Soyad: Səmədova Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi



Yüklə 17,1 Kb.
tarix26.09.2017
ölçüsü17,1 Kb.
#2163

BAKI AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №4

Ad:Nazpəri

Soyad:Səmədova

Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas:İqtisadiyyat

Kurs və Qrup:I kurs,Qrup 1061

Fənn:Mülki Müdafiə

Rəhbər:Məmmədov Vahid

Sərbəst işin mövzusu:Radiasiya,kimya təhlükəli obyektlərdə qəzalar və onların nəticələri.

BAKI-2015

Radiasiya bir sıra kimyəvi elementlərin atom nüvələrinin öz-özünə parçalanması və bu zaman şüa buraxması qabiliyyətinə deyilir. Azərbaycan Respublikası “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanun qəbul etmişdir.

Bu Qanun radioaktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsinin hüquqi əsaslarını müəyyən edir.Müvafiq icra hakimiyyəti orqanları ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirir, onların effektivliyinin qiymətləndirilməsi işini aparır. Radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi aşağıdakılara əsasən həyata keçirilir:

ətraf mühitin radioaktiv çirklənməsinin xüsusiyyəti və dərəcəsi;

radiasiya təhlükəsizliyinin təmin edilməsində norma, qayda və gigiyena tədbirlərinə əməl olunmasının təhlili;

radiasiya qəzasının ehtimalı və onun miqyası;

radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə hazırlıq;

ionlaşdırıcı şüa mənbələrindən əhalinin ayrı-ayrı qruplarının məruz qaldıqları şüalanma dozalarının təhlili;

müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslərin sayı.

Ərazi, müəssisə və təşkilatların radioaktiv təhlükəsizliyə hazırlığının vəziyyəti hər il ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında əks olunur.

İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlar aşağıdakı tələbləri yerinə yetirməlidirlər:

radiasiya təhlükəsizliyinin təmin edilməsinə aid bu Qanunda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə, normalara, qaydalara, normativlərə və təlimatlara əməl edilməsi;

radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin planlaşdırılıb həyata keçirilməsi;

ionlaşdırıcı şüa mənbələri hesab edilən yeni (modernləşdirilmiş) istehsalat, texnoloji proses, məhsul, material və maddələrə dair insan sağlamlığı üçün radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin aparılması;

radioloji şərait üzrə müəssisə və təşkilatın ərazisində, otaqlarda və iş yerlərində, həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müntəzəm olaraq istehsalat nəzarətinin həyata keçirilməsi;

işçilərin (personalın) fərdi şüalanma dozalarına nəzarət və onların uçotu;

istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işləyən digər şəxslərin attestasiyasının keçirilməsi;

işçilərin ilkin (işə qəbul olunarkən) və dövri (müntəzəm) tibbi müayinələrdən keçirilməsi;

işçilərin (personalın) iş yerində məruz qaldığı ionlaşdırıcı şüalanmanın səviyyəsi və onların aldıqları fərdi şüalanma dozaları haqqında onlara müntəzəm məlumat verilməsi;

radiasiya təhlükəsizliyi sahəsində müvafiq icra hakimiyyəti orqanlarına radiasiya təhlükəsizliyi üçün qorxu yaradan qəza şəraiti və texnoloji reqlament pozuntuları haqqında vaxtında məlumat verilməsi;

radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarının, onların səlahiyyətli nümayəndələrinin müvafiq göstərişlərinin yerinə yetirilməsi;

radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin hüquqlarının həyata keçirilməsinin təmin edilməsi;

radioaktiv şüa mənbələri ilə işləyən işçilərin vaxtaşırı radiasiya təhlükəsizlik texnikası qaydaları ilə tanış edilməsi.

Radiasiya qəzasının nəticələrinin ləğv olunması, qəza-xilasetmə və dezaktivasiya işləri ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək dozalı şüalanmaya məruz qalmasına səbəb yalnız insanları xilas etmək və ya onların daha yüksək şüalanma dozasına məruz qalmasının qarşısını almaq məqsədi ola bilər. Radiasiya qəzası nəticələrini ləğv etmək üzrə cəlb olunmuş şəxslərin şüalanma dozası bu Qanunun 9-cu maddəsində işçilər (personal) üçün nəzərdə tutulmuş orta illik normativ şüalanma dozasından 10 dəfədən artıq ola bilməz.

Radiasiya qəzası nəticələrinin ləğvi ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək şüalanmaya məruz qalması həmin şəxslərin bütün həyatı dövründə ala biləcəyi şüalanmaya qədər dozanı bir dəfə almaq və sağlamlığı üçün risk haqqında əvvəlcədən məlumat vermək şərti ilə və könüllülük əsasında yol verilə bilər.



Radiasiya qəzasının nəticələrinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası alması nəticəsində sağlamlığına dəyən zərərə görə verilən ödənişin növləri və miqdarı qanunvericiliklə müəyyən edilir.Belə halların qarşısını almaq üçün qabaqcadan tədbirlər həyata keçirilir.
Yüklə 17,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə