Soyad: Tanırverdiyev



Yüklə 17,73 Kb.
tarix06.02.2018
ölçüsü17,73 Kb.
#26625

Sərbəst iş №: 5unec-logo-ag

Ad: Vüsal

Soyad: Tanırverdiyev

Fakültə: Maliyyə və mühasibat

Qrup: 660

Kurs: 2


Fənn: Firmanın İqtisadiyyatı

Müəllim: Ülviyə Rəsulova



Sərbəst işin adı: Müəssisənin istehsal xərclərinin aşağı salınması ehtiyatları və yolları.

Müəssisədə maya dəyərinin aşağı salınmasının önəmli mənbələrindən biri də məhsul vahidinə xammal, material, yanacaq və enerji məsrəflərinin azaldılmasıdır. Material məsrəflərindən qənaətə nəinki istehsal prosesində, həmçinin istehsal vasitələrinin istehsalçıdan alınıb gətirilməsi və anbarlaşdırılması zamanı da nail olmaq olar: sərfəli nəqliyyat növünün seçilməsi, istehsalçının məsafəcə yaxın regiondan tapılması, təchizatın tranzit növündən istifadə edilməsi, yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsi, nəticə etibarı ilə, istehsal vasitələrinin və deməli, məhsulun maya dəyərinin ucuz başa gəlməsini təmin edir. Fondtutumlu sahələrdə maya dəyərinin aşağı salınmasının əsas istiqamətləri onların istehsal güclərindən istifadənin yaxşılaşdırılması, növbədaxili və növbəboyu boşdayanmaları azaltmaqla mövcud olan texnoloji və digər avadanlıqların maksimum yüklənməsidir. Nəticə etibarilə, bu, maya dəyərinin xərc maddəsi kimi amortizasiya ayırmalarının hər manatına məhsul istehsalını artırır, başqa sözlə, əsas fondlardan səmərəli istifadə olunur – amortizasiya ayırmalarından qənaət edilir. Maya dəyərinin aşağı salınmasının başqa bir yolu istehsalın idarə olunması və ona xidmətlə əlaqədar olan xərclərin azaldılmasıdır. Bu xərclərə müəssisə və sexlərin inzibati-idarə işçilərinin əmək haqqı, poçt, teleqraf və ezamiyyə xərcləri, avadanlıq, bina və qurğuların saxlanması xərcləri, binaların qızdırılması və işıqlandırılması ilə əlaqədar olan xərclər və s. aiddir. Göstərilən xərclər həm də qeyri-müstəqim (dolayı) xərclərdir və onların həcmi məhsul istehsalının həcminin artma tempi ilə eyni kəmiyyətdə çoxalıb, artmır. Maya dəyəri hər hansı təsərrüfat subyektinin fəaliyyətini səciyyələndirən qiymətləndirmə göstəricisidir. Çünki maya dəyəri müəssisənin bütün xərclərini özündə akumulyasiya etdiyindən, onun kəmiyyətinə bütün iqtisadi resurslardan istifadə olunmanın necəliyi əhəmiyyətli dərəcədə təsir göstərir. Bundan əlavə, məhsulun maya dəyəri təsərrüfat fəaliyyətinin və təşkilati-texniki tədbirlərin iqtisadi səmərəliliyinin əsas göstəricilərindən biridir. İstehsalın cari məsrəfləri müəssisədə əsaslı vəsait qoyuluşlarını həyata keçirən zaman, onun ayrı-ayrı bölmələrinin fəaliyyətini və iqtisadi səmərəlilik səviyyəsini qiymətləndirmək və s. üçün nəzərə alınır. Maya dəyəri göstəricisindən, habelə yeni texnikanın, texnoloji proseslərin, sərfəli materialların tətbiqi, istehsalın təşkilinin təkmilləşdirilməsinin iqtisadi səmərəliliyinin hesablanması, istehsalın ictimai təşkili formalarının səviyyəsinin məqsədəuyğunluğunun müəyyən edilməsində və bir çox başqa hallarda istifadə edilir. Maya dəyərinin təhlili əsasında məhsulun əməktutumlu, materialtutumlu, fondtutumlu olduğunu müəyyənləşdirmək mümkün olur. Bir sözlə, müəssisənin təsərrüfat fəaliyyətinin iqtisadi aspektlərinin öyrənilməsi – təhlili və tədqiqi – və babelə qiymətləndirilməsində maya dəyəri göstəricisinin müstəsna əhəmiyyəti vardır. Bu isə öz növbəsində hər bir müəssisə üçün maya dəyərinin aşağı salınmasının ehtiyat mənbələrinin və amillərinin müəyyən edilməsində mühüm əhəmiyyət daşıyır. Məhsulun maya dəyərinin aşağı salınması onu (maya dəyərini) əmələ gətirən bütün xərc ünsürləri üzrə mümkündür və onlardan hər birində daxili ehtiyatlar elmi-texniki tərəqqi ilə əlaqədar, demək olar ki, həmişə mövcuddur. Müəyyən mənada istisnalıq təşkil edən yalnız «Əmək haqqı xərcləri» ola bilər. Bu xərcə qənaət edilməsinə qərar vermək çox ciddi təhlil və tədqiqat tələb edir. Əmək haqqı hesabına maya dəyərinin aşağı salınması iqtisadi məsələdən öncə sosial-siyasi məsələdir. Lakin bu o demək deyildir ki, əmək haqqı üzrə lüzumsuz məsrəflərə laqeyd qalmaq olar. Bir sözlə, maya dəyərini bütün xərc ünsürləri üzrə aşağı salmaq yolu ilə istehsalçı müəssisə qiymət vasitəsilə manevr edə və «məskunlaşdığı» bazar sisteminin mühafizəsinə nail ola bilər.

Maya dəyərinin aşağı salınmasının ehtiyat mənbələrindən qeyri-istehsal xərclərinə qənaəti də göstərmək olar. Qeyri-istehsal xərcləri məhsulun realizasiyası ilə əlaqədar olan xərclərdir. Buraya taralara çəkilən və hazır məhsulun qablaşdırılması və s. ilə əlaqədar olan xərclər aiddir. Maya dəyərinin durmadan aşağı salınmasının, az məsrəflə yüksək təsərrüfat nəticələrinə nail olunmasının ən ümdə yolu qənaət rejminin tətbiqi və ona əməl edilməsindən ibarətdir. Maya dəyərinin aşağı salınması yığımın çoxalması mənbəyi kimi eyni resurslar müqabilində daha çox məhsul istehsalını təmin edir. Ən əsası isə budur ki, bazarda məhsul kütləsinin artması və onların maya dəyərinin aşağı salınması sənaye məhsulunun qiymətlərini ucuzlaşdırır və nəticə etibarı ilə əhalinin sosial rifahı yüksəlir.Məhsulun maya dəyərinin aşağı salınmasının iqtisadi əhəmiyyəti istehsalın həcminin artması ilə əlaqədar mütəmadi olaraq çoxalır. Maya dəyərinin aşağı salınmasının ən vacib və iqtisadi cəhətdən əhəmiyyətli yolu istehsal miqyasının intensiv yolla genişləndirilməsidir. Çünki, məlum olduğu kimi, istehsalın intensivləşdirilməsi, əsasən, ya əlavə vəsait tələb etmir, ya da buna çox az hallarda ehtiyac yaranır. Məhsulun maya dəyərinin aşağı salınması işinin mütəşəkkil və müvəffəqiyyətlə aparılması üçün xərclərin azaldılmasınıın ehtiyat mənbələrinin müəyyən edilməsi çox vacib şərtdir. Müəssisənin gəlirlərinin azalmasına səbəb olan qeyri-məhsuldar xərclərin – cərimələrin, dəbbələmə pul vəsaitləri və s. – azaldılması da dolayı yolla olsa da, maya dəyərinin aşağı salınması mənbələrindəndir. Maya dəyərinin aşağı salınması üçün yuxarıda haqqında bəhs olunan mənbələrdən istifadə edilməsi müxtəlif istiqamətli tədbirlər vasitəsilə həyata keçirilir. Nəhayət, bir daha qeyd etmək lazımdır ki, istehsalın səmərəliliyinin, xüsusilə maya dəyərinin aşağı salınması hesabına yüksəldilməsinin ehtiyat mənbələri tükənməzdir. Çünki elmi-texniki yeniliklərin istehsala tətbiqi fəaliyyətdə olan bütün normaları köhnəldir. Qəbul və tətbiq olunan yeni normalarla köhnələr arasındakı fərq istehsalda qənaəti formalaşdıran ehtiyat mənbəyinin realizə olunmasıdır ki, bu da, nəticə etibarilə, istehsalın qənaətlə aparılmasına, az xərclə daha yüksək təsərrüfat nəticələrinə nail olmağa təminat verir. Müəssisədə məhsulun maya dəyərinin aşağı salınması amilləri dedikdə, artıq qeyd olunduğu kimi, bu azalmanı təmin edən şərtlər kimi başa düşülür. Bu amillərə aşağıdakılar aiddir: 1. Məhsulun həcminin və quruluşunun dəyişilməsi 2. İstehsalın texniki səviyyəsinin yüksəldilməsi; 3. İstehsalın və əməyin təşkilinin yaxşılaşdırılması. Müəssisədə istehsalın həcminin artması nəticəsində məhsul vahidinə düşən şərti-sabit xərclərin və amortizasiya ayırmalarının nisbi azalması baş verir. Digər tərəfdən müəssisədə istehsalın miqyasının artması nəticəsində qənaət aşağıdakı amillərlə də əlaqədardır: – müəssisəsinin ölçüsü artdıqca istehsal fəaliyyətinin və onun idarə edilməsinin ixtisaslaşdırılması üstünlüklərindən istifadə imkanları artır; – daha iri müəssisələrdə yeni, yüksək məhsuldarlıqlı avadanlıqlardan istifadə imkanları böyük olur; – iri müəssisələrdə istehsalı diversifikasiyalaşdırmaq, müəssisənin profilini səciyyələndirməyən (yanakı) istehsallar təşkil etmək, istehsal tullantılarından istifadə olunma imkanları yaranır. Məhsulun quruluşunun dəyişilməsi dedikdə, ümumi istehsal həcmində onun ayrı-ayrı növlərinin xüsusi çəkisinin dəyişilməsi nəzərdə tutulur. Bu dəyişilmə yeni məhsul modellərinin mənimsənilməsi və köhnələrinin istehsalının dayandırılması, habelə müxtəlif növdə məhsulların buraxılışının artım sürətlərinin fərqli olması ilə əlaqədardır. Müxtəlif rentabelli (maya dəyərinə görə) məhsulların tərkibində dəyişikliklər etməklə xərclərin azalmasına nail olmaq olar. Müəssisədə məhsulun keyfiyyətinin artırılması, bir qayda olaraq müəyyən əlavə xərclərlə bağlıdır.
Yüklə 17,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə