Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə1/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
  1   2   3   4   5   6   7   8   9   ...   31


 

 

SONA XƏYAL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

YADDAŞLARDA YAŞAYACAQ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI - 2011 

 



Sona Xəyal 

 



Kitab görkəmli ədəbiyyatşünas  

          Bəxtiyar Məmmədzadənin 

                    əziz xatirəsinə ithaf olunur. 

 

 



Toplayıb tərtib edən: 

AYGÜN İMANZADƏ 

 

Redaktor: 



SƏADƏT NƏSİROVA 

 

Ön söz müəllifi: 



VÜSALƏ MUSALI 

filologiya üzrə fəlsəfə doktoru 

 

 

Sona Xəyal. Yaddan çıxmayacaq.  



Bakı–“MBM –2011. 100 səh. 

  

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 



böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin “İRS” komis-

siyasının sədri, 70-dən artıq kitabın (təlif və tərtib) müəllifi Sona 

Xəyalın “Yaddan çıxmayacaq” adlı növbəti kitabında müxtəlif 

illərdə çap olunmuş məqalələr toplanmışdır. 

 

ISBN 978-9952-29-045-8 



© S.Xəyal, 2011 

Bakı, “MBM” 

 

 



Yaddaşlarda yaşayacaq 

 



 

 

SONA XƏYAL QƏLƏMİNDƏ AZƏRBAYCAN 



ƏDƏBİYYATŞÜNASLIĞI MƏSƏLƏLƏRİ 

 

Əlyazmalar İnstitutunun böyük elmi işçisi, tanınmış ədəbiy-



yat tənqidçisi, publisist və şairə Sona Xəyal klassik şeirlə bağlı 

iyirmiyə yaxın təlif və tərtib kitabının müəllifidir. Sona xanımın 

tədqiqatlarının böyük bir qismi Bakı ədəbi mühitinin yetişdirdiyi 

şairlərin həyat və yaradıcılığına həsr olunmuşdur. Tədqiqatçının 

bu qəbildən olan “Mirzə Əbdülxalıq Yusif” (həyat və yaradıcılı-

ğı), “Əlli yaşlı xəzinədən əlli məqalə”, “Əliabbas Müznib Bakı 

və bakılı şairlər haqqında”, “Maştağa ədəbi mühiti və Mircəlal” 

kitablarını göstərmək olar. Sona Xəyal həm də Bakı-Abşeron 

ədəbi mühitində yaşayıb-yaradan şairlərin silsilə şeir toplularını 

nəşrə hazırlamış, o cümlədən Mirzə Əbdülxaliq Yusifin “Diriltdi 

aləmi eşqin nidası”, Səməd Mənsurun “Əsərlər”,  Əmin Abidin 

“Seçilmiş əsərlər”, Əliabbas Müznibin “Seçilmiş əsərləri”, Mir-

zə Həsib Qüdsinin “Mehriban qardaş tək ülfət eyləyək”, Əbdül-

xalıq Cənnətinin “Vətən təranəsi”, Hacəli Pərişanın “Gəl edək 

qeyrətü hümmət” və başqa kitabları işıq üzü görmüşdür.  

Qəzet və jurnallarda, eləcə də konfrans materiallarında müəl-

lifin klassik şeirlə bağlı iki yüzdən artıq məqaləsi dərc olunmuş-

dur. Sona xanımın “Müasirlərim” seriyasından iyirmiyə yaxın 

monoqrafiyası çap edilmişdir. Bunların arasında “Mailin ünvanı 

vətəndir”, “Rəsul Rza, “Cabir Novruz”, “Nigar Rəfibəyli”, “El-

çin”, “Fikrət Qoca”, “Samət Əlizadə”, “Zeynal Xəlil”, “Əli Tu-

də”, “Adil Babayev” və başqa əsərləri sadalamaq mümkündür. 

Sona Xəyalın məqalələrindən ibarət bu kitab onun ədəbiy-

yatşünaslıq məsələləri barədə müxtəlif illərdə dərc etdirdiyi ya-

zılarını əhatə edir. Kitabın adı müəllifin çox dəyər verdiyi müəl-

limi, Bakı Dövlət Universitetinin dosenti, mərhum Bəxtiyar 

Məmmədzadə haqqında yazdığı məqalənin sərlövhəsindən götü-

rülmüşdür: “Yaddan çıxmayacaq”. Sona xanım bu kitabının 




Sona Xəyal 

epiqrafında əsəri görkəmli ədəbiyyatşünas Bəxtiyar Məmmədza-



dənin əziz xatirəsinə həsr etdiyini yazır.   

“Rəsul Rza poeziyası  ədəbi tənqiddə” adlı  məqaləsində 

S.Xəyal, Simuzər  İsmayılovanın eyni adlı monoqrafiyasından 

bəhs edir. Sona xanım Rəsul Rzanın  əsərlərinə yönəlmiş  ədəbi 

tənqiddən bəhs edərkən yazır: “Bədxahları Rəsul Rzanı nə qədər 

çox tənqid edirlərsə, onun yaradıcılığına bir o qədər çox müraci-

ət olunur, əsərləri bir o qədər çox tədqiq olunur və haqqında mə-

qalələr, monoqrafiyalar çap olunur”. Sona Xəyal bu məqaləsində 

monoqrafiyanı  fəsillər üzrə  təhlil etmişdir. Belə ki, monoqra-

fiyanın girişində Rəsul Rza yaradıcılığından və görkəmli tənqid-

çilərin bu yaradıcılığa münasibətindən söz açıldığı, şair haqqın-

da müxtəlif illərdə  nəşr olunmuş Azərbaycan və rus dillərində 

kitabların adlarının sadalandığı, birinci fəsildə isə Rəsul Rzanın 

H.Cavid, C.Cabbarlı, S.Vurğun, S.Rüstəm kimi şairlərlə bir sıra-

da görüldüyü, şairin yaradıcılığının hələ XX əsrin 30-cu 

illərindən üzü bəri tənqid obyekti olduğu diqqətə çatdırılır. 

Kitabdakı  məqalələrdən biri də  Sədnik Paşa Pirsultanlının 

“Aşıq  Şəmşirin poetik aləminə  səyahət” başlıqlı kitabına həsr 

olunmuşdur. S.Xəyal məqalənin  əvvəlində son illərdə Azər-

baycan aşıq sənətinin dünya miqyasında təbliğ olunduğunu, bu 

sahədə xeyli işlər görüldüyünü, Heydər Əliyev Fondunun dəstə-

yi ilə  aşıq sənətinin dünyaya tanıdıldığını, tədqiqatçıların nəşr 

etdirdiyi kitabların öz bəhrəsini verdiyini qeyd edir. Daha sonra 

monoqrafiyanın fəsilləri ayrı-ayrılıqda nəzərdən keçirilir. Sona 

xanım məqaləsinin sonunda bu əsərin aşıq ədəbiyyatını sevənlər, 

bu sahədə tədqiqat aparanlar üçün, eyni zamanda gələcək nəslin 

aşıq sənətimizi öyrənməsi baxımından dəyərli vəsait olduğunu 

qeyd edir. 

Hacı Soltanın “Yaşamaq, yaşatmaq, yaratmaq” adlı toplusu 

haqqında məlumata da bu kitabda rast gəlirik. Axund, qazı  və 

həm də  şair olan Hacı Soltanı başqa din xadimlərindən fərq-

ləndirən cəhət vaxtaşırı oxucuların ixtiyarına verdiyi kitablardır. 

Onun  ərsəyə  gətirdiyi kitablar arasında tarixlə bağlı yazdıqları 

daha çox diqqəti çəkir. Hacı Soltanın “Yaşamaq, yaşatmaq, 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə