Sosial ekologiya və ekoloji tərbiyə



Yüklə 42,43 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü42,43 Kb.
#23070


                                   

Sosial ekologiya və ekoloji tərbiyə

 

Əkbərova Əsmayə Bəxtiyar qızı 



Baş müəllim. “Əlavə təhsilə metodik xidmət” 

kabinetinin müdiri, Fransız dili müəllimi 

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı 

Mob: 055 755 04 52  email: esmaye@ inbox.ru 

 

 



Ekologiya  insanla  təbiətin  münasibətlərinin  elmi  və  praktiki 

problemlərinin məcmusudur. Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür 

etmək  mümkün  deyil.  Təəssüflə  qeyd  etməliyik  ki,  xüsusən,  XX  əsrdən  etibarən 

insanların  antropogen  və  texnogen  fəaliyyətinin  təsiri  nəticəsində  ətraf  mühitin, 

onun  amillərinin,  təbii  sərvətlərin,  biosferin,  ekosistemlərin,  flora  və  faunanın 

normal  ahənginin  pozulması  baş  vermiş  və  beləliklə,  ciddi  ekoloji  disbalans 

yaranmışdır.  Müharibələr,  kosmosun  öyrənilməsi,  təbiətə  sənaye  və  nəqliyyat 

tullantılarının  atılması,  bir  çox  sahələrdə  zəhərli  kimyəvi  maddələrin  istifadəsi 

atmosferi,  hidrosferi  və  litosferi  çirkləndirməklə  ekoloji  tarazlığın  ritmini 

pozmuşdur.  Müasir  dövrdə  ekoloji  problemlərin  kəskinliyi  ilə  əlaqədar  olaraq 

ekologiya  bir  sıra  istiqamətlərdə  xüsusi  aktuallıq  kəsb  etməyə  başlamışdır.  Bu 

sırada sosial ekologiyanın ötən əsrdən etibarən yaranıb inkişaf etməsi diqqəti cəlb 

edir. 

                 Ətraf (təbii və sosial) mühitə qayğı bu gün cəmiyyətin həyat fəaliyyəti 



sahələrinin  hər  birinin  başlıca  funksiyasına  çevrilmişdir.  Məktəblərin  bu  sahədə 

vəzifələri çox önəmlidir. Bir tərəfdən, urbanizasiya prosesində təbii mühit dəyişilir: 

hər  şeydən  öncə,  şəhərin  ərazisi  hüdudlarında  təbiət  tədricən  dəyişir.  Şəhər 

böyüdükcə  ətraf  rayonların  təbiətinə  təsir  göstərir.  Şəhər  arealının  genişlənməsi, 

kəndlərin  urbanizasiyası  və  s.  müvafiq  ərazilərdə  təbii  mühitin  bu  və  ya  digər 

dərəcədə  dəyişməsi  ilə  nəticələnir.  Digər  tərəfdən,  cəmiyyətin  maddi  həyat 

şəraitinin  özü  köklü  surətdə  dəyişilir,  özünəməxsus  “süni”mühit  əmələ  gəlir  və 

genişlənir, texnosfer (binalar, istehsalat birlikləri, kommunikasiya birlikləri və s.) 

formalaşır.  Bu  şəraitdə  şagirdlərdə  ekoloji  mədəniyyətin  formalaşması  xüsusilə 

böyük əhəmiyyət kəsb edir. Məktəblilərdə ailə ilə qarşılıqlı əlaqə şəraitində təkcə 

təbiətə  deyil,  həm  də  insanlara qayğılı  münasibət tərbiyə  edilməlidir.  Təbiətin  və 

insanın ekologiyası - ekoloji tərbiyə məhz bu əsasda aparılmalıdır. 

Məqsəd  insanın  yaşadığı  mühiti  qoruyub  saxlamaq  və  gələcək  nəsillərə 

çatdırmaqdır.Ekoloji  dünyagörüşünün  tərbiyə  olunmasının  məqsədi  gənc  nəsildə 

təbiətə,  onun  sərvətlərinə  məhəbbət,  qayğılı  münasibət,  onları  qorumaq  və 

çoxaltmaq,  qayğısına  qalmaq,  ıkoloji  şüur,  əqidə  və  davranış  normalarını 

formalaşdırmaqdır.                         

             

 Bəşər  cəmiyyəti  son  dərəcə  mürəkkəb,  fasiləsiz  inkişaf  edən 

orqanizmdir.    İnsan  da  yarandığı  gündən  təbiəti  öyrənir  və  mənimsəyir.  Nəcib 

əxlaqa  malik  insan  həmcinslərinə  diqqətli  olduğu  kimi,  torpağa,  suya,  ağaclara, 

quşlara bir sözlə doğma təbiətə də eyni dərəcədə diqqətli və həssas olur, onu sevir, 

təbiətlə  cəmiyyət  arasında  olan  tarazlığı  qoruyur.Sosial  ekologiya  eyni  zamanda, 

sağlam  ailə,  ailədə  sağlam  uşağın  böyüməsi  deməkdir.  Ekologiyanın  qorunması 

gələcək nəsillərin sağlamlığını qorumaqdır.  Təbiət olmasa, həyat da olmaz. Onun 



saflığı, təmizliyi, təbiiliyi pozulduqda bütün canlılar əzab çəkir, insan həyatı üçün 

fəlakət yaranır, müxtəlif xəstəliklər meydana gəlir. 

 

Son  vaxtlarda  Kür  və  Araz  çaylarında  daşqınların,  bir  sıra  dağlıq 



rayonlarda torpaq sürüşmələrinin baş verməsi ekoloji böhrana səbəb olmuşdur. Sel 

suları on minlərlə hektar əkin sahəsini yararsız hala salmışdır. Eyni zamanda, vəhşi 

çöl  heyvanlarının,  gəmiricilərin,  sürünənlərin  bir  qismi  məhv  olmuş,  həyat  ritmi 

pozulmuşdur.  Hazırda  ölkə  başçısı  cənab  İlham  Əliyevin  sərəncamı  ilə  yaradılan 

hökumət  komissiyası  Aran  rayonlarında  təbii  fəlakətin  nəticələrinin  aradan 

qaldırılması  və  qabaqlayıcı  tədbirlərin  həyata  keçirilməsi  ilə  məşğuldur.  Görülən 

işlər  bütün  parametrləri  ilə  yanaşı,  sosial  ekoloji  məqsədlərə  xidmət  edir.  Təbii 

fəlakət  bir  neçə  il  öncə  ölkə  başçısının  təşəbbüsü  ilə  yaradılan  Fövqəladə  Hallar 

Nazirliyinin ölkəmizin həyatında son dərəcə mühüm rol oynayan bir dövlət orqanı 

olduğunu  təsdiq  etdi.  FHN  yaradılmasaydı,  bəlkə  də  bugünkü  kimi  yüksək 

səviyyədə qabaqlayıcı tədbirləri həyata keçirmək mümkün olmazdı.  

 

Alimlərin  hesablamalarına  görə,  insan  fəaliyyəti  nəticəsində  Yer 



kürəsində  mövcud  olmuş  meşələrin  üçdə  ikisi  qırılmış,  200-dən  çox  bitki  və 

heyvan növləri məhv edilmiş, 10 milyard ton oksigen ehtiyatı azalmış, 200 milyon 

hektardan  çox  əkin  sahəsi  becərilmir.  Müasir  dövrdə  yeni  texnika  və 

texnologiyaların tətbiqi ilə bu təsirlər daha da artmaqda davam edir. Çirklənmənin 

70-80 faizi şəhərlərin payına düşür. İnkişaf edən sənaye şəhərlərində ətraf mühitin 

çirklənməsi  daha  sürətli  və  daha  irimiqyaslı  olur.  Çirklənmədə  metallurgiya 

sənayesi (34%), energetika sənayesi (27%), kimya (9%), qaz sənayesi (7%) təşkil 

edir.Ətraf mühitin çirklənməsi hazırda aşkar görünən proseslərdəndir.  

 

İnsanlarda  ekoloji  mədəniyyətin,  sivilizasiyanın,  təfəkkürün,  şüurun, 



tərbiyənin  və  təhsilin  formalaşması  artıq  günün,  dövrün  tələbinə  çevrilmişdir. 

Ekoloji  təhsilin  ardıcıl  və  sistemli  olması  üçün  bu  prosesə  şəxsiyyətin 

formalaşmasının ilk anlarından başlamaq lazımdır ki, onun da təməli məhz ailədə, 

məktəbəqədər  tərbiyə  ocaqlarında,  ibtidai  siniflərdə  qoyulmalı,  orta  və  ali 

məktəblərdə tam formalaşmalıdır. Bunun üçün ilk növbədə, yüksək ixtisaslı ekoloji 

kadrlar  (ekoloji  mühəndislər,  ekspertlər,  hidroloqlar,  hidrobioloqlar,  ixtioloqlar, 

ixtiopatoloqlar, iqlimşünaslar, meşə mühəndisləri, dendroloqlar, ornitoloqlar və s.) 

hazırlanmalıdır.  

 

2010-cu  ilin  "Ekologiya  ili"  elan  edilməsi  ilə  bağlı  cari  ilin  prioritet 



istiqamətləri  üzrə  müvafiq  layihələr  hazırlanmışdır.  İstiqamət  Azərbaycan 

Prezidentinin  təşəbbüsü  ilə  geniş  vüsət  almış  yaşıllaşdırma  tədbirləridir. 

Ümumiyyətlə,  bu  gün  Azərbaycanda  yaşıllaşdırma  istiqamətində  vacib  addımlar 

atılır.  Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  həyata  keçirilən  "Hərəyə  bir  ağac 

əkək!"  kampaniyası  buna  ən  gözəl  nümunədir.  "Ekologiya  ili"ndə  isə  ən  azı  3 

milyon ağacın əkilməsi qarşıya məqsəd qoyulub. Artıq ölkənin bütün regionları bu 

təşəbbüsə qoşulub. 

 

Ümumtəhsil  məktəblərində  bu  gün  ekoloji  dünyagörüşünün  tərbiyə 



olunmasının  imkanları  çox  genişdir.  Yeni  istifadəyə  verilmiş  dərsliklər, 

proqramlar,  kütləvi  informasiya  vasitələri:  TTV  və    İKT-  dən  istifadə  imkanları, 

ekoloji  tərbiyə  imkanlarını  reallaşdırır.  Bu  sahədə  dərsdənkənar  tədbirlərin  rolu 

daha  böyük  ola  bilər.  Sinif  rəhbərləri,  uşaq  və  gənclər  təşkilatları  “Gənc 




ekoloqlar”adlı  dərnəklər  yaratmaqla,  müxtəlif  istiqamətlərdə  iş  apara  bilərlər.  Bu 

gün küləyin göyə sovurduğu plastik kisələr ağacların bəzəyinə çevrilmişdir. Plastik 

və  dəmir  şüşələri  istifadədən  sonra  hara  gəldi  atırlar.  Dərnəklər  müəyyən  ekoloji 

reklamların tətbiqi ilə də insanları ekoloji mədəniyyətə çağıra bilərlər. Unutmayaq 

ki,  təmizlik  öz  qapımızın  qabağından  başlayır.  Əgər  biz  təbiətimizin  havasını, 

suyunu  çirkləndirir,  canlılara  düşmən  kəsilir,  meşələrini  məhv  ediriksə,  tənəffüs 

üçün  təhlükə  yaradır,  məhvə  doğru  gedirik.  Unutmayaq  ki,  meşələri  təbiətin  ağ 

ciyərləri adlandırırlar. Gəlin planetimizi birgə qoruyaq!.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Məqaləyə material 

 

        Kövrək  hisslər  müxtəlifdir.  Anaya  məhəbbət,  həlak  olmuş  atanın  xatirəsinə 



hörmət,  general  olmaq,  Marsa  uçmaq    istəyi  –  bunların  hər  biri  şagirdin  kövrək 

hisslər  aləmində  özünəməxsus  yer  tutur.  Onlar  uşaq  ömrünün  bütün 

xüsusiyyətlərini  özündə  əks  etdirir.  Bu  hisslər  səmimidir,  ancaq  onlarda  uşaq 

sadəlövlüyünün  çalarlarını  da  asanlıqla  görmək  olar.  Uşaq  yaşa  dolduqca  onun 

kövrək  hissləri  də  dolğunlaşır,  şəxsi  məna  kəsb  edir,  həyatının  effektiv  sahəsini 

təşkil edir. 

         Şagird ailə ixtilaflarında mətanətlə anasını müdafiə edir, onun göz yaşlarını 

silə-silə özü ağlayır, anasının dərdi-səri ilə yaşayır, atasının faciəli ölümü ilə barışa 

bilmir,  çox  vaxt  bu  dərdi-sərin  axarında  dərsdən  soyuyur,  fəaliyyətdən  istər-

istəməz  geri  qalır.  Ailədə  köklü  demoqrafik  dəyişikliklər  baş  verəndə  sinif 

rəhbərləri və müəllimlər nə qədər belə hallarla  rastlaşırlar? Onlar şəxsiyyətin fərdi 

tarixinə psixoanalitik səriştə ilə nüfuz etməli, şagirdin kövrək hisslərinə  diqqətlə 

yanaşmalıdırlar. Sinif rəhbərləri və müəllimlər bu hissləri ardıcıl öyrənməli, onları 

fəallaşdırıb  şagirdin  fəaliyyət  motivinə  çevirməyə  çalışmalıdırlar.  Məktəb 

təcrübəsində  bu  məqsədlə  müxtəlif  yollardan  istifadə  olunur:  sinif  rəhbəri  və 

müəllimlər  şagirdi  xəstə  anasını  sevindirmək  üçün  yaxşı  oxumağa  təhrik  edirlər. 

Şagirdi  inandırırlar  ki,  vəfat  etmiş  atası  onun  riyaziyyatçı  olmasını  istəyirdi, 

şagirdə  görkəmli  generalların  təhsil  aldıqları  hərbi  akademiyalar,  öyrəndikləri 

elmlər haqqında  məlumat verir, onları bu şəxslərin ayrı-ayrı elmlərin əhəmiyyəti  

haqqındakı fikirləri ilə tanış edirlər. 

            Kövrək  hisslərin  fəallaşdırılmasında  müəllimlərin  pedaqoji  məharəti 

xüsusilə mühüm əhəmiyyətə  malikdir. Sinif rəhbəri  və müəllimlər nəinki uşağın  

qəlbinə yol tapmalı, həm də onun kövrək hisslərinin fəallaşdırılması üçün pedaqoji 

cəhətdən əlverişli şərait yaratmalıdırlar. 

 

 

             Şagird  dərsdə    müvəffəqiyyətsizliyə  uğradıqca  onun  əvvəlcə  ayrı-ayrı 



dərslərə,  sonra  isə  bütövlükdə  təlimə  marağı  azalmağa  başlayır.  O,  nəinki 

 



Məqaləyə material 

 

        Kövrək  hisslər  müxtəlifdir.  Anaya  məhəbbət,  həlak  olmuş  atanın  xatirəsinə 



hörmət,  general  olmaq,  Marsa  uçmaq    istəyi  –  bunların  hər  biri  şagirdin  kövrək 

hisslər  aləmində  özünəməxsus  yer  tutur.  Onlar  uşaq  ömrünün  bütün 

xüsusiyyətlərini  özündə  əks  etdirir.  Bu  hisslər  səmimidir,  ancaq  onlarda  uşaq 

sadəlövlüyünün  çalarlarını  da  asanlıqla  görmək  olar.  Uşaq  yaşa  dolduqca  onun 

kövrək  hissləri  də  dolğunlaşır,  şəxsi  məna  kəsb  edir,  həyatının  effektiv  sahəsini 

təşkil edir. 

         Şagird ailə ixtilaflarında mətanətlə anasını müdafiə edir, onun göz yaşlarını 

silə-silə özü ağlayır, anasının dərdi-səri ilə yaşayır, atasının faciəli ölümü ilə barışa 

bilmir,  çox  vaxt  bu  dərdi-sərin  axarında  dərsdən  soyuyur,  fəaliyyətdən  istər-

istəməz  geri  qalır.  Ailədə  köklü  demoqrafik  dəyişikliklər  baş  verəndə  sinif 

rəhbərləri və müəllimlər nə qədər belə hallarla  rastlaşırlar? Onlar şəxsiyyətin fərdi 

tarixinə psixoanalitik səriştə ilə nüfuz etməli, şagirdin kövrək hisslərinə  diqqətlə 

yanaşmalıdırlar. Sinif rəhbərləri və müəllimlər bu hissləri ardıcıl öyrənməli, onları 

fəallaşdırıb  şagirdin  fəaliyyət  motivinə  çevirməyə  çalışmalıdırlar.  Məktəb 

təcrübəsində  bu  məqsədlə  müxtəlif  yollardan  istifadə  olunur:  sinif  rəhbəri  və 

müəllimlər  şagirdi  xəstə  anasını  sevindirmək  üçün  yaxşı  oxumağa  təhrik  edirlər. 

Şagirdi  inandırırlar  ki,  vəfat  etmiş  atası  onun  riyaziyyatçı  olmasını  istəyirdi, 

şagirdə  görkəmli  generalların  təhsil  aldıqları  hərbi  akademiyalar,  öyrəndikləri 

elmlər haqqında  məlumat verir, onları bu şəxslərin ayrı-ayrı elmlərin əhəmiyyəti  

haqqındakı fikirləri ilə tanış edirlər. 

            Kövrək  hisslərin  fəallaşdırılmasında  müəllimlərin  pedaqoji  məharəti 

xüsusilə mühüm əhəmiyyətə  malikdir. Sinif rəhbəri  və müəllimlər nəinki uşağın  

qəlbinə yol tapmalı, həm də onun kövrək hisslərinin fəallaşdırılması üçün pedaqoji 

cəhətdən əlverişli şərait yaratmalıdırlar. 



 

 

             Şagird  dərsdə    müvəffəqiyyətsizliyə  uğradıqca  onun  əvvəlcə  ayrı-ayrı 



dərslərə,  sonra  isə  bütövlükdə  təlimə  marağı  azalmağa  başlayır.  O,  nəinki 

 

Yüklə 42,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə