www.muselmanlar.com
1
SLAMA ƏSASƏN C NS HƏYAT
Müə llif:
Ali Rza Də mircan
Azərbaycan dilində çevirib uyğunlaşdıran Fəqani Bəylərov
(fə lsə fə doktoru: fə lsə fə və
ilahiyyat elmlə ri)
B R NC FƏS L
C NS TƏL M-TƏRB YƏ LƏ MƏŞĞUL OLMAQ SLAM
D N NƏ ƏSASƏN VAC B B R MƏSƏLƏD R
MÜHÜM B R QEYD
nsan elə bir varlıqdır ki, Allah onu yaratdıqlarının böyük əksəriyyətindən üstün edib.
Göylərdə və yerdə olan varlıqlar onun istifadəsinə verilib.
Ş
übhə yoxdur ki, insanın cismani xüsusiyyətləri ruhi-mənəvi üstünlükləri ilə
müqayisədə çox zəifdir. Cinsi ləzzətləri də mənəvi həzz və zövqlərinə nəzərən olduqca
kobud və səthidir.
Biz bu kitabımızda slam dininin iki əsas mənbəyi olan Quran və Sünnəyə
1
əsasən
insanın intim dünyasını və cinsi həyatını izah etməyə cəhd göstərdik.
Bu məsələni lazımi qaydada izah etmək məqsədilə insanı müntəzəm olaraq seksual
xüsusiyyətləri baxımından təhlil etdik. Quran və Sünnə prinsiplərinin məhz seksual
xarakterli məqamlarına xüsusi diqqət yetirməyə çalışdıq.
Kitabımızı oxuyan və Quran və Sünnənin cinsi həyatla əlaqədar qaydaları ilə
ardıcıllıqla tanış olan oxucumuz: “Məgər Quran və Sünnə ancaq seksuallıqla
ə
laqədardır?”, - kimi bir hissə qapılmamalıdır. Çünki əvvəl də izah etdiyimiz kimi,
kitabımızda təkcə cinsi həyat tədqiq olunur və buna görə də Quran və Sünnənin sadəcə
olaraq intim münasibətlərlə bağlı prinsiplərinə yer verilir.
Yaxşı bilmək lazımdır ki, Quran və Sünnə bəşəriyyətin yeganə həyat sistemidir. Bir-
birini tamamlayan bu iki müqəddəs mənbə ancaq cinsiyyəti deyil, insanla əlaqədar
ə
qidəvi (etiqadi, inancla əlaqədar), siyasi, ictimai, iqtisadi, hüquqi, əxlaqi və sairə kimi
məsələləri də əhatə edir. Beləliklə, insanı dünya və axirətdə xoşbəxtliyə çatdırmaq kimi
bir xüsusiyyətə malikdir.
Quran və Sünnə prinsiplə rinə ə sasə n cinsi tə lim-tə rbiyə vacibdir
“Belə dua et: Ey Rə bbim! Mə nim elmimi artır!” (Taha, 20/114)
1
Sünnə sözü Ərəb dilində adət-ənənə, gedişat, tutulub gedilən yol, cığır, qanun və rəvayət kimi müxtəlif
mənalarda işlənir. Qurani-Kərimdə isə bu söz sabit qanunları bildirmək məqsədi ilə işlədilmişdir. Sünnə
bir termin olaraq dini ədəbiyyatda həzrəti Muhəmmədin bütün kəlam (söz, nitq), davranış, mülahizə, fikir
və rəylərinin məcmuyunu ifadə edir - tərcüməçinin qeydi.
www.muselmanlar.com
2
slam dini prinsipləri Allah və Onun peyğəmbəri həzrəti Muhəmməd (əs) tərəfindən
qoyulmuş bir yaşayış sistemidir.
Uca Allahın insanları iman gətirmək və əməl etməklə cavabdeh saydığı bu müqəddəs
din fərd və cəmiyyətin həyatını tamamilə əhatə edir. Bu din insanın həyatını hərtərəfli
ə
hatə etdiyi kimi, cinsi həyatını da kənarda qoymur; qoruyucu və istiqamətləndirici
qaydaları ilə onu da ibadət çərçivəsinə daxil edir.
Seksual xarakterli vacib ə mə l və qadağ aların tə dris edilmə si fə rzdir
slam dininin iman əsaslarını, eləcə də insanı cavabdeh hesab edən bütün buyuruq və
qadağalarını öyrənmək fərzi-eyndir.
2
Yəni, mütləq surətdə yerinə yetirilməli olan islami
bir tapşırıqdır.
Öyrənilməsi hər bir mömin tərəfindən fərzi-eyn olan məlumatları öyrənməli
olduğumuz kimi, şəxsən və yaxud ayrı-ayrı şəxs və müəssisələrin vasitəsilə oğlan və qız
uşaqlarımıza öyrətmək də bizim borcumuzdur.
slam alimləri bu məsələdə həmfikirdirlər.
slamın cinsi həyatı tənzimləyən qaydalarının böyük əksəriyyəti yerinə yetirilməli
olan əmrlər (fərz) və uzaq durmaq lazım olan qadağalar (haram) formasında ifadə
olunur. Məhz buna görə də həmin ilahi əmr və qadağaların müəyyən etdiyi tədris
proqramı çərçivəsində cinsi təlim-tərbiyə vacibdir.
Gəlin, indi də qayda halına gətirdiyimiz bu həqiqətə misal vermək üçün dinimizin
cinsi həyatla əlaqədar qadağalarının (haramlar) bir hissəsinə nəzər salaq:
Seksual arzu ilə - şəhvətlə baxmaq, evlənməyin mümkün olduğu bir qadın, yaxud
kişi ilə xəlvəti yerdə - baş-başa qalmaq, flirt, cinsi hisləri təhrik edən musiqi, zina,
homoseksualizm, lezbiyanlıq, heyvanlarla seksual münasibət (zoofiliya), bədənin erotik
yerlərini və örtülməli olan yerlərini aşkar etmək, qadın al-veri, kimi isə zina və
homoseksuallıqla ittiham edib böhtan atmaq, cənabət olub kirləndikdən sonra qüslü bir
namazın vaxtını keçəcək qədər təxirə salmaq, xədim etmək (axtalamaq), qısırlaşmaq, öz
arvadı ilə olsa belə, heyz (aybaşı) və zahılıq günlərində cinsi əlaqəyə girmək, arvadla
tərs yoldan (anal) cinsi əlaqədə olmaq, dini və tibbi cəhətdən hər hansı bir üzrlü səbəb
olmadan ərin cinsi istəklərinə qarşı çıxmaq, həyat yoldaşı olan qadına fikir verməmək,
həyat yoldaşının haqq və azadlıqlarını məhdudlaşdıran cinsi qısqanclıq, oral (ağız yolu
ilə) cinsi əlaqə və sairə...
Yuxarıda bəzilərini qeyd etdiyimiz Quran və Sünnəyə əsaslanan cinsi qadağaları və
onlarla bağlı lazımi məlumatları öyrənmək və öyrətmək şübhəsiz ki, vacib bir
məsələdir.
Ə
gər bu haramlar öyrənilməsə və tədris olunmasa, insanlar tərəfindən nə cür bilinə
bilər? Əgər bilinməyəcəksə, onlardan uzaq durmaq necə mümkün olacaq? Əlavə olaraq,
qeyd etdiyimiz haramlarla yanaşı, onlardan xeyli çox olan və seksual xarakter daşıyan
bir çox vəzifəmiz var.
Seksual xarakterli öhdəliklər və haramlar axirət həyatımızla sıx əlaqədardır
Möminlərin sabit və düzgün, səviyyəli və problemləri az olan bir dünya həyatı
yaşamaqları üçün cinsi haramları bilməyə və onlardan uzaq durmağa ehtiyacları var.
2
Fərzi-eyn: Hər bir mömin tərəfindən şəxsən yerinə yetirilməli olan Allah və ya peyğəmbər əmri.
www.muselmanlar.com
3
Onlar buna eyni zamanda Cəhənnəm əzabından qorunmaq üçün də möhtacdırlar. Çünki
Allahın elçisi həzrəti Muhəmməd (əs) insanı Cəhənnəmə aparan əsas günahların dil və
cinsiyyət üzvü ilə edilən günahlar olduğunu bildirib. O, Cənnətə daxil olmaq üçün
seksual cəhətdən haram olan şeylərdən qorunmaq lazım olduğunu belə izah etmişdir:
“(Ey möminlər!) Kim mənə iki çənəsinin arasındakı dilini və iki budunun arasındakı
orqanını
(yalan və zina kimi haramlardan) qoruyacağına dair təminat verə bilər? Ki,
mə n də ona Cə nnə tə girə cə yinə dair tə minat verim.”
3
Cinsi həyatla əlaqədar məsələləri öyrənmək və öyrətmək təkcə abır-həya
çə rçivə sində qiymə tlə ndirilmə mə lidir
Yuxarıdakı hədisdən də yaxşı məlum olur ki, Allahın elçisi həzrəti Muhəmməd (əs)
cinsi həyatla bağlı ilahi əmr və qadağaların öyrənilməsi və öyrədilməsinə böyük
ə
həmiyyət vermişdir.
Allahın elçisi öz danışıq ədəb-ərkanı və ciddiliyini qoruyub saxlamaqla yanaşı, abır-
həya (utanmaq, ar etmək) hissini seksual təlim-tərbiyəyə maneə kimi görməmiş, insanı
cahillik və nadanlığa məhkum edən utancaqlığı münasib bir hal hesab etməmişdir.
4
Məlumdur ki, insandakı utanma hissinin seksual məsələlərlə müəyyən bir əlaqəsi var.
Seksual məsələlər də öz növbəsində abır-həya ilə əlaqəlidir. Ona görə də gəlin, bu
faktoru nəzərə alıb həya məsələsinə bir aydınlıq gətirək.
Həya elə bir hisdir ki, insanı pərt olub peşmanlıq hissi keçirəcəyi söz, hərəkət və
işlərdən qoruyur. Allaha iman və Onun dərgahında haqq-hesab ediləcəyinə inanmaqla
inkişaf edən həya hissi ilahi əmr və qadağalarla obyektiv bir hala gəlir.
3
Buxari, Hüdud, 19; ət-Tac, 3/23, 5/62. Bu hədis bir növ Quranın Muminun surəsinin 5 və 6-cı ayələrinin
şə
rhidir.
4
Quran və Sünnə nin cinsi hə yatla ə laqə dar üslubu
Allahın elçisi tərəf-müqabilinin vəziyyətindən asılı olmaqla, əksər hallarda kişi-qadın münasibətlərindən
üstüörtülü danışırdı. Çünki o, həyatının bütün mərhələlərində ona nazil edilən Qurana tabe olurdu. Eynilə
bunun kimi, cinsi həyatla əlaqədar üslubunda da Qurana əsaslanırdı.
Uca Allah Qurani-Kərimdə cinsi həyatla əlaqədar qadağaları qoyub izah etdikdə “seksual birləşmə”
haqqında bir sıra üstüörtülü-məcazi sözlər işlədib. Bu sözlərdən bəziləri “bədəni bədənin üstünə
qoymaq”, “qadınlara yaxınlaşmaq”, “əkin-biçin yerinə istədiyi kimi gəlmək”, “qadınlara girmək”,
“qadınlardan faydalanmaq”, “kişinin qadını möhkəmcə örtməyi” və sairə kimi ifadələrdir (Baxın: Bəqərə,
2/187, 222-223; Nisa, 4/23-25; Əraf, 7/189). Ancaq bu ifadə və cümlələri hamı başa düşmür; hətta səhv
anlayanlar olur. Ona görə də bütün müfəssirlər həmin ifadələri öz əsərlərində cima (cinsi əlaqə) və oxşar
seksual münasibətlər kimi izah ediblər.
Biz də müxtəlif mədəni səviyyələrdə olan insanların hamısını nəzərə aldığımız üçün bu kitabda mötəbər
müfəssir və alimlərin metodunu tətbiq etdik. Belə ki, həm ayə və hədislərin şərhində, həm də müxtəlif
məsələlərin izahında sadə və açıq-aydın bir dil və üslub işlətməyə üstünlük verdik. Misal üçün, cinsi
birləşməni ifadə etmək məqsədilə bəzən “cinsi əlaqə”, bəzən “intim münasibət”, bəzən “seksual
münasibət”, bəzi hallarda isə “cinsi yaxınlıq” ifadələrini işlətdik. Bu elə həssas bir sahədir ki, tədqiqat
apardığımız vaxt lazımi söz və ifadələri işlətməli olduq. Çünki onlar olmadan bu yolda müvəffəq ola
bilməzdik.
Nəticə olaraq deyə bilərik ki, kitabımızda işlətdiyimiz üslub təfsir, hədis və fiqh ( slam hüququ)
kitablarımızda istifadə olunan üslubdur. Həqiqətən də, dini ədəbiyyatımızda (məsələn, “kitabu-t-təharət
(təmizlik kitabı)”, “kitabu-n-nikah (nikah kitabı)”, “kitabu-l-həzri və-l-ibahə (qadağalar və mübahlar
kitabı)” kimi əsərlərdə) bu üsluba dair çoxlu misallar var. Qeyd edək ki, biz bu kitabı yazdığımız vaxt
Ə
rəb dilində və Osmanlıca olan və təzə nəsil tərəfindən başa düşülə bilməyən söz və ifadələri də ana
dilimizə uyğun hala gətirdik.
www.muselmanlar.com
4
Ə
sl cövhəri insanın təbiətində mövcud olan həya Allah, mələklər və insanlara qarşı
həya olmaqla müəyyən hissələrə bölünür.
Həya hər bir növü ilə islamidir. Bu elə bir xüsusiyyətdir ki, ona malik olmaq
vacibdir. Həya bir xeyirdir. slam dininin bütün əmr və qadağalarını öyrənmək də böyük
bir xeyirdir. Elə isə xeyir xeyirə mane olmur; əksinə, onu dəstəkləyir. Həqiqətən də,
Allahın elçisi: “Əsl həya ancaq xeyir gətirər”
5
, - deməklə bunu çox gözəl izah edib.
Buna görə də həya fərzi-eyn olan seksual təlim-tərbiyənin qarşısında bir maneə kimi
qəbul olunmayıb. Üstəlik bu, gözəl bir xislət kimi izah edilib.
Ə
ziz peyğəmbərimizin möhtərəm xanımı, sevgili anamız həzrəti Aişə (ra) Mədinəli
müsəlman qadınları tərifləmək üçün belə demişdir:
“Onlar nə qiymə tli qadınlardırlar. Hə ya hissi onlara dinlə rini yaxş ı-yaxş ı öyrə nmə yə
mane olmadı.”
6
slam dininin cinsi həyatımızla əlaqədar əmr və qadağalarını öyrəndikdə və
öyrətdikdə şübhəsiz ki, cinsiyyət üzvlərindən və onlardan xaric olan məni (sperm), məzi
və qan kimi mayelərdən danışmaq labüddür. Eyni zamanda seksual hislər və onları
inkişaf etdirən hərəkətlərı tədqiq etmək lazımdır. Zina, homoseksualizm, oral cinsi əlaqə
və bu kimi qadağalar da araşdırılmalıdır. Təbii ki, ər-arvad arasındakı seksual
münasibətləri doyğunluğa çatdıran və onu qoruyub saxlayan metodlar da
qiymətləndirilməlidir. Seksual çatışmazlıq və xəstəliklər haqqında məlumata
yiyələnmək üçün cinsiyyət üzvlərinin fiziki quruluşu da təfsilatla araşdırılmalı və
müşahidə edilməlidir. Bu misalları çoxaltmaq da olar.
Ə
gər bütün bunlar islami həyanın qadağan edici çərçivəsində olsaydı, bu uca din öz
bütünlüyü daxilində ziddiyyət təşkil edərdi.
Muhə mmə d peyğə mbə rin (ə s) cinsi mə sə lə lə rlə ə laqə dar tə lim-tə rbiyə iş lə ri
“Ey peyğə mbə r! Rə bbin tə rə fində n sə nə nazil edilə n buyuruqları tə bliğ et! Ə gə r
onları hə qiqi mə nada tə bliğ etmə sə n, elçilik və zifə sini layiqincə yerinə yetirmiş
olmazsan. Və zifə ni yrinə yetirdikcə Allah sə ni insanlardan qoruyacaq. Ş übhə siz ki,
Allah kafir tayfanı doğ rulara çatdırmaz.” (Maidə, 5/67)
Peyğə mbə r Quran ayə lə rini tə bliğ edir və açıqlayırdı
Allahın elçisi həzrəti Muhəmməd cinsi həyatla əlaqədar Quran ayələri nazil olduqca
onları təbliğ edirdi. Həmin ayələrlə əlaqədar lazımi izahları da edirdi. Məsələn, Allah
Bəqərə surəsinin qadınların heyz halı ilə əlaqədar 222-ci ayəsini endirdiyi vaxt
peyğəmbər onu təbliğ edib insanlara çatdırdı.
Allahın elçisi bu ayəni təbliğ etdi və möminlərə buyurdu ki, heyz halında olan
qadınlarla bir yerdə yeyib-içsinlər, evlərdə birlikdə oturub dursunlar. O, beləcə, onlara
aralarında cinsi əlaqədən başqa hər növ adi münasibətləri qurmağı əmr etdi.
7
5
Buxari, Ədəb, 7; Müslim, man, 60.
6
Müslim, Heyz, 13 (60/332); əl-Camiu-s-səğir, 1/153. Baxın: Ahmet Davudoğlu, Səhih Müslim tərcümə
və şərhi, 2/547.
7
Tirmizi, Təfsiru-l-Quran, 2. Hədis nömrəsi 2981.
Kitabımızda qeyd edilən ayə və hədislərin demək olar ki, hamısında cinsi həyatla bir əlaqə var. Amma bu
o demək deyil ki, biz bütün bu ayə və hədislərlə cinsi həyatın arasında xüsusi bir əlaqə qurmağa çalışırıq.
Bunun əsl səbəbi tədqiq etdiyimiz mövzu ilə (vasitəli və ya bilavasitə) əlaqədar olan ayə və hədisləri bir
www.muselmanlar.com
5
Muhəmməd peyğəmbər (əs) oxunan vəhy olan Quran ayələri çərçivəsində ona
bildirilən seksual məzmunlu ilahi buyuruqları da izah edir və cinsi həyatla əlaqədar
təlim-tərbiyəni davam etdirirdi. Onun bir hədisində belə deyilir:
“(Allah, mələklər və insanlara qarşı) həyalı olun. Yaxşı bilin ki, Allah həqiqətləri
bildirib ə mr etmə kdə n hə ya etmə z, çə kinmə z.
(Ey möminlər!) Qadınlarınıza arxa
tə rə fdə n
(anal) cinsi əlaqəyə girməyin.”
8
Peyğəmbər (əs) seksual məsələləri ondan soruşulan suallar və yaranan
problemlə rə ə sasə n izah edirdi
Muhəmməd peyğəmbər (əs) ondan soruşulan suallara cavab verir və dolaylı formada
üzə çıxan məsələlərə aydınlıq gətirirdi. Beləcə o, cinsi həyata dair təlim-tərbiyə ilə
məşğul olurdu.
Misal üçün, o, uzun müddət səhrada qaldıqları üçün su tapmayan və cənabət halından
azad ola bilməyən insanlara təyəmmüm etməli olduqlarını bildirmiş və bunun nə cür
edildiyini öyrətmişdi.
Bir dəfə onun yanında qadının döl yatağından kənara boşalmaqla hamiləliyin
qarşısını alan metoddan danışılırdı. O da həmin vaxt Qurana əsaslanaraq bu kimi
tədbirləri “uşağı gizlincə torpağa basdırmaq”
adlandırmış, Allahın qəza-qədər
proqramında daxil etdiyi canlıların mütləq yaradılacağını bildirmişdi.
9
Ş
ahid olduğ u hadisə lə ri də şə rh edirdi
Belə ki, o, qarnı üstə yatan bir adamı gördüyü vaxt belə demişdi:
“Bu cür yatmaq Allahın sevmədiyi bir şeydir
(belə yatmayın).”
10
nsanlara öz hislərini əsas tutaraq da məlumat verirdi
Allahın peyğəmbəri bir insan, eləcə də yetişmiş
bir kişi olaraq şəxsən keçirdiyi cinsi-
şə
hvani hislərin həddi-büluğa çatmış başqa kişilər tərəfindən də keçirildiyini bilirdi. O,
bu reallığa əsaslanaraq və istiqamətləndirici məlumatlar verməklə ilk müsəlmanları
cinsi cəhətdən tərbiyə edirdi. O, aşağıdakı sözü də bu məqsədlə demişdir:
“Sizin aranızdan bir nə fə r xoş una gə lə n bir qadına görə şə hvə t hissi keçirsə , də rhal
arvadının yanına gedib cinsi ə laqə yə girsin. Bu cür hə rə kə t etmə k onun içində meydana
gə lə n ş eyi aradan qaldırır.”
11
Seksual məzmunlu təlim-tərbiyə qadınları da əhatə edirdi
yerə toplamağımızdır. Buna görə də oxucunun: “Məgər Quran və Sünnə ancaq seksuallıqla
ə
laqədardır?”,
- kimi bir düşüncə və tərəddüdə düşməyi düzgün deyil.
8
Məcməu-z-zəvaid, 1/261, 4/298.
9
Zadu-l-məad, 4/18.
10
Tirmizi, Ədəb, 21 (hədis nömrəsi 2769). Üzü üstə yatmaq digər hədislərdə Allahı qəzəbləndirən,
ş
eytani bir xüsusiyyət daşıyan və cəhənnəmlik insanların vərdiş etdikləri bir yatmaq forması kimi təsvir
edilir.
11
ət-Tac, 2/331; Əlavə olaraq baxın: Müslim, hədis nömrəsi 1403.
www.muselmanlar.com
6
Muhəmməd peyğəmbər (əs) yuxarıda toxunduğumuz seksual məzmunlu təlim-
tərbiyəni təkcə kişilərə tətbiq etmirdi. Qadınlara da səslənir, onlara da məlumat verir və
nəyin necə olduğunu başa salırdı. Onun birbaşa qadınlara müraciət edən hədisləri var.
Biz burada həmin hədislərə aşağıdakı iki hədisi misal göstərə bilərik:
“Hə r hansı bir qadın ə tir vurub
(evindən) bayıra çıxsa və ətirinin iyini alıb onunla
maraqlansınlar deyə
(kişilərdən ibarət), bir dəstənin yanından keçsə, o qadın mənəvi
olaraq zinakardır.
(Baxılmağı haram olan orqanlara baxan) Hər göz də zinakardır.”
12
“Qadınların arasında lezbiyanlıq zinadır, haramdır.”
13
Bə zə n cinsi tə lim-tə rbiyə iş lə ri birlikdə görülürdü
Muhəmməd peyğəmbər (əs) cinsi həyatla əlaqədar olaraq yerinə yetirilməli və uzaq
durulmalı olan məsələləri kişi və qadınlara bizim izah etməyə çalışdığımız vasitələrlə
ayrı-ayrı öyrədirdi. Bununla belə, onun öyüd-nəsihət və tapşırıqları ilə camaat
namazında kişilərlə yanaşı, qadınlar da iştirak edirdi. Bu səbəbdən bəzi hallarda cinsi
həyata dair təlim-tərbiyə işləri ümumi olaraq – kişi və qadınların bir yerdə olduqları bir
şə
raitdə görülürdü.
Aşağıdakı hədisi buna misal göstərmək mümkündür:
Yezidin qızı Əsma (ra) şəxsən şahid olduğu bir hadisəni belə nəql etmişdir:
“Peyğə mbə rimiz camaata namaz qıldırdıqdan sonra ə trafında ayrı-ayrı oturan kiş i
və qadınlara iş arə etdi ki, yerlə rində n durmasınlar. Sonra kiş ilə rdə n belə bir sual
soruş du:
“Deyə sə n sizin aranızda qapısını örtüb yoldaş ı ilə ə laqə də olduqdan sonra onunla
gördüyü iş i açıb danış an kiş ilə r var. Elə mi?”
Sonra üzünü qadınlara tutub soruş du:
“Sizin aranızda da ə ri ilə yaş adıqlarını danış an qadınlar var?”
Camaatdan bir sə s çıxmadı.
Mə n bunun üstündə n belə dedim:
“Bə li, ey Allahın elçisi, var! And olsun Allaha, kiş ilə r də , qadınlar da belə sözlə r
danış ırlar”.
Mə nim bu sözlə rimdə n sonra peyğə mbə r (ə s) sə bə bini izah edib belə dedi:
12
Feyzu-l-qədir, 3/147. Hədis nömrəsi 2971. zah edilən məqsədə əsasən ətir vuran qadının zinakar kimi
tərif olunmağı bu cür ətir vurmağın qadını günahkar hala salacağını bildirmək və onu bundan təkidlə
uzaqlaşdırmaq üçündür. Halbuki (bu, xüsusi bir fəsildə izah ediləcəkdir) zina evlilikdənkənar cinsi əlaqə
ilə baş verən bir hadisədir.
13
Feyzu-l-qədir, hədis nömrəsi 2942 (3/137).
www.muselmanlar.com
7
“Cinsi həyatınızı aşkar edirmiş kimi danışmayın. Bu cür danışan kişi və qadın erkəyi
diş isinə rast gə lə n və insanlar onlara baxdıqları halda, erkə yi diş isinin iş ini bitirə n
erkə k və diş i ş eytanlar kimidirlə r.”
14
Səhabələr aldıqları təhsilə müvafiq olaraq realist idilər
Allahın elçisi Muhəmməd (əs) insanın seksual ehtiyacları və onun həmin ehtiyacların
ödənməyi ilə cismani və mənəvi rahatlığa çatmağına dair halal hərəkətlərini insan
həyatının təbii bir hissəsi kimi qəbul edirdi. O, cinsi həyatla əlaqədar məsələləri də çox
gözəl bir üslubla dilə gətirirdi.
Bütün bunlar ilk möminlər olan səhabələri realist insanlar halına gətirmişdi. Bəli,
onlar həqiqətən də, peyğəmbərdən aldıqları təlim-tərbiyənin sayəsində cinsi həyata dair
məsələlərdə olduqca realist idilər. Məhz buna görə də öyrənmək istədikləri məqamları
gəlib peyğəmbərdən rahatlıqla soruşurdular. Bununla əlaqədar olaraq aşağıdakı hədisi
bir misal kimi qəbul etmək mümkündür:
Cabir ibn Abdulla nəql edir:
Səhabələrdən biri peyğəmbərdən (əs) (cinsi əlaqə, masturbasiya və ya yuxuda
kirlənmə nəticəsində) cünub olan insanın vəziyyətinin necə olacağı barədə bir sual
soruşdu:
“(Ya peyğəmbər,) Cünub olan şəxs (yuyunmamış) yata bilər? Yemək yeyə bilər? Ya
da bir şey içə bilərmi?”
Muhəmməd peyğəmbər (əs) cavab olaraq belə dedi:
“Bə li,
(cinsiyyət üzvünü yuduğu və) namaz üçün etdiyi kimi dəstəmaz aldığı vaxt
yata bilə r və nə sə yeyib-içə bilə r.”
15
Səhabələr öyrənmək istədikləri şeyləri soruşduqları kimi, həyata keçirdikləri və
günah hesab edib narahat olduqları məsələləri də gəlib peyğəmbərə (əs) danışır,
beləliklə də nə etməli olduqlarını öyrənirdilər.
Ömər ibn Xəttab (ra) peyğəmbərin yanına gəlib belə dedi:
“Mən məhv oldum ey peyğəmbər!”
Peyğəmbər (əs) ondan soruşdu:
“Səni məhv edən nədir?”
Ömər cavabında dedi:
“Ya rəsulallah! Cinsiyyət orqanından, ancaq arxadan arvadımla əlaqədə oldum.”
Həzrəti peyğəmbər (əs) ona bir söz demədi. Bu dəm Quranın Bəqərə surəsinin 223-
cü ayəsi nazil oldu:
“Qadınlarınız sizin tarlanız - ə kin yerlə rinizdir. O halda mə hsul götürə cə yiniz
orqandan istə diyiniz kimi ə laqə də olun. Nə fslə riniz üçün (dua, bismilah demək və
sevişməyi) qabağa salın. Allahın əmr və qadağalarına zidd düşməkdən çəkinin.
Onun də rgahına gedə cə yinizi də bilin! (Ey peyğəmbər! Heyz halında əlaqə və tərs
yoldan cinsi münasibət kimi haramlardan uzaq duran) möminlərə müjdə ver.”
14
Məcməu-z-zəvaid, 4/294; Əbu Davud, Nikah, 49 (rəvayətlər birləşdirilib).
15
Buxari, Qüsl, 27.
www.muselmanlar.com
8
Muhəmməd peyğəmbər (əs) bu ayəni təbliğ etdikdən sonra bütün möminlərə səslənib
belə dedi:
“Qabaqdan və ya arxadan yaxınlaş araq, amma mütlə q cinsiyyə t üzvündə n olmaq
şə
rti ilə cinsi əlaqədə ol. Arxadakı orqandan
(anus dəliyi) və heyz halında olan
arvadınla cinsi əlaqədə olma, bundan uzaq dur!”
16
Beləliklə, səhabələr Allahın elçisi Muhəmməd peyğəmbərə (əs) “həyatın rəhbəri”
kimi inanır və üzləşdikləri bütün problemləri, o cümlədən cinsi həyatla bağlı çətinlikləri
də ona danışırdılar. Onlar üçün siyasi və ya iqtisadi bir problemlə cinsi bir problemin
arasında bir fərq yox idi. Əlavə olaraq, problemlərin həllini öyrənmədikcə bir iş
görmürdülər.
Qadınlar da seksual mə sə lə lə rdə reallıqdan çıxış edirdilə r
Ə
vvəl də qeyd etdiyimiz kimi, Muhəmməd peyğəmbəri (əs) cinsi həyatla əlaqədar
ilahi buyuruqları kişilərlə yanaşı, qadınlara da təbliğ edirdi. Beləcə, bu sahədə
qadınların da müəyyən bir cavabdehliyinin olduğunu deyirdi. Bu da öz növbəsində
qadınları cinsi həyatla maraqlanmağa sövq edirdi. Nəticə etibarilə qadınlar da
peyğəmbərin yanına gedir, ondan müxtəlif suallar soruşurdular. Həmin sualların
arasında elələri var idi ki, bir qadının intim dünyasının ən məhrəm cəhətlərini açıq-
aydın ifadə edirdi.
Ümmü Süleym adlı qadın peyğəmbərin xanımlarından biri olan Ümmü Sələmənin
(ra) qonşusu idi. Vaxtaşırı olaraq ona baş çəkirdi. Bu ziyarətlərin birində peyğəmbər də
gəldi. Bu dəm Ümmü Süleym ondan soruşdu:
“Ya rəsulallah, yuxusunda ərinin (və ya başqa bir kişinin) onunla cinsi əlaqədə
olduğunu görən bir qadın yuyunmalıdır? Bu barədə nə deyərdiniz?”
(Bu cür bir sualı eşitdiyi üçün utanan) həzrəti Ümmü Sələmə üzünü Ümmü Süleymə
tutub gileyləndi:
“Allah sənə yaxşılıq etsin! Baltanı daşa vurdun ay xanım! Allahın elçisinin
qarşısında qadınları pis vəziyyətə saldın.”
Ümmü Süleym isə ona belə cavab verdi:
“Şübhə yoxdur ki, Allah həqiqəti bildirib əmr verməkdən həya etməz və utanmağı da
buyurmaz. Odur ki, bizim dəqiq bilmədiyimiz şeyləri peyğəmbərdən soruşmağımız
həmin məsələləri bilməməyimizdən xeyirlidir (daha yaxşıdır).
Muhəmməd peyğəmbər (əs) (Ümmü Süleymin sualının və sualı nə üçün
soruşduğunun düzgün olduğunu təsdiq etmək üçün) sözə qarışıb belə dedi:
“Allah əslində sənə yaxşılıq etsin ey Ümmü Sələmə! Əsl çıxılmaz vəziyyətə düşən
sənsən.”
Sonra da Ümmü Süleymin sualına aşağıdakı kimi cavab verdi:
16
Tirmizi, Təfsiru-l-Quran, hədis nömrəsi 2984.
Həzrəti Ömər (ra) kimi kamillik dövrünə çatan səhabələr ös sözləri, eləcə də hərəkətləri ilə ancaq Allahın
razılığını qazanmaq istəyirdilər. Lakin bəzən bir şeyin günah olduğunu da düşünüb şübhələnirdilər. Onlar
bu kimi hallarda Muhəmməd peyğəmbərin (əs) yanına gəlib əhvalatı ona danışırdılar. Bu cür hallarda nə
etməli olduqlarını ondan öyrənirdilər. Peyğəmbər (əs) də ondan soruşulan sualları təbii qarşılayır və
cavab verirdi. Buna görə də bəzi həssas möminlərin güman etdikləri kimi bu sualların soruşulmağında
səhabələrin nüfuz və xətir-hörmətlərinə xələl gətirən bir çatışmazlıq yoxdur.
www.muselmanlar.com
9
“Bəli, yuxusunda orqazm olub kirlənən qadın boşaldıqda yuyunmalıdır (qüsl). Əgər
belə bir şey baş verməyibsə, yuyunmağa ehtiyac yoxdur.”
17
Ə
nsar
18
qadınlarından başqa bir qadın da eyni sualı soruşduğu vaxt həzrəti Aişə
anamız bunu Ümmü Sələmə anamız kimi qadınları pis vəziyyətə salan bir sual olaraq
qiymətləndirdi. Bu vaxt peyğəmbər (əs) ona belə dedi:
“Ey Aişə ! Qadının sözünə müdaxilə etmə .
Qoy, istədiyini soruşsun. Çünki Ənsarın
qadınları
(müsəlman qadınların) bilməli olduqları məsələləri soruşurlar (yəni, bu, çox
təbii bir haldır)”.
19
Qeyd edək ki, utandığına görə peyğəmbərdən sual soruşa bilməyən qadınlar da var
idi. Onlar da araya peyğəmbərin xanımlarını qoyurdular. Cinsi həyatla əlaqədar
məlumatları onların vasitəsilə öyrənirdilər.
Peyğəmbərimizin xanımlarından biri olan Ümmü Sələmə (ra) belə bir əhvalat nəql
etmişdir:
Mədinəli möminlər – Ənsarın kişiləri öz qadınları ilə arxadan yaxınlaşmaqla, ancaq
cinsiyyət üzvündən olmaq şərti ilə cinsi əlaqədə olurdular. Bunu eşidib bilən yəhudilər
belə deyirdilər:
“Arvadı ilə arxadan yaxınlaş ıb qabaqdan cinsi ə laqə yaradan adamın uş ağ ının gözü
çaş olur.”
Mühacirlər Məkkədən hicrət edib Mədinəyə gəldikləri vaxt Ənsarın qadınları ilə
evləndilər. Onlar qadınlara arxadan yaxınlaşıb cinsi əlaqədə oldular. Amma yəhudilərin
müsəlmanlara vurduqları tənələrin təsirinə düşən bir Ənsar qadını ərinin ona bu cür
yaxınlaşmağına etiraz edib belə dedi:
“Yaxşı bil ki, mən gedib peyğəmbərdən bu məsələni dəqiqliklə öyrənənə qədər
mənimlə bu cür əlaqədə ola bilməyəcəkən!”.
Sonra bu qadın durub Ümmü Sələmənin yanına getdi. Əhvalatı ona danışdı. Ümmü
Sələmə də ona dedi ki, peyğəmbər evdə deyil, qayıdana qədər gözlə. Bir qədər
keçdikdən sonra peyğəmbər (əs) gəldi. Həmin qadın bu sualı birbaşa peyğəmbərdən
soruşmağa utandı. Durub bayıra çıxdı ki, sualı onun əvəzinə Ümmü Sələmə soruşsun.
Ümmü Sələmə məsələni peyğəmbərə açdı. Peyğəmbər (əs) ona dedi ki, qadını içəri
çağır. Beləcə, qadın təzədən evə daxil oldu. Həzrəti peyğəmbər ona Bəqərə surəsinin
223-cü ayəsini oxudu. Ardınca da belə dedi:
- Ə rin sə nə cinsiyyə t üzvündə n olmaq şə rti ilə istə diyi kimi yaxınlaş a bilə r.
20
17
Buxari, Elm, 130.
Qüslün vacib olmağı üçün qadın yuxuda ikən cinsi əlaqədə olmalı və boşalmalıdır.
18
Ənsar dini ədəbiyyatda həzrəti Muhəmmədin sağlığında, yəni, slamın erkən dövrlərində müşriklərin
onlara verdiyi əzab-əziyyətdən qaçıb, Məkkədən Mədinəyə hicrət etmiş mühacirlərə yardım edən və
peyğəmbərə yaxınlıq göstərən mədinəli müsəlmanlara verilən ümumi addır. Ənsar sözünün mənası kömək
edə nlə r,
mühacir kəlməsinin mənası isə hicrət edənlər, qaçanlardır - tərcüməçinin qeydi.
19
Müsnəd, 6/377; Məcməu-z-zəvaid, 2/268.
Həzrəti Ümmü Sələmə və həzrəti Aişə analarımızın bu kimi tənqidvari müdaxilələri göstərir ki, ilk slam
cəmiyyətində qadınların peyğəmbərdən sual soruşmaqları təkcə kişilər deyil, qadınlar tərəfindən də qəribə
qarşılanıb. Halbuki peyğəmbər özü ondan bu cür suallar soruşmağı adi bir hal hesab etmiş, beləliklə də,
bunu qəribə qarşılayanlara müsbət yanaşmamışdır. Deməli, şifahi Sünnənin bir nümunəsi belə, cinsi
təlim-tərbiyənin nə dərəcədə əhəmiyyətli olduğunu kifayət qədər izah edir.
20
Müxtəsəri ibn Kəsir, Bəqərə, 233. Əlavə olaraq baxın: əl-Lu-lu-u və-l-mərcan, Nikah, 16-cı bab.
www.muselmanlar.com
10
Burada xüsusi diqqət yetirilməli olan məsələ budur: Peyğəmbərimiz utandığı üçün
sualını birbaşa soruşa bilməyən qadına məhz özü cavab vermişdir.
Seksual problemlə rini açıq-aydın danış an qadınlar da var idi
Yuxarıda qeyd etdik ki, qadınlar Muhəmməd peyğəmbərdən (əs) şəxsən və ya bir
vasitəçinin köməyi ilə müxtəlif suallar soruşurdular. Onlar eyni zamanda seksual
problemlərini də peyğəmbərə bildirirdilər. Bilavasitə peyğəmbərə bildirilən
problemlərin arasında ərinin cinsi iqtidarsızlığı (impotentlik) ucbatından boşanmaq
istəyən bir qadının tələbi də var idi. Aşağıdakı hədisi buna maraqlı bir misal təşkil etdiyi
üçün sizə də təqdim edirik:
Həzrəti Aişə (ra) belə nəql edir:
Rifaa əl-Qurəzinin arvadı peyğəmbərin yanına gəlib belə dedi:
“Ya rəsulallah! Mən Rifaanın arvadı idim. Məni boşadı. Mən də Abdurrahman ibn
Zəbir ilə evləndim. Amma Abdurrahman ibn Zəbirin cinsiyyət üzvü paltarın saçağı kimi
yumşaqdır. Mənimlə cinsi əlaqədə ola bilmir.”
21
Qadının bu sözlərini eşidən peyğəmbər gülümsədi və belə dedi:
“Sə n Rifaanın yanına qayıtmaq istə yirsə n
(təzədən ona ərə getmək istəyirsən)? Xeyr,
sə n ə rə getdiyin (indiki) kiş inin balından, o da sə nin balından dadmadıqca
(aranızda
cinsi əlaqə baş vermədikcə) birinci ərin Rifaaya ərə gedə bilməzsən.”
22
Biz bu kimi hadisələrdən bir ibrət dərsi almağımız lazımdır. Belə ki, biz Allahın
elçisi Muhəmməd peyğəmbər (əs) kimi həqiqətpərəst olmalı, reallığa əsaslanmalı və
cinsi həyatla əlaqədar məsələlərin müzakirə edilməyini təbii və adi bir hal kimi qəbul
etməliyik.
Cinsi təlim-tərbiyə təxirə salına bilməz və ona mənfi yanaşmaq (pis baxmaq)
düzgün deyil
stər kişi, istərsə də qadın olsun, həddi-büluğ dövrünə çatan hər bir müsəlmanla bağlı
ilahi buyuruq və qadağaların əsas hissəsi seksual hislər, onları formalaşdıran hərəkətlər,
cinsiyyət üzvləri və cinsi fəaliyyətlə əlaqədardır. Məhz buna əsasən Quran və Sünnənin
meyarları çərçivəsində cinsi təlim-tərbiyə fərzdir. Başqa sözlə, bu, vacib bir məsələdir.
Ümumiyyətlə bu cür bir təlim-tərbiyə ancaq və ancaq Quran və Sünnənin müəyyən
etdiyi qaydaları əsas tutan bir təhsil sistemi daxilində həyata keçirilə bilər. Bu, olduqca
təbii bir haldır.
Cinsi təlim-tərbiyə sahəsində Quran və Sünnənin müəyyən etdiyi və slam
alimlərinin öz əsərlərində qeyd etdikləri məsələləri deyil, elm və əxlaqdankənar
nəşrlərin nümayiş etdirdiyi sui-istifadə və seksual münasibətlərin ekranlaşdırılmasını
(şəkil, film və sairəni) başa düşənlər üçün “cinsi təlim-tərbiyə” ifadəsi ilə “fərzlik-
21
Hə qiqə tpə rə st qadınlar: Şübhəsiz ki, Rifaanın arvadı kimi həya hissi öz problemini açıb deməyinə
mane olmayan həqiqətpərəst qadınlar çox az idi. Əlavə olaraq, kişilər qadınların bu cür danışmağına
etiraz edirdilər.
Belə ki, peyğəmbərin hüzuruna daxil olmaq üçün eşikdə gözləyən Xalid ibn Səid həmin qadının
danışığını eşitmişdi. Vəziyyəti belə gördükdə özünü saxlaya bilmədi və peyğəmbərin yanında olan həzrəti
Ə
bu Bəkrə üz tutub belə dedi:
“Bu qadının Allahın elçisinin yanında bu cür danışmağına mane ol!” (Baxın: Ahmet Davudoğlu, Səhih
Müslim tərcümə və şərhi, 7/314-315; əl-Lu-lu-u və-l-mərcan, hədis nömrəsi 908).
22
bn Macə, Nikah, 32, hədis nömrəsi 1932; Müsnəd, 6/37. 10-cu fəsildəki Hullə bölməsinə baxın.
www.muselmanlar.com
11
vaciblik”
ifadəsinin birlikdə işlədilməsi, üstəlik də hökm qoyan bir üslubla istifadə
olunmağı qəribə qarşılana bilər. Ancaq yaddan çıxartmamaq lazımdır ki, həqiqət elə
həqiqətdir.
Bu məsələnin çox vacib olan digər bir cəhəti də var: Bizim xaricimizdəki bəzi
insanlar cinsi həyatdan sui-istifadə edirlər deyə, yaxud da bunu bəzi müsəlmanlar dərk
edə bilmirlər deyib vacib olan bir təlim-tərbiyə işini təxirə salmaq olmaz. Bu sahədə
səhlənkarlıq etmək qətiyyən olmaz. Çünki bunun təxirə salınmağı cinsi həyatı ibadət
həyatının bir tərkib hissəsi olmaqdan uzaqlaşdırır və günahla dolu bir yaşayış halına
salır. Bu isə amansız bir ilahi əzaba düçar olmaqla nəticələnir.
Ə
lavə olaraq, düzgün məlumatların doldurmadığı boşluqları batil fikirlər və səhv
məlumatlar tutur. Hal-hazırda vəziyyət belədir. Bu əsassız və batil şeylər eyni zamanda
ibadət və əxlaqımıza mənfi təsir edir. Beləliklə, imanımıza ağır zərbələr vurur.
Ş
übhəsiz ki, adi bir tədqiqat aparılsa, məlum olacaq ki, slam dininin qadağan etdiyi
çılpaqlıq, siğə (müvəqqəti nikah), heyz halında cinsi əlaqə, pronoqrafik nəşrlər və bu
kimi şeyləri təbii qarşılayan və islami boşanma qaydasını, eləcə də məhdudlaşdırılmaq
şə
rtilə çox evliliyə (poliqamiya) verilən icazəni qeyri-mədəni adlandırmaqla kafirləşən
çoxlu müsəlman da var.
Odur ki, biz burada sadə bir həqiqəti qısa şəkildə belə ifadə etmək istəyirik: Bu kitab
bu cür bir müşahidə aparıldığına görə, əlavə olaraq, müəllif (bir müsəlman kimi)
bundan narahat olduğu üçün yazılmışdır.
Dostları ilə paylaş: |