azad sahibkarlığın inkişafl 

üçün  nəinki  maksimum  şərait  yaradılb,  hətta 

maksimum dövlət dəstəyi verilir, həm mənəvi, 

həm  maddi.  Müvəffəqiyyətsiz  iş  quranlar  öz 

səhflərini dövlətin əlində axtarmasınlar!

Yadıma  gəlir  ki,  «Birja-N»  qəzetini  yaratmaq 

qərarına gələndə mənə də deyənlər var idi ki

«... imkan verməyəcəklər, ay nə bilim, asacaqlar, 

kəsəcəklər ...» və s. Amma bu kabusların heç 

biri  baş  vermədi.  Bu  qəzetimizin  sayca  3-cü 

buraxılışıdır və mən bu günə kimi dövlətimizin 

köməyindən başqa heçnə görməmişəm. 

Amma  gəlin  bir  məsələni  də  nəzərdən  qa-

çırmayaq    və  bu  barədə  açıq  danışaq.  İş  bu-

rasındadır  ki,  gəlirli  işlə  məşqul  olan  hər  bir 

sahibkarın  fəaliyyəti  hər  zaman  hamar  yolla 

inkişaf  etmir.  Heç  bir  iş  adamı  qarşısına  çıxa 

biləcək  maneələrdən  sığortalanmayıb.  Bazar 

iqtisadiyyatı, ümumiyyətlə, sərt bir mexanizmdir, 

zəifliyi,  qətiyyətsizliyi  bağışlamır.  Sahibkarlara 

maneələr  törətmək  dovlət  maraqlarına  xidmət 

etmir və deməli, əgər belə «maneələr» peyda 

olarsa, bunun mənbəyini ayri-ayri subyektlərin 

şəxsi maraqlarında axtarmaq lazımdır, dövlətin 

yeritdiyi  iqtisadi  siyasətdə  yox.  İstənilən  hal-

da,  əsl  sahibkar  odur  ki,  hansı  ki  qurduğu  işi 

müdafiə  etməyi  bacarır.  Biz  sahibkarlar  bir 

məsələni  də  unutmamalıylq  ki,  məhz  Muxtar 

Respublika  rəhbərliyimizin  təşəbbüsü  ilə  yerli 

sahibkarların hüququnu qorumaq üçün burada 

Sahibkarlar  Konfederasiyası  yaradılmışdır. 

Naxçıvanda fəaliyyət göstərən hər bir sahibkar 

üçün  bu  təşkilat,  müəyyən  mənada,  «vəkillər 

evi»nə çevrilməlidir. Ən başlıcası odur ki, sahib-

karlarımız  öz  vətənlərinə,  dövlət  və  xalqına 

şərəflə  xidmət  etsinlər,  sahibkarlıq  etikasına 

riayət etsinlər və işlərində möhkəm olsunlar.



Fikrət müəllim, sözsüz ki, fəaliyyət göstərdiyiniz 

sektorda xoşunuza gəlməyən məsələlər də var. 

Nədənsə narazıçılığınız və ya hansısa məsələ-

lərə tənqidi yanaşmanız da ola bilər. Yəqin ki, 

konkret təklifləriniz də var... 

Bildiyiniz  kimi,  istehsal  olunan  məhsulun  key-

fiyyətinə  yekun  qiyməti  istehlakçı  verir.  İsteh-

salatçı ilə  istehlakçı arasında bağlayıcı rolunu 

isə satış mərkəzləri oynayır. Təəssüflər olsun ki, 

bir çox hallarda məhsullarımız təhvil verdiyimiz 

dükanlarda  düzgün  saxlanılmır.  Məsələn, 

kolbasa  və  sosiska  məhsullarının  saxlanması 

üçün  tələb  olunan  temperatur  göstəricisi 

müsbət  5-7  dərəcədir. Amma,  gəlin  bir  yerdə 

şəhərimizdəki  ərzaq  dükanlarını  gəzək.  Mən 

Sizi  əmin  edirəm  ki,  bir  çox  soyuducularda 

temperatur  göstəricisi  normadan  xeyli  yuxarı 

olacaq, hardasa müsbət 10 dərəcə. Əgər biz öz 

məhsullarımıza  konservantlar  əlavə  etsəydik, 

onda  mən  bu  qədər  narahat  olmazdım.  Axı, 

öncə qeyd etdiyim kimi, Hilal MMC-də istehsal 

olunan  məhsullar  100  %  təbii  və  100  % 

ekoloji  təmiz  ərzaq  növləridir!  Digər  tərəfdən, 

dükanlarda çalışan satıcılar da bir çox hallarda 

ticarət  etikasına  riayət  etmir,  müştərilərlə  ko-

bud  rəftar  edir,  sattıqları  ərzaqlar  haqqında 

doğru  məlumat  verə  bilmirlər.  Bir  sıra  dükan 

sahibləri  sanitar  qaydalara  məhəl  qoymur,  işə 

aldıqları  satıcıları  xüsusi  geyimlə  təmin  etmir-

lər. Dükan sahiblərinə bu haqda dəfələrlə irad 

bildirdiyimizə baxmayaraq, problemlər öz həllini 

hələ  də  tapmayıb.  Məncə,  bu  məsələdə  sivil 

ölkələrin  təcrübəsindən  istifadə  etməyin  vaxtı 

artıq yetişib. Ticarət sektorunda çalışmaq istə-

yən  işçi  personal  öncə  xüsusi  maarifləndirici 

kurs keçməlidir.



Kolbasa  növlərindən  olan  «doktorskaya», 

indi  onu  «həkim»  kolbasası  adlandırırlar, 

nəinki  bizim  nəsl  insanlara,  eləcə  də  dədə-

babalarımıza  məktəb  illərini  xatırladan  xüsusi 

bir  kolbasa  növüdür.  O  vaxt  biz  səbrsizliklə 

məktəb  zənginin  vurulmasını  gözləyirdik  ki, 

tənəffüsdə  içində  «həkim»  kolbasası  olan 

buterbrod alaq. Bir çoxları razılaşar ki, «həkim» 

kolbasasından  olan buterbrod məktəb illərinin 

doğma və əziz bir rəmzinə çevrilmişdir. 

Siz bizim ən yaralı yerlərimizdən birinə toxundu-

nuz. Mən də heç başa düşə bilmirəm ki, hansı 

səbəbdən  «həkim»  kolbasası  orta  məktəb 

bufetlərində  buterbrod  formasında  satılmır. 

Bu  kolbasa  növü  elə  reseptinə  uyğun  da  ad 

daşıyır. Ruslarda belə bir misal da var: «Həkim 

kolbasasını yeyən xəstənin canı həkimdən qur-



tarar!»      

Musahibəni hazırladı: Elşən Nəsirov

Kolbasa və sosiska məhsullarına mal və quş 

ətindən başqa donuz əti də bu qida növünə 

xas olan ənənəvi bir tam verir.

Yüklə 50,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə