Şöbənin IV kurs, 016A qrup tələbəsi Abdinova Mələk Məhəmməd qızının Biologiya ixtisası üzrə bakalavr dərəcəsi almaq üçün



Yüklə 248,32 Kb.
səhifə1/3
tarix21.10.2017
ölçüsü248,32 Kb.
#6267
  1   2   3

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Biologiya fakultəsi, a/b, əyani

şöbənin IV kurs, 016A qrup

tələbəsi Abdinova Mələk Məhəmməd qızının

Biologiya ixtisası üzrə bakalavr dərəcəsi almaq üçün

Qızılağac Dövlət Təbiət Qoruğunda qışlayan quşların biologiyası”



mövzusunda

BURAXILIŞ İŞİ

Elmi rəhbər: b.e.n., dos Tağıyev Ə.N.

Kafedra müdiri: b.e.d., prof. Mustafayev Q. T.

BAKI-2012

MÜNDƏRİCAT

Giriş ……………………………………………………………………..………4

Material və metodika……………………………………………………………5

I FƏSİL. Qızılağac qoruğunun fiziki-coğrafi xarakteristikası…………………6

II FƏSİL. Qızılağac qoruğunda quşların sistematikası və öyrənilməsi tarixi .10

III Fəsil. Qızılağac qoruğunda qışlayan quşların biologiyası…………………17

IV Fəsil. Qızılağac qoruğunda qışlayan quşların qorunması və praktik əhəmiyyəti………………………………………………………………………40

Nəticə……………………………………………………………………………43

Ədəbiyyat…………………………………………………………………….…45

GİRİŞ

Bioloji müxtəliflik haqqında 5 iyun 1992-ci il tarixli Beynəlxalq konvensiya, Beynəlxalq əhəmiyyətli su hövzələrinin, köçəri quşların qorunması konvensiyası(Ramsar,1971) ,Azərbaycan Respublikasının 4 iyun 1999-cu il tarixli sərəncamının icrasına uyğun olaraq heyvanların trofik və biotopik əlaqəsinə aid tədqiqatların aparılması tələb olunur (1).

Qızılağac qoruğun bir çox quşların miqrasiya istiqamətində yerləşir. Quşların bəziləri burada qışlamaq, bəziləri yuvalamaq, bəziləri isə bütün omürləri boyu burada oturaq yaşayır.

Qızılağac qoruğunda oturaq quşların bəzi növləri kifayət qədər, çoxu isə zəif öyrənilib. Lakin qışlayan quşların populyasiya səviyyəsində xüsusi planla öyrənilməsi , həm də ərazidəki biotoplardan istifadə formaları heç öyrənilməyib. Ornitoloji ədəbiyyatda bu ərazidə qışlayan quşların biologiyası haqqında olan son məlumatlar Q.T.Mustafayev, N.A.Sadıqova, İ.R.babayev və Ə.N.Tağıyevin əsərlərində qeyd edilib (4,5,13,15,17,20,22).

Ölkəmizdə , eyni zamanda xarici ölkələrdə quşların öyrənilməsinə böyük əhəmiyyət verilir. Dünyanın müxtəlif ölkələrində quşlar haqqında təxminən 200 adda xüsusi jurnal buraxılır, hər il 1500-dən çox kitab və elmi proqramlarda quşlar haqqında məlumat əhəmiyyətli yer tutur.

Təbiətdən səmərəli istifadə edildiyi və onun qorunmasının beynəlxalq problemə çevrildiyi indiki zamanda quşlara daha da diqqət yetirilir. Çünki heyvanlar aləminin ali qruplarından biri olan quşlar təbiətin ümumi iqtisadiyyatında, maddələrin bioloji dövranında və xalq təsərrüfatında mühüm rol oynayır. Quşların çox böyük elmi, estetik, tərbiyəvi və təsərrüfat əhəmiyyəti vardır.

Azərbaycanda quşların elmi cəhətdən öyrənilməsi işini gələcəkdə düzgün planlaşdırmaq üçün indiyə qədər görülmüş işlərə bir növ yekun vurmaq lazımdır. Quşlardan səmərəli istifadə etmək, zərərli quşlarla mübarizə aparmaq və faydalı quşları qorumaq məqsədilə tədbirlər hazırlamaq üçün onları düzgün tanımaq ilk və başlıca şərtdir. Material və metodika

Qızılağac qoruğunda qışlayan quşların biologiyası mövzusunda buraxılış işi ədəbiyyat məlumatları əsasında yazılıb. Buraxılış işini yazmaq üçün öncə müvafiq ədəbiyyatla tanış olub qarşıya qoyulan konkret vəzifələrimizi müəyyən etmişik. ədəbiyyat məlumatların əsasında ayrı-ayrı illər üzrə quşların say dinamikası və biotoplar üzrə yerləşməsi tədqiq edilmişdir. Quşların autekologiyasına aid ədəbiyyat məlumatı toplanmışdır. Qızılağac qoruğunda qışlayan quşların sinekoloji araşdırılması, faunanın kompleks ekoloji-landşaft təhlili konsepsiyasına əsasən aparılmışdır.

Qoruqda tədqiqat apararkən ornitologiyada və bioekologiyada geniş tətbiq edilən metodlardan istifadə edilmişdir. Quşların taksonomik spektri üçün Q.T.Mustafayevdən istifadə etmişik (15,16). Növlərin areallarını müəyyən etmək üçün bir sıra müəlliflərdən istifadə olunmuşdur. Biz qışlayan quşların təbiətdə canlı olarkən öyrənmək metoduna üstünlük vermişik. Durbindən və Karl Zeis teleskopundan istifadə etmiş və orijinal fotoşəkillər çəkilmişdir.

Qızılağac qoruğunda yayılan qışlayan quşların çoxu orta və ali məktəb dərsliklərinə daxil edilmiş və yaxşı tanınan növlərdir. Digər az tanınan qışlayan quşları tanımaq üçün rəngli şəkillər olan ədəbiyyatdan istifadə etmişik. Eyni vaxtda BDU-nun və Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun zooloji muzeyində olan kolleksiya fondundan istifadə edilmişdir.



I FƏSİL

QIZILAĞAC QORUĞUNUN FİZİKİ-COĞRAFİ

XARAKTERİSTİKASI

Azərbaycanda quşların kütləvi məskunlaşdığı ərazi Xəzər dənizinin cənub – qərb hissəsində –Kür deltasının cənubunda yerləşən Qızılağac qoruğu və onun ətrafının quru və bataqlıq sahələridir. Bu ərazilər müxtəlif növ ördək, qaz, qu quşu, qaşqaldaq, soltanquş, turac və s. onlarla başqa quş növləri ilə daha zəngin olmuşdur. Lakin illər boyu ekoloji şəraitin dəyişməsi və qanunsuz ov nəticəsində köçəri quşlar xeyli azalmışdır. Qızılağac körfəzi və onun ətrafının 5 km-lik zonası 180 min ha sahədə 1926-cı ildə ovçuluq təsərrüfatı yasaqlığı elan edildi və burada hər cür ov qadağan olundu. 1929-cu ildə həmin yasaqlıq dövlət qoruğuna çevrildi. Qoruğun sahəsi hazırda 88360 ha-dır. Bu respublika ərazisinin 1,03%-nə, qoruqların ümumi ərazisinin isə 45%-nə bərabərdir (8,18).

Qızılağac qoruğu respublikamızda sahəsinə görə birinci, yaranma tarixinə görə isə üçüncü qoruqdur. Qoruğun ərazisi müxtəlif təbii landşaft sahələrindən ibarətdir: onun sahəsinin 58,4%-i (51,58 min ha) su akvatoriyası, 20,3%-i (17,94min ha) cən-gəllik sahələr, 21,3%-i (18,84 min ha) quru sahələrdir . Belə bir landşaft xüsusiyyətləri burada su, bataqlıq və quru mühitdə yaşayan köçəri və oturaq quşların, quru və bataqlıq heyvanlarının, balıqların məskunlaşmasına tam şərait yaratmışdır (cəd.1.1).

Qızılağac qoruğu 1976-cı ildən Beynəlxalq konvensiyanın ilk 12 su-bataqlıq regionunun biri kimi siyahıya daxil olunmuş, bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi təsdiq edilmişdir (8).

Qızılağac körfəzinin sularının duzluluq dərəcəsinə Xəzər dənizi, Kür çayı və qrunt suları təsir edir. Son onilliklərdə Xəzərin səviyyəsinin bir qaydada qalmaması, antropogen amillə əlaqədar olaraq körfəzlərin hidroqrafiya rejiminin dəyişməsi burada su ilə qurunun sərhədini müəyyən qədər dəyişdirmişdir . Belə dəyişikliklər sözsüz ki, ərazinin landşaftına, quşların yaşayış tərzinə və miqdarına xeyli təsir göstərmişdir.

Cədvəl 1.1

Qızılağac qoruğunun təbii landşaft sahələri


Təbii landşaft sahələrinin adları

Təbii landşaft sahələrinin sahəsi

ha ilə

%-lə

Su sahəsi

Dərin su sahəsi

Dayaz su sahəsi


51580

41490


10090

58,38

46,96


11,42

Cəngəllik sahə

Qamışlı cəngəlliklər

Bataqlı cəngəlliklər

Göl bitkiləri sahəsi



17936

4358


12478

1100


20,30

4,93


14,12

1,25


Quru sahə

Yarımsəhra bitkilər sahəsi

Şoranlı sahə

əkin sahəsi



18844

18082


57

704


21,32

20,46


0,06

0,79


Ümumi sahə

88360

100,0

Qızılağac dövlət qoruğunun ərazisi əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tiplərinə aiddir. Bu iqlim tipləri çox az və zəif nəmliyi, qışının mülayim, yayının isə quru və isti keçməsilə səciyyələnir .

Böyük Qızılağac körfəzinin dərin sulu sahələrində kiçik dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş sahələri əhatə edir. Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari, ciyən və s. bitkilər bitir.

Qızılağac qoruğunda məməlilərin, sürünənlərin, suda-quruda yaşayanların, balıqların, həşəratların bir çox növləri yaşayır. Burada yırtıcı heyvanlardan canavar, tülkü, çaqqal, qamışlıq pişiyi, porsuq, Qafqaz gəlinciyi məskən salmışdır. Qamışlıq pişiyi, çaqqal və tülkü quşları (xüsusilə də yuvalama dövründə) xeyli məhv edir. Sürünənlərdən Xəzər və bataqlıq tısbağaları, zolaqlı kərtənkələ, adi və su koramalı, gürzə və s. təsadüf edilir. Cücüyeyənlərdən uzunquyruq ağdiş və Zaqafqaziya kirpisi vardır. Gəmiricilərdən Zaqafqaziya dovşanına, siçanlara, siçovullara təsadüf edilir. Suda-quruda yaşayanlardan isə müxtəlif növ qurbağalar yaşayır. Su heyvanlarından Böyük Qızılağac körfəzində Xəzər suitisi vardır. Bəzən 10 başdan ibarət olan suiti sürülərinə də rast gəlinir.

Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30 növdən artıq balıq qeydə alınmışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir .

Mütəxəssislər müəyyənləşdirmişlər ki, Qızılağac qoruğunda keçmiş MDB ərazisində olan 26 quş dəstəsinin 22-si (84,6%), 760 quş növünün isə 248-i (32,6 %) məskunlaşır (8).

Qızılağac dövlət qoruğundakı quşlar əsasən aşağıdakı dəstələrdən ibarətdir: to-yuqkimilər, göyərçinkimilər, durnakimilər, maygülükimilər, qazkimilər, flaminqoki-milər, caydaqlar, qu quşukimilər, keçisağankimilər, uzunqanadlılar, sərçəkimilər və s.

Qızılağac qoruğuna dünyanın müxtəlif yerlərindən kütləvi şəkildə qanadlı qonaqlar gəlir. Hər il buraya Taymır yarımadasından qırmızıdöş qazlar və qu quşları, Tundranın digər yerlərindən qızılquş, Yakutiyadan ağ durnalar, Qazaxıstandan və Uraldan qızılqazlar gəlir. Xəzərin sahillərinin Qərbi və Şimali Avropa ölkələrindən də çoxlu qanadlı qonaqları olur. Onlar əsasən payız fəslində gəlir, burada qışlayır və yazda Qızılağacı tərk edir. Qızılağac qoruğuna hər il yazda yuvalamaq üçün Misir, Sudan, İraq, İsrail, Yeni Zelandiya və s. qaranazlar, ərsindimdiklər, sarı və Misir vağları, qarıldaqlar və s. quşlar gəlir. Yuvalamağa gələn bu quşların bir mövsümdə yuvalarının sayı bəzən 60 mindən çox olur (21).

Qoruğa quşların payız gəlişi qismən sentyabr ayından, kütləvi surətdə isə oktyabr ayından başlanır və dekabrın sonuna kimi davam edir. Sentyabrda burada yaşılbaş ördəkləri, fitçi cürələri, qaşqaldaqları görmək mümkündür. Oktyabr ayında mareklər, bizquyruq ördəklər, qızılqazlar, qara ördəklər kütləvi şəkildə gəlir . Daha sonra, noyabr-dekabr aylarında müxtəlif qazlar və qu quşları gəlir.

Qızılağac körfəz adı ilə adlanan yeganə qoruqdur. Xəzərin körfəzi Qızılağac isə həmin regionda bitən və tozağacıkimilər fəsiləsinə mənsub olan qızılağac bitkisinin adı ilə adlandırılmışdır(8).

Qızılağac dövlət qoruğunda quşların sayı barədə dəqiq rəqəm yoxdur. 1979-cu ildə burada S. Əliyev 3,5-5 milyon, B. Mehdiyev və T. Vorobyeva isə 5-6 milyon quş olduğu barədə məlumat vermişlər (15). Burada onu əsas götürmək olar ki, son onilliklərdə quşların sayı xeyli azalmışdır. Quşların azalmasının bir sıra təbii hadisələr və insan fəaliyyəti ilə əlaqədar olan səbəbləri vardır.



II FƏSİL

QIZILAĞAC QORUĞUNDA QIŞLAYAN QUŞLARIN SİSTEMATİKASI VƏ ÖYRƏNİMƏSİ TARİXİ
2.1.Qızılağac qoruğunda qışlayan quşların sistematikası


  1. Dəstə: Podicipediformes – Maygülükimilər

Fəsilə: Podicipedidae – Maygülülər

Cins: Podiceps Lothom - Maygülü

Növ: Podiceps grisigina Bogd – Bozyanaq maygülü


  1. Dəstə: Pelecaniformes – Qutankimilər

Fəsilə: Pelecanidae - Qutanlar

Cins: Pelecanus Linn - Qutan

Növ: Pelecanus onocrotalus Linn – Çəhrayı qutan

Növ: Pelecanus crispus Bruch – Qıvrımlələk qutan




  1. Dəstə: Anseriformes – Qazkimilər

Fəsilə: Anatidae – Ördəklər

Cins: Anser Briss - Qaz

Növ: Anser anser Linn – Boz qaz

Növ: Anser albifrons Scop – Ağalın qaz

Növ: Anser crythtopus Linn – Ağqaş qaz

Cins: Cygnus Bech – Qulələk, ququşu

Növ: Cygnus olor Gm – Fısıldayan qulələk

Növ: Cygnus cygnus Linn – Harayçı qulələk

Növ: Cygnus bewickii Var – Kiçik qulələk

Cins: Anas Linn – Ördək

Növ: Anas crecca Linn – Fitçi ördək

Növ: Anas strepera Linn – Boz ördək

Növ: Anas penelope Linn – Fiyu ( marek ) ördək

Növ: Anas acuta Linn – Bizquyruq ördək

Növ: Anas clypeata Linn – Enliburun ördək

Növ: Anas angustirostris – Mərməri ördək

Cins: Aythya Boi – Qaraördək

Növ: Aythya ferina Linn – Qırmızıbaş qaraördək

Növ: Aythya fuligula Linn – Kəkili qaraördək

Növ: Aythya marila Linn – Dəniz qaraördəyi

Cins: Bucephala Baird – Meşəördəyi

Növ: Bucephala clangula Linn – Güləyən meşəördəyi

Cins: Mergus Linn – Pazdimdik

Növ: Mergus merganser Linn – Böyük Pazdimdik




  1. Dəstə: Falconiformes – Qızılquşkimilər

Fəsilə: Accipitridae - Qırğılar

Cins: Aquila bris - Qartal

Növ: Aquila clanga – Böyük qartal

Növ: Aquila heliaca Sar – Məzar qartalı

Növ: Aquila chrysaetas Linn – Berküt qartal

Cins: Accipiter Bris – Qırğı

Növ: Accipiter gentilis Linn – Böyük qırğı

Cins: Falco Linn – Qızılquş

Növ: Falco cherrug Gray – Ütəlgi qızılquş

Növ: Falco peregrinus Tunst – Adi qızılquş

Növ: Falco columbarius Linn – Ördəktutan qızılquş

Cins: Buteo Lac – Sar

Növ: Buteo buteo – Adi sar


  1. Dəstə: Passeriformes – Sərçəkimilər

Fəsilə: Carvidae - Qarğalar

Cins: Carvis Linn - Qarğa

Növ: Corvus frugilegus Linn – Zağca qarğa

Fəsilə: Troglotidae – Bilbittanlar

Cins: Torglodytes Viel – Bilibittan

Növ: Troglodytes troglodytes Linn – Adi bilibittan

Fəsilə: Regulidae – Kralquşlar

Cins: Regulus Cuv – Kralquş

Növ: Regulus regulus – Sarıbaş kralquş

Cins: Turdus Linn – Qaratoyuq

Növ: Turdus viscivorus Linn – Çil qaratoyuq

Fəsilə : Alandidae – Turağaylar

Cins: Melanocorypha Boil – Bozqır turağayı

Növ: Melanocorypha leucoptera – Ağqanad bozqırturağayı

Cins: Alauda Linn – Tarlaturağayı

Növ: Alauda arvensis Linn – Adi tarlaturağayı

Fəsilə: Matacillidae – Haçaqanadlılar

Cins: Anthus Bechs – Haçaqanad

Növ: Anthus pratensis Linn – Çəmənlik haçaqanadı

Fəsilə: Fringillidae – Hörücülər

Cins: Frinsilla Linn – Hörücü

Növ: Fringilla caeleps Linn – Adi hörücü ( meşəsərçəsi)

Növ: Fringilla montifringilla Linn – Qarlıq hörücüsü


  1. Dəstə: Gruiformes – Durnakimilər

Fəsilə: Ballidae – Sufərələri

Cins: Porzana Vieil – Təqibçi

Növ: Porzana porzana – Adi təqibçi

Fəsilə: Otidae – Doydaqlar

Cins: Tetrax Fioorst – Bəzgək

Növ: Tetrax tetrax – Adi bəzgək




  1. Dəstə: Charadriiformes – Cüllütkimilər

Fəsilə: Scolapacidae – Mələrcüllütlər

Cins: Tringa Linn – İlbizcüllüt

Növ: Tringa nebularia – Böyük ilbizcüllüt

Cins: Calidris Anon – Qumluqca

Növ: Calidris alba – Üçbarmaq qumluqca

Cins: Gallinago Briss – Tənbəlcüllüt

Növ: Gallinago gallinago Linn – Adi tənbəlcüllüt

Cins: Scolopax Linn – Çilingdimdik

Növ: Scolopax rusticola Linn – Meşə çilingdimdiyi

Cins: Numenius Briss – Əyridimdik

Növ: Numenius arquta – Böyük Əyridimdik

Cins: Limosa Bris – Oxcüllüt

Növ: Limosa limosa – Böyük oxcüllüt

Fəsilə: Laridae – Qayağılar

Cins: Larus Linn – Qağayı

Növ: Larus ichtyaetus Pall – Güləyən qağayı

Növ: Larus argentatus – Gümüşü qağayı

Növ: Larus canus Linn – Boz qağayı




  1. Dəstə: Strigiformes – Gecə yırtıcı quşları

Fəsilə: Tytonidae – Bayquşkimilər

Cins: Tyto - Bayquş

Növ: Tyto alba – Ağ bayquş


2.2.Qızılağac qoruğunda quşların öyrənilmə tarixi
Azərbaycanda quşların öyrənilməsi tarixi üç dövrə bölünür. Birinci dövr keçmişdən XVIII əsrə qədərki illəri, ikinci dövr XVIII əsrdən Böyük Oktyabr sosia-list inqilabına qədərki illəri, üçüncü dövr isə bu günə qədərki dövrləri əhatə edir.

Xəzərin cənub-qərb sahili bir sıra qiymətli quşun, xüsusilə su quşlarının kütləvi qışladığı yerlərdir. Bu böyük quş qışlaqları ornitoloqların diqqətini həmişə cəlb etmişdir.

1932-ci ildə Xəzərin sahilində su quşlarının qışlamasını öyrənməkdən ötrü zooloq N.İ.Sobolevski Azərbaycana göndərilmişdir. 1932 və 1934-cü illərdə N.İ.Sobolevski (1938), A.Y.Tuqarinov və Y.V.Kozlova-Puşkaryova (1935, 1938) Lənkəran rayonunda və Qızılağac dövlət qoruğunda quşların qışlamasını tədqiq etmişlər. D.Q.Tuayev Qızılağac qoruğunda çay ördəklərinin qışlamasını (1957 a, 1957 b, 1957 v, 1958) ətraflı öyrənmişdir (15,16).

A.Q.Dunin (1948) güləyən qağayının, V.İ.Vasilyev (1968) qışlayan quşların biologiyasını ətraflı tədqiq etmişlər. A.K.Oqanesova (1964) Qızılağac qoruğunda iri qarabatdağın biologiyasını öyrənmişdir. D.Q.Tuayev və V.İ.Vasilyev iri maygülünün, bığlı arıquşun (1965) çoxalma biologiyasına dair məqalələr yazmışlar .

Q.T.Mustafayev və K.C.Kazımov (1965, 1965 a, 1966), habelə V.S.Qrekov (1965 a) və V.İ. Vasilyev (1968) Qızılağac qoruğunda qutanların koloniyalarının yaşayışını ətraflı öyrənmişlər. V.İ.Vasilyevin (1967) məqaləsində adi qağayı, adi susüpürən və iri maygülünün yemindən bəhs olunur. Q.T.Mustafayev, K.C.Kazımov və H.S.Abbasov (1967) Qızılağac qoruğunda qutankimilərin yuvasında balaların yemləndirilməsinə dair məqalə çap etdirmişlər (15).

İri maygülü-Podiceps cristatus Azərbaycan ərazisində D.Q.Tuayev, V.N.Vasilyev tərəfindən 1967-ci ildə öyrənilmişdir.

K.A.Satunin (1912) XX əsrin əvvəllərində çəhrayı qutanların Azərbaycan ərazisində geniş yayılmasını, A.Q.Lyunin (1960) Kiçik Qızılağac körfəzi ətrafında, qismən su basmış yulğun cəngəlliklərində təqribən 13,5 min iri qarabatdağın yuvaladığını, D.Q.Tuayev, V.İ. Vasilyev və Ç.M.Məhərrəmov (1965, 1969) iri qarabatdaqların balıqçılıq təsərrüfatlarına kütləvi basqın etdikdə orada yetişdirilən balıqların, xüsusilə nərəkimilərin körpələrini yeməklə təsərrüfata ziyan vura bilmələrini qeyd etmişlər. Qızılağac qoruğunda kiçik qarabatdağın çoxalma biologiyasını öyrənmiş Q.T.Mustafayev və K.C.Kazımova (1965, 1966) görə bu quşlar aprel ayında çoxalmağa başlayır. Q.T.Mustafayev, K.C.Kazımov, H.S.Abbasov (1967) Qızılağac qoruğunda kiçik qarabatdağın öz balalarını əsasən xırda balıqla (81,3%) və iri onurğasızlarla (15,2%) yemləməsini müəyyən etmişlər.

Q.T.Mustafayev və K.C.Kazımov (1965, 1966) göstərmişlər ki, adi qarıldaq kürt yatmaq üçün 2-5 yumurta qoyur, ikinci yumurtasını qoyduğu gündən kürt yatmağa başlayır, kürtyatma müddəti 21-23 gün davam edir, salamat pərvazlanıb yuvasını tərk edən nəsil 76% təşkil edir. Q.T.Mustafayev, K.C.Kazımov, H.S.Abbasov (1967) Qızılağac qoruğunda adi qarıldağın öz balalarını xırda balıqlarla (39%), onurğasızlarla (30%) və suda-quruda yaşayanlarla yemlədiyini öyrənmişlər(15).

Q.T.Mustafayev, K.C.Kazımov (1966, 1967) kiçik ağnazın yumurtasının (n-426) 46,6x33,5 mm ölçüdə olmasını, kürtyatma müddətinin 22 gün davam etdiyini, yuvada balalarına əsasən xırda balıq (51,8%), onurğasızlar (31%) və qurbağa (14,4%) yedirdiyini qeyd etmişlər .

Y. A. İsakov və K. A. Vorobyovun (1940) məlumatına əsasən uzunburun pazdimdik yalnız balıq yeyir(15).

Q.Radde (1884) mart və aprel aylarında Lənkəran ətrafından vurduğu 20 balıqcıl qaraquşdan 19-nun erkək olmasına əsaslanaraq bu vaxt onların kürt yatdığını güman etmişdir. May ayında Qızılağac qoruğunda V.V.Vinoqradov və S.İ.Çernyavskayanın (1965) tapdıqları yuvada 2 yumurta olmuşdur .

Q.T.Mustafayev (1967) Lənkəran və Bakı ətrafındakı 11 zibillikdə qeyd edilmiş 7 növə aid 6000 quşdan 4000-dən çoxunun göl qağayısı olduğunu qeyd etmişdir. Q.T.Mustafayev (1964, 1969) Lənkəran ətrafında onların bəzi dəstələrində 3000-dən çox quş olduğunu müəyyən etmişdir.

A.Q.Dunin (1948) Qızılağac körfəzində gümüşü qağayının bəzi yuvasında 5-6, hətta 7 yumurta olduğunu göstərmişdir. P.V.Zablotski və L.İ.Zablotskaya (1963) 1956-cı ilədək kiçik susüpürənin Kiçik Qızılağac körfəzinin dayaz yerlərində yuvaladığını qeyd etmişdir .

Q.T.Mustafayev (1974) balıqcıl zərricənin açıq landşaftda yaşayan limnodofil növ olduğunu müəyyən etmişdir(13).


III FƏSİL

QIZILAĞAC QORUĞUNDA QIŞLAYAN QUŞLARIN BİOLOGİYASI
3.1. Podiceps grisegena-Bozyanaq maygülü

Görkəmi. Başı qara, yanaqları bozdur. Kiçik kəkili var. Bel tərəfi qonur-boz, boynu pas kimi kürəndir. Qarnı ağdır. Dimdiyi qaradır, lakin dibində sarı hissəsi var. Cavanların rəngi solğun olur, qışda yetgin quşların da rəngi solur. Q=148-208 mm.

Həyatı. Avrasiyada və Şimali Amerikada yayılıb. Azərbaycanda qışda olur. Su quşudur. Bəzən Xəzərdə sahildən çox uzaqda olur. Sayı azdır. Əsas qidası su cücüləridir (19).
3.2. Pelecanus onocrotalus – Çəhrayı qutan

Görkəmi: Rəngində çəhrayı çaları, başında kiçik kəkili var. Qanadlarının ucu qaradır. Çalma lələklərinin yelpiyi qara-qonur, oxu isə ağdır . Suda üzərkən boynunu çiyninə-geriyə qatlayır. Havaya ağır qalxır. Uçuşu rahatdır(15).

Həyatı: Cənubi Avropada, Şimal-şərqi Afrikada, Kiçik Asiyada və Qərbi Hindistanda yayılmışdır. Qara dəniz, Azov dəniz, Xəzər dənizinin sahillərində, Volqa çayında, Orta Asiyada, Cənubi Qazaxıstanda, Qərbi Sibir göllərində yuvalayır.

Çəhrayı qutan Azərbaycanda yuvalayan, habelə qışlayan quşlardandır. Yuvalarını ya qamış kolları arasında, ya da gölün açıq dayaz yerlərində düzəldir. Yuvaları bir-birinə çox yaxın olur. Aprelin ortalarında yumurta qoyur. Qutanlar daxili su hövzələrində şor sulu gölləri daha üstün tuturlar. Əsas yaşayış yerləri dənizin sahil zolağında balıqla zəngin olan su sahələridir.

Qızılağac qoruğunda qışlama zamanı sayı bir az çoxalır. Yazda qutanlar Azərbaycan ərazisindən köçüb gedirlər. Onların köçüb gedən dəstələri yalnız sahil boyunda deyil, habelə daxili su hövzələrində də görünür . Azərbaycanda yuvalayan qutan cütləri bu dəstələrdə ayrılıb göllərə enir.

Qutanlar dayaz suda yemlənir. Bu zaman onun qanadlarının şappıltısı uzaqdan eşidilir. Çəhrayı qutan yalnız balıqla yemlənir. Az olduqları üçün balıqçılıq təsərrüfatına o qədər də ziyan vurmur. Dövlət tərəfindən qorunur, Azərbaycanın Qırmızı kitabına daxil edilib. Qızılağac qoruğunda 2010-2011-ci illərdə havaların mülayim keçməsi ilə əlaqədar sayı az olmuşdur. Kiçik körfəzin damba deyilən sahəsində və Böyük körfəzin Qonaq evi deyilən ərazisində dayaz yerlərdə rast gəlinmişdir(23).


Yüklə 248,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə