Sona xəyal



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
  1   2   3   4   5   6   7   8   9   ...   19


SONA XƏYAL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nəzirələr 

Təzminlər 

İthaflar 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

BAKI-2011 


         



Sona Xəyal  

      

 

 

 

Kitab şair təbiətli nənəm MƏLƏKNİSƏnin və əmisi oğlu 

ƏLİƏKBƏR ŞAHİDin əziz xatirəsinə ithaf olunur 

 

 



REDAKTOR: 

 

Firudin  Qurbansoy 

filologiya üzrə fəlsəfə doktoru 

 

ÖN SÖZ ƏVƏZİ: 

 

Ülviyyə Bahir 

 

 

 



SONA XƏYAL.   

NƏZİRƏLƏR, TƏZMİNLƏR, İTHAFLAR.  

Bakı, “MBM” 2011. 88 səh. 

 

 



Kitabda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 

böyük elmi işçisi, Azərbaycan Yazıçılar birliyinin “İRS” komissiya-

sının sədri, 70-ə yaxın kitabın (təlif və  tərtib) müəllifi Sona Xəyalın 

müxtəlif illərdə  qələmə alınmış klassik şeir nümunələrinə yazdığı 

nəzirələr,  şairlərdən etdiyi təzminlər və görkəmli şairlərə, alimlərə, sə-

nət adamlarına ithaf etdiyi şeirlər toplanmışdır. 

 

ISBN 978-9952-29-044-7  



 

© S.Xəyal, 2011 

Bakı, “MBM” 

                             



 


       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

ÖN SÖZ ƏVƏZİ 

 

 

Gənc istedadlı  şairə  və ciddi ədəbiyyatşünas-alim Sona Xəyalın 



Məmməd Araz yaradıcılığına həsr etdiyi “Dünya sənin, dünya mə-

nim, dünya heç kimin” adlı araşdırmasını maraqla oxudum və elə 

mətnin ilk səhifələrindən qeyri-ixtiyari yazının başlığına çıxardığım 

el deyimi yadıma düşdü: Zər qədrin zərgər bilər. 



ANAR 

xalq yazıçısı 

* * * 

 

Sona Xəyalı mən şair kimi tanıyıram, "Azərbaycanın aşıq və şair 



qadınları" kitabının ikinci cildini hazırlayanda Sona Xəyalın da bir 

neçə şeirini ora daxil etmişdim. Bu ikinci cild indi hazırdır. Sonanın 

şeirəri də orada özünəməxsus yer tutub.   

Əzizə Cəfərzadə 

f.e.d. xalq yazıçısı 

* * * 

 

Mən deyərdim, Sona Xəyal Maştağa sosial atmosferindən orbitə 



çıxan ilk azərbaycanlı  qızı, milli koloriti olan qadın yazıçımızdır. 

Heç kəsə gizlin deyil ki, vaxtilə istedadı, ilhamı, Tanrı vergisi olan 

qızlarımızın mətbuatda, televiziya ekranlarında çıxışları müşkül bir iş 

olmuşdu. Orta məktəbi bitirib ali təhsil ocaqlarına getmələri isə heç 

də həmişə mümkün olmurdu. 

Sona Xəyal Maştağa ədəbi mühitində ulduz kimi parladı. Biz bu 

qızın müasirləriyik. Böyük Ukrayna şairi İvan Franko vaxtilə ədəbi-

siyasi-ictimai mühitdə vətəndaş yazıçının vəzifələrini müəyyənləşdi-

rərkən deyirdi ki, aramızda bir “kişi”  şair var, o da Lesya Ukrain-

kadır. Bu qəhrəman qadın şairin yaradıcılığı, ədəbi-ictimai mühitdəki 

mövqeyi İ.Frankonun ürəyindən idi. 

Mən Sona Xəyalda Lesya Ukrainkanın döyüşkən, dönməz təbiə-

tini, torpağa bağlılığını, təəssübkeşliyini müşahidə edirəm. Və bu 

mənim üçün olduqca xoşdur. Lakin o, Sona Xəyaldır. Azərbaycanlı 

qızıdır. 

Nəriman Həsənzədə 

xalq şairi 



         



Sona Xəyal  

      

 

 

* * * 

 

Sonanın şeirlərini oxuyarkən hiss edirsən ki, müəllif onları hissin, 



həyəcanın odunda yazmışdır. Hər misra, hər şeir ürəyi narahat edən, 

ona sevinc və ya əzab verən münasibətin, hadisənin bəhrəsidir. Bunu 

yaxşı duyan Sona cəmiyyətin inkişafına qüvvət verən xeyirxah əməl-

ləri alqışlayır, geriliyi, insan adına ləkə  gətirən yalanı, ikiüzlülüyü 

tənqid atəşinə tutur. 

                                             Novruz Gəncəli 

şair 

 

* * * 

 

Sona Xəyal lirik mövzuya adi həvəskar, təmtəraqlı söz yığını 



kimi baxmır, ictimai ideal yerinə dəbdəbəli obrazlar ifadələr, gurul-

tulu pafoslar, dəbdə olan sahə terminləri işlətmir, fərdi məqamlar; 

hiss və duyğuları  çılpaq  şəkildə özü də  qısa, gözlə görünən yaxın 

məsafəyə  qədər daşımır. Hər bir lirik kəlama, tipik şəraitə, müasir 

psixoloji məqama uyğun məna verir, adi, düzgün seçilmiş söz 

materialı ilə müasir psixoloji düşüncənin obrazını yaratmaq istəyir. 

Sona Xəyal poeziyasında insan–zaman–məkan, daha çox bəxt–

tale–ömür materialı ilə  zənginləşir.  İnsan zamanı, zaman insanı 

daima dialoqa çəkir. Ona görə də Sona Xəyal şeirində «Dünya» çox 

zaman əsas–baş obraz kimi çıxış edir. Şair bütün poetik materialını 

sinkretik xarakterdə olan dünyada axtarır. Daima dünya ilə sözləşir, 

hətta vuruşan vaxtları da olur. 



Abdulla Abbasov 

f.e.d. professor 

 

* * * 

 

Sona Xəyalın şeirlərində biz həyatın özünü görürük. Nə yaxşı ki, 



heç bir müstəsnalıq, heç bir yalançı pafos, dəbdəbə, lap yaradıcı-

lığının ilk şeirlərindən belə onun diqqətini cəlb etməmişdir. O, müm-

kün qədər adi, sıravi, özünün bilavasitə gördüyü, duyduğu, təsirlən-

diyi hadisə  və insanlardan yazmağı xoşlayır.  Şair sevgi-məhəbbət 

şeirlərində də bu yolla gedir; heç bir ideal eşqdən  söz-söhbət açmır, 

həyati, real, təbii hisslərini qələmə alır. O çalışır ki, insanlar arasın-

dakı adi ünsiyyətdə, bir-birilə  təmasda, yaxınlıqda belə, səmimi bir 

istək, insani bir məhrəmlik olsun və onlardakı  şeiriyyəti, poeziyanı 

göstərə bilsin: onun qələmindən çıxan bütün şeirlərdə biz Belinskinin 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə