Slamda ailə quruluşu höCCƏtul-islam vəl-musliMİn haci əbdurrahman yusifpur



Yüklə 1,14 Mb.
səhifə1/13
tarix12.10.2018
ölçüsü1,14 Mb.
#73286
  1   2   3   4   5   6   7   8   9   ...   13

İSLAMDA AILƏ QURULUŞU

HÖCCƏTUL-İSLAM VƏL-MUSLİMİN



HACI ƏBDURRAHMAN YUSİFPUR
İSLAMDA

AİLƏ QURULUŞU

Tərcümə edini: Əlibala Hacızadə




I CİLD

Bakı-1998

Kitabın adı:.....................................İslamda ailə quruluşu

Müəllif:............................................Haci Əbdurrahman Yusifpur

Tərcümə edən:................................Məlahət Əsədova

Nəşr edən:........................................Müəlif

Çap növbəsi:....................................Birinci

Çap tarixi:........................................Bahar, 1378 (1999)

Tiraj:................................................3000


Kitabın bütün huquqları müəlifə məxsusdur


c:\users\admin\desktop\allah.jpg

Bismillahir-Rəhmanir-Rəhim
Müqəddİmə
Dərin bəşəri məzmunu ilə əvvəlkidinlərdən əsaslı sürətdə fərqlənir İslam bütün dövrlər üçün əhəmiyyətini saxlayan ailə qurluşu bairəsində mühüm özəlliklərə malikdir. Müqəddəs kitabımız Qurani-kərimdə, əziz İslam Peyqəmbərinin (s) və məsum İmamlarımız hədislərində bu vacib məsələyə dair qiymətli örnəklər vardır.

Çoxsaylı və dərin məzmunlu əsərlərin müəllifi kimi tanıdığımız Höccətul-islam vəl-müslimin Hacı Əbdürrahman Yusifpur da adını çəkdiyimiz zəngin mənbələrə əsaslanaraq bu mövzuda gözəl bir əsər yazmışdır.

Kitabı oxuyarkən evlənmək, evlilik, ər-arvad münasibəti, onların hüquq və vəzifələri barədə elə aydın dəlillərə rast gəlirik ki, İslam dini və onun bəşəri mahiyyəti haqqında təsəvvürlərimiz daha da zənginləşir. Əsər bizə indiyədək əsası olmayan, lakin uzun illər dini ehkam kimi qəbul etdirilən bəzi bidətlərdən, islam dini adına söylənən böhtanlardan yaxa qurtarmaqda yardım edir.

Ağayi Yusifpurun böyük məsulliyət və ciddi zəhməti nəticəsində ərsəyə gəlmiş digər əsərlərlə yanaşı «İslam ailə qurluşu» adlandırıldığı iki cildilik kitabın birinci («İslamda izdivac») artıq əlinizdədir.

Azərbaycan oxucuları bu kitabda indiyə qədər az eşiddikləri və ya bəzilərinin az eşiddikləri mühüm məlumatlarnan tanış olacaq, cəmiyyətin özülü olan ailə münasibətlərini düzgün tənzim etmək yolunda çox faydalı nəticələr çıxarıcaqlar.

Arzumuz budur ki, məhtərəm oxucular əsəri diqqətlə oxusunlar. Əminik ki, bu zaman onlar ailənin, övlad böyütməyin, düzgün tərbiyənin nə qədər məsuliyyətli və müqəddəs bior əməl olduğunu bir daha düşünəcəklər.

Qadir və mərhəmətli Allahdan bütün subaylarımıza gözəl ailə səadət və xoşbəxtlik arzu edir, kitabın müəlifinə yeni-yeni əsərlər yazması üçün bərəkətli ömür arzulayırıq.
Hafiz Abıyev
İSLAMDA İZDIVACIN ƏHƏMİYYƏTİ
Izdivc – Quranda, İslam mədəniyyətində, əxlaqında və şəriət ehkamında diqqəti cəlb edən məsələlərdən biridir və həm də İslam aləmində mühüm əhəmiyyət kəsb edir.

Gənc oğlan və qızların gələcək taleyini müəyyənləşdirən izdivac (ailə qurluşu) haqqında Rəsuli-Əkrəmin hədislərində və məsum İmamlarımızdan varid olan rəvayətlərdə ibrətamiz tövsiyələr olunur və ciddi xəbərdarlıqv edilir.

Hər şeydən əvvəl gərək Qurani-kərim izdivac haqqında nə kimi hökümlər verilir.
İzdivac – Quran baxımından
1. Mübarək «Rum» sürəsinin 21-ci ayəsindən Quran-şərif buyurur: «Allah sizin özünüzdən sizin üçün taylar yaratmışdır ki, onlarla rahatlıq tapasız. Və sizin aranızda dostluq və mehribanlıq qərar vermişdir. Bütün bunlarda təfəkkür sahibləri üçün bir ibrət vardır».

2. «İçərinizdə ərsiz azad qadınları və arvadsız azad kişiləri, kölələrinizdən və cariyələrinizdən əməli düz olanlrı bir-biri ilə evləndirin. Əgər yoxsuludurlarsa Allah öz kəraməti ilə onları varlandırar. Allah lütfü genişdir və hər şeyi biləndir». «Nur» sürəsi, ayə 32.


İzdivac – Hədis və rəvayətlər baxımından
İzdivac – İslam dinində insanların tale yükü məsələlərindən ən mühüm olduğu üçün bu haqqda bəhs olunan hədis və rəvayətlərin sayı-hesabı yoxdur. O cümlədən:

1. İmam Mühəmməd Baqir (ə), Rəsuli-Əkrəmdən (s) belə nəql edir: «İslamda Allah yanında İzdivac qədər mühüm və bəyənilmiş bir bina yoxdur».

2. İmam Cəfər Sadiq (ə) buyurur: «Evlənmiş bir şəxsin iki rükət namazı subay adamın 70 rükət namazdan, üstündür».

3. İmam Cəfər Sadiq (ə) Rəsuli-Xudadan (s) belə nəql edir: «Sizin ölülərinizin ən pisi evlənməmiş insanlardır».

4. İmam Cəfər Sadiq (ə) Rəsuli-Əkrəmdən (s) belə nəql edir: «Cəhənnəm əhlinin əksəriyyəti dünyadan izdivacsız gedənlərdir».

5. İslam Peyqəmbəri (s) buyurur: «Hər kəs kasıbcılıqdan qorxub evlənməsə, şübhə yox ki, o, Allahdan bədgüman olmuş olur».

6. Rəsuli-Xuda (s) buyurub: «Allah-Təala yanında İslam dini əsasında qurulmuş bir ailə qədər bəyənmiş bir iş yoxdur».

7. Peyqəmbər salavatullah buyurur: «Gənc oğlan və gənc qız bir-birini sevib ailə qurarkən şeytan nalə çəkərək deyilir «Vaveyla, vaveyla ki, bu cür cavanlar öz dinininüçdən bir hissəsini məndən qoruya bildilər!» Gərək bu Allah bəndələri dinlərinin qalan iki hissəsində də öz TANRIlarından qorxub çəkinsinlər».

8. Əziz Peyqəmbərimiz Osman adlı bir nəfərə hansı ki, yaşının ötməyinə baxmayaraq heç evlənməmişdi, çox narazı və ciddi halda xəbərdarlıq edərək buyurdu: «Ey Osman! Allah-Təalla bizi rahiblik (tək-tənha yaşamaq) üçün xəlq etməmişdir. Mən də namaz qılır, oruc tutur və həm də öz həmsərimlə (həyat yoldaşımla) yaxınlıq edirəm. Hər kim mənim qoyduğum adət-ənənələri bəyənirsə gərk bu ayinləri yerinə yetirsin və izdivac mənim ayinlərimdən biri, həm də mühümüdür».

9. Peyqəmbər-Əkrəm (s) buyurur: «O kəsin ki, evlənməyə imkanı var, lakin evlənmir, o mənim ümmətimdən deyil».

10. Rəsuli-Xuda (s) buyurub: «Xüdavəndi-aləm ərşdən dörd qəbildən olan insanları lənətləyir, mələklər də amin deyir. Bunlardan biri o kəsdir ki ki, evlənməkdən boyun qacırır, o məqsədlə ki, oğul-uşaq, külfət dərdi çəkməsin».

11. Həzrət Peyqəmbər (s) buyurub: «Evli adam qıldığı iki rükət namaz subay adamın gecəni səhərədək oyaq qalmağından və gündüz oruc tutmağından yaxşıdır».

12. Rəsuli-Xuda buyurub: «Allahın rəhmət qapısı dörd yerdə açılır, onlardan biri insan ailə qurarkən baş verir».

13. İmam Mühəmməd Baqir (ə) buyurur: «Mən sevmərəm dünyanı və onun hər nəyi var o gecə ki, zövcəm olmasın».

14. Həzrət Peyqəmbər (s) buyurub: «Mənim ümmətimdən ən yaxşıları evlənənlər və pisləri isə subay qalanlardı».

15. İmam Cəfər Sadiq (ə) buyurulub: «Rəsuli-Xuda (s) ərə getmək istəməyən qadınları qınayır və onlara ailə qurmağı tövsiyə edirdi».

16. İmam Cəfər Sadiq (ə) buyurub: «Gəlin keçən evi Allah-Taala sevir».

Böyük ilahi neymət, insanı həyatının və gələcəyinin mayası, ictimai inkişafa təsir edən, ailədə xoşbəxtlik və səadətə səbəb olan amillərdən biri də cinsi yaxınlıqdır (əlaqədir), etiras hissidir. Belə bir hissiyat hər bir sağlam insanın varlığında mövcuddur və bunsuz həyatdan ləzət almaq mümkün deyil. Çünki bu əvəzsiz ilahi nemət bəşər nəsillərinin başlanğıcı olub, ər və arvad qırılmaz sürətdə bir-birinə bağlayan və ailə mühitini behiştə çevirən amildir.

Yemək-içmək, yatmaq, nəfəs almaq və insan üçün zəruri olan digər amillər təbii bir zərurət olduğu kimi cinsi ehtiyacın da ödənilməsi hər bir şüurlu insanın istəyidir. Həmin məqam çatan zaman onu düzgün sürətdə yerinə yetirmək və insanın ehtiyacını təmin etmək lazımdır.

Bütün cavanlar: istər qızlar və istər də oğlanların ailə qurması zəruridir. Əgər bu müqəddəs birlik həyata keçirilməzsə, arzuolunmaz çətinliklərlə rastlaşa bilər. Çünki cinsi böhran zamanı onu şəriət qanunları ilə aradan qaldırmaq müyəssər olmazsa, o zaman da narkotik maddələrə meyl salacaq və yaxud da namus və ismətə zidd olan cinayətlərə əl atacaqlar. Dəyanətli, mömin, etiqadlı olmaqlarına baxmayaraq iztirab, narahatlıq və yorğunluq kimi amillərlə qarşılaşacaq, həyatlarını kədər və qəmlə başa vuracaqlar.


MÜASİR DÜNYADA BAŞ VERƏN ƏXLAQSIZLIQ HÜCÜMLARI
Əgər cavanların cinsi problemlərini dərk etsək, qərb mədəniyyətinin və onun aldanmış havadarlarının etdikləri «mədəni» hücumlara nəzər salsaq və düşmənin gizli yollarla gətirib yaydıqları şəhvətləndirici erotik kadrlarla dolu video filimlərlərdən xəbər tutsaq, tərəddüd etmədən və böyük məsuliyyət hissi ilə bu fəsada qarşı müxalifətə qalxarıq.

Müasir dünyada cavanları zəncirləmək, əl-qolunu bağlamaq, onları məzhəbi ideyalardan və siyasi təfəkkürdən uzaqlaşmaq və sağlam bir cəmiyyəti qərb yönümlü cəmiyyətə cevirmək üçün bütün vasitələrdən istifadə edib meydana girir və hər bir şəxsi düz yoldan fitnə yoluna sürükləyirlər. Başqa ölkələrdən yayılan radio və televiziya verilişləri, hədiyyə edilmiş jurnal və kasetlər, azad bazara qacaqmalcılıq yolu ilə satılan filimlər, üzərinə Avropa markası yapışdırılmış və cılpaq qadınların şəkilləri əks olunan əşyalar bəşər düşmənlərinin başqa müxtəlif təbliğat vasitələri bu şeytanm məqsədindən xəbər verir.


İsmətsizlik və pozğunluq ticarət paltarında
Burada diqqətinizi bəşər düşmənlərinin istifadə etdiyi tarixi bir hadisəyə cəlb etmək istəyirik.

Həzrəti Musa əleyhissəlam öz fitrəti istedadı və ilhamı ilə inkişaf edib qabağa getdiyi bir vaxta Fironu və onun tərəfdarlarını dəhşətə salırdı. Düşmən qüvvələr o həzrətin nüfuzunun qarşısını almaq üçün Bələm-bauranın yanına gəldi və ondan Musanı vən adamlrını lənətləməyi tələb etdilər.

İsmi əzəm və «Müstəcabda-dəvə» ləqəblərinə malik olan Bələm əvvəlcə bu təklifi qəbul etməkdən imtina etdi və dedi: «Mən Allahın Peyqəmbərini və onunhaqqı müdafiə edən qoşununu necə lənətləyim. Onu mələklər müşayət edirlər». Lakin düşmən tərsliyindən əl çəkmədi. Onun həyat yoldaşı (arvadı) vasitəsi ilə yoldan çıxardıb Musaya qarşı qoydular.

Nəhayət Bələm Musanın qoşunun yerləşdiyi bir dağın zirvəsinə qalxdı. Nə qədər istədi İsmi-Əzəm duası ilə Musanı lənətləsin. Allah İsmi-Əzəmi ondan geri aldı və özünə tabe etdi. Nagah dili ağzından çıxdı. O, Fironun adamlarına sifariş etdi: Siz öz arvad və qızlarınızıbacardığınız qədər bəzəyin və onları ehtiyacı çox olan mallarla Musanın qoşununun içərisinə göndərin, zina və əxlaqsızlıq yolu ilə onları pis yola cəkin. Düşmən bu sifarişi qəbul edib ona əməl etdi. Musanın 20 mindən çox əsgəri Allahın qəzəbinə ducar olub taun xəstəliyinə tutulub həlak oldulr. Əziz oxucular bunun şahidi olurlar ki, düşmən olurlar ki, düşmən hansı yollarla əvvəllər Həzrət Musanın dostu və onun idealarını təbliğat edənlərdən olan Bələm-bauranı aldadıb onu haqq yolundan döndərmiş böyük Allaha və onun Peyqəmbər qarşı çıxmağa sövq etmiş, onun vasitəsi ilə gözəl qızları ticarət adı altında mədəniyyət müharibəsinə göndərmişdi, Peyqəmbərin 20 midən artıq qoşununu məhv etmişdir. Siz təsəvvür edin bu «mədəni» hücumadi və uzaqgörən olmayan bir millətə qarşı yönəlmişolsaydı hansı nəticələrə gətirib çıxarardı. Ailə qurmaq ehtiras hissinə bir sığınacaqdır.

Qeyd edildiyi kimi tarix boyu İslamın düşmənləri əxlaqsızlıq və ismətsizlik kimi amillərdən istifadəetmiş, ocümlədən münafiqlərin başcısı olmuş Əbdullah Ubeyy ona məxsus olan beş kənizi faişəlik etməyə vadar etmiş və bu yolla İslama və onun ictimayyətinə zərbə vurmuşdu. Allah-Taala «Nur» sürəsinin 33-cü ayəsində bu məsələyə işarə etmişdir. Hal-hazırda da mənəviyyatsızlıq dünyada hay-küy yaradıb. Dostluq və qarşılıqlı razılıq yolu ilə baş verən əxlaqsız hərəkətlərdən başqa zorla yaxınlıq etmə, eyni cinsdən olanların yaxınlığı, ərli qadınları ləkələmək kimi hallarda hər gün hadisə xəbərlərində rast gəlmək olur.

Xülasə bu cür fəsadların qarşısını alan yekanə amil evlənməkdir. Allahın elçisi bu işə göstəriş vermişdir. İndi isə diqqətinizi bu bairədə olan bir neçə hədisə cəlb edirik.

1. İmam Cəfər Sadiq (ə) belə nəql olunur: «Bir gün Allahın Rəsulunun gözü bir qadına sataşır, onun gözəlliyindən heyrətlənir və dərhal arvadı Ümm Sələmin yanına gəlir və onun yanında sakitlik tapır. Bundan sonra o, cənabət qusulu edib məscidə gəldi və insanlara xitabən buyurdu: «Naməhrəmlə görüşmək şeytan əməlidir. Gözü naməhrəmə sataşıb təsirlənən şəxslər arvadının yanına getsin». Maraqlıdır ki, bu hadisdə həyat yoldaşı daxili və cinsi ehtirası söndürmək simvolu kimi təsvir edilir. Hətta böyük Peyqəmbər və digər məsum Həzrətlər də bundan bəhrələnirlər.

2. Əli (ə) buyurdu: «Hərgah naməhrəmi görüb ondan təsirləndiniz ailənizin yanına gedin».

Burada da həyat yoldaşı çirkaba batmağın qarşısını alan bir nicat yolu kimi təqdim edilir.

3. Peyqəmbər (s) buyurub: «Ey cavanlar hər kimdə evlənməyə zəmin olsa, ailə qursun. Çünki bu iş onu günah işlərdən və naməhrəmdən qoruyar».

Bu hədis başqa hədislər kimi ailə qurmağın insanın əxlaqi pozğunluqlardan qorunmasının təzahuru kimi verilmişdir.
İSLAMDA AİLƏ QURMAĞIN DƏYƏRİ
Müqəddəs İslam dini hər bir sahədə mənfi və qorxulu qapıları bağlamaq üçün birinci növbədə müsbət və ağıllı yollar göstərir və sonra və sonra bu ardıcıllarını fəsadlı və əxlaqa zidd olan yollardan çəkindirib səmərəli və müsbət nəticələr verə biləcək istiqamətə yönəldir. Cinsi yaxınlıq məsələləri haqqında uzaqgörən və şərəfli insanlara təqidlə göstərişlər verir. Nütfənin tələf olması və bu ilahi nemətin hədər yerə sərf edilməsindən çəkinmək və onun şərtilə icazə verilmişmüəyyən qiymətli nəticə əldə məqsədi ilə məsərəf etsinlər. Buna görə də anonizm, kişilərlə cinsi əlaqə saxlamaq və bu hərəkəti heyvanlarla etməyi qadağan edib və bu işdə təqsirli bilinənlər ölüm cəzasına qədər cəzalandırılar.

Cinsi tarazlıq yaratmaq, nəsilləri qorumaq, ailələrə hörmətlə yanaşmaq, ictimai və dini işləri şövq və həvəslə icra etmək məqsədi ilə ailə qurmağın zəruriliyi vurğulanır və onun möhkəmləndirilməsi üçün xüsusi şərait və özünəməxsus məqamlar tövsiyə edilir. Bu məqsədlə əziz oxucuların nəzər diqqətini bir hədisə cəlb edirik.

Allah Peyqəmbər (s) buyurub: «Hər kəs pak və pakizə Allahın görüşünə grtmək istəyirsə (pak ruhla və səhv etmədən ölmək istəyirsə), mütləq ailəsi ilə yaşasın». Bu hədisdən görünür ki, arvad almaq, evlənmək insanlrı bir çox günahlardan uzaqlaşdırır və bundan məhrum olmaq əxlaqsızlıq və fəsadlar törədir.
Evlənmənməyinin cəzası
Allah Elcisi (s) bir şəxsdən soruşdu: «Arvadın var?»

Kişi cavab verdi: - xeyr, ya Rəsulallah.

Peyqəmbər: Kənizin var? (Bu yolla cinsi problemini həll etmiş olasan)

Kişi: Xeyr, ya Peyqəmbər.

Peyqəmbər: - Sənin maddi imkanın varmı?

Kişi: Bəli, ya Peyqəmbər.

Allahın elcisi: - Get və evlən. Yoxsa günahkarlarv cərgəsinə düşərsən». Başqa bir rəvayətdə buyurur: «Əgər evlənməsən xristian rahiblərindən hesab olunursan». 3-cü bir hədisdə buyurur: «Əgər ailə qurmasan, şeytanın dostu və yoldaşı hesab olunursan».

Bu hədis ailə qurmağı zəruri sayır və ona əməl etməyi bədbəxtliyin səbəbi, subay cavanı günhkar xristian rahib və şeytanın qardaşı adlndırır».

4. Allah Rəsulu (s) buyurur: «Göyün rəhmət qapıları dörd halda açılır:

1. Yağış yağanda

2. Övlad rəhm və mehribanlıqla öz ata-anasının üzünə baxdıqda

3. Kəbənin qapısı açdıqda.

4. Toy və evlənmə mərasimində.

Bu hədis də evlənməyin dəyərini açıqlayır və onun rəhmət qapılarının açılması kimi dəyərləndirir».

İmam Baqir (ə) buyurur: «Əgər bütn dünyanı onun varlığı ilə mənə versələr ki, bir gecə həyat yoldaşında ayrı yaşa, mən heç vaxt belə bir xeyirli sövdələşməni qəbul etmərəm.

Bu hədis həyat yoldaşına və ailəyə malik olmaq faktorunu qiymətləndirir bir hal olmasını irəli çəkir və bütün dünyanı bir gecə ailə ilə məhəbbətlə yaşamağın müqabilində qiymətsiz sayır!!!

Allah Elcisi (s) buyurur: «Ər və arvad kəbin kəsildikdən sonra biri-birinin əllərinə baxdığı zaman böyük Allah da rəhmətlə onlra baxar. Biri-birinin əllərinə tutduğu zaman onların günahları barmaqlarının arasından süzülüb yerə tökülər».

Bütün bu hadisələrdə belə nəticəyə gəlirik: «Evlənmək insanın cismən varlı edir, cinsi və iqtisadi ehtiyacını ödəyir, evli şəxslər müqəddəs ailə qurmağın cazibə qüvvəsi ilə fitnə fəsaddan, yolunu azmaq kimi mənfi hallardan xilas olur, mənəvi və daxili gözəllik və paklıqla həyatını davam etdirirlər. Bununla da (bu yolla) fəzilət yollarını üzlərinə açıb ilahinin tükənməz lütfünə laiq olurlar.


İZDIVACIN SƏBƏBİ, MƏQSƏDİ, FAYDASI VƏ VAXTI
İzdivacın səbəbi
O kəs ki, istəyir izdivaca girsin (ailə qursun) gərəkdir ki, İlahi səbəb üzündən evlənsin, yəni Allah-Təalanın fərmanına əncam vermək məqsədini güdsün. Necə ki, İmam Səccad (ə) buyurub: «Hər kəs Allah xatirinə və qohumluq əlaqələrini möhkəmləndirmək və inkişaf etdirmək məqsədi ilə izdivaca girərsə, Xüdavəndi-aləm onun başına padşahlıq tacı qoyar».

Digər tərəfdən bir şəxsin izdivacı halal yol ilə və halal mal ilə baş tutsa belə, lakin bu izdivac özündə ilahi məqsəd daşıması, bu cür ailə qurluşu səmərəsiz və yararsız olar. Necə ki, Peyqəmbər-Əkrəm (s) buyurur: «Hər kəs halal yolla və halal mal ilə qadınla evlənsə, bu halda məqsədi özünü başqasına göstərmək və nümaiş etdirmək olsa, Allah-Təalanın nəzərində bu izdivac əhəmiyyətsiz və mənasız olar».

Həmcinin, əgər izdivac gələcək həyat yoldaşının malına və gözəlliyinə görə olsa, bu nigah təqdirə laiq olmaz».

İslam Peyqəmbəri bu haqqda buyurur: «Hər kim qadınla mal-dövlətinə gerə evlənmiş olsa, Allah-Təala onun həmin mal-dövlətə həsrət qoyar. Hər kim bir qadınla gözəlliyinə görə evlənmiş olsa, xoşu gəlmədiyi sifəti (xasiyyətiləri) onda görər və əgər bir qadınla dininə görə evlənmiş olsa, Allah bütün bu nemətlərin onlar üçün yetirər».


İzdivacın məqsədi
Evlənməyin, ailə qurmağın müxtəlif məqsədləri var. O cümlədən:

1. Nəsil artırmaq:

Quranın «Nəhl» sürəsi 72-ci ayəsində Allah-Təala buyurur: «Allah sizin icərinizdən özünüzə zövcələr (taylar) qərar verib. Bu zövcələrdən sizin üçün övlad və nəvə-nəticə ucuda gətirib. Pak nemətlərdən sizin üçün ruzu yetirib..».

Peyqəmbər-Əkrəm (s) buyurur: «Evlənin, ta ki, nəslinizi artırasınız. Qiyamət günü çoxluğunuz üçün sizinlə fəxr edəcəyəm. Hətta ğlü dünyaya gələn uşaqlarla ki, onlar behiştin qapısında dayanıb deyəcəklər ki, onlar behiştin qapısında dayanıb deyəcəklər ki, bizdən əvvəl ata-anamız gərək behiştdə daxil olanlar».

2. Ruhi aramlıq:

Quranı-şərif, mübarək «Rum» sürəsində buyurur: «Sizin özünüzdən sizlər üçün taylar yaratmış ki, onlarla rahatlıq tapasınız» (ayə, 21).

3. Cinsi tələbatın təminatçısı.

Rəsuli-Xuda buyurub: «Əgər bakirə qızlar o hisslər ki, qadınlar dərk edilərlər, onlar da dərk edilərsə, onlar üçün ən yaxşı çarə ərə getməkdir, əks təqdirdə bəşəriyyət fəsaddan əmin-amanlıqda olmaz. Onlar yetişmiş meyvə kimidirlər. Dərilməsə gün onu xarab edir, ya da düşüb məhv olar».

Həzrət Əli (ə) buyurub: «O zaman ki, zövcənizlə əlaqədə oldunuz onları tələsdirməyin, çünki onların öz tələbatıları var».
İzdivacın faydası
İzdivacın demək olar ki, insanların mənəvi və maddi faydalarının əsasını, bünövrəsini təşkil edir.

Peyqəmbər-Əkrəm (s) buyurur: «Hər kim evlənirsə, o, dinin yarısını qorumuş olur, dinin qalan ikinci yarısını qorumaq üçün Allahdan qorxusun».

- «Hər kəs evlənib ailə qursa, ibadətin yarısı ona bağışlanır».

- «Hər kəs Allahı sevir və onun dərgahına pak və pakizə halda getmək istəyirsə, ailə qursun» (Yəni ailə qurma Allahın razılığını əldə etməkdir).

- Subay oğlan və qızları evləndirin, çünki Allah-Təala onları xoşəxlaq edir, onlara ruzi yetirir, şərəf və ləyaqətlərini artırır».

- «Özünüz üçün həyat yoldaşı seçin və evlənin, Allah sizə ruzi verər».

İmam Baqir (ə) Həzrət Peyqəmbərdən (s) rəvayət edir: «Möminin evlənməsinə nə mane ola bilər, bir halda ki, Allah yer üzərində ona övlad əta edər ki, «la ilahə illəl-lah» desin».
İzdivacın vaxtı
Təbiət və yaradan, insanlar üçün izdivac yaşını təyin etmişdir və o həddi-buluğa çatma yaşıdır. Oğlanlar on altı yaşında, qızlar isə on yaşında yeniyetmə yaşına çatırlar. Onlar bu mərhələdə şəriət qaydalarına uyğun olaraq izdivac edə bilərlər. Buna baxmayaraq, oğlanlarda 17 və 18 yaşadək, qızlarda isə 15 və 16 yaşadək təxirə salınması daha düzgün olardı. Çünki həm oğlanlar, həm də qızlar yeniyetmə mərhələsinin əvvəllərində kifayət qədər inkişafa və zəkaya malik olmurlar. Bu baxımdan həmin mərhələdə həyata keçirilən izdivac müəyyən çətinliklərlə, problemlərlə üzləşməli olurlar. Bundan əlavə, həddi-buluğa çatma mərhələsinin ilkin iki və ya üç ilində cinsi instinkt tam oyanmır, cavanlar o qədər də təzyiq göstərmir. Bütün bunlar uyğun olaraq qeyd etmək lazımdır ki, oğlanlarda 17 və ya 18 yaş, qızlarda isə 15 və ya 16 yaş izdivac üzdivac üçün ən münasib yaş həddidir. Ancaq izdivac etmənin yuxarıda qeyd olunan yaş həddindən sonrakı mərhələyə saxlanılması düzgün deyil. Çünki cismani, ruhi və ya ictimai hadisələrə gətirib çıxara bilər. Bu yaşda cinsi instinkt tamamilə oyanmış vəziyyətdəolur, bütün var gücü ilə təhrik edir və cavanı öz təziqi altında saxlayır. Və bunu şəriətlə icazə verilmiş təminatından başqa heç bir çarəsi yoxdur. Çinsi tələbat insanın suya və ya qidaya olan tələbatı kimidir. Məgər hər hansı bir ac və ya susuz adama yemə və ya içmə demək mümkündürmü? Məgər başqa bir iş, məsələn idman, əyləncə və ya hər hansı bir oyun növü insanın bu tələbatlarını ödəyə bilərmi? Cinsi ehtiyacda aclıq və ya susuzluq kimi bir şeydi, bəlkə də ondan daha şiddətli, daha güvvətli ehtiyacdır. Və əgər bu təbii tələbat icazə verilmiş yolla təmin edilməzsə, onda həmin hisslər, həmin tələbat insanı qadağan edilmiş yollarla və ya günah işlətməyə sövq edirə bilər. Belə olduğda zaman onun qarşısını almaq çox çətin olacaqdır. Gəncin bu yasaq edilmiş yollardan çəkindirilməsi də inam, etiqad, həya və əxlaqi təmizlik yolları ilə həyata keçirilməli və o, özü qeyd etdiyimiz cinsi instinktin qarşısını almalıdır. Əks təqdirdə, xeyli günahlara bata bilər. Amma bütün bunlara baxmayaraq, gəncdə elə bir mərhələ yetişir ki, artıq bu cini instinktin qarşısının alınması qeyri-mümkün olur. Və bu halda, yəni müəyyən yaş həddində izdivacdan savayı başqa bir yol var qalmır. Nə qədər mümkündürsə, bir o qədər tez izdivac etmək olmaz.
İZDIVAC RUZİNİ ARTIRIR
Peyqəmbər (s) buyurur: «Qadın alın k, sizin ruziniz artsın»

QEYD: Evlənməklə ruzinin artmasının iki yolu var:

1. Allahın verdiyi vədəyə uyğun olaraq, tərəflər üçün Allahın qeybi köməkləri, izdivac, həyat davam etdirmək, qadınla kişinin rahatlığı, gümrahlıq, gələçəyi düşünmək hissi, ailə ocağını təşkil etmək, evin büdcə ehtiyaclarını duymaq, xərclərə nəzarət, dolanışılıq vəsaitləri hazırlamaq, israfcılıq və əlavə xərclərdən çəkinmək üçün bir vasitədir və bunun nəticəsində ailənin həyat şəraitini təmin olunur və ehtiyacları həll olunur. Bu, təbii bir işdir.

2. Kasıblığın qorxusundan evlənməyən adam Allahdan bədgümün olmuş olur. Allah buyurmuşdur: «Əgər kişilər kasıb olsalar, Allah öz fəziləti vvvə kəraməti ilə onu ehtiyacdan qurtarar».

3. «Ruzinin artırması üçün evlənin qadın bərəkət sahibidir».

4. İsaq ibni Əmmar deyir; «Həzrət Cəfər Sadiq (ə) ərz etdim: «Camaat danışır ki, bir şəxs Allah elcisinin hüzüründa yoxsulluqdan şikayət etdi. Həzrət Mühəmməd (s) buyurdu: «Evlən!» İkinci dəfə şikayətləndi. Yenə buyurdu: «Evlən!» Bu sözü üç dəfə təkrar etdi. Bu hədis düzgün hədisdir?» Həzrət İmam Cəfər Sadiq (ə) buyurub: «Bəli, düzgün hədisdir. Ruzi qadın və övladla yol yoldaşıdır».

5. Həzrət Cəfər Sadiq (ə) buyurub: «Bir kişi Peyqəmbər (s) hüzurunda yoxsulluqdan gileyləndi. Həzrət Mühəmməd (s) buyurudu: «Evlən!» O, getdi və evləndi. Ruzi qapıları onun üzünə acıldı».

6. Yenə də altıncı İmam buyurur: «Bir cavan ənsar Peyqəmbərin (s) yanında kasıbcılıqdan fəryad elədi. Həzrət Mühəmməd (s) buyurudu: «Evlən!» O cavan dedi: «Mən ehtiyac içində olduğumu ikinci dəfə Peyqəmbərə söyləməkdən utanıram».

Ənsarlardan biri (Mədinə müsalmanlarından) onunla görüşüb söylədi: «Mənim həddi-buluğa çatmış bir qızım var. Onunla evlənə bilərsən!». Cavan ənsarın qızı ilə izdivac etdi və Allah onun işlərini yaxınlaşdırdı. Bir gün o, Allah elcisinin yanına gəlib əhvalatı ona danışdı. Həzrət Mühəmməd (s) buyurudu: «Ey cavanlar! Evlənin!»

7. Həzrət Peyqəmbər (s) buyurur: «Ruzini evlənmək ilə əldə edin!»

8. Peyqəmbər (s) buyurur: «Ey cavanlar! Hər biriniz bacarırsınızsa, evlənin! Əgər bu işi bacarmırsınızsa, müntəzəm oruc tutun ki, şəhvətiniz azlsın!»


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə